Bu məqalə Şabran şəhəri haqqındadır. Rayon üçün Şabran rayonu səhifəsinə baxın. |
Şabran, və ya keçmiş adı ilə Dəvəçi (digər tarixi adı Dəvəçibazar) — Azərbaycanın Şabran rayonunun inzibati mərkəzi. Paytaxt Bakı şəhərindən 122 km aralı. Şəhər Quba-Xaçmaz iqtisadi rayonunda yerləşir. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 983-IIIQ saylı Qərarı ilə şəhər Şabran adlandırılmışdır.[2]
Şəhər | |
Şabran | |
---|---|
41°12′02″ şm. e. 48°59′00″ ş. u. | |
Ölkə | |
Rayon | Şabran rayonu |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 33 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 25 600[1] nəfər |
Qədim mənbələrdə adı çəkilən Şabran (Şabaran) Qafqaz dağlarının cənub-şərq qolunun şimal-şərq yamaclarında, Samurçay hövzəsində ərazi idi. Sonradan Şirvanşahlar, əl-Babın əmirləri və Arran hakimləri arasında bu ərazi üstündə çəkişmələr olmuşdur. Z.Bünyadov Şabranın Dəvəçi yaxınlığında yerləşən orta əsr sahilyanı şəhəri olduğunu qeyd edir. Şabranın şimal-şərqi Azərbaycan ərazisində idarəçilik mərkəzi olmasını daim hücumlara məruz qalan strateji əhəmiyyətli yer kimi tarixdə buraya olan hücumlar da sübut edir. Müxtəlif istiqamətlərə gedən yollar üzərində yerləşən Şabranı təsadüfü deyildir ki, ərəb hücumları dövründə Xəlifə Ömər Şirvanşahların mərkəzi şəhəri kimi, həmçinin Dərbənd və ətraf yerlərin əhalisini şimaldan hücum edənləri ölkəyə buraxmamaq şərtilə vergilərdən azad etmişdir. Azəbaycan tamamilə ərəblərə tabe edildikdən sonra Şabran III Əmirliyin böyük şəhərləri sırasında qeydə alınmışdı. Məhz bu Şabranın Azərbaycan şəhərləri içərisində xüsusi yer tutduğunu sübut edir. Bu dövrdə Şabrana olan hücumlardan bir qismi də xəzərlərin adi ilə bağlıdır. Saci, Salari və Rəvvadilərin hakimiyyəti dövründə Şirvanşahlarla Dərbənd hakimiləri arasındakı mübarizədə Şabran yenə də hadisələrin əsas cərəyanetmə mərkəzinə çevrilmişdi. Təsadüfü deyildir ki, Fəriburz ibn Salar strateji mövqeyini nəzərə alıb, paytaxtını Şabran və ya Məskətə köçürmək istəyirdi. Salari İbrahimin təzyiqindən Əl Baba qaçan Şirvanşahın qardaşı, Tabasaran hakimi Heysam üçün Şirvanın bir hissəsini güzəştə getməyi tələb etdikdə, Şirvanşah buna hədələməklə cavab vermişdi. Ona görə də Əl Bab hakimi Əmir Əhməd qoşun toplayıb Şirvanşahların əsas iqamətgahı hesab olunmuş Şabrana hücum edib, tutub yandırmış, saysız-hesabsız qənimətlər aparmışdı. Bu hadisadən sonra Şabranın daimi hücumlara məruz qaldığı nəzərə alıb, müdafiə qabiliyyətini möhkəmlətmək üçün Məhəmməd ibn Əhməd 973-983-cü illərdə Şabran qala divarlarını tikdirmişdi. Onu da nəzərə almaq lazımdır ki, Şabran ətrafında böyük müdafiə qurğularının olması, həmçinin Şabran qalaları haqqında müxtəlif dövrlərdə verilən məlumatların çoxluğu bir daha bu şəhərin ərazidə daim diqqət mərkəzində olduğunu təsdiq etməklə, dövlətçiliyə məxsus müdafiə sistemi və sərhədlərin möhkəm qorunması şərtini ifadə edirdi. Güman olunur ki, yadelli hücumlar dövründə əhali meşələrdə, həmçinin Şirvanşahların müdafiə olunduğu qalalardan biri olan xalq arasında Tənkəmər qalası adı ilə tanınan Ərəblər kəndinin qərbində Qafqaz dağlarında yerləşən müdafiə sistemindən də bu məqsədlə istifadə olunmuşdu.