AÇIQ

AÇIQ – BÜKÜLÜ İndi xanım da görürdü ki, Güləbətinin qolu dirsəyə qədər açıqdır (M.İbrahimov); Bükülü o qədər ağır idi ki, Güləbətin zorla yeriyir... (M.İbrahimov).

AÇIQ – DONUQ Təbrizin açıq-mavi göyləri, ayna kimi təmiz üfüqləri daralmağa, onu boğmağa başlayırdı (M.İbrahimov); Bizi çeşmək taxmış, donuq sifətli, yaşlı bir qadın qarşıladı (“Azərbaycan”).

AÇIQ – GİZLİ Tələbələrdən Qurban Mərəndi adlı birisi öz açıq fikirləri və cəsarətli hərəkətləri ilə Firidunun diqqətini cəlb etmişdi (M.İbrahimov); Hər duyan qəlbin, əzizim, gizli bir sevdası var (S.Vurğun).

AÇIQ – TUTQUN Yığıncaqdan sonra artistlər açıq havada konsert verdilər (S.Rüstəm); İndi də hava boğuq və tutqun idi (M.İbrahimov).

AÇIQ – TÜND Mən də belə düşünürəm, yoldaş mayor, qəhvəyi rəngli avtomobil günəş şüası altında açıq rəngli, kölgədə isə tünd görünə bilər (C.Əmirov).

AÇIQ – YUMULU Buyurun, qapımız açıqdır sizə; Yurdu tapşırırıq əllərinizə (S.Vurğun); Bağır Nurcabbarın yumulu gözlərinə baxa-baxa başını buladı (İ.Məlikzadə).

ACLIQ
AÇIQCA

Digər lüğətlərdə