Azərbaycan–Ermənistan münasibətləri

Azərbaycan–Ermənistan münasibətləriAzərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.

Azərbaycan-Ermənistan münasibətləri
Azərbaycan və Ermənistan
 Azərbaycan  Ermənistan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əsasən davam edən Dağlıq Qarabağ münaqişəsi səbəbindən Ermənistanla Azərbaycan arasında diplomatik əlaqələr yoxdur.

Azərbaycan və Ermənistan arasıda XX əsrdə 1918–1920-ci illərdə və 1988–1994-cü illərdə (Birinci Qarabağ müharibəsi) aparılan müharibələr münasibətləri daha da gərginləşdirmişdir. Birinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və ərtaf 7 rayonu işğal edildi. Qondarma Dağlıq Qarabağ Respublikası quruldu.

1994–2020-ci illərdə Ermənistan atəşkəs rejimini dəfələrlə pozdu. XXI əsrin əvvəllərində baş vermiş Çaylı döyüşü, Aprel döyüşləri, Günnüt əməliyyatı, Tovuz döyüşləri və s. münaqişələrdə Azərbaycan Ermənistanı məğlub etmişdir.

2020-ci ildə 44 gün davam edən İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Ermənistanı ağır məğlubiyyətə uğradaraq işğal edilmiş əraziləri azad etmişdir. Dağlıq Qarabağ atəşkəs bəyanatına əsasən Azərbaycan-Ermənistan sərhədi delimitasiya edilməyə başlandı.

2021-ci ildə sərhədlərin delimitasiyasında yaranan problemlər və Ermənitanın atəşkəsə əməl etməməsi nəticəsində Azərbaycan-Ermənistan sərhəd böhranı başlamışdır.

1918-ci il 26 may tarixində Gürcüstan müstəqilliyini elan etdi. Həmin gün Zaqafqaziya Seymi dağıldı. 28 may AzərbaycanErmənistan müstəqilliklərini elan etdilər. 29 may tarixində AXC Milli Şurasının iclasında İrəvan şəhəri ermənilərə verildi. Əvəzində ermənilər Dağlıq Qarabağa və Azərbaycanın digər bölgələrinə iddialarından əl çəkməyi vəd etdi. Ancaq buna əməl olunmadı. Milli Şura İrəvan şəhərini ermənilərə güzəştə getmək qərarını "qaçınılmaz bir həqiqət", "tarixi zərurət" kimi qiymətləndirdi.

Ermənistanın Naxçıvan, ZəngəzurQarabağa qarşı ərazi iddiaları 1918–1920-ci illər arasında Ermənistan-Azərbaycan müharibəsinə gətirib çıxardı. Sovet işğalı ilə bu müharibəyə son qoyuldu.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Telefonnaya küçəsi 5 ünvanında Ermənistanın nümayəndəliyi yerləşmiş, nümayəndəliyə G. A. Bekzadyan rəhbərlik etmişdir.

Azərbaycan ərazilərinin Ermənistana verilməsi

[redaktə | mənbəni redaktə et]

1922-ci ildə SSRİ-nin yaradılması ilə Azərbaycan SSRErmənistan SSR əvvəlcə ZSFSR-in tərkibində, 1936-cı ildən isə ayrı-ayrı dövlətlər kimi birbaşa SSRİ-nin tərkibinə daxil edildi. 1920-ci il 10 avqust tarixində RusiyaErmənistan arasında imzalanan sazişə əsasən Azərbaycanın Şərur-Dərələyəz bölgəsi Ermənistana verildi. 1921-ci ilin yayında Yuxarı (Qərbi) Zəngəzur Ermənistana verildi. 1929–1930-cu illərdə OrdubadZəngəzur qəzasının cənub hissəsi, indiki Zəngilan rayonunun bir sıra kəndləri Ermənistana verildi və bu ərazidə Mehri rayonu yaradıldı. Bunun nəticəsində Naxçıvan və digər Azərbaycan torpaqları arasındakı quru sərhəd bağlandı. XX əsrin 20-ci illərində Ermənistan SSR ilə yaylaqlar və sudan istifadə hüququ zəminində yaranmışsərhəd mübahisələri nəticəsində Azərbaycan SSR QazaxCəbrayıl qəzalarının bir sıra torqaplarını itirdi. 1923-cü il 7 İyul tarixində mərkəzi Xankəndi şəhəri olan Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradıldı. İki ay sonra ermənilər Xankəndi şəhərinin adını dəyişdirərək Stepanakert adlandırdılar.

Azərbaycanlıların Ermənistandan deportasiyası

[redaktə | mənbəni redaktə et]

Ermənistanda yaşayan azərbaycanlılar 1948–1953-cü illərdə və 1988–1991-ci illərdə deportasiya edilərək Azərbaycana köçürülmüşdür.

