Tük. (“Kitabi-Dədə Qorqud” leksikası)

TUTSAQ
TÜBÜ-BORAN
OBASTAN VİKİ
Dünya Gənc Türk Yazarlar Birliyi
Dünya Gənc Türk Yazarlar Birliyi — uluslararası hüquqi şəxs olaraq fəaliyyət göstərən, onlarla kitab nəşr edən, saytlar quran, layihələr gerçəkləşdirən, konfrans, festival, görüşlər düzənləyən türk dünyasında yaşayan gənc türk yazarların birləşdiyi qurum. == Tarixi == Dünya Gənc Türk Yazarlar Birliyi 1998-ci ildə təsis olunub. 1999-cu il dövlət qeydiyyatından keçərək ictimai fəaliyyətlə məşğuldur. Təşkilatın təsisçisi Əkbər Mehdi oğlu Yolçuyevdir. Təşkilat Uluslararası hüquqi şəxs olaraq fəaliyyət göstərən, onlarla kitab nəşr edən, saytlar quran, layihələr gerçəkləşdirən, konfrans, festival, görüşlər düzənləyən Dünya Gənc Türk Yazarlar Birliyi, mövzu ilə bağlı yetərli təcrübəyə, bilgilərə, əlaqələrə malikdir. Birlik indiyədək Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və s. donor qurumların dəstəyi ilə bu sahədə onlarla layihə həyata keçirib. Təşkilata 1998–2013-cü illər tanınmış şair-publisist Əkbər Qoşalı, 2013–2014-cü illər yazıçı-dramaturq Rəvan Tohidoğlu, 2014–2016-cı illərdə isə yazar Əfsanə Ələsgərli rəhbərlik edib. 2019-cu ildə Cavanşir İntiqam Yaşar oğlu Dünya Gənc Türk Yazarlar Birliyinin İdarə Heyətinin sədri seçilmişdir. == Fəaliyyəti == DGTYB həmçinin ayrı-ayrı türk ölkə və topluluğunda düzənlənən onlarla konfrans, simpozium və festivalda Azərbaycanı təmsil edib.
Dədə Qorqud Özəl Türk Liseyi
Dədə Qorqud Özəl Türk Liseyi — Bakıda Azərbaycan-Türkiyə özəl liseyi. 1993-cu ildə Sumqayıt şəhərinin Corat qəsəbəsində Sumqayıt özəl texniki liseyi kimi tədrisə başlayan lisey 1999-cu ildən Bakı şəhərində özəl ümumtəhsil müəssisəsi kimi fəaliyyətini davam etdirir. 1997-ci ildən etibarən liseyi bitirmiş 353 məzunun 98,3 %-i ali məktəblərə qəbul olunmuşdur. Universitetlərə qəbul imtahanlarında yüksək nailiyyətə gorə Nizami rayonu üzrə reytinq cədvəlinə başçılıq edən liseyin məzunlarından 32-si qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış, həmcinin 1999-cu ilin 5-ci qrup birincisi və 689 balla 2006-cı ilin 1-ci qrup üzrə birincisi məhz bu liseyin məzunları olmuşlar. Liseyin indiyədək yetişdirdiyi 353 məzununun sorağı Moskvadan və İstanbuldan, Londondan və Berlindən, Parisdən və Nyu-Yorkdan gəlir. Onlar məktəb sıraları arxasında qazandıqları bilik və bacarıqlarını dünyanın ən məşhur universitetlərində davam etdirir, məzun olanlar istehsal sahələrində, təhsilini davam etdirənlər yüksək təhsil gostəriciləri ilə vətənə xidmət edirlər. 2014-cü ilin iyun ayında, Azərbaycanda bütün digər türk məktəbləri kimi, Dədə Qorqud Özəl Türk Liseyi bağlanıb.
Dəyanət işləri üzrə rəhbərlik (Türkiyə)
Dəyanət işleri üzrə rəhbərlik — 3 mart 1924-cü il tarixində Şəriət və Vəqflər Nazirliyinin yerinə qurulan, İslam dininin inancları, ibadətləri və əxlaqi prinsipləri ilə əlaqəli işlərin aparılması, cəmiyyəti din haqqında maarifləndirmə və ibadət yerlərinin idarə olunması ilə məşğul olan qurum. Mustafa Kamal Atatürkün əmri ilə 429 saylı qanuna əsasən Türkiyə Cümhuriyyətinin Baş Nazirliyinə bağlı bir təşkilat olaraq quruldu. 9 iyul 2018-ci ildə ölkənin prezidentlik sisteminə keçməsi ilə təşkilat da Cümhuriyyət başçılığının tabeliyinə keçdi. Konstitusiyanın 136-cı maddəsində belə bir bənd yer alır: 2020 üçün illik büdcəsi 11.519.609.000 Tl təşkil edir.
Eldarzadənin türbəsi
Eldarzadənin türbəsi — Eldarzadə ailəsinə məxsus qəbirüstü abidə. Öz memarlıq həllinə görə diqqəti cəlb edir. == Tarixi == Türbənin üzərində də qeyd edildiyi kimi 1915-ci ildə tikilmişdir. Bəzi mənbələrdə tikintinin 1917-ci ildə başa çatdığı vurğulanır. == Memarlıq xüsusiyyətləri == Türbə antik “yunan-roma” məbədi üslubunda tikilsə də, bu sırf simvolik xarakter daşıyır. Onun portalı və portal üzərində olan Quran ayələri və informativ şərq aləminə məxsus ornamentlər və yazılar bunu deməyə əsas verir. Yəni bütövlükdə ümumi kompozisiya şərq və qərb mədəniyyətinin memarlıq elementlərini özündə birləşdirir. Kürsülüyün kəskin hündür olması sərt relyefli ərazidən xəbər verir. Memarın bu türbədə ən çox vurğulamaq istədiyi element giriş portalının yuxarı hissəsində olan akreterinin içərisindəki aypara və ulduzdur. Azərbaycanlı ailəyə məxsus bu türbə məhz aypara və ulduzla vurğulanmışdır.
Elizabet Tüdor
Elizabet Tüdor, Lalə Həsənova və ya Lalə Elizabet Tüdor Hassenberq (26 iyul 1978, Bakı) — yəhudiəsilli azərbaycanlı fantastik əsər yazıçısı və hüquqşünas. == Həyatı == 1978-ci ildə Bakı şəhərində anadan olan Tüdor (və ya Lalə) 1998-ci ildə Azərbaycan Beynəlxalq Universitetini, 2013-cü ildə Florida Beynəlxalq Universitetini və 2015-ci ildə Mayami Hüquq Məktəbi Universitetini bitirmişdir. Yazıçı fəaliyyətinə 1994-cü ildə başlamış və özünə yazıçılıq janrı kimi elmi-fantastikanı seçmişdir. O, Beynəlxalq Rusdilli Yazıçılar Federasiyasının və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. O, həmçinin "The New Contemporary" və "Broad Universe" kimi beynəlxalq yazıçılar birliklərinə də üzvdür. 2016-cı ildə Tüdor ABŞ-ın ən qədim və ən geniş peşəkar yazıçılar birliyi olan "Authors Guild"ə üzv olmuşdur. == Yaradıcı fəaliyyəti == Bədii yaradıcılığa uşaq yaşlarından başlayan Tüdor müəyyən müddət ixtisası üzrə vəkillik karyerası qurmağı düşünsə də, 1998-ci ildən o özünü bədii yaradıcılğa həsr edir. Yazıçı bütün əsərlərini rus dilində yazmaqdadır. Onun ədəbi təxəllüsü isə Elizabet Tüdordur. Tüdorun "War of Times" adlı ilk çap əsəri 2001-ci ildə dövriyyəyə buraxılmışdır.
Erkəkciyi tükcüklü ətirşah
Erməni dilində türkmənşəli alınma sözlər
Erməni dilində türk mənşəli alınma sözlər – erməni dilində mövcud olan və türk mənşəli olan alınma sözlərə verilən ad. Erməni dilində xeyli sayda türk mənşəli alınma sözlər mövcuddur və Ermənistan özü türkdilli ərazilər ilə əhatə olunub. Erməni dilinin ən çox türk mənşəli alınma sözə malik ləhçəsi İstanbul ləhçəsidir. Buna baxmayaraq, türk dilləri erməni ədəbi dilinə yox, daha çox ləhçələrinə təsir göstərmişdir. Buna görə də erməni dilindəki türk mənşəli alınma sözlər erməni ədəbiyyatında o qədər də qorunub saxlanılmayıb. Erməni aşıqların istifadə etdiyi danışıq dili türk və fars mənşəli alınma sözlərlə dolu idi. Erməni dilçi Raçiya Açaryan XV-XIX əsrlərdə ermənicə yazılı mənbələrdə təxminən 4200 türk mənşəli söz aşkarlamışdır. Bu türkcə mənşəli sözlərin bəziləri bunlar idi: bayatı, başlug (başlık), bek (bey), biz, bostan, bostancı, debağ, talan, gacag (kaçak), nal, nalband, çıban, tolma (dolma), bozbaş, oba, ana, ata, eziz (aziz), gapı, gesd (kasd), gız (kız), yeası (yiyesi), helal, haram, ağ, ağa, el, ilan, damga, donguz (domuz). Türk Dil Qurumunun keçmiş prezidenti Şükrü Haluk Akalın 2010-cu ildə verdiyi açıqlamada erməni dilində 3166 türk mənşəli sözün olduğunu bildirmişdir. Günay Karaağac tərəfindən hazırlanan və Türk Dil Qurumu tərəfindən yayımlanmış bir əsərdə göstərilmiş, erməni dilindəki bəzi türk mənşəli sözləri bunlardır: acı, aşık, boş, bütün, cenk, civar, çalgı, çolak, derbeder, durgun, eşik, folluk, fulya, göç, kamin, hatun, işik, ehtaç, istek, candarma, kafadar, kogan, leken, lezet, mani, misafir, neçe, nutk, oturak, oya, ös, örtü, paşa, pişgin, irica, silik, irişvet, saygı, şaşkın, şimdik, teyze, uçurma, ügez, üzüm, vazzal, veran, yarlah, zampara, zeybek.
Erməni soyqırımı. Türkün sözü (film, 2001)
== Məzmun == == Filmin heyəti == === Film üzərində işləyənlər === Müəllif: Qənirə Paşayeva Operator: Musa Qulammirzəyev Montaj: Murad Zeynalov Dizayn: Murad Zeynalov Səs: Abd.
Ermənilər Tərəfindən Qətlə Yetirilən Şəhid Türklər Abidəsi və Muzeyi
Ermənilər Tərəfindən Qətlə Yetirilən Şəhid Türklər Abidəsi və Muzeyi (türk. Ermeniler Tarafından Katledilen Şehit Türkler Anıt ve Müzesi) — ermənilərin İğdır bölgəsindəki türklərə qarşı həyata keçirdiyi soyqırıma həsr olunmuş abidə-muzey kompleksi. == Haqqında == Türkiyənin İğdır bölgəsində yerləşən kompleksin tikintisinə 1 avqust 1997-ci ildə başlanılmış və 5 oktyabr 1999-cu ildə sona çatdırılmışdır. Abidənin təməli İğdır valisi Şəmsəddin Uzun tərəfindən atılmışdır. 43.5 metr hündürlükdə olan abidə Türkiyədəki ən hündür abidədir. Abidənin açılış mərasimində Türkiyənin o zamankı prezidenti Süleyman Dəmirəl və dövlət naziri Ramazan Mirzəoğlu da iştirak etmişdir. Memorialın açıqlanan məqsədi I Dünya Müharibəsi və Ermənistan-Türkiyə müharibəsi (1920) zamanı "ermənilərin İğdır vilayətində törətdikləri qırğınları və zülmləri anmaqdır". == Memarlığı == 350 m² qapalı muzey və 36 m hündürlüyündə 5 ədəd qılıncdan ibarətdir. Ətrafı yaşıl sahə və park olaraq inşa edilmişdir. Ümumilikdı 14.000 m² sahədən ibarətdir.
