Tərtər əməliyyatı

Tərtər əməliyyatı (aprel-may 1994) — Qarabağ müharibəsinin son mərhələsi. Döyüşlər əsasən Tərtər və qismən Ağdam rayonları ərazisində aparılmışdır.

Tərtər əməliyyatı
Qarabağ müharibəsi
Tarix aprel-may 1994
Yeri Azərbaycan Respublikası
Nəticəsi Ermənilərin tam olaraq istəklərinə çata bilməmələri, Ağdam rayonunun bir neçə kəndinin ermənilərin nəzarətinə keçməsi.
Münaqişə tərəfləri

 Azərbaycan

 Ermənistan

Öncəki vəziyyət

[redaktə | mənbəni redaktə et]

1994-cü ilin aprelində erməni hərbçiləri genişmiqyaslı bir hərbi əməliyyat planlaşdırır. Plan Azərbaycan ordusunun Tərtər şəhəri ərazisindəki müdafiəsini qırmaq, bu yaşayış məntəqəsi ilə yanaşı BərdəYevlax şəhərlərini ardıcıl olaraq ələ keçirmək olur[1]. Bununlada Azərbaycanın şimal-qərb bölgəsini respublikanın qalan hissəsindən ayırmaq planlaşdırılır.

Erməni komandanlığının hesablamalarına görə, Bərdə və Yevlax şəhərlərinin ələ keçirilməsiylə yeni bir qaçqın axını, geniş bir ərazinin işğalı ilə Azərbaycanda vəziyyətin pisləşməsinə, ölkə rəhbərliyində dəyişikliyə və müharibənin sonda erməni tərəfinin şərtləri ilə baş çatmasına səbəb olacaqdı[2].

Əməliyyatın gedişi

[redaktə | mənbəni redaktə et]

Hücum 1994-cü ilin 10 aprel gecəsi başlayır. Hücumlar Ağdərə rayonu ərazisindən Tərtər şəhərinə, habelə bu yaşayış məntəqəsinin qərb və cənub istiqamətindən olmaqla, üç fərqli əməliyyat istiqamətində edilir. Əsas sektorda 83-cü motoatıcı briqada və Xankəndi səyyar alayından 2 minə qədər hərbçisi və 30 zirehli texnikası (17 tank daxil olmaqla) iştirak edir. Əməliyyatlar top və raket atəşi ilə dəstəklənərək edilir.

16 aprel - 6 may tarixlərində erməni komandanlığı itkilərindən asılı olmayaraq 5-ci motoatıcı briqadasını və ayrı-ayrı Tigran Mets motorlu tüfəng taburunu döyüşə gətirərək cəbhə xəttini pozmaq üçün 5 dəfə həmlə edir. Azərbaycan ordusunun hissələrini geri çəkilməyə məcbur qalır. Buna baxmayaraq yalnız Ağdamın şimalında və Tərtərin qərbində bir neçə yaşayış məntəqəsi olan məhdud ərazilər erməni birləşmələrinin nəzarəti altına keçir. Üstəlik 28 zirehli texnika ermənilər tərəfindən ələ keçirilir - 8 tank, 5 piyadaların döyüş maşını, 15 zirehli personal daşıyıcısı.

Qəfil hücum və davamlı olaraq əlavə qüvvələrin gətirilməsinə baxmayaraq, Ermənistan qoşunları Azərbaycan ordusunun döyüş birləşmələrinin parçalanmasına, əməliyyat məkanına daxil olmasına və ikinci eşelon qüvvələrinin döyüşə girməsi üçün şərait yaratmasına nail ola bilmirlər. Tərtərin möhkəmləndirilmiş ərazisinə güvənən Azərbaycan komandanlığı, sərt bir müdafiə təşkil edir. Üstəlik əks hücumlarlar zamanı top, hücum təyyarələri və düşmən qüvvə qruplaşmasına qarşı döyüş helikopterləri ilə kütləvi atəş effekti əldə edir. Azərbaycan qoşunları əsas müdafiə mövqelərini qorumağı bacarır, ermənilərin bəzi taktiki nailiyyətlərin qarşısı alır və ya qismən ləğv edir.

Ağır döyüşlər zamanı erməni qoşunları ağır itkilərə məruz qalır, onların hücum qrupu gücünü itirir və irəliləyə bilmir. Azərbaycan qoşunları da ağır itkilər verir. Üstəlik aktiv döyüş əməliyyatları apara bilmir. Beləliklə hər iki tərəfin mövcud mövqelərdə möhkəmlənməsi və irəliləyə bilməməsi cəbhədə bir tarazlıq vəziyyəti yaradır. Tərtər əməliyyatı Qarabağ müharibəsinin son böyük döyüşü olur və tezliklə münaqişə tərəfləri atəşkəs razılaşmasını imzalamaq məcburiyyətində qalır.

  1. Михаил Жирохов. «Семена распада: войны и конфликты на территории бывшего СССР».
  2. Оруджев Э. Карабах — горы зовут нас. Тбилиси, 2012. С.465.