ZEY

is. [ ər. ziyy] Zahiri şəkil, xarici görünüş, qiyafə, paltar.
□ Öz zeyindən çıxmaq – öz cızığından, öz çərçivəsindən çıxmaq, azmaq.
ZERZƏKLİ
ZEYİL
OBASTAN VİKİ
Eldar Zeynalov
Eldar Zeynalov (kimyaçı) — kimya elmləri doktoru, professor. AMEA-nın müxbir üzvü (2017). Eldar Zeynalov (heykəltaraş) — heykəltaraş, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978).
Eldar Zeynalov (heykəltəraş)
Eldar Heydər oğlu Zeynalov (22 avqust 1937, Bakı – 13 yanvar 2001, Bakı, Azərbaycan) — heykəltaraş, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1992), "Humay" mükafatı laureatı (2001). == Həyatı == Eldar Zeynalov 22 avqust 1937-ci ildə Heydər Zeynalov və Dürrə Zeynalovanın ailəsində Bakı şəhərində anadan olub.
Eldar Zeynalov (kimyaçı)
Zeynalov Eldar Bahadır oğlu (8 oktyabr 1948, Bakı) — kimya elmləri doktoru, professor. AMEA-nın müxbir üzvü (2017). Azərbaycan kimyaçısı, Azərbaycanda və bir sıra xarici ölkələrdə kimyəvi kinetika və kataliz, yüksək molekullu birləşmələr və neft kimyası sahəsində mütəxəssis və ekspert, tanınmış kimyaçı-alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, kimya üzrə elmlər doktoru, professor, AMEA-nın akademik M. F. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun "Nanokarbon katalizatorları iştirakında hidrogen peroksidlə oksidləşmə" laboratoriyasının müdiri, eyni zamanda, "Neft mənşəli kaustobiolitlərdən nanokarbon materialları əsasında katalizatorların sintezi və tətbiqi üzrə fundamental tədqiqatlar (İNTERLABCAT)" beynəlxalq laboratoriyasının rəhbəri. 2009-cu ildən Amerika Kimya Cəmiyyətinin üzvüdür. == Həyatı == Eldar Zeynalov 8 oktyabr 1948-ci ildə Bakı şəhərində ziyalı və alim, neft kimya sahəsində Azərbaycanın görkəmli alimlərindən biri, Azərbaycanın əməkdar elm xadimi, akademik Bahadır Zeynalovun ailəsində anadan olmuşdur. Həyat yoldaşı Zeynalova Səadət Məmməd qızı – təvəllüdü 1954, dil nəzəriyyəsi və german dilləri üzrə mütəxəssis, professor, filologiya elmləri doktoru, AFR-in Aleksandr-fon-Humboldt Fondunun laureatı, Ümumdünya Germanistlər Birliyinin üzvüdür. == Fəaliyyəti == 1971-ci ildə E. B. Zeynalov Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsini "Yüksəkmolekullu birləşmələr kimyası" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Eldar Zeynalovun elmi fəaliyyəti 1971-ci ildə başlanmış. O, Azərbaycan Dövlət Universitetinin Elmi Şurasının tövsiyəsi ilə Azərbaycan SSR Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun Sumqayıt filialının aspiranturasına daxil olub və sonra SSRİ Elmlər Akademiyasının Kimyəvi Fizika İnstitutunun aspiranturasına göndərildi. 1976-cı ildə Moskva vilayəti, Çernoqolovka şəhərində SSRİ EA-nın Kimyəvi Fizika İnstitutun Bölməsində "Poliorqanosiloksanların oksidləşdirici destruksiyası və stabilləşməsi sahəsində tədqiqatlar" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmiş və SSRİ Nazirlər Sovetinin nəzdində Ali Attestasiya Komissiyasının qərarı ilə "Fiziki kimya" ixtisası üzrə kimya elmləri namizədi elmi dərəcəsinə layiq görulmüşdür.
