Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqalə Azərbaycandakı qəsəbələrin siyahısını və əlaqəli məlumatları ehtiva edir.
Azərbaycanda qəsəbə ölkə əhalisinin əksəriyyətinin iqtisadi, sənaye, sosial, kommunal təsərrüfatı, ictimai-iaşə, tarixi, mədəni, kurort obyektlərində, dövlət idarəetmə və ya inzibati orqanlarında və s. sahələrdə işləyən ərazi vahidinə verilən statusdur.[1]
İnkişafına görə kənddən yüksək, şəhərdən isə aşağı səviyyəli yaşayış məntəqəsi statusudur. Azərbaycanda rayon və şəhər tabeliyində olan çox sayda qəsəbə vardır. Qəsəbələrin kəndlərdən ən əsas fərqi əhalisi və onun məşğuliyyətidir. Azərbaycanda çox qəsəbələrdə xəstəxana, kitabxana, uşaq bağçası və s. vardır.
Keçmişdə Azərbaycanın inzibati-ərazi bölgüsündə şəhər tipli qəsəbələr də var idi. Əgər hər hansısa bir kənd və yaxud qəsəbədə əhali həddindən çox olurdusa, bu yerə şəhər tipli, şəhərə oxşar qəsəbə deyilirdi. Qəsəbələr böyüyüb inkişaf etdikcə şəhər tipli qəsəbə halına gələ bilərdi və daha sonra şəhər statusunu qazana bilərdi.
Hazırda Azərbaycan Respublikasında 25 şəhər tipli qəsəbə mövcuddur.[mənbə göstərin]
Təkcə paytaxt Bakı şəhərində 59 qəsəbə mövcuddur[1][2].
Gəncə şəhəri üzrə 7 qəsəbə mövcuddur[1].
№ | Qəsəbənin adı[1] | İnzibati ərazi dairəsi (iəd)[1] | Şəhər[1] | İqtisadi rayon[3] |
---|---|---|---|---|
1 | Cavadxan | Cavadxan qəsəbə iəd-in mərkəzi | Gəncə şəhəri | Gəncə-Daşkəsən iqtisadi-rayonu |
2 | Hacıkənd | Hacıkənd qəsəbə iəd-in mərkəzi | Gəncə şəhəri | Gəncə-Daşkəsən iqtisadi-rayonu |
3 | Göygöl | Hacıkənd qəsəbə iəd | Gəncə şəhəri | Gəncə-Daşkəsən iqtisadi-rayonu |
4 | Məhsəti | Məhsəti qəsəbə iəd-in mərkəzi | Gəncə şəhəri | Gəncə-Daşkəsən iqtisadi-rayonu |
5 | Natəvan | Natəvan qəsəbə iəd-in mərkəzi | Gəncə şəhəri | Gəncə-Daşkəsən iqtisadi-rayonu |
6 | Sadıllı | Sadıllı qəsəbə iəd-in mərkəzi | Gəncə şəhəri | Gəncə-Daşkəsən iqtisadi-rayonu |
7 | Şıxzamanlı | Şıxzamanlı qəsəbə iəd-in mərkəzi | Gəncə şəhəri | Gəncə-Daşkəsən iqtisadi-rayonu |
Sumqayıt şəhəri üzə 2 qəsəbə, Şirvan şəhəri üzrə 2 qəsəbə, Xankəndi şəhəri üzrə 1 qəsəbə mövcuddur[1].
№ | Qəsəbənin adı[1] | İnzibati ərazi dairəsi (iəd)[1] | Şəhər[1] | İqtisadi rayon[3] |
---|---|---|---|---|
1 | Corat | Corat qəsəbə iəd-in mərkəzi | Sumqayıt şəhəri | Abşeron-Xızı iqtisadi rayonu |
2 | Hacı Zeynalabdin | Hacı Zeynalabdin qəsəbə iəd-in mərkəzi | Sumqayıt şəhəri | Abşeron-Xızı iqtisadi rayonu |
3 | Bayramlı | Bayramlı qəsəbə iəd iəd-in mərkəzi | Şirvan şəhəri | Şirvan-Salyan iqtisadi rayonu |
4 | Hacıqəhrəmanlı | Hacıqəhrəmanlı qəsəbə iəd-in mərkəzi | Şirvan şəhəri | Şirvan-Salyan iqtisadi rayonu |
5 | Kərkicahan | Kərkicahan qəsəbə iəd-in mərkəzi | Xankəndi şəhəri | Qarabağ iqtisadi rayonu |
Lənkəran rayonu üzrə 8 qəsəbə, Şəki rayonu üzrə 2 qəsəbə, Yevlax rayonu üzrə 3 qəsəbə mövcuddur[1].
Abşeron rayonu üzrə 9 qəsəbə mövcuddur[1].
№ | Qəsəbənin adı[1] | İnzibati ərazi dairəsi (iəd)[1] | Rayon[1] | İqtisadi rayon[3] |
---|---|---|---|---|
1 | Aşağı Güzdək | Aşağı Güzdək qəsəbə iəd-in mərkəzi | Abşeron rayonu | Abşeron-Xızı iqtisadi rayonu |
2 | Ceyranbatan | Ceyranbatan qəsəbə iəd-in mərkəzi | Abşeron rayonu | Abşeron-Xızı iqtisadi rayonu |
3 | Digah | Digah qəsəbə iəd-in mərkəzi | Abşeron rayonu | Abşeron-Xızı iqtisadi rayonu |
4 | Güzdək | Güzdək qəsəbə iəd-in mərkəzi | Abşeron rayonu | Abşeron-Xızı iqtisadi rayonu |
5 | Hökməli | Hökməli qəsəbə iəd-in mərkəzi | Abşeron rayonu | Abşeron-Xızı iqtisadi rayonu |
6 | Qobu | Qobu qəsəbə iəd-in mərkəzi | Abşeron rayonu | Abşeron-Xızı iqtisadi rayonu |
7 | Mehdiabad | Mehdiabad qəsəbə iəd-in mərkəzi | Abşeron rayonu | Abşeron-Xızı iqtisadi rayonu |
8 | Saray | Saray qəsəbə iəd-in mərkəzi | Abşeron rayonu | Abşeron-Xızı iqtisadi rayonu |
9 | Şəfəq | Şəfəq qəsəbə iəd-in mərkəzi | Abşeron rayonu | Abşeron-Xızı iqtisadi rayonu |
Ağcəbədi rayonu üzrə 1 qəsəbə[1], Ağdam rayonu üzrə 14 qəsəbə[1], Ağdaş rayonu üzrə 2 qəsəbə[1], Ağdərə rayonu üzrə 1 qəsəbə[4], Ağstafa rayonu üzrə 9 qəsəbə[1], Astara rayonu üzrə 2 qəsəbə[1] mövcuddur[1][4].
Balakən rayonu üzrə 1 qəsəbə, Beyləqan rayonunda 16 qəsəbə, Cəbrayıl rayonunda 4 qəsəbə, Daşkəsən rayonunda 5 qəsəbə mövcuddur[1].