Hacıqəhrəmanlı — Azərbaycan Respublikasının Şirvan şəhərinin inzibati ərazi vahidində qəsəbə.[1][2][3] Yaşayış məntəqəsini 1870-ci ildə burada oturaqlaşmış hacıqəhrəmanlı nəsli saldığına görə belə adlandırılmışdır.[4]
Qəsəbə | |
Hacıqəhrəmanlı | |
---|---|
39°52′45″ şm. e. 48°55′37″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Hacıqəhrəmanlı qəsəbəsi Kür çayının Şirvan şəhəri sahilində düzən sahədə yerləşir. Qəsəbədə yaşlı sakinlərin dediyinə görə Qəhrəman kişi ötən əsrin əvvələrində öz qohum-əqrəbaları ilə birlikdə Şamaxıdan köçmüş, burada məskən salmışlar. Qəhrəman kişi Məkkə ziyarətinə gedib qayıdıb. O vaxtdan qəsəbə onun şərəfinə "Hacı Qəhrəmanlı" adlandırılıb. 1950-ci illərə qədər qəsəbədə 30–40 ev olub. 1950–1970-ci illər arasında ərazi cəhətdən Salyan və Sabirabad rayonlarının tərkibinə daxil olub. 1970-ci ildən Əli Bayramlı şəhərinə verilib. 1975-ci ildə Əli Bayramlı şəhərinin tərkibində qəsəbə statusu verilib. Hacıqəhrəmanlı qəsəbəsi şimal tərəfdən Şirvan şəhəri, cənubdan Salyan rayonu, şərqdən təpəlik, qərbdən Kür çayı ilə əhatə olunmuşdur. Aran zonasıdır. Qəsəbənin coğrafi mövqeyi əlverişlidir. Qəsəbə Şirvan-Salyan yolunun kənarında yerləşir. Ərazisində respublika tabeliyində olan "Şirvan" İES və "Şirvan" OYL müəssisələri yerləşir. Hazırda qəsəbə ərazisində 507 təsərrüfat var. Qəsəbənin əhalisi 2123 nəfərdir. Onlardan 1327 nəfəri əmək qabiliyyətli yaşdadır. Qəsəbə əhalisinin 314 nəfəri işləyir. Əhalinin işləməyən hissəsi əsasən şəxsi təsərrüfatlarında çalışır. Qəsəbənin hüdudları daxilində torpaqlar 895,12 hektardır. Bundan: — dövlət mükiyyətində 638,31 ha — xüsusi mülkiyyətdə 42,53 ha — bələdiyyə mülkiyyətində 214,28 ha-dir Qəsəbənin hüdudları daxilində torpaqlar 895,12 hektardır.[5]
Əhalinin məşğuliyyətini əsasən əkinçilik, heyvandarlıq, quşçuluq təşkil edir.
Qəsəbədə 1 Bələdiyyə, 630 şagird yeri olan 1 orta məktəb, 1 kitabxana, 1 klub, 1 maşınlar üçün yuyucu sexi, 1 həkim məntəqəsi, 1 EATS, 1 maye qaz doldurma məntəqəsi, 1 baytarlıq məntəqəsi fəaliyyət göstərir. Qəbristanlığı, məscidi var. Şəhərlə qəsəbə arasında 4 ədəd mikroavtobus işləyir.Əhaliyə 4 sayli poçt şöbəsi xidmət göstərir. Bu poçt xidmətindən qonşu kəndlərdə istifadə edir. Hazırda qəsəbədə 156№-li Elektron stansiya fəaliyyət göstərir. Qəsəbədə xidmət göstərən həkim məntəqəsi Bələdiyyənin otağında yerləşir. Bir otaqda da diş məntəqəsi yerləşir. 2013-cü ildə baytarlıq məntəqəsi də tikilib istifadəyə verilib. Qəsəbədə mədəni-maarif sahəsində işlər görülür. Əhaliyə 1 kulub, 1 kitabxana xidmət edir.[5]
Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində 2003-cü ildə 128 nömrəlik "Karel" tipli EATS quraşdırılmışdır. 2004-cü ildə Hacıqəhrəmanlı qəsəbəsində 128 nömrəlik "Karel" tipli EATS çıxarılaraq əvəzinə 256 nömrəlik DRX-4 tipli EATS quraşdırılmışdır. 2011-ci ildə Hacıqəhrəmanlı qəsəbəsi ilə mərkəzi ATS arasında köhnə analoq tipli kabel çıxarılmış 10 km uzunluğunda fiber-optik kabeli qoyulmuş və bununla da Hacıqəhrəmanlı qəsəbəsi yüksək keyfiyyətli rəqəmsal xidmətlə təmin olunmuşdur. Artıq Hacıqəhrəmanlı qəsəbəsi yüksək sürətli ADSL genişzolaqlı internet xidməti ilə təmin edilmişdir.[6]