Ermənilərin türk-müsəlman əhaliyə qarşı soyqırımı
Ermənilərin türk əhaliyə qarşı soyqırımı
Ermənistan-Türkiyə müharibəsi (1920)
Ermənistan-Türkiyə müharibəsi (1920) — Rusiya imperiyasının dağılmasından sonra yaranmış erməni-daşnak hökumətinin işğalçılıq siyasəti nəticəsində baş vermiş müharibə. Müharibənin başlanmasında böyük dövlətlərin antitürkiyə siyasəti də az rol oynamamışdı. Versal-Vaşinqton sisteminin tərkib hissəsi kimi Paris sülh konfransında (1919-20) hazırlanmış Sevr sülh müqaviləsi (1920) Osmanlı imperiyasının bölüşdürülməsini nəzərdə tuturdu. Müqavilənin imzalanmasına Birinci dünya müharibəsinin (1914-18) qalib dövlətləri ilə yanaşı, Ermənistan (Ararat) Respublikası da cəlb edilmişdi. Müqaviləyə görə Türkiyənin Van, Bitlis, Ərzurum və Trabzon vilayətlərinin bir hissəsi erməni-daşnak hökumətinə verilməli idi. Türkiyə Böyük Millət Məclisi ölkənin ərazisini bölüşdürən bu müqaviləni rədd etmiş, sultan da onu ratifikasiya etməmişdi. Ermənistan isə Türkiyəyə qarşı əsassız ərazi iddialarını həyata keçirmək üçün müharibəyə başladı. 1920-ci il iyunun 18-də daşnaklar Oltu şəhərini tutdular. Rusiya hökuməti Ermənistanla may-iyun və Türkiyə ilə iyul-avqust aylarında Moskvada keçirilən konfranslarda hadisələrə müdaxilə etməyə çalışdı. Lakin hər iki tərəf onun təkliflərini qəbul etmədi.
Ermənistanda türk toponimləri
Ermənistanda Türk toponimlərinin dəyişdirilməsi – XX və XXI əsrlərdə Qərbi Azərbaycan ərazisində (indiki Ermənistan) Türk toponomlərinin ermənilər tərəfindən dəyişdirilməsi prosesi. XVII əsrdən XIX əsrin əvvəllərinə kimi indiki Ermənistan ərazisinin əhalisinin çoxunu Qafqaz müsəlmanları (Azərbaycanlılar və kürdlər) təşkil edirdi. Cəfər Qiyasi və İbrahim Bozyelin "Armenian acts of cultural terrorism" kitabında bildirilir ki, ermənilərin özləri keçən əsrin ortalarına kimi təsdiq edirdilər ki, Ermənilər indiki Ermənistan ərazisinə köçürülmüş xalqdır və əvvəllər burada etnik xalq kimi Azərbaycanlılar yaşayırdılar. Təkcə XX əsrin əvvəllərində qərbi azərbaycanda (indiki Ermənistanda) 2310 coğrafi addan 2000-ə qədəri türk mənşəlli idilər. == Türk toponimlərinə təcavüz dövrləri == İndiki Ermənistanda türk mənşəli toponimlərin dəyişdirilməsini aşağıdakı dövrlərə bölmək olar. 19-cu əsrin əvvəllərindən 1918-ci ilə qədər dəyişdirilən toponimlər 1918–1920 1920–1930 1930–1960 1960–1980 1991-ci ildən sonra dəyişdirilənlər. İlk addəyişdirmə 1801-ci ildə baş vermişdir. Addəyişmənin I dövründə türk mənşəli adlar rus mənşəli toponimlərlə əvəz edilmişdir. Bu da ərazinin Rusiya tərəfindən işğalı və oraya rusların kütləvi şəkildə köçürülməsi ilə bağlıdır. İlk dəyişdirilən ad Cəlaloğlu rayonundakı (Stepanovan rayonu) Qaraməhəmməd kəndinin adının dəyişdirilib Aleksandrovka qoyulması ilə başlayıb.
Ermənistan–Türkiyə müharibəsi (1920)
Ermənistan-Türkiyə müharibəsi (1920) — Rusiya imperiyasının dağılmasından sonra yaranmış erməni-daşnak hökumətinin işğalçılıq siyasəti nəticəsində baş vermiş müharibə. Müharibənin başlanmasında böyük dövlətlərin antitürkiyə siyasəti də az rol oynamamışdı. Versal-Vaşinqton sisteminin tərkib hissəsi kimi Paris sülh konfransında (1919-20) hazırlanmış Sevr sülh müqaviləsi (1920) Osmanlı imperiyasının bölüşdürülməsini nəzərdə tuturdu. Müqavilənin imzalanmasına Birinci dünya müharibəsinin (1914-18) qalib dövlətləri ilə yanaşı, Ermənistan (Ararat) Respublikası da cəlb edilmişdi. Müqaviləyə görə Türkiyənin Van, Bitlis, Ərzurum və Trabzon vilayətlərinin bir hissəsi erməni-daşnak hökumətinə verilməli idi. Türkiyə Böyük Millət Məclisi ölkənin ərazisini bölüşdürən bu müqaviləni rədd etmiş, sultan da onu ratifikasiya etməmişdi. Ermənistan isə Türkiyəyə qarşı əsassız ərazi iddialarını həyata keçirmək üçün müharibəyə başladı. 1920-ci il iyunun 18-də daşnaklar Oltu şəhərini tutdular. Rusiya hökuməti Ermənistanla may-iyun və Türkiyə ilə iyul-avqust aylarında Moskvada keçirilən konfranslarda hadisələrə müdaxilə etməyə çalışdı. Lakin hər iki tərəf onun təkliflərini qəbul etmədi.
Ermənistan–Türkiyə münasibətləri
Ermənistan–Türkiyə münasibətləri — Ermənistan Respublikası ilə Türkiyə Respublikası arasındakı münasibətlər erməni soyqırımını tanımaq, Ermənistanın Qars müqaviləsini ratifikasiya etməkdən imtina etməsi və Türkiyənin Qarabağ münaqişəsində Azərbaycana dəstək verməsi ilə çətinləşir. İki dövlət arasında 311 km uzunluğa malik sərhəd olmasına baxmayaraq bağlıdır. == Osmanlı imperiyasında ermənilər == Ermənistan XV-XVI əsrlərdə Osmanlı İmperiyasının tərkibində idi. Ermənilərlə osmanlılar arasında münasibətlər qarışıq olmuşdur. Osmanlı hökmdarları Konstantinopolda erməni Patriarxlığının yaradılmasına təşəbbüs göstərmişdilər. Şəhərin erməni əhalisi artmırdı və sultanın dəstəyindən istifadə etməyərək daha pis vəziyyətdə idi. Kəndlərdə yaşayan ermənilər tez-tez yerli idarədən əziyyət çəkirdilər. Bundan əlavə cizyə kimi əlavə vergi ödəməli olurdular. Oğlan övladlarını isə döyüşçü olmaq üçün sultana verirdilər (Yeniçəri). Ancaq XVII əsrin əvvəllərindən Osmanlı İmperiyası zəyifləmələ başladı.
Ermənistan–Türkiyə sərhədi
Türkiyə–Ermənistan sərhədi (türk. Ermenistan–Türkiye sınırı, erm. Հայաստան–Թուրքիա սահման) — Türkiyə və Ermənistan arasında dövlət sərhədi. Sərhədin uzunluğu 311 km-dir və şimalda Gürcüstanla sərhəd qovşağından cənubda Azərbaycanla sərhəd qovşağına qədər uzanır. == Təsvir == Sərhəd şimaldan Gürcüstanla sərhədin Arpi gölünün qərb hissəsindəki kəsişməsindən başlayır və Ermənistanın dağlıq əraziləri boyunca bir sıra qeyri-bərabər xətlər boyunca cənuba uzanır. Qərbi Arpaçay çayına çataraq çaydan cənubdan Araz çayı ilə birləşməyə qədər davam edir və daha sonra şərqə sonra cənub-şərqə axan Arazı izləyir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə kəsişmə nöqtəsinə qədər uzanır. == Tarix == Birinci Dünya müharibəsi zamanı Rusiya Osmanlı İmperiyasının şərq bölgələrini işğal edir. Rusiyada 1917-ci il inqilabından sonra yeni kommunist hakimiyyət orqanları müharibədəki iştiraklarına son verməyə tələsir. 1918-ci ildə Almaniya və Osmanlı İmperiyası ilə Brest-Litovsk sülh müqaviləsini imzalayır.
Ermənistan–Türkmənistan münasibətləri
Türkmənistan–Ermənistan münasibətləri — Türkmənistan və Ermənistan arasındakı mövcud ikitərəfli münasibətlər. Hər iki ölkə SSRİ adlanan ittifaqa daxil olan respublikadan biri olmuşdur. 1991-ci ildə müstəqillik əldə etmişlər. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının üzvüdürlər. 2015-ci ildə Türkmənsitan və Ermənistan arasında iki anlaşma, beş görüş protokolu, 3 memorandum və iki deklarasiya imzalanmışdır. == Tarixi == Türkmənistan və Ermənistan arasında diplomartik əlaqələr 9 oktyabr 1992-ci ildə qurulmuşdur. İki ölkə arasında bir ilk olaraq 1993-cü ildə Ermənistan Prezidenti Levon Ter-Petrosyan Türkmənistanı ziyarət etmişdir. 1994-cü ilin iyulunda Ermənistanın Türkmənistanda səfirliyi açılır. 1997-ci ildə Ermənistan Prezidenti Levon Ter-Petrosyan Türkmənistanı ikinci dəfə ziyarət etmişdir. 2000-ci ildə Türkmənistana Prezident Robet Koçaryan səfər etmişdir.
Eyvaz türbəsi
Eyvaz türbəsi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati mərkəzinin cənub hissəsində, Pir Eyvaz qəbiristanlığının şimal tərəfində yerləşən tarixi-memarlıq abidəsi. Pir Eyvaz daşıdığı tituldan (pir) göründüyü kimi məşhur sufi şeyxi olmuş Ordubad şəhərində Bəktaşi xanəgahı yanında dəfn olunmuş, qəbirin üstündə türbə inşa edilmişdir. Qəbirin üstündə sementlə bir-birinə bərkidilmiş mərmər baş daşı parçalarının üzərində olan kitabə qalıqlarında sufiliklə bağlı bəzi terminlər həkk edilmişdir. Türbənincənubundakı Pir Eyvaz qəbiristanlığı bu qəbirin xatirəsinə keçirilən dəfn mərasimləri hesabına yaranmışdır. XVI əsrə aiddir. XX yüzilliyin 80-ci illərində dağıdılmışdır. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh.90.
Eyxler tülpanı
Fikrət Türkmən
Fikrət Türkmən (türk. Fikret Türkmen; 3 dekabr 1945 və ya 1945, Abdilli[d], Yozqat ili) – Türkiyə ədəbiyyatşünası, türk xalqları ədəbiyyatı üzrə araşdırıcı, professor. 1992-ci ildə yaradılan Ege Universiteti Türk Dünyası Araşdırmalar İnstitutunun qurucu direktoru. == Həyatı və təhsili == Fikrət Türkmən 3 dekabr 1945-ci ildə Yozğadın Boğazlıyan qəzasının Abdilli kəndində əkinçiliklə məşğul olan ailədə doğulmuşdur. Ərzurum Atatürk Universiteti Ədəbiyyat fakültəsinin Türk dili və ədəbiyyatı ixtisası üzrə bitirmişdir (1963-1967). Universiteti bitirdikdən sonra Konyada bir liseydə müəllim işləmişdir. Qısa müddət müəllim işlədiyi bu məktəbdə tanış olduğu ədəbiyyat müəllimi Fidanla evlənmişdir. İdil adlı bir qızı və Orkun adlı bir oğlu var. == Fəaliyyəti == === Elmi fəaliyyəti === 1968-ci ildə Atatürk Universitetinin Türk dili və ədəbiyyatı bölümündə folklor üzrə assistant kimi fəaliyyətə başlamışdır . 1969-cu ildə İstanbul Universitetində Prof.dr.
Finlandiya–Türkiyə münasibətləri
Finlandiya—Türkiyə münasibətləri (türk. Finlandiya-Türkiye ilişkileri) — Finlandiya ilə Türkiyə arasında ikitərəfli diplomatik münasibətlər. == Tarixi == 21 fevral 1918-ci ildə Türkiyə Finlandiya müstəqilliyini tanıdı və ölkələr arasında diplomatik münasibətlər 20 may 1920-ci ildə quruldu. Finlandiyanın Ankarada səfirliyi, İstanbulda fəxri baş konsulluğu və Bələk, Bodrum və İzmirdə bir sıra fəxri konsulluqları mövcuddur. Türkiyənin Helsinki şəhərində bir səfirliyi vardır. Türkiyə və Finlandiya ikili vətəndaşlığı olan insanlar, bəzi hallarda Türkiyə ərazilərində problem yaşayırlar. Finlandiya Avropa İttifaqının üzvüdür və Türkiyə bu quruma üzv olmaq üçün namizəddir. Hər iki ölkədə NATO üzvüdür. == Ticarət əlaqələri == Türkiyə Finlandiya hərbi məhsullarının ən böyük idxalçılarından biridir. 2017-2018-ci illərdə Finlandiya silah ixracatında Türkiyənin payı% 13,2 idi, 2014-cü ildə bu göstərici% 3,3 (2014-2018-ci illərdə satışlar 7,4 milyondan 17 milyon avroya yüksəldi).
