AXIR

is.
1. Son, nəhayət; bir şeyin son nöqtəsi, qurtaracağı. Yolun axırı. İşin axırı. Qışın axırı. İclasın axırı. Mahnının axırı. İlin axırına az qalır. Şəhərin axırında yaşayıram.
[Mirzə Fətəli:] Hər bir qaranlığın axırı işıqdır. Ə.Haqverdiyev.

// sif. Axırıncı, sonuncu. Axır sözün nədir? – Bu il nə cür olursa məktəbə getməyi qərara almışdım.
Yayın axır ayından anamın qulağını doldurmağa başladım. M.İbrahimov.

2. Aqibət, nəticə, son. İşin axırı necə oldu? Bu uşağın axırı necə olacaq? – [Miraxur:] Heyif ki, sən də arvad felinə düşübsən.
Gəl bu daşı ətəyindən tök! Axırı yoxdur. Çəmənzəminli.
[Turac:] Kitabda yazılan sevgilərin axırı eyzən dava-şava olur. İ.Əfəndiyev.

3. Axırda, nəticədə, nəhayət(də) (bəzən “axırı” şəklində işlənir).
Geyinmisən yaşıl üstdən alı sən; Axır bizi eşq oduna salısan. (Qoşma).
Öldürdün axır, məndəki can qalmadı əsla. M.P.Vaqif.
Ey gül, sənə əvvəldə xiridar mən oldum; Axır nəzərində hamıdan xar mən oldum. S.Ə.Şirvani.
Axırı biçarə ananız sizə deyirdi: – Bala, ağlama, xortdan gələr səni aparar! C.Məmmədquluzadə.

4. məc. Ölüm, son nəfəs. Onun axırına az qalıb. – [Rus qızı:] Təəssüf ki, mən sənə qoşula bilməyəcəyəm.
Hiss eləyirəm ki, axırımdır. C.Məmmədquluzadə.

5. bax axı.
Bahari-zahirin axır nədir tamaşası; Həmişə dildə sənin solmayan baharın var. S.Ə.Şirvani.
Axır nə səbəb söz deməyə qüdrətin olsun? M.Ə.Sabir.
[Mirzə Məmmədəli:] A kişi, mən bilmirəm ədib nədi, axır ey! C.Məmmədquluzadə.
[Kəndlilər:] Bəy, axır yağış yağmayır, nə etməli? Ə.Haqverdiyev.

◊ Axır çərşənbə – Novruz bayramı ərəfəsinə düşən sonuncu çərşənbə günü. Novruz bayramına az qalırdı.
Şəhərdə axır çərşənbələri bayram edirdilər. M.İbrahimov.

Axır ki – bax axırı ki (“axırı”da).
Axır qoymaq – son qoymaq, nəhayət vermək.
[Şamo:] Bu vurhavura bir axır qoymaq olacaqmı? S.Rəhimov.

Axır nəfəs – ölüm.
Etdim axır nəfəsimdə ləbi-cananə təmə; Ölürəm, eybi nədir, gər eləsəm canə təmə. S.Ə.Şirvani.
[Səlimnaz xanım:] Bu saat hazır olur; çaysız hara gedirsiniz! …Saat üçəcən ac qalsan gündə, axır nəfəsin olar. N.Vəzirov.

Axıra qalmaq – Bir şeyin sırasında sonuncu, ən axırdakı olmaq, ən axırda gəlmək.
Axıra yetirmək (çatdırmaq) – qurtarmaq, tamamlamaq, başa çatdırmaq.
Lağlağı … sözümü kəsib, qoymadı vərəqi axıra yetirəm; mən sakit oldum və o özü başladı oxumağa. C.Məmmədquluzadə.

Axıra yetmək (çatmaq) – qurtarmaq, tamamlanmaq, başa çatmaq.
Axırı bir yana çıxmaq – bir nəticə vermək, bir şeylə nəticələnmək.
[Nəcəf bəy:] Gedib orada işləsin, bəlkə axırı bir yana çıxa. Ə.Haqverdiyev.

Axırı xeyir olmaq – nəticəsi yaxşı olmaq, xoşbəxtliyə, ağ günə çıxmaq.
Axırı xeyir olsun! – birisinə uğurlar, yaxşılıq diləmək üçün deyilir.
Axırı olmaq1) bitmək, qurtarmaq;
2) gələcəyi olmaq, nəticəsi olmaq, sonu olmaq;
3) əldən düşmək, üzülmək, yorulmaq.
Axırına daş atmaq, axırına çıxmaq1) məhv etmək, yox etmək, puç etmək.
Bu qədər fitnə və feil tamam sənin işin imiş, Allah qoysa, sənin axırına çıxaram! M.F.Axundzadə;

2) qurtarmaq, hamısını işlətmək, ya xərcləmək (boş yerə, səmərəsiz).
Axırını eləmək – öldürmək, işini bitirmək.
[Şirin:] Hələ dur! Dur, yoxsa axırını elərəm… N.Vəzirov.
Yoxsa mənim axırımı eləməyə gəlibsən? Ə.Haqverdiyev.

Dünyanın axırı – qiyamət.
[Feyzi:] Yəqin dünyanın axırıdır! Ə.Haqverdiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • AXIR axır bax son
  • AXIR axırda — nəticədə
  • AXIR ölüm
  • AXIR aqibət — nəticə — son
  • AXIR son — nəhayət — qutaracaq

Omonimlər

  • AXIR AXIR/AXUR I is. İçərisi yonulmuş, mala yem tökmək üçün nov. Naxıra gedərəm çoban olmaz, axıra gedərəm saman (C

Antonimlər (əks mənalı sözlər)

  • AXIR AXIR – ƏVVƏL Hər şeyin əvvəli, axırı olur (R.Rza)

Etimologiya

  • AXIR Bu söz ərəb mənşəlidir, axirət kəlməsi ilə eyni kökə malikdir, “son” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
AXINTILI
AXIR-AXIRDA

Digər lüğətlərdə