ARAQÇIN

is. [ ər. ərəq və fars. çin] Qiymətli parçadan, çox vaxt tirmədən və s.-dən tikilib, üstü güləbətin (zərli) və ya ipək sapla naxışlanmış baş geyimi, təsək.
[Xortdan:] Restoran sahibi də başında araqçın, döşündə döşlük … qazanlardan müştərilərin istədikləri xörəkləri çəkib verir. Ə.Haqverdiyev.
[Molla Qafar] araqçını qaldırıb başına, sonra da gödək, boğazı naxışlı yun corablarını çıxarıb, ayaqlarına məs çəkdi. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ARAQÇIN ARAQÇIN (üstü zərli baş geyimi) Başında göy araqçın; Duruşunda əzəmət (B.Vahabzadə); TƏSƏK (toxunmuş və ya parçadan tikilmiş araqçın) Başında bir kirl

Etimologiya

  • ARAQÇIN Ərəq (araq) ərəbcə “tər” deməkdir, çin isə farsca “yığmaq”la bağlıdır: “tər yığan” (təri canına çəkən) anlamını əks etdirir
ARAQÇI
ARAQÇINLI

Digər lüğətlərdə