Florenski tülpanı
Fortis Türkiyə Kuboku
Ziraat Türkiyə Kuboku — Türkiyə Futbol Federasiyası 1961-ci ildən başlayan UEFA Kuboklar Kubokunda Türkiyəni təmsil etmək məqsədilə 1962–1963 mövsümündə Türkiyə Çempionatının bütün dəstələrində yer alan 66 komandanın iştirakı ilə ilk Türkiyə Kubokunu təşkil etmişdir. Turnir 1980–1981 mövsümündən Federasiya Kuboku adı ilə təşkil edilmişdir. 1992–1993 mövsümündən etibarən isə Türkiyə Kuboku adı bərpa olunmuşdur. Qalatasaray 18 dəfə bu kuboku qazanaraq ən çox Türkiyə Kubokunun sahibi ünvanını qazanmışdır. 2009-cu ildən etibarən kubokun adı "Ziraat Türkiyə Kuboku" olmuşdur. == Bütün finallar == Qeyd: Altay oyuna çıxmadığı üçün Qalatasaray texniki qələbə qazandı. Püşk ilə Altay qələbə qazandı.
Fənni-Sərfi-Türki
Fənni-Sərfi-Türki və ya Fənni-Sərfü nəhvi-Türki (Türk dilinin qrammatikası ya da Türk fənninin sərfi) — Mirzə Məhəmməd Əfşarın o zamanlar Türk dili adlandırılan Azərbaycan dilinin qrammatikası üzrə bir dərslikdir. Bu əsər təxminən 19-cu əsrin ikinci yarısında Azərbaycan dili qrammatikasına aid azərbaycanca yazılmış ilk əsərlərdən biri kimi öz zamanı üçün ən mükəmməl bir qrammatika dərsliyi olmuşdu. Əsər dilçi-mütəxəssislər, Azərbaycan dilinin tədrisi tarixi ilə məşğul olan tədqiqatçılar və geniş oxucu kütləsi üçün faydalı mənbədir. == Quruluş == Girişdə M. Əfşarın Fənni-sərfü nəhvi-türki əsərinə qədər olan dövrdə və daha geniş şəkildə XIX əsrdə Türk (Azərbaycan) dilçiliyinin tarixinə ümumi bir nəzər yetirilir, Türk (Azərbaycan) dilçilik elminin formalaşmasına təsir edən müxtəlif amillər araşdırılır, ayrı-ayrı dilçilik kateqoriyala-rının inkişafı ilə bağlı qısa xülasələr şəklində icmal verilir. İkinci bölümdə həmçinin ayrı-ayrı morfoloji və sintaktik kateqoriyalar araşdırılmış, bu kateqoriya-ların izahında ənənəvi ərəb dilçiliyi və Avropa dilçiliyindən irəli gələn prinsiplərin nisbəti məsələsi aydınlaşdırılmış, müasir dilçiliyimizdə bu problemlərlə bağlı fərqli elmi görüşlərin şərhinə yer verilmişdi.
Fərhad Paşa türbəsi
Fərhad Paşa türbəsi – İstanbulun Əyyubsultan ilçəsində XVI əsrin sonlarına aid türbə. Sultan Murad və oğlu Sultan Mehmed dövrünün sədrəzəmlərindən Sərdar Fərhad Paşa tərəfindən inşası başlayan ancaq edamından bir müddət sonra tamamlanan türbənin memarı bilinmir. 16-bucaqlı plana əsasən kəsmə daşdan inşa olunan türbənin qapısının üzərindəki kitabəsində inşa tarixi olaraq 1595-ci il göstərilir. Türbənin içərisində kitabəsi olmayan səkkiz mərmər və 4 taxta məzardaşı var.