Kyoto Animation
Kyoto Animation Co., Ltd. (yap. 株式会社京都アニメーション Hepburn: Kabushiki-gaisha Kyōto Animēshon), Azərbaycanca Kioto Animation. qısaca KyoAni (京アニ), Yapon animasiya və manga studiyası və şirkətidir. Bu şirkət Yaponiyanın Kioto Bölgəsinin Uji çəhərində yerləşir. Şirkət 1981-ci ildə yaranmış və əsas komandası keçmiş Muşii anime studiyasının animatorları olmuşdur. Şirkətin sahibi Hideaki Hattadır. Studiyanın həmçinin Animation Do studiyası ilə əlaqələri var. 2015-ci ilə kimi KioAni 21ə yaxın anime filmi və serialları buraxmış və çap etmişdir. Çoxlu animasiya studiyalarından fərqli olaraq animatorlar freelancer deyil, müqaviləli işçilərdir
18 iyul 2019cu ildə baş verən yanğının səbəbi bir insanın binaya benzin tökərək yandırmasıdır.Polislər bildirib ki,cinayətkar yanğını törətdiyini etiraf edib,lakin səbəbi hələ də bəlli deyil.Bu binada 70 nəfərdən çox insan varmış və bunlardan 33 nəfəri sağ çıxa bilməyib.Yeri gəlmişkən,cinayətkarın özü də yaralanmışdı.