Ağdam hərbi təxribatı — 2009-cu ildə Ağdamda baş vermiş silahlı toqquşmalar.
Ağdam toqquşması | |
---|---|
2009-ci ilin yanvar ayında Qarabağda baş vermiş silahlı toqquşma. 1994-cü ildə imzalanmış Bişkek protokolundan sonra Ermənistan Silahlı Qüvvələri tərəfindən ən şiddətli atəşkəs pozuntularından biridir. 2009-ci ilin yanvarın 26-da saat 17:00 radələrində Ermənistan Silahlı Qüvvələri Ağdam rayonunun işğal altındakı Cəvahirli kəndi və Gülçülük sovxozu adlanan ərazidən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə doğru hücuma keçməyə cəhd göstərdilər. Azərbaycan ordusunun mövqelərini ələ keçirtmək niyyətində olan erməni silahlıları itki verərək geri çəkilməyə məcbur oldular. Azərbaycan Silahlı Qüvvələri heç bir itkiyə məruz qalmamışdır.[1][2]
2009-ci ilin sentyabr ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən 1994-cü ildə imzalanmış Ermənistan-Azərbaycan atəşkəsin ən şiddətli pozuntularından biridir. 2009-cu ilin sentyabrın 10-da saat 9:23 radələrində Ermənistan silahlı qüvvələri Ağdamın işğal altındakı olan ərazilərindən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə doğru hücuma cəhd göstərmişdilər. Milli Ordumuzun mövqelərini ələ keçirtmək istəyən ermənilərin qarşısı alınmışdır. Silahlı müdaxilənin qarşısını alan Azərbaycan Silahlı Qüvvələri ilə Ermənistan Silahlı Qüvvələri arasında şiddətli döyüş olub. Düşmən hücumunun qarşısını alan Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri 5 erməni əsgərini məhv edib, 3 əsgərini ağır yaralayıb.[3][4]
Azərbaycan Silahlı Qüvvələrinin yalnız bir əsgəri, 2008-ci ilin iyul ayında Quba rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan, 1990-cı il təvəllüdlü Yusubov Pərviz Gülbala oğlu isə kürək nahiyəsindən güllə yarası almışdır. Hərbi hospitala yerləşdirilmişdir və vəziyyətinin orta-ağır olduğu bildirilib.[3]
Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu sentyabrın 10-da İordaniyaya səfəri sırasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova zəng edərək cəbhə xəttində baş vermiş və 5 erməni əsgərinin ölümü ilə nəticələnmiş insident barədə məlumat aldığını deyib. E. Məmmədyarov hadisənin bütün detallarını ona danışıb.[5]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |