Qarabağlaşdırma

Ənənəvi Qarabağ xəritəsi.

QarabağlaşdırmaAzərbaycanErmənistan siyasi və tarixşünaslıq diskursunda hər şeyin Qarabağ regionunun ətrafında döndüyü fikrinə verilən ad.

Rusiya tarixçisi və politoloqu Sergey Markedonova görə, AzərbaycanErmənistanın siyasi həyatının "qarabağlaşdırılması" baş vermişdir. Qarabağ problemi hər iki ölkə üçün əsas məqama çevrilmiş, orada baş verən istənilən daxili siyasi hadisə Qarabağ faktoru ilə yoxlanılmışdır.[1]

Markedonov irəli sürmüşdü ki, "qarabağlaşdırma" anlayışı Azərbaycan dövlətçiliyinin təməl daşı rolunu oynayır. Onun fikrinə görə, SSRİ hökumətinin Ermənistanın Qarabağı Azərbaycana qaytarmasını məcbur etmək istəməməsi və sovet qüvvələrinin Bakıya yeridilməsi Azərbaycanın milli öz müqəddəratını təyinetmə cəhdində mühüm rol oynamışdı. Bu, Azərbaycanda ərazi bütövlüyü haqqında təsəvvürü dəyişdirmişdi. Azərbaycanda ilk növbədə digər sovet respublikaları kimi güclü dissident hərəkatı olmamasına baxmayaraq, SSRİ mərkəzi hökumətinin Qarabağ məsələsinin birtərəfli həllindən yayınması və Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün üzərinə götürdüyü siyasi öhdəliyi yerinə yetirməməsi Azərbaycanın müstəqillik və suverenlik uğrunda mübarizə aparmasına vadar etmişdi. Azərbaycanda Qarabağın ölkəyə reinteqrasiyasını müdafiə edən xalq konsensusu kommunist ideologiyasını üstələyən milliyətçi ritorikasını gücləndirmişdi.[2] Erməniəsilli Fransa jurnalisti Qaydz Minasyanın fikrinə görə, 2022-ci il sentyabr döyüşləri və başqa hadisələrdə Azərbaycan "qarabağlaşdırma"nın əksini edərək Zəngəzurda tarixən yaşamış azərbaycanlı əhalinin öz müqəddəratını təyin etmək iddialarını izləməyə çalışmışdır.[3]

Ermənistanın keçmiş prezidentləri, "Qarabağ klanı"nın nümayəndələri Robert Köçəryan (1998 – 2008; solda)Serj Sarkisyan (2008 – 2018; (sağda).

Tədqiqatçı Nigar Şirəlizadə qeyd etmişdir ki, "qarabağlaşdırma" anlayışı bir neçə onilliklər ərzində Ermənistan Respublikaçı Partiyası (ERP) hakimiyyətinin bütün dövründə Ermənistan siyasi diskursunda üstünlük təşkil etmişdir. ERP-nin tərkibindəki bəzi nümayəndələr mənşəyinə görə cəmiyyətin müxtəlif sektorlarında siyasi elita tərəfindən imtiyazlı münasibətdən bəhrələnməklə tanınır.[4] Onlar Ermənistan cəmiyyəti və bəzi beynəlxalq ekspertlər tərəfindən "Qarabağ klanı" adlandırılmışdılar.[5] Ermənistan cəmiyyətində belə bir fikir var ki, Qarabağ erməniləri hakimiyyətin rəğbətindən istifadə edərək təkcə siyasət sahəsində deyil, həm də biznes sektorunda nüfuzlu mövqelər əldə etmişdilər.[4] Ermənistanın keçmiş prezidentləri Robert KöçəryanSerj Sarkisyan bu klanın əsas nümayəndələri hesab olunurlar.[6] Tədqiqatçı Taleh Ziyadovun fikrinə görə, Köçəryan prezident olandan sonra Ermənistanın daxili siyasətində "qarabağlaşdırma" gücləndirilmişdir.[7] Ermənistanda eks-prezident Levon Ter-Petrosyan "Qarabağ klanı"nın ən sərt tənqidçisi kimi qəbul edilirdi.[8] 2018-ci il Ermənistan inqilabından sonra hakimiyyətə gəlmiş Nikol Paşinyan bu klanın rəqibi kimi müşahidə edilmişdir.[6] Markedonova görə, "qarabağlaşdırma"nın bir nəticəsi olaraq Nikol Paşinyanın "vətən xaini" adlandırılması və onun "Artsaxı təhvil verməsi" kimi ritorokalar artmışdır.[9]

Tarixşünaslıqda

[redaktə | mənbəni redaktə et]