Eldəniz Zeynalov
Eldəniz Məmməd oğlu Zeynalov (1 yanvar 1937, Bakı – 5 noyabr 2001, Bakı) — görkəmli Azərbaycan aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2000). == Həyatı == Eldəniz Zeynalov 1 yanvar 1937-ci ildə anadan olub. Hələ məktəbli ikən dayısı Həsənağa Salayevin tövsiyəsi ilə Azərbaycan Dövlət Dram Teatrında uşaq rollarında çıxış edib. Teatr İnstitutunda aktyorluq təhsili alıb (1956–1962). Tələbə ikən Eldar Quliyevin "Bir Cənub Şəhərində" filmində baş rollardan birinə çəkilib. Məzun olduqdan sonra Akademik Dram Teatrında işə başlayıb. İlk dəfə "Sevil" tamaşasında Gündüz rolunu oynayıb. Sonralar teatr və kinoda, televiziya və radio tamaşalarında, "Mozalan" satirik kinojurnalının bir çox süjetlərində yadda qalan obrazlar yaradıb. Xarici film istehsalçılarının "Dulsineya Tobosskaya" (Mosfilm), "Təyyarələr Enmədi" (Özbəkfilm) filmlərində çəkilib. "Humay" mükafatı laureatı (1999), əməkdar artist (1974), xalq artisti Eldəniz Zeynalov 2001-ci il noyabrın 5-də dünyasını dəyişib, Yasamal qəbiristanlığında dəfn edilmişdir.
Elmir Zeynalov
Elnur Zeynalov
Elnur Zeynalov (28 iyul 1994, Naxçıvan – 26 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin Baş Leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elnur Zeynalov 28 iyul 1994-cü ildə Naxçıvan şəhərində anadan olub. İlk təhsilini Naxçıvan şəhər M. C. Cəfərov adına 14N-li tam orta məktəbdə aldıqdan sonra, 2008-ci ildə Naxçıvan şəhər Heydər Əliyev adına Hərbi Liseyə qəbul olub. 2011-ci ildə Hərbi Liseyi bitirdikdən sonra həmin ili Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olur. 2015-ci il Azərbaycan Ali Hərbi Məktəbini Xüsusi Təyinatlı ixtisası üzrə bitirir. 2015-ci ildə Ağstafa rayon N saylı Hərbi hissədə Kəşfiyyat qrup komandiri vəzifəsində işləməyə başlayır. 2018-ci ildə Baş Leytenant rütbəsini alır. Həmin ili Xüsusi Təyinatlı kurslarına yazılır və kursu müvəffəqiyyətlə bitirir. Bu illər ərzində bir çox kurslarda iştirak edir (Snayper kursu, Xüsusi Təyinatlı Dalğıc Kəşfiyyatçı kursu, Antiterror kursu, Xüsusi Təyinatlı kursu, Paraşüt kursu). 2020-ci ilin iyun ayında təyinatı üzrə Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlı N saylı hərbi hissəsinə yollanır.
Elxan Zeynallı
Elxan Aqşın oğlu Zeynallı, (3 aprel 1987, Bakı) və ya səhnə adı ilə Qaraqan, — azərbaycanlı repçi, musiqiçi, yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Kitab mükafatı müsabiqəsinin ilk qalibidir. Hal-hazırda, 10 romanın (9 Azərbaycan, 1 rus dillində) və 4 albomun müəllifidir. Elxan Zeynallı orta təhsilini Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində alıb. == Karyerası == Peşəkar karyerasına 2005-ci ildə Baku Klan qrupunda başlayıb, 2007-ci ildə yaranan H. O. S. T. qrupunun solistidir. Qrup üzvləri 2012-ci ildən etibarən solo ifa etsələrdə, Qaraqan yoluna Madhouse Communnity-də davam edib. 2007-ci ilin sonlarından yazıçılıq fəaliyyətinə başlayıb. 10 romanın (9 Azərbaycan, 1 Rus dilli) və maraqlı hekayələrin müəllifidir. Əsərlərində ədalət hissi təbliğ olunur. 2007-ci ildə AYB-nin ən gənc üzvü seçilir. 2007-ci ildə "A" romanı Azərbaycanda bestsellerə çevrilir.
Elxan Zeynalov
Eyvaz Zeynalov
Eyvaz Zeynalov (tam adı: Zeynalov Eyvaz Mahmud oğlu; 18 yanvar 1950, Qiyaslı, Ağdam rayonu) — Azərbaycan yazıçısı. == Həyatı == 18 yanvar 1950-ci ildə Ağdam rayonunda anadan olub. Tanınmış yazıçı ilk və orta təhsilini Ağdam şəhər 1 nömrəli məktəbində almış və bu məktəbi əla qiymətlərələ bitirmiş,1973-cü ildə V.İ.Lenin adına APİ-nin dil-ədəbiyyat fakültəsini bitirmişdir. “Qəlibə sal” adlı ilk hekayəsi hələ orta məktəbin 9-cu sinfində oxuyarkən “Lenin yolu” qəzetində çap olunub. 2007-ci ildə “Avropa Nəşr Mətbu Evi”nin keçirdiyi müsabiqədə “Ən yaxşı vətənpərvər yazıçı” Beynəlxalq Qızıl mükafatına layiq görülüb, 2008-ci ildə Mahmud Kaşğari adına Beynəlxalq hekayə müsabiqəsinin qaliblərindən biri olub. 2010-cu ildə Azadlıq radiosunun “Ədəbi azadlıq” kiçik hekayə müsabiqəsinin qalibi olub və 1-ci yeri tutub. 1990-cı ildə “Yazıçı” nəşriyyatında “Rəngsiz yuxu” (povest, hekayələr) adlı ilk kitabı çapdan çıxmıb. 1999-cu ildə “Bahalı şokolad qutusu”, 2007-ci ildə “Qırmızı almalar” (uşaqlar üçün) kitabları, 2006-cı və 2009-cu illərdə “Qarabağ hekayələri” (təkmilləşdirilmiş, artırılmış iki nəşr), 2007-ci ildə “Hekayələr”, 2008-ci ildə “Qış günəşi” (povestlər, hekayələr), 2013/14-cü ildə “Bələdçi” (iki roman: “Bələdçi” və “Qisas”) kitabı, 2014-cü ildə “Tələ” romanı, 2015-ci ildə “Alın yazısı” romanı, “Ömrə atılan daş” romanı çap edilib. 2010-cu ildə Tiflisdə iki dildə - azərbaycan və gürcü dilində “Uşaq hekayələri və nağıllar” adlı kitabı çap olunub. 2011-ci ildə Türkiyədə, Ankarada Türkiyə türkcəsində “Kara(b)ağlayan Hikayeler” kitabı çıxıb.
Fikrət Zeynallı
Fikrət Zeynalov
Fələstində zeytun istehsalı
Fərhad Zeynalov
Fərhad Ramazan oğlu Zeynalov (22 iyun 1929, Ordubad – 16 oktyabr 1984, Bakı) — Azərbaycan türkoloqu, filologiya elmləri doktoru (1966), professor (1968), müasir türkologiyanın inkişafında müstəsna xidmətləri olan elm adamlarından biri. == Həyatı == Fərhad Zeynalov 1929-cu ildə Ordubad şəhərində anadan olmuşdur. 1947-ci ildə orta məktəbi bitirdikdən sonra Ordubad Şəhər Mədəniyyət Evində direktor işləmişdir. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində (1948-1953) və M. Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasında təhsil almışdır (1953-1956). Orada onun elmi rəhbəri məşhur türkoloq N. A. Baskakov olmuşdur. Fərhad Zeynalovun müdafiə etdiyi mövzu – "Nitq hissələrinin təsnifat prinsiptləri" – daha sonra da bir çox elmi tədqiqatlara başlanğıc vermişdir. 1956-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində işə başlamışdır. 1962-ci ildə bu universitetdə Ümumi dilçilik kafedrasının dosenti olmuşdur. Elə həmin universitetdə 1969-cu ildə Türkologiya kafedrasının yaradılması məhz onun adı ilə bağlıdır. O, həmin ildən etibarən bu kafedraya rəhbərlik etmişdir.
Fərman Zeynalov
== Həyatı == Fərman Hüsən oğlu Zeynalov - 29 yanvar 1944-cü ildə Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Həsənqaydı kəndində kolxozçu ailəsində anadan olub. O, Hacılı yedillik və Şükürbəyli kənd orta məktəblərini bitirdikdən sonra, 1961-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitunun Qərbi Avropa Dilləri fakültəsinin ingilis dili şöbəsinə daxil olub. (Hazırkı Azərbaycan Dillər Universiteti ). O,institutda oxuduğu zaman hərbi xidmətə çağrılıb (1963). Hərbi xidməti başa vurduqdan sonra (1966), yenidən doğma instituta qayıdıb, təhsilini davam etdirib. İnstitutun 1969-cu ildə əla qiymətlərlə bitirdiyindən İnstitut Elmi Şurasının qərarı ilə o, institutda müəllim saxlanılır. O, 1969-cu ilin sentyabrından fonetika kafedrasında müəllimlik fəaliyyətinə başlayıb. 1984-cü ildə Tbilisi Dövlət Universitetində “İngilis və Azərbaycan dillərində cümlə vurğusunun fonetik xüsusiyyətləri müqayisəli təhlili (rus dilində) mövzusunda (10.02.04 – German dilləri 10.02.06 Türk dilləri ixtisasları üzrə) namizədlik dissertasiya işini uğurla müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. F.H.Zeynalov 1992-ci ildə dosent elmi adı almışdır. Namizədlik dissertasiyasının müzakirəsində çıxış edən keçmiş postsovet məkanında tanınmış türkoloq f.e.d.
Fərrux Zeynalov
Fərrux Məmmədnəbi oğlu Zeynalov (4 may 1942, Bilgəh – 13 yanvar 2022) — Azərbaycanın dövlət və siyasi xadimi, Azərbaycan Respublikasının material ehtiyatları naziri (1992–1997), iqtisad elmləri namizədi. == Həyatı == Fərrux Məmmədnəbi oğlu Zeynalov 1942-ci il mayın 4-də Bakı şəhəri Lenin rayonunun Bilgəh qəsəbəsində anadan olmuşdur. 1959-cu ildə qəsəbə orta məktəbini, 1963-cü ildə Yüngül Sənaye Texnikumunu, 1969-cu ildə isə Çingiz İldırım Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) tikiş məmulatının texnologiyası fakültəsini bitirmişdir. 1985-ci ildə namizədlik dissertasiyası müdafiə edərək, iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. İlk əmək fəaliyyətinə Bakı Şəhər Əhaliyə Məişət Xidməti İdarəsində fəhlə kimi başlayan Fərrux Zeynalov sonradan həmin idarədə dərzi, biçici, istehsalat müdiri vəzifələrində çalışmışdır. 1975–83-cü illərdə "Paltarların fərdi tikişi və təmiri" fabrikasının direktoru, 1983–1987-ci illərdə Bakı Şəhər Əhaliyə Məişət Xidməti İdarəsinin rəisi vəzifələrində işləmişdir. 1987–1992-ci illərdə Nəriman Nərimanov adına Bakı Trikotaj İstehsalat Birliyinin, Azərbaycan Maddi-Texniki Təchizat Komitəsi "Azəryüngülyeyintisənaye" Birliyinin, "Azərtoxucutəchizatsatış" firmasının baş direktoru vəzifələrində çalışmışdır. Respublika müstəqillik qazandıqdan sonra Fərrux Zeynalov 1992–1997-ci illərdə Azərbaycan Respublikasının Material Ehtiyatları Naziri vəzifəsində (nazirlik ləğv olunana kimi) işləmişdir. 1999–2005-ci illərdə "Güvən" şirkətinin baş direktoru vəzifələrində çalışmışdır. Evlidir, 3 övladı var.
