Ağdərə toqquşması (2008)

Ağdərə toqquşması və ya Tərtər hərbi təxribatı, 4 mart 2008-ci il tarixində ErmənistanAzərbaycan arasında baş vermiş olan toqquşmadır.

Ağdərə toqquşması
Dağlıq Qarabağ Respublikası, Ağdərə və təmas xətti
Dağlıq Qarabağ Respublikası, Ağdərə və təmas xətti
Tarix 4 mart 2008
Yeri Qarabağ, Ağdərə
Nəticəsi İki tərəfdə öz qələbəsini elan etmişdir
Münaqişə tərəfləri

Dağlıq Qarabağ
ErmənistanErmənistan

AzərbaycanAzərbaycan

Komandan(lar)

Dağlıq Qarabağ
Movses Hakobyan

Azərbaycan
Nəcməddin Sadıqov

Tərəflərin qüvvəsi

Ermənistan Silahlı Qüvvələri

Azərbaycan Silahlı Qüvvələri

İtkilər

Ermənistan mənbələrinə əsasən:

  • 2 hərbi qulluqçu yaralanıb

Azərbaycan mənbələrinə əsasən:

  • 12 hərbi qulluqçu ölüb

Azərbaycan mənbələrinə əsasən:

  • 4 hərbi qulluqçu ölüb

Ermənistan mənbələrinə əsasən:

  • 8 hərbi qulluqçu ölüb
Ümumi itkilər
Təqribən:

20 nəfər hərbi qulluqçu ölüb, 2 nəfər hərbi qulluqçu yaralanıb.

1994-cü ildə Ermənistanla Azərbaycan arasında imzalanan atəşkəs müqaviləsindən sonra müxtəlif miqyaslı bir çox qarşılıqlı hücumlar baş vermişdir. Bunlardan ən böyüyü 2008-ci ildə Ermənistanda keçirilən prezident seçkilərindən dərhal sonra Ağdərədə baş verdi. Azərbaycanın verdiyi açıqlamaya görə, Ermənistan diqqəti Ermənistandakı prezident seçkilərindən sonra martın 1-də baş vermiş insan haqları pozuntularından yayındırmaq üçün atəşkəsi pozmuşdur.

Ermənistanın verdiyi açıqlamaya görə, Ermənistanda seçkilərdən sonrakı daxili qarışıqlığı bir fürsət olaraq görən Azərbaycan, Ağdərə bölgəsinə ağır toplardan istifadə edərək gecə əməliyyatı həyata keçirdi. Ermənistan Müdafiə Nazirliyi gecə yarısı bir açıqlama verərək Ağdərə bölgəsinin sərhəd xəttinin 3-4 saat ərzində Azərbaycanın nəzarətində olduğunu elan etdi və davam edən qarşıdurmalardan sonra bölgədə nəzarətin bərpa edildiyini bildirdi.

Ermənistan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin mənbələrinə görə, münaqişə nəticəsində 2 erməni əsgəri yaralanmış və 8 Azərbaycan əsgəri öldürülmüşdür. Digər tərəfdən, Azərbaycan Müdafiə Nazirliyi, ölkədəki qurumlara məlumat verdi ki, Ermənistandakı seçkilərdən sonra gündəmi dəyişdirməyə çalışan erməni tərəfi, Azərbaycan ilə sərhəd bölgəsinə hücum etdi və başlayan qarşıdurmada 4 azərbaycanlı əsgər şəhid olmuş və 12 erməni əsgəri öldürülmüşdür.

Beynəlxalq Qırmızı Xaç təşkilatı isə Ermənistan tərəfdən 5 Azərbaycan əsgərinin cəsədini götürüb Azərbaycan tərəfinə təhvil vermişdir. Bu qarşıdurmadan sonra Rusiya və ABŞ Xarici İşlər Nazirliyi tərəfləri atəşkəs qaydalarına riayət etmələri barədə xəbərdar etdi, Ermənistan və Azərbaycan arasında vasitəçilik edən ATƏT-in Minsk qrupu isə münaqişəni pislədi.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]