AzərbaycandaErmənistanda tədris olunan tarix dərsliklərində Qarabağ münaqişəsi azərbaycanlılar ilə ermənilər arasında "tarixi düşmənçiliyin" təzahürü kimi şərh olunur. Azərbaycan və Ermənistan tarixçiləri Qarabağın "onlardan əvvəl bizə" məxsus olduğunu qəbul etdirmək üçün bir-biri ilə mübarizə aparırlar. Ermənistan tarixçisi Mikail Zolyana görə, bu "tarixi düşmənçilik" narrativi münaqişənin yaranmasında və genişlənməsində mühüm rol oynamış, onun həllinə mane olmuşdur. Ermənistan politoloqu Aleksandr İskəndəryan son dövr Ermənistan tarixşünaslığını xarakterizə edərək "qarabağlaşdırma" terminindən istifadə etmişdir, lakin Markedonova görə, bu, həm də son dövr Azərbaycan tarixşünaslığının bir xüsusiyyətidir.[10][11]

Azərbaycanda və Ermənistanda sovet və postsovet dövrlərinə aid tarix dərslikləri arasında nəzərəçarpacaq fərq Qarabağın tarixi vətən kimi təzahürüdür. Hər iki ölkədə Qarabağ münaqişəsi əsas ümummilli məsələ kimi qətiyyətlə diqqət mərkəzində saxlanılmışdır. Azərbaycan tarixçiləri öz əsərlərində Qarabağı qədim zamanlardan türk tayfalarının tarixən məskunlaşdıqları ərazi kimi təsvir etməyə səylə çalışırlar. Bu, Ermənistanda tədris olunan tarix dərsliklərində erməni müəlliflərinin təqib etdikləri narrativə oxşardır.[12] Satenik Mktrçyan bu tendensiyanı milli tarixin "qarabağlaşması" kimi qələmə vermişdir.[13]

  1. "Sergey Markedonov: "Karabakh conflict occupies the first place among all conflicts in the post-Soviet Eurasia"". PanArmenian (ingilis). 21 fevral 2008. 2023-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-15 – Today.az vasitəsilə.
  2. Goble, Paul. "How Gorbachev contributed to the 'Karabakhization' of Azerbaijani politics". Moldova.org (ingilis). 19 yanvar 2010. 2023-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-15.
  3. Minassian, Gaidz. "For Armenians, the Time for Introspection Is Now". For Armenians, the Time for Introspection Is Now (ingilis). 7 oktyabr 2022. 2023-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-15.
  4. 1 2 Shiralizade, Nigar. "WHAT ARE THE PROSPECTS FOR ARMENIA? THE END OF "KARABAKH CLAN" OR "OLD WINE IN A NEW BOTTLE"?". Avrasya İncelemeleri Merkezi (ingilis). 27 aprel 2018. 2023-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-15.
  5. Cutler, Robert M. "Putin Is Turning Armenia Into a Russian Outpost". Foreign Policy (ingilis). 22 sentyabr 2022. 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-15.
  6. 1 2 Kuzio, Taras. "Azerbaijan Losing Patience with Armenia's Pashinyan". Heopolitical Monitor. 2 may 2023. 29 June 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 July 2023.
  7. Ziyadov, 2010. səh. 116
  8. Whitmore, Brian. "Crisis Spotlights 'Karabakh Clan'". Azadlıq Radiosu (ingilis). 8 aprel 2008. 2023-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-15.
  9. "Political scientist: In the near future, three numbers will become the subject of complex dramatic reflections in Armenian national narratives". Arminfo (ingilis). 22 may 2023. 17 June 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 July 2023.
  10. Zolian, Mikael. "Исторический нарратив и репрезентация конфликта (еще раз о конфликте в Нагорном Карабахе и вокруг него)". Heinrich Böll Stiftung (rus). 2021-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-15.
  11. Маркедонов, Сергей. "Историографический фронт карабахского конфликта". Политком.RU (rus). 13 may 2009. 5 February 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 July 2023.
  12. Ghazaryan, Flora; Huseynli, Mirkamran. "Armenian and Azerbaijani History Textbooks: Time for a Change". The Caucasus Edition: Journal of Conflict Transformation (ingilis). 20 may 2022. 10 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 July 2023.
  13. Mkrtchyan, 2012. səh. 50
  • Mkrtchyan, Satenik. The Republic of Armenia's Neighbors in the Late 19th and Early 20th Centuries in Contemporary World History Textbooks // Rumyantsev, Sergey (redaktor). In The South Caucasus and Turkey: History Lessons of the 20th Century (ingilis). Heinrich Boll Foundation. 2012. ISBN 9941043906.
  • Ziyadov, Taleh. "Nagorno-Karabakh negotiations: Through the prism of a multi-issue bargaining model". International Negotiation (ingilis). BRILL. 1 (15). 2010: 107–131. ISSN 1571-8069.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Искандарян, А.; Арутюнян, Б. Армения: «карабахизация» национальной истории // Аймермахер; Бордюгов, Г. (redaktorlar ). Национальные истории в советском и постсоветском государствах. АИРО-XX (rus). Москва. 1999. səh. 145–158.