12 dеkаbr 1988-ci ildə zəlzələdə zərərçəkmiş еrmənilərə yаrdım göstərmək məqsədilə Аzərbаycаndаn göndərilmiş il-76 təyyаrəsi Еrmənistаnın Spitak rаyоnunun Quqark şəhərinin yаxınlığındа «Stingеr» rаkеti ilə vuruldu. Nəticədə təyyаrədə оlаn 77 аzərbаycаnlıdаn cəmi 1 nəfər - Babayev Fəxrəddin təsadüf nəticəsində sağ qalır. 68 nəfər azərbaycanlı sərnişin və 9 nəfər ekipaj üzvü bu terror aktının qurbanı olur. Qəzanın səbəbləri öyrənilmədən, heç bir ekspertiza aparılmadan təyyarənin qara qutusu məhv edilir. Bu terror aktı qəza hadisəsi kimi cəmiyyətə sırınır. Təsadüfən sağ qalmış Fəxrəddin Babayev İrəvan xəstəxanasına aparılsa da, «ermənilər arasında yaralı türkə yer yoxdu», - deyən daşnak xislətli erməni həkimləri onu müalicə etməkdən boyun qaçırırlar.[1]
Leninakan yaxınlığında İl-76 qəzası | |
---|---|
Ümumi məlumatlar | |
Tarix |
|
Yer | |
Sərnişin sayı | 68 |
Komanda | 9 |
Yaralı sayı | 1 |
Ölü sayı | 76 |
Təyyarə | |
Təyyarə modeli | İl-76M |
Havayolu şirkəti | SSRİ hərbi-hava qüvvələri |
Qalxma yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
İstiqamət | Leninakan, Ermənistan SSR, SSRİ |
Növbəti gün Türkiyədən Ermənistana uçuş keçirən Yuqоslаviyаnın АN-12 təyyаrəsi də qəzaya uğrayıb və 7 nəfər ekipaj üzvünün hamısı həlak olub. Bəzi iddialara görə erməni terrorçuları təyyarənin Türkiyəyə aid olmasını güman edərək onu vurublar.[1]
Babayev Fəxrəddin 2010-cu ildə vəfat edib. Heydər Əliyevin 1994-cü ildə imzaladığı sərəncamla ermənilərə yardıma gedən təyyarədə həlak olmuş 77 nəfərə şəhid statusu verilib.[2]
Fəlakətin rəsmi səbəbi ekipajın hündürlük ölçmə cihazlarını düzgün quraşdırmaması olub. Baxmayaraq ki, nəzarətçi aerodrom təzyiqini 634 mm atmosfer təzyiqi kimi ekipajına ötürdü və ikinci pilot da bunu qeyd etdi, lakin sonradan hündürlükölçənlər 734 mm atmosfer təzyiqi, yəni 100 mm daha yüksək qiymət təyin etdilər, bu da oxunuşların 1100 metr artıq oxunmasına səbəb oldu. Toqquşma zamanı hündürlükölçən 1425 metr dəyər göstərdi. Bu cür pozuntuların əsas səbəbi ekipajın yüksək yorğunluğu ola bilər, çünki əvvəlki gün çoxlu uçuşlar yerinə yetirdiyi üçün onların normal istirahət etməyə vaxtları olmayıb. Təyyarə gecə vaxtı və çətin hava şəraitində üfüqi görünmə məsafəsi 5 kilometr olan və yüksək dağlıq ərazidə yerləşən Leninakan hava limanına eniş edib. Dairə hündürlüyünə (1100 metr) enmə prosesində İl-76 dağa çırpılıb. Qəza zamanı sərnişinlərdən yalnız biri Fəxrəddin Balayev sağ qalıb (o, matraslarla yüklənmiş KamAZ yük maşının arxa hissəsində yatırmış). [4]