Ariya (qrup)
«Ariya» — (rus. Ария) SSRİ dövründə 1985-ci ildə yaradılmış Rusiyalı heavy metal qrupu, Ariya qrupu Rusiyanın dünyaca ən məşhur metal musiqi qruplarındna biridir.Qrupun üslubu hər zaman Britaniyalı metal qrupların üslublarına bənzədilib.
== Yaranışı ==
Ariya qrupu (gitarist) Vladimir Xolstinin və (barabançı) Alik Qranovskiy tərəfindən yaradılıb.Hər ikisidə keçmiş Alfa qrupunun üzvləri idi.Geriyə vokal üçün üzv qalmışdı,bu yeri doldurmaq üçün Valeri Kipelov daxil olaraq Ariya, qrup olaraq formalaşdı. Ariya qrupun əsas yaradıcısı Xolstinin qrupun adını bu sözlərlə demişdir:
Qrupun adının heç bir mənası yoxdur, sadəcə olaraq qrupun adını bu adda qoydum ki, bizim əlfbamız kirilcədir.Bəlkə biz məşhur olacağıq deyə düşündüm və qrupun adını bu cür sadə adı seçdim.Latın əlifbası ilədə yazılanda çətinlik çəkilməsin.Hər bir musiqiçinin bir arzusu var,buda mənim arzum idi.
Xolstinin daha əvvəl musiqi bəstələri etdiyi üçün qrup 1985-ci ildə ilk debüt albomları "Мания величия" adlı albomlarını buraxdı.Bu albom uğurlu olaraq qrupa konsertlərdə çıxış etməyə şans yaratdı.Çünki albomun musiqiləri Iron Maiden və Black Sabbath tipli dəbdə musiqilər idi.
İkinci gitaraçı konsert fəaliyyəti üçün Andrey Bolşakov (keçmiş Ziqzaq, keçmiş Kokteyl) qrupundan dəvət olunub, . Bundan başqa, ikinci barabançı olaraqda İqor Molçanov (keçmiş Alfa) qrupundan dəvət edilib. İlk konsert 5 fevral 1986-ci ildə "CDK МАИ" də keçirildi. Elə həmin ildə qrup, artıq festivallarda iştirak edərək: May ayında və iyunun 7-8-də "Rok-panorame-86" və "Lituanike-86" mükafatlarını qazanmışdır.
Qrupun əsas vokalisti Valeri Kipelov qrupda yaşadığı müəyyən problemlərdən ötrü qrupdan ayrılaraq 2002-ci ildə özünün Kipelov qrupunu quraraq fəaliyyətinə orda davam etmişdir.Valerinin yerinə 2002-ci ilin noyabr ayından Artur Berkut Ariya qrupun vokalçısı olub.