ACIQLI

sif.
1. Hirsli, hiddətli, qəzəbli. Acıqlı adam. Acıqlı nəzər. Acıqlı söz. Acıqlı cavab. – Acıqlı başda ağıl olmaz. ( Ata. sözü ).
// Zərf mənasında. Acıqlı baxmaq. Acıqlı cavab vermək. Acıqlı danışmaq.
– Səlim bəzən kəskin və acıqlı, bəzən həyasız bir tonla cavab verirdi. M.İbrahimov.
Ata-anası onun [Sitarənin] sözünü kəsib acıqlı deyirdilər: – Kəs səsini, bihəya! Namusumuzu yerə soxdun. Çəmənzəminli.

2. məc. Şiddətli, coşqun, dəhşətli və s. mənalarda. Acıqlı dəniz. Acıqlı külək.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ACIQLI şiddətli — çoşğun — dəhşətli — qorxunc
  • ACIQLI hirsli — hiddətli — qəzəbli

Antonimlər (əks mənalı sözlər)

  • ACIQLI ACIQLI – MÜLAYİM Kərbəlayı acıqlı səslə cavab verdi (Çəmənzəminli); Buludlar dağılmış, yenə Təbrizdə mülayim, xoş işıqlı günəş çıxmışdı (M
ACIQLANMAQ
ACIQLI-ACIQLI

Digər lüğətlərdə

драже́ заскрести́ косоуго́льник незнако́мая ута́иваться шугану́ть ка́рстовый морализа́ция одна нога́ в гробу переаттестова́ть скобле́ние сра́щивание дергать Силезия тюрик -thon antichlor bob-cherry falx icespar membral pope's head tagged кочёвка тридцатилетний