Sumqayıt fitnəkarlığı

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Sumqayıt hadisələri

1988-ci il 28 fevral tarixində Sumqayıt şəhərində "Paşa" ləqəbli Eduard Qriqoryannın başçılığı ilə azərbaycanlıları adı ilə öz millətlərinə qarşı qırğın törətdilər. Ermənilərin Sumqayıt fitnəkarlığını törətməkdə məqsədi azərbaycanlılara qarşı dünyada mənfi ictimai rəy yaratmaq idi. XX əsrin sonlarında AzərbaycanErmənistan arasındakı vəziyyət daha da gərginləşdi

Birinci Qarabağ müharibəsi (1988–1994)

[redaktə | mənbəni redaktə et]
Birinci Qarabağ müharibəsi

1988-ci ilin əvvəllərindən başlayaraq ermənilər əvvəl sovet, sonra isə Rusiya hərbi qüvvələrinin köməyi ilə Dağlıq Qarabağda seperatçılıq fəaliyyətlərini genişləndirdilər. 1991-ci ildən başlayaraq Ermənistan müharibə elan etmədən Azərbaycana qarşı ilk dəfə irimiqyaslı hərbi əməliyyatlara başladı. Birinci Qarabağ müharibəsi nəticəsində Dağlıq Qarabağ və ətraf 7 rayon işğal edildi.

İşğal edilən ərazilər
Tarix Ərazi
28 dekabr 1991 Xankəndi
26 fevral 1992 Xocalı
8 may 1992 Şuşa
18 may 1992 Laçın
2 oktyabr 1992 Xocavənd
3 aprel 1993 Kəlbəcər
17 iyun 1993 Ağdərə
23 iyul 1993 Ağdam
23 avqust 1993 Cəbrayıl
Füzuli
31 avqust 1993 Qubadlı
30 oktyabr 1993 Zəngilan

1994-cü il 8 may tarixində imzalanan Bişkek protokoluna əsasən 12 may tarixində Azərbaycan-Ermənistan cəbhə xəttində atəşkəs elan olundu

Qarabağ atına həsr olunmuş Ermənistan poçt markası (2005)
İlham Əliyev, Rusiya Prezidenti Dmitri Medvedev və Ermənistan Prezidenti Serj Sarkisyan (23 yanvar 2012)

Müharibədən sonra Ermənistanla Azərbaycan arasında münasibətlər çox gərgin olaraq qaldı

2008-ci il mart Ağdərə toqquşması zamanı hər iki tərəf az itki verdi. Daha sonra iki tərəf də öz qələbəsini elan etdi.

2009-cu il yanvar və sentyabr aylarında Ağdam toqquşması zamanı Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə doğru hücuma keçməyə cəhd göstərdilər. Erməni silahlıları itki verərək geri çəkilməyə məcbur oldular.

2010-cu il iyun ayında Azərbaycan tərəfi hücüma keçdi. Döyüş zamanı separatçılar 4 əsgər itirdi. Mübariz İbrahimov düşmənin içində 50 separatçı olan silah anbarını partladır. Mübariz İbrahimov partlayışdan sonra ərazini tərk etməyə çalışsa da, düşmənin diqqət mərkəzindən çıxa bilmədi. Tək olmasına baxmayaraq, döyüşdən qaçmadı. Bu zaman daha 5 düşmən əsgərini yerindəcə öldürən, 4-nü isə ağır yaralayan Mübariz İbrahimov Çaylı döyüşü zamanı şəhid oldu. Avqust ayında Azərbaycan-Ermənistan sərhədində baş verən silahlı insident zamanı hər iki tərəf az itki verdi.

2012-ci il aprel-iyun aylarında Ermənistan fasilələrlə atəşkəsi pozu. Hər ki tərəf az ikti verdi.

2013-cü il oktyabr ayında Zakir Həsənov Azərbaycanın Müdafiə naziri təyin edildi.

2014-cü il iyul-avqust aylarında AzərbaycanErmənistan qüvvələri arasında yenidən toqquşmalar oldu.

İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan Dünya İqtisadi Forumu'nda (22 yanvar 2019)

Aprel döyüşləri (2016)

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Aprel döyüşləri

2016-cı il aprel ayında Ermənistan yeni təxribatlar törətdi. Aprel döyüşləri Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli münaqişə idi. Döyüşlərdə hər iki tərəf təxminən 100 itki verdi. Döyüşlər zamanı Azərbaycan bəzi əraziləri işğaldan azad etdi. Aprel döyüşləri Böyük Zəfərin başlanğıcı hesab olunur

Günnüt əməliyyatı (2018)

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Günnüt əməliyyatı

2018-ci il may ayında Azərbaycan tərəfi hücuma keçmişdir. Bunun səbəbi NMR-nın 1992-ci ildə işğal edilmiş ərazilərini azad etmək idi. Əməliyyat zamanı Şərur rayonunun Günnüt kəndi, ümumi olaraq 11000 hektar ərazi işğaldan azad edildi. Əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə şərait yaratdı.

Tovuz döyüşləri (2020)

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Tovuz döyüşləri

2020-ci il iyul ayında Azərbaycan-Ermənistan sərhədində Tavuş mərziTovuz rayonu əraziləri boyunca təxminon 10 gün davam edən döyüşlər olmuşdur. Döyüşlərdən sonra da vəziyyət gərgin olaraq qaldı. Tovuz döyüşləri yaxınlaşmaqda olan İkinci Qarabağ müharibəsinin ayaq səsləri idi.

İkinci Qarabağ müharibəsi (2020)

[redaktə | mənbəni redaktə et]
İkinci Qarabağ müharibəsi

2020-ci il 27 sentyabr tarixində Azərbaycan Silahlı Qüvvələri əks hücuma keçir. Bunun səbəbi Birinci Qarabağ müharibəsi zamanı işğal edilmiş əraziləri azad etmək idi. Müharibənin gedişində Ermənistan Gəncə, Bərdə, Mingəçevir, Beyləqan və digər ərazilərə raket hücumları etdi, atəşə tutdu. 44 gün davam edən müharibədə Birinci Qarabağ müharibəsi zamanı işğal edilən ərazilər azad edildi. 10 noyabr tarixində Rusiya vasitəçiliyi ilə Dağlıq Qarabağ atəşkəs bəyanatı imzalandı. Bu bəyanatdan sonra Qarabağda Rusiya sülhməramlıları yerləşdirildi və Ermənistan bəzi əraziləri özü təhvil verdi.

Azad edilən ərazilər
Tarix Ərazi
4 oktyabr 2020 Cəbrayıl
17 oktyabr 2020 Füzuli
20 oktyabr 2020 Zəngilan
25 oktyabr 2020 Qubadlı
8 noyabr 2020 Şuşa
20 noyabr 2020 Ağdam
25 noyabr 2020 Kəlbəcər
1 dekabr 2020 Laçın

Azərbaycan-Ermənistan sərhəd böhranı (2021–2023)

[redaktə | mənbəni redaktə et]

2021-ci il may ayında Ermənistan Azərbaycan Ordusunun Qaragöl istiqamətindən irəliləyərək 3,5 km ərazini ələ keçirdiyini iddia etdi. Azərbaycan isə çətin dağ relyefi quruluşuna və iqlim şəraitinə malik olan məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə əlaqədar olaraq Azərbaycan sərhəd qüvvələrinin Azərbaycana aid mövqelərdə yerləşdirildiyini qeyd etdi. Bu hadisə ilə Azərbaycan-Ermənistan sərhəd böhranı başladı. Hal-hazırda Ermənistan atəşkəsi pozmağa davam edir.

2022-ci il 21–24 fevral tarixlərində Milli Məclisin 2 nəfər deputatı (Tahir MirkişiliSoltan Məmmədov) Ermənistanın paytaxtı İrəvan şəhərində səfərdə oldular. Tahir MirkişiliSoltan Məmmədov İrəvanda keçirilən AVRONEST Parlament Assambleyasında iştirak etdilər. 23 fevral tarixində İrəvan şəhərində yerləşən Göy Məscidi ziyarət etdilər.

İlk dəfə birgə bəyanat

[redaktə | mənbəni redaktə et]

Azərbaycan və Ermənistan Sovet İttifaqı dağılandan və Qarabağ münaqişəsi başlayandan bəri ilk dəfə birgə, vasitəçi olmadan bəyanat veriblər. Onlar əsirlərin dəyişdirilməsinə razılaşıblar. Razılaşmaya görə, 32 erməni hərbçi və 2 azərbaycanlı hərbçini tərəflər müvafiq olaraq azad edib. Sosial mediada sadə azərbaycanlı və erməni istifadəçilər həmin addıma müsbət reaksiya verib və sülhə çağırış edib. Bir sıra dövlət və qurumlar birgə bəyanatı alqışlayıb.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP29)

[redaktə | mənbəni redaktə et]

Xoş niyyətin təzahürü olaraq, Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyib. Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama edib.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev II Qlobal Media Forumunda xarici jurnalistlərə COP29-un prezidenti Muxtar Babayevin Ermənistanın xarici işlər nazirinə dəvət məktubu göndərdiyini açıqlayıb.[1]

İdman sahəsində münasibətlər

[redaktə | mənbəni redaktə et]

Futbol qarşılaşmaları

[redaktə | mənbəni redaktə et]
  1. "Azərbaycan Ermənistanı COP29-a dəvət edib". Report İnformasiya Agentliyi (az.). 2024-07-21. İstifadə tarixi: 2024-07-21.