Hacı Seyid Zeynalabdin Rəhimzadə
Hacı Seyid Zeynalabdin Rəhimzadə (?-?)—İran Milli Məclisinin üzvü, siyasətçi. == Həyatı == Hacı Seyid Zeynalabdin Seyid Məhəmmədrəhim oğlu Təbriz şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Ticarətlə məşğul idi. Atası və əmisi Hacı Məhəmməd ağa Xoyi də Təbrizin birinci gildiya tacirlərindən idi. Hacı Seyid Zeynalabdin Rəhimzadə siyasi həyata atılmış, Azərbaycan əyalətindən bir neçə dəfə İran Milli məclisinə nümayəndə seçilmişdi. Hacı Seyid Zeynalabdinin Murtuza adlı oğlu vardı.
Hacı Zeynalabdin
Hacı Zeynalabdin — Azərbaycan Respublikasının Sumqayıt şəhər inzibati ərazi vahidində qəsəbə. Qəsəbə Sumqayıt şəhərindən 10 km məsafədə Xəzər dənizi sahilində düzənlik ərazidə yerləşir. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Sumqayıt şəhərinin Nasoslu qəsəbəsi Hacı Zeynalabdin qəsəbəsi və müvafiq olaraq Nasoslu qəsəbə Soveti Hacı Zeynalabdin qəsəbə Soveti adlandırılmışdır. == Tarixi == Qəsəbə ərazisində ilk yaşayış məskəni "Təkə qumu" deyilən yerdə maldarlıqla məşğul olan Kiçik Pirəkəşkül kəndi olmuşdur. 1907-ci ildə Zaqafqaziya dəmiryolunun salınması ilə əlaqədar olaraq Kiçik Pirəkəşkül kəndinin yaxınlığında dəmiryol stansiyası tikilmişdir. Qəsəbənin salınmasının əsası Şollar su kəmərinin çəkilişi ilə bağlıdır. Neft maqnatı, mesenat Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Azərbaycanın şimalından 1907-ci ildə Şollar su kəmərinin çəkilişinə başlanılmış və 1917-ci ildə başa çatdırılmışdır. Qəsəbənin yerləşdiyi əraziyə içməli su öz axarı ilə gəlmiş və Bakı şəhərinin coğrafi relyefi yüksəklikdə olduğuna görə suyun Bakıya ötürülməsi üçün Almaniyadan nasoslar gətirilərək qəsəbədə quraşdırılmışdır. O gündən etibarən qəsəbə "Nasoslu" (rus. Насосный) olaraq adlandırılmışdır.
Hacı Zeynalabdin Marağayi
Hacı Zeynalabdin Məşədi Səfərəli oğlu Marağayi (1840, Marağa, Şərqi Azərbaycan ostanı – 1910, Marağa, Şərqi Azərbaycan ostanı) — Azərbaycan və ya kürd əsilli İran yazıçısı. == Həyatı == Zeynalabdin Marağayi 1837-ci ildə Marağada bir kürd və ya azərbaycanlı ailəsindən anadan olmuşdur. O, 20 yaşınadək Marağa və Ərdəbil şəhərlərində yaşayıb, atasından qalan mal-dövləti əldən verib, qardaşı ilə bərabər öz vətənini tərk edib, çox az sərmayə ilə Qafqaza gəlib, Tiflis şəhərində sakin olub. Bu şəhərdə 3–4 ilin ərzində artıq mal qazanıb, neçə min manat ələ gətirir. Yavaş-yavaş iranlıların sayı Tiflis şəhərində artdıqca, onun da hörməti, etibarı artır, İranın baş konsulu Əsədulla xan Nazim əl Dövlə tərəfindən Kutaisi şəhərində naib-konsul işinə məşğul olur. Hacı Zeynalabdin Mərağei özü bu barədə belə deyir: "O zamanlarda mən həm konsul və həm iranlıların başçısı və həm də tacir idim. Həmvətənlərin malı təzyiqatların rəf etməyi özümə vacib bilib, onların yeyib-içməklərin, geyməklərin və s. çətinliklərin həll etməyə başladım. O zamanda bütün qazandığım mal-dövlət əlimdən getdi və təkcə həmvətənlərin borcları yazılmış bir dəftər əlimdə qaldı. Krıma getməyə məcbur oldum və qardaşımla birlikdə İstambuldan Krıma malul ticarə aparıb, orada ticarətə məşğul oldum.
Hacı Zeynalabdin Tağıyev
Hacı Zeynalabdin Tağı oğlu Tağıyev (yanvar 1838, Bakı – 1 sentyabr 1924, Mərdəkan, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ) — Azərbaycan milyonçusu, mesenat, Rusiya imperiyasının Həqiqi Dövlət Müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin (Tağıyevin qızlar məktəbi) yaradıcısı. II və III dərəcəli laureatı. == Həyatı == === Erkən illəri === Hacı Zeynalabdin Tağıyev 1838-ci ildə(başqa mənbədə isə 1823-cü ildə) Bakıda kasıb başmaqçı Məşhədi Məhəmməd-Tağı Dostməhəmməd oğlunun ailəsində anadan olmuşdur: o təxmini 1791-ci ildə, Miyanə mahalının məşhur Tikmədaş kəndində dünyaya gəlmiş, gənc yaşında Şamaxıya gələrək məskunlaşmış, yetkin dövründə Bakıya köçmüş, burada (Bilgəh kəndindən olan xanımla) evlənmişdir. Zeynalabidinin anası Ümmü-xanım onun 10 yaşı olanda vəfat edir. Özündən 3 yaş kiçik Əliqulu adlı qardaşı vardı. İkinci nikahdan atasının daha beş övladı dünyaya gəlir. Kiçik Zeynalabdin uşaqlıqdan təmkinli və zəhmətkeş idi. On yaşında atası onu bir bənnanın yanına usta köməkçisi işinə qoyur. 12 yaşına çatanda o artıq daş yonurdu, 15 yaşında ikən bənnalıq etməyə başlamışdı. Bir müddətdən sonra Tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayır.
Hacı Zeynalabdin Tağıyevin ev muzeyi
Hacı Zeynalabdin Tağıyevin ev muzeyi — Azərbaycanın məşhur xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin xatirəsini əbədiləşdirmək məqsədilə onun yaşayış mülkündə yerləşən Milli Azərbaycan Tarixi Muzeyində 9 otaqdan ibarət xatirə muzeyi. Xatirə muzeyinə daxil olan otaqların, əşyaların, mebelin bərpası ilə məşğul olan Azərbaycan və İtaliya mütəxəssisləri H. Z. A. Tağıyevin ailəvi fotoalbomu əsasında otaqların əvvəlki görkəmini bərpa edə bilmişlər. Muzeyi təşkil edən otaqlar bunlardır: H. Z. A. Tağıyevin iş kabineti Şərq zalı kitabxana bilyard otağı yemək otağı məlumat otağı Sona xanım Tağıyevanın bəzək otağı – buduar yataq otağı Təmizlik otağı == Muzeyin strukturu == Azərbaycanın məşhur xeyriyyəçisi Hacı Zeynal Abdin Tağıyevin xatirəsini əbədiləşdirmək məqsədilə onun yaşayış mülkündə yerləşən Milli Azərbaycan Tarixi Muzeyində 9 otaqdan ibarət H. Z. A. Tağıyevin xatirə muzeyi yaradıldı. Xatirə muzeyinə daxil olan otaqların, əşyaların, mebelin bərpası ilə məşğul olan Azərbaycan və İtaliya mütəxəssisləri Hacı Zeynalabdin Tağıyevin ailəvi fotoalbomu əsasında otaqların əvvəlki görkəmini bərpa edə bilmişlər. Muzeyi təşkil edən otaqlar bunlardır: 1) Hacı Zeynalabdin Tağıyevin iş kabineti, 2) Şərq zalı, 3) kitabxana, 4) bilyard otağı, 5) yemək otağı, 6) məlumat otağı, 7) Sona xanım Tağıyevanın bəzək otağı – buduar. Xatirə muzeyinin ekspozisiyası Hacı Zeynalabdin Tağıyevin iş kabinetindən başlayır. Kabinet özünün sadə gözəlliyi ilə seçilir. Onun divarları qırmızı ağacdan düzəldilmiş panellərlə və naxışlı tünd yaşıl divar kağızı ilə bəzədilmişdi. Burada bilavasitə Hacının özünə məxsus kitab şkafı, yazı stolu, kreslo, stul və dolabla yanaşı köhnə ailəvi fotoalbom əsasında hazırlanmış digər əşyalar da vardır. Kitab şkafında Rusiya imperiyasının qanunlar toplusu, məlumat kitabları, ensiklopediyalar saxlanılır.
Hacı Zeynalabdin Tağıyevin heykəli (Bakı)
Azərbaycan milyonçusu və mesenat Hacı Zeynalabdin Tağıyevin heykəli 18 yanvar 2022-ci il tarixində “İçərişəhər” metro stansiyasının qarşısında ucaldılıb. Tağıyevin abidəsinin məhz bu yerdə yerləşməsinin böyük rəmzi mənası var. Çünki Zeynalabdin Tağıyev ömrü boyu Bakının inkişafına, abadlaşmasına, ümumiyyətlə Azərbaycanın inkişafına böyük töhfələr vermişdir. Heykəltəraş Azərbaycan Respublikasının Xalq Rəssamı Xanlar Əhmədovdur. Prezident İlham Əliyev xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışında iştirak edib == Təklif == 2019-cu il martın 1-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüş keçirir. Həmin görüşdə əməkdar artist Bəhram Bağırzadə Hacı Zeynalabdin Tağıyevin Bakıda heykəlinin ucaldılması barədə təklif səsləndirir. Daha sonra Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondu Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltaraşlıq müsabiqəsi elan edir. Tanınmışlarla yanaşı, gənc rəssam-heykəltaraşlar və əcnəbi müəlliflərin də qatıldığı müsabiqəyə təqdim olunan 26 əsərdən Xanlar Əhmədovun işi qalib olur. == Heykəl haqqında == Prezident İlham Əliyevin Sərəncamı ilə ucaldılan abidə bürüncdəndir. Abidənin önündə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan və ingilis dillərində hazırlanan müvafiq məlumat lövhəsi quraşdırılıb.
Hacı Zeynalabdin Tağıyevin portreti
"Hacı Zeynalabdin Tağıyevin portreti" — 1912-ci ildə Hacı Zeynalabdin Tağıyevin sifarişi ilə rəssam İsaak Brodski tərəfindən çəkilmiş portret. == Tarixi == İriölçülü (238x129 sm) bu portret 1912-ci ildə zamanında gənc olmasına baxmayaraq, Rusiya məkanında çox məşhur olan rus-sovet rəssamı İsaak İzrailoviç Brodski (1883–1939) tərəfindən Bakıda işlənib. Portretin çəkilməsi həmin vaxtlar Hacı Zeynalabdin Tağıyevin hamilik etdiyi Bakı orta texniki məktəbin yaradılmasının 25 illiyinə hazırlıqla bağlı olub. Həmin ərəfədə məktəbin pedaqoji şurası Rusiyanın Qafqazdakı canişini İllarion Vorontsov-Daşkova məktub yazaraq ondan Hacı Zeynalabdin Tağıyevin portretinin çəkilməsini və ümumi iclas salonunda yerləşdirilməsini, eləcə də kimya laboratoriyasına onun adının verilməsini xahiş etmişdi. Azərbaycanlı mesenatla mehriban münasibəti olan canişin Bakıdan gələn bu məktuba müsbət cavab verir. Bundan sonra onun işlənməsi üçün Sankt-Peterburqdan istedadlı fırça ustası 29 yaşlı İ. Brodski dəvət olunur. Ona təklif olunan müqavilədə Hacının portreti ilə yanaşı, daha üç nəfərin, o cümlədən, II Nikolayın portretini çəkmək sifariş olunurdu. İ. Brodski qeyd edir ki: == Xüsusiyyətləri == Əsərdə H. Z. Tağıyev qara geyimdə, ayaq üstə təsvir olunub. Onun təntənəli mərasimlər üçün nəzərdə tutulan geyimini göy lent, qılınc tamamlayır, müxtəlif orden və medallar bəzəyir. Hacının nurani siması, ağayana ciddi duruşu, naməlum istiqamətə yönəlmiş baxışları, ümumi kompozisiyanı tamamlayan müxtəlif məntiqli atributlar rəssam tərəfindən məharətlə işlənmişdir.
Hacı Zeynalabdin Tağıyevin sarayı
Hacı Zeynalabdin Tağıyevin sarayı — Bakı şəhəri, H. Z. Tağıyev küçəsi 4 (köhnə Qorçakovskaya küçəsi 6) ünvanında yerləşən, əvvəllər Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevə məxsus olmuş, hazırda isə Azərbaycan Tarix Muzeyinin yerləşdiyi saray binasıdır. Bina 1893–1902-ci illərdə mülki mühəndis Y. V. Qoslavski tərəfindən inşa olunub. Saray həyat yoldaşı Sona xanım üçün Tağıyevın hədiyyəsi idi. Bina şəhərin mərkəz hissəsində bütöv bir kvartalı əhatə edir və zəngin planlaşdırma strukturuna malikdir. Bu əzəmətli saray hər dörd fasadı və nəhəng gümbəzləri ilə diqqəti cəlb edirdi. Əsas simmetrik fasad italyan renessansının təmtəraqlı formalarında həll olunub. Sarayın tikintisi zamanı, Qoslavski klassik order sistemindən istifadə etsə də, kompozisiyanın bəzi elementləri və zalların interyerləri Azərbaycan memarlıq ənənələrindən ilhamlanmışdır. Sarayın tikintisi zamanı müxtəlif memarlıq üslublarından istifadə olunmuşdu. Belə ki, simmetrik baş fasad italyan intibahının təmtəraqlı formalarında, təmizlik otağı fransız rokokosu, yemək otağı flamand barokkosu, yataq otağı isə modern üslubunda həll olunmuşdur. == Tarixi == H. Z. Tağıyev İ. Qoslavskini memar kimi yüksək qiymətləndirir və ona mehribanlıqla yanaşırdı.
Hacı Zeynalabdin Tağıyevin villası
Tağıyevin villası — Mərdəkanda yerləşən, əvvəllər Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevə məxsus olmuş villa. Bina 1893–1895-ci illərdə mülki mühəndis İosif Qoslavski tərəfindən inşa olunub. == Tarixi == XX əsrin əvvəllərində kapitalizm Bakı sənayesinin bütün sahələrində böyük uğurlara nail oldu, şübhəsiz bu da memarlığa öz təsirini göstərdi. Böyük mədaxilli evlər, burjuaziyanın sarayları, əhalinin orta təbəqəsinin binaları və şəhərdə əhalinin sinfi bərabərsizliyini göstərən kənarlarda kasıbların daxmaları. == Memarlıq xüsusiyyətləri == === Planlaşdırılması === Tağıyevin villası memarlıq-planlaşdırma qərarına və yaşıllaşdırma tərtibatına görə nümunədir. Onun planlaşdırılmış kompozisiyası landşaft xüsusiyyətlərini yarpaqlı və iynəyarpaqlı ağacların növləri, daş lövhələrlə döşənmiş düz yollar hesabına heç də geridə qoymur. Döşəmə həmçinin torpağın üst hissələrinin bəzədilməsində bədii rol oynamışdır. Yeni villalar əvvəlkilərin təkrarı deyildir. Sifarişçilər memarların qarşısında hər dəfə yeni vəzifələr qoyurdular ki, bu da dənizkənarı villaların orijinal olmasına və böyük təmtəraqına və əzəmətinə görə fərqlənməsinə səbəb olmuşdur.
Hacı Zeynalabdin bələdiyyəsi
Sumqayıt bələdiyyələri — Sumqayıt şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarix == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.

Digər lüğətlərdə