ACIŞMAQ

f. Göynəmək, ağrımaq, gicişmək, qıcıqlanmaq.
İsmayılzadə dodaqları arasındakı papirosun tüstüsündən acışan gözünü qıyıb, o biri gözü ilə altdan yuxarı Fikrətə baxırdı. M.Hüseyn.
Professor bu dəfə də dəsmalı ilə acışan gözlərini sildi. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ACIŞMAQ acışmaq bax göynəmək
  • ACIŞMAQ göynəmək — ağrımaq — gicikmək — yandırmaq
  • ACIŞMAQ acıqlanmaq — hirslənmək

Etimologiya

  • ACIŞMAQ “Yaram acışıb” deyirik, acışmaq kəlməsinin mənası rus dilində “обо­стряться, печалиться” kimi verilib
ACIŞMA
ACITƏHƏR

Digər lüğətlərdə