[3] Bugünkü Şabran şəhəri öz adını 2010-cu ildə Dəvəçi rayonunun adının Şabran rayonuna dəyişməsi ilə əlaqədar Milli Məclisin qərarı ilə almışdır. Şəhər 1944-cü ilə kimi Dəvəçibazar, sonra isə Dəvəçi adlanmışdır. 1959-cu ildən şəhər statusu almışdır. Tarixi İpək yolunun üzərində yerləşən Dəvəçibazar uzun müddət dəvə karvanlarının gecələmə yeri olmuşdur. Eyni zamanda burada böyük bazarda fəaliyyət göstərmiş, dağ kəndlərindən əhali alış veriş üçün Bazara gəlmişlər. Dəvəçiçayın ətrafında yerləşən şəhər əhalisi çay yatağından süzülüb gələn şirin sulu bulaqlardan istifadə etmişdir. Bu bulaqlar indi də durur.
Bəzi tarixçilər qədim Şirvanşah dövlətinin bu ərazidə yarandığını və qədim Şirvan şəhərinin Dəvəçi şəhərinin yerində olduğunu göstərirlər. Lakin bu məsələ hələ tam öz təsdiqini tapmamışdır və gələcək araşdırıcılarını gözləyir.
Karvan yolunun üstündə olan bu şəhər çox keçməkeçli günlər yaşamış, dəfələrlə dağıdılmışdır. Sonuncu dəfə 1918-ci ilin mart hadisələri zamanı erməni daşnak qoşunları tərəfindən, əvvəl zirehli qatardan top atəşinə tutulmuş, sonra isə dəmiryol stansiyasından düşən erməni cəza dəstələri tərəfindən əhalisi güllələnmiş, evlərinə isə od vurularaq yandırılmışdır. Hadisə şahidlərinin dediyinə görə, əhali tərəfindən "Bala Həştərxan" adlanan səkiləri taxtadan, küçələri qəmbər daşından olan bu şəhərdə dağılmamış bir-neçə ev qalmışdır. AXC zamanı şəhər nahiyə mərkəzi olaraq Quba qəzasının tərkibində olmuşdu və burada pristavlıq yerləşirdi.
Əhali əsasən azərbaycanlılardan və tatlardan ibarətdir. Çox az miqdarda rus və Dağıstan xalqlarının nümayəndələri yaşayırlar.
Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
|
Şəhərdə kinoteatr və 3 kitabxana vardır. 5 tam orta, 3 ümumi orta, 5 sahə məktəbi fəaliyyət göstərir. 2 uşaq bağçası ("Cücələrim" və "Dəvəçi Broyler") vardır.
Xalçaçılıq geniş inkişaf etmişdir. Xalçalar Pirəbədil xalça fabrikində və şəxsi mənzillərdə toxunur. "Pirəbədil" xalça fabrikində toxunan yerli çeşnili "Pirəbədil", "Heyratı Pirəbədil", "Alçagül Çiçi", "Sırt Çiçi", "Qollu Çiçi" və "Xırdagül Çiçi" 50 ildən artıqdır ki, dünyanın bir çox ölkələrinə satılır və bir çox dünya müzeylərinin bəzəyidir. Son vaxtlar fabrikdə "Gülüstan" və bədii tərtibatlı(portret) xalçalarıda toxunur. "Dəvəçi Broyler" və Taxıl kombinatı fəaliyyət göstərir.
Şabran rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |