ALAÇIQ

is. Çubuqdan qurulub üstü keçə ilə örtülən köçəri mənzili; çadır.
[Bayram:] …Gecə vaxtı qorxudan alaçığın çətinindən başımı dışarı çıxara bilmənəm. M.F.Axundzadə.
Bizi keçədən qayrılmış bir alaçığa gətirdilər… A.Şaiq.
Bahar fəsli maldar kəndlilər buraya köçüb alaçıqlar qurarlar və … mallarını otladarlar. S.S.Axundov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ALAÇIQ ALAÇIQ (çubuqla qurulmuş köçəri mənzili) Üçüncü gün Pasıgilin alaçığının qabağında toy vurulmuş yenə belə şənliklər olmuşdu (S
  • ALAÇIQ çadır — mənzil

Etimologiya

  • ALAÇIQ Sözün al hissəsi alın sözü ilə qohumdur. Mənası “qabaq”, “ön tərəf” de­məkdir. Açıq isə elə indi də işlətdiyimiz kəlmədir, “bağlı olmayan” deməkdir
ALAÇI
ALADAĞ

Digər lüğətlərdə