Bu məqalə Xaçmaz şəhəri haqqındadır. Xaçmaz rayonu üçün Xaçmaz rayonu səhifəsinə baxın. |
Xaçmaz — Azərbaycanda şəhər, Xaçmaz rayonunun inzibati mərkəzi. 1938-ci ildə rayon tabeli şəhər statusu almışdır.[1]
Şəhər | |
Xaçmaz | |
---|---|
41°28′05″ şm. e. 48°48′10″ ş. u.HGYO | |
Ölkə | |
Başçı | Elnur Rzayev |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1938 |
Mərkəzin hündürlüyü | 42 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ2700 |
Vikianbarda əlaqəli mediafayllar |
Xaçmaz şəhərinin tarixi tam öyrənilməsə də məlumdur ki, artıq XVII əsr mənbələrdə Xaçmaz adı çəkilir. Şəhərin Qudyalçayın sahilində yerləşməsi də yəqin ki, təsadüfi deyil, çünki bu çayın mənsəbində o zamanlar tanınmış liman olan Niyazabad yerləşirdi. Şəhərin karvan ticarət yolları üzərində yerləşməsi onun sürətli inkişafına səbəb olmuşdur. XX əsrin əvvəlində inşası başa çatan Bakı-Mahaçqala (Petrovsk) dəmir yolu üzərində Xaçmaz stansiyasının tikintisi şəhəri vacib nəqliyyat məntəqəsinə çevirdi. 1930-cu ildə şəhər rayon mərkəzinə çevrildi. 1945–1954-cü illərdə tikilən Xaçmaz konserv kombinatı isə uzun müddət Avropa qitəsində istehsalat gücünə görə ən iri müəssisələrdən biri olmuşdur. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "2010–2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramına uyğun olaraq Xaçmaz 2013-cü ildə Azərbaycan Respublikasının əfsanələr paytaxtı elan olunub. 2014-cü ildə Xaçmaz şəhəri, Bakı prospektində Bayraq Meydanı yaradılmışdır. Orada 85 metr hündürlüyündə Bayraq dirəyi qaldırılmışdır. Bayrağın uzunluğu 30 metr, eni isə 15 metrdir. Həmin ərazidə Bayraq Muzeyi fəaliyyət göstərir.
Etnik qrup | Sayı, 1970 sa.[2] | Nisbəti, 1970 sa.[2] |
---|---|---|
Cəmi | 22.313 | 100 % |
Azərbaycanlılar | 13.170 | 59 % |
Ruslar və Ukraynalılar | 5.301 | 23,8 % |
Ləzgilər | 1.726 | 7,7 % |
Yəhudilər | 892 | 4 % |
Ermənilər | 507 | 2,3 % |
Tatarlar | 244 | 1,1 % |
Gürcülər | 21 | 0,1 % |
Avarlar | 5 | 0,1 % |
Tatlar | 3 | 0,1 % |
Digərləri |
Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
|
Xaçmaz rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Şəhər haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |