APT

adj 1. yaraşan, uyğun gələn, münasib, əlverişli; ~ quotation / remark / comparison münasib iqtibas / irad / müqayisə; 2. meylli; ~ to rust paslanmağa meylli; ~ to take offence tez küsən, küsəyən, küsməyə meylli, dəymədüşər; I am apt to hurry Mən həmişə / müdam tələsirəm; 3. bacarıqlı, tez anlayan, zəkalı, zehinli, tez qavrayan; an ~ pupil bacarıqlı / zəkalı / fərasətli / zehinli şagird

APROPOS
APTITUDE
OBASTAN VİKİ
APT
apt (advanced packaging tool) — Debian və onun üzərində hazırlanmış əməliyyat sistemlərində (məsələn: Ubuntu, Kubuntu, Edubuntu və sair) proqramların yazılması, yenilənməsi və silinməsi üçün istifadə olunan proqramdır. UNIX-tipli əməliyyat sistemləri üçün komplir olunmuş paketlərlə bərabər, mənbə kodları ilə də kökləmək olur. Paketlər internetdən alınır və ya hazır daşıyıcılardan yüklənir. Paketlərin mənbəsi /etc/apt/sources.list faylında və /etc/apt/sources.list.d/ kataloqunda saxlanılır. apt üçün qrafik qabıqlar yeni mənbələri rahat əlavə etmək, lazımsızları isə silməyə imkan verir. apt (apt-get) proqramların əmr rejimində yazılması prosesini olduqca asanlaşdırır. Qrafik interfeysi sevən istifadəçilər üçün daha rahat proqramlar – front-end və Synaptic ilə Adept daha uyğundur. Mətn-qrafik interaktiv paketi də mövcuddur (ncurses) — aptitudeistifadə edir). GNU General Public License istifadəçi razılaşması şərtlərinə uyğun olaraq pulsuz yayılır. == İmkanlar == Müxtəlif proqramlara paketlərlə işləmək üçün imkan yaradan kitabxananı ifadə edir.
Apt (rayon)
Apt (fr. Apt) — Fransanın Provans-Alp-Kot-d'Azur regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Voklüz. Rayonun əhalisi 2006-cı ildə 122,974 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 89 nəfər / km² . Rayon ərazisi — 1377 km².
Aptek
Aptek (Yunanca: apotheke(anbar) ) - reseptlə dərman hazırlayan, hazır dərman və digər tibbi mallar saxlanan və satılan tibbi müəssisə. == Etimologiya == XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə dəvaxana (دواخانا) adlandırılmışdır. == Həmçinin bax == Farmakologiya Əczaçılıq == Keçidlər == Vikianbarda Aptek ilə əlaqəli mediafayllar var.
Aptek dağçətiri
Aptek dağçətiri (lat. Peucedanum officinale) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin dağçətiri cinsinə aid bitki növü.
Aptek gücotu
Aptek gücotu (lat. Agrimonia eupatoria) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gücotu cinsinə aid bitki növü. == Botaniki xüsusiyətləri == Hündürlüyü 50-125 sm, gövdəsi hündür, düz, sərt qabarıq və qısa qıvrım tüklərlə örtülü olan çoxillik ot bitkisidir. Yarpaqlar saplaqdadır; tək lələkvari yarpaqların yarpaqcıqları elliptik və ya uzunsovdur, mişarvari kəsilmişdir, onlar arasında yerləşən kiçik yarpaqcıqlar yumurtaşəkillidir; bütün yarpaqcıqlar üst tərəfdən yaşıl, alt tərəfdən isə oturaq və ya saplaqlı vəziciyi olan boz-keçə tüklüdür. Çiçəkləri yuxarı hissəsi sıx, aşağı hissəsi isə boş, uzun sünbülşəkilli salxımdadır. Ləçəkləri sarı rəngdə olub, uzunluğu 4–5 mm-dir. May-iyun ayalrında çiçəkləyir, iyun-iyul aylarında meyvə verir. == Azərbaycanda yayılması == Azərbaycanın bütün rayonlarında, əsasən meşəli rayonlarda, orta dağ qurşağına qədər yayılmışdır. == Yaşayış mühiti == Kəsilmiş meşələrdə, meşə kənarında, kolluqlarda, sahildə, çəmənlərdə rast gəlinir. == Təsərrüfat əhəmiyyəti == Yarpaqlarında aşı maddəsi vardır.
Aptek hili
Aptek kinə ağacı
Aptek kinə ağacı (lat. Cinchona officinalis) - kinə ağacı cinsinə aid bitki növü.
Aptek kücotu
Aptek gücotu (lat. Agrimonia eupatoria) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gücotu cinsinə aid bitki növü. == Botaniki xüsusiyətləri == Hündürlüyü 50-125 sm, gövdəsi hündür, düz, sərt qabarıq və qısa qıvrım tüklərlə örtülü olan çoxillik ot bitkisidir. Yarpaqlar saplaqdadır; tək lələkvari yarpaqların yarpaqcıqları elliptik və ya uzunsovdur, mişarvari kəsilmişdir, onlar arasında yerləşən kiçik yarpaqcıqlar yumurtaşəkillidir; bütün yarpaqcıqlar üst tərəfdən yaşıl, alt tərəfdən isə oturaq və ya saplaqlı vəziciyi olan boz-keçə tüklüdür. Çiçəkləri yuxarı hissəsi sıx, aşağı hissəsi isə boş, uzun sünbülşəkilli salxımdadır. Ləçəkləri sarı rəngdə olub, uzunluğu 4–5 mm-dir. May-iyun ayalrında çiçəkləyir, iyun-iyul aylarında meyvə verir. == Azərbaycanda yayılması == Azərbaycanın bütün rayonlarında, əsasən meşəli rayonlarda, orta dağ qurşağına qədər yayılmışdır. == Yaşayış mühiti == Kəsilmiş meşələrdə, meşə kənarında, kolluqlarda, sahildə, çəmənlərdə rast gəlinir. == Təsərrüfat əhəmiyyəti == Yarpaqlarında aşı maddəsi vardır.
Aptek poliporusu
Laricifomes officinalis (lat. Laricifomes officinalis) — fungi aləminin basidiomycota şöbəsinin agaricomycetes sinfinin polyporales dəstəsinin fomitopsidaceae fəsiləsinin laricifomes cinsinə aid göbələk növü.
Aptek razyanası
Adi razyana (lat. Foeniculum vulgare) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin razyana cinsinə aid bitki növü. Adi raziyana boyu 2 metrə qədər uzanan ikillik ətirli ot bitkisidir. Razyananın nəzəri cəlb edən sarı rəngdə xırda çiçəkləri vardır. Uzunsov yumurtavarı, qoşa dənədən ibarət meyvələri olur. Vətəni Aralıq dənizi və Yaxın Şərqdir. Azərbaycanda bu bitkiyə Dəvəçi-Xaçmaz zonasında və Abşeronda çox rast gəlinir. Meyvələrinin tərkibində efir yağı, piyli yağ, karotin, C vitamini və s. olur. Dərman məqsədilə razyananın meyvələrindən istifadə olunur.
Aptek seteraxı
Aptek zəncəfili
Aptek zəncəfili (lat. Zingiber officinale) — zəncəfilkimilər fəsiləsinin zəncəfil cinsinə aid bitki növü. == Sinonim == Amomum angustifolium Salisb. Amomum zingiber L. Amomum zinziba Hill [Spelling variant] Curcuma longifolia Wall. Zingiber aromaticum Noronha [Invalid] Zingiber cholmondeleyi (F.M.Bailey) K.Schum. Zingiber majus Rumph. Zingiber missionis Wall. Zingiber officinale var. cholmondeleyi F.M.Bailey Zingiber officinale f. macrorhizonum (Makino) M.Hiroe Zingiber officinale var.
Aptek çobanyastığı
Aptek çobanyastığı (lat. Matricaria chamomilla) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin çobanyastığı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 20-45 sm, gövdəsi düz, sadə və ya budaqlanan və demək olar ki, çılpaq birillik ot bitkisidir. Yarpaqları oturaq, nazik xətli, sivri uclu, aralanmış dilimlərə ikiqat-üçqat lələkvari bölünmüşdür. Səbətin eni 5–8 mm olub, uzun saplaq üzərindədir. Qın yarımşarşəkillidir, yarpaqcıqları uzunsov-yumurtaşəkilli parlaq pərdəşəkilli haşiyələnmişdir. Dilcikşəkilli çiçəkləri ağ rəngdədir , qından iki dəfə uzundur, ortadakılar borucuqludur, sarı rəngdədir. Toxumlarının uzunluğu 1 mm-ə yaxındır, uzunsov, az qatlanmışdır, qarın tərəfdən 5 ədəd qabırğası vardır, təpə hissədə köndələn, demək olar ki, kənarsızdır. İyun-iyul aylarında çiçəkləyir, iyul-avqust aylarında meyvə verir. == Azərbaycanda yayılması == Kür-Araz ovalığında yayılmışdır.
Aptek şahtərəsi
Dərman şahtərəsi (lat. Fumaria officinalis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin şahtərə cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Dərman şahtərəsi 10-30 sm hündürlükdə, budaqlanan, qabırğacıqlı, içərisi boş gövdəli birillik ot bitkisidir. Bitki göyümtül-yaşıl rənglidir. Yarpaqlar gövdə üzərində növbəli düzülmüş və ikiqatlələkvari bölümlüdürlər. Çiçəkləri qırmizi rənglidir, qeyri-müntəzəmdirlər, xırda olub salxıma toplanmışdır. Kasa yarpaqları 4 ədəd, erkəkciklər 2 ədəd və 3 bölümlüdürlər. Meyvəsi uc hissədən bir qədər basıq olan fındıqcıqdır. Bitki aprel ayindan iyun aylarına qədər çiçəkləyir və iyul-avqust aylarinda meyvə verir. == Yayılması == Azərbaycan Kür-Araz ovaliqlarından başlamış alp qurşağına qədər bütün regionlarda yayılmışdır.
Apternyx
Kivi (Apteryx Shaw, 1813) — Tilsizlər dəstəüstünə aid yeganə quş cinsi. Kivi uça bilmir, çünki qanadları yoxdur. Uzun dimdiyi var. Bədəninin ölçülərinə nisbətdə yumurtası böyükdür.
Apterygiformes
Kivilər, qanadsızlar (lat. Apterygiformes) — tilsiz quşlar dəstəsi. Qanadları zəif inkişaf etmişdir; quyruqsuzdur, ayaqları güclü, caynaqları itidir. Yumşaq lələkləri bədənini eyni dərəcədə örtür. Dimdiyi uzundur. Burun dəlikləri dimdiyinin ucundadır. Gözləri xırdadır. Kivilərin kütləsi 1,4—4 kq-a qədərdir. Kegə quşlarıdır. Yaxşı eşidir və qoxu bilir.
Apti Batalov
Apti Batalov (19 oktyabr 1956, Şatoy rayonu) — tanınmamış Çeçen İçkeriya Respublikasının hərbi lideri, ÇİR Silahlı Qüvvələrinin briqada general, İçkeriya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ÇİR Prezident Administrasiyasının rəhbəri. Çeçen İçkeriya Respublikası Silahlı Qüvvələrinin Naurski batalyonunun komandiri. == Bioqrafiyası == Qroznı Neft İnstitutunu (qiyabi şöbə) bitirmişdir. 1994-cü ildə Çeçenistanın Naurski rayonu İşerskayat kənd polis şöbəsinin rəisi işləyir. Apti Batalov polis mayoru rütbəsinə qədər yüksəlmişdir. Birinci Çeçenistan müharibəsi zamanı Çeçen İçkeriya Respublikası Silahlı Qüvvələrinin səhra komandiri olmuşdur. Naurski rayonunun müdafiəsinə cavabdeh olsa da, tapşırığın öhdəsindən gələ bilməmiş, rayon praktiki olaraq döyüşsüz alınmışdır. O həm də Naurski batalyonunun komandiri olmuşdur. Apti Batalov Çeçen İçkeriya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Aslan Masxadovun müavini olmuşdur. 1996-cı il dekabrın 3-dən 1997-ci ilin aprelinə qədər ÇİR Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olur.
Apti Bisultanov
Apti Dibayeviç Bisultanov (çeç. Бисулта́нов, Апти́ Диба́евич; 1 sentyabr 1959) — müasir çeçen şairi, filoloq, dosent. Beynəlxalq PEN klubunun üzvü və Rusiya-Finlandiya PEN klubunun fəxri üzvü. Bisultanov Çeçen İçkeriya Respublikasının sosial məsələlər üzrə keçmiş baş nazirin müavini olub. == Həyatı == Apti Bisultanov 1959-cu ildə Çeçenistanın Urus-Martan rayonunun Göy-Çu kəndində anadan olub. 1983-cü ildə Çeçenistan-İnquş Dövlət Universitetinin filologiya fakültəsini bitirmiş, bundan sonra bir il universitetdə müəllim kimi fəaliyyətini davam etdirmişdir. Sonra ədəbi fəaliyyətə başlamışdır. Apti Bisultanov 1982–1984-cü illərdə çeçen uşaqları üçün "Stelagad" (Göy qurşağı) jurnalında çalışıb. 1986-cı ildə "Noh — Tske — Ço" ("Su — Atəş — Ev") adlı ilk şeirlər kitabını nəşr etdirib (məcmuənin adı "çeçenlər ölkəsi" mənasını verən "Noxçiço" sözü ilə uzlaşır). 1988-ci ildə Bisultanov Qroznıdakı Çeçen Kitab Nəşriyyatının redaktoru təyin edilib.
Apton
Apton (Kvebek)
Apton (Texas)
Apton rayonu (ing. Upton county) — Amerika Birləşmiş Ştatlarının Texas ştatında yerləşən rayon. 2000-ci ildə bu rayonda 3404 nəfər yaşayırdı. 2008-ci ildə ABŞ siyahıyaalma bürosunun qiymətləndirməsinə görə, rayonun əhalisi cüzi miqdarda artaraq 3149 nəfər olmuşdur. Rayonun mərkəzi Rankin şəhəridir. == Tarixçəsi == Apton rayonu 1887-ci ildə Tom-Qrin rayonunun bir hissəsindən yaradılıb. Bu rayon konfederasiyalar ordusunun polkovniklərinin şərəfinə adlandırılmışdır.
Bankə apteki
Bankə apteki — Azərbaycanda ilk aptekdir və Neftçala rayonunun Bankə qəsəbəsində yerləşir. == Tarixi == XIX əsrin əvvəllərində Salyan qəzasının, indiki Neftçala rayonunun Tatarməhlə kəndi ərazisində XIX əsrin əvvəllərində rayonun Tatarməhlə kəndi ərazisində fəaliyyət göstərən "Allah mədəni" adlanan məşhur balıqçılıq müəssisəsi yandıqdan sonra 1841-ci ildə vətəgələr xəstəxana, inzibati idarə və yaşayış sahələri ilə birlikdə Bankəyə köçürülür. O vaxtlar yayılmış vəba, taun kimi xəstəliklərin balıqçılar arasında yayılmasının qarşısını almaq üçün zəruri tədbirlər görülürdü. Bunun nəticəsində, Azərbaycanda ilk aptek 1850-ci ildə Salyan qəzasında, indiki Neftçala rayonunun Bankə qəsəbəsində balıqçı gəmisində yaradılıb. Şəraiti ilə əlaqədar olaraq, sonralar həmin aptek, Bankə balıq vətəgəsinin binasına köçürüldü. Aptek binasınnın ikinci mərtəbəsində 1960-cı ilin əvvəllərinə kimi yaşayış binası kimidə istifadə olunub.
Inga aptera
Inga aptera (lat. Inga aptera) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Kate Apton
Keyt Apton (ing. Kate Upton; 10 iyun 1992) — amerikalı model və aktrisa. == Həyatı == Keyt Apton 10 iyul 1992-ci ildə ABŞ-nin Miçiqan əyalətində anadan olmuşdur. Uşaqlığını Florida ştatının Melburn şəhərində keçirmişdir. == Karyerası == 2008-ci ildə "Miami Elite Model Managment" ilə müqavilə imzalayan Kate, sonradan Nyu-Yorka köçmüşdür və elə orada ilk dəfə modelliyə addım atmışdır. İlk dəfə Dooney&Bourke çanta markasının modeli olmuşdur. Daha sonra "Sports Illustrated Swimsuit Issue" üz qabığına çıxmışdır və müxtəlif mükafatlara layiq görülmüşdür. Həmin dövrdən, indiyədək Beach Bunny çimərlik geyimi və Victoria Secret üçün modellik edir. Həmçinin 2011-ci ilin iyul ayında, "Esquire" jurnalı tərəfindən "Yayın qadını" seçilmişdir. 2014-cü ildə Kameron Diaz və Lesli Mannla birlikdə "Digər qadın" filmində rol almışdır.
Keyt Apton
Keyt Apton (ing. Kate Upton; 10 iyun 1992) — amerikalı model və aktrisa. == Həyatı == Keyt Apton 10 iyul 1992-ci ildə ABŞ-nin Miçiqan əyalətində anadan olmuşdur. Uşaqlığını Florida ştatının Melburn şəhərində keçirmişdir. == Karyerası == 2008-ci ildə "Miami Elite Model Managment" ilə müqavilə imzalayan Kate, sonradan Nyu-Yorka köçmüşdür və elə orada ilk dəfə modelliyə addım atmışdır. İlk dəfə Dooney&Bourke çanta markasının modeli olmuşdur. Daha sonra "Sports Illustrated Swimsuit Issue" üz qabığına çıxmışdır və müxtəlif mükafatlara layiq görülmüşdür. Həmin dövrdən, indiyədək Beach Bunny çimərlik geyimi və Victoria Secret üçün modellik edir. Həmçinin 2011-ci ilin iyul ayında, "Esquire" jurnalı tərəfindən "Yayın qadını" seçilmişdir. 2014-cü ildə Kameron Diaz və Lesli Mannla birlikdə "Digər qadın" filmində rol almışdır.
İdelson apteki
İdelson apteki — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən bina. Bina 1884-cü ildə inşa edilmişdir. Bina Taqanroq şəhəri Krasnı xiyabanı, ev 24 ünvanında yerləşir. Aptekin müasir ad 53nömrəli aptek kimi tanınır. İdelson apteki Rusiyanın regional əhəmiyyətli mədəni irs siyahısına daxildir. Bununl bağlı qərar 18 noyabr 1992-ci ildə 301 nömrəli qərarla təstiqlənmişdir. == Tarixi == R. B. İdelson öz aprekini yerləşdirmək məqsədilə Çexov küçəsində bina icaryə götürür. İdelson aptekini yerləşdirmək məqsədilə iki mərtəbəli bina alır. Binanın birinci mərtəbəsində aptek təşkil edilir. 1884-cü ildən aptek arrıq yeni binada yerləşirdi.