AVADANLIQ

is.
1. Ev şeyləri, müxəlləfat, dir-dirrik. Evinə avadanlıq almaq.
2. Bir iş üçün lazım olan təchizat və ləvazimat; maşınlar, alətlər, cihazlar, mexanizmlər, qurğular və s.
Bəziləri hətta işdən kənar vaxtda elektrik stansiyası üçün müəyyən avadanlıq da qayırıblar. M.Hüseyn.
Maşınqayırma sənayesi daha çox dərinliyi təmin edəcək mükəmməl qazıma avadanlığının istehsalını mənimsəməyə başlayır. Quliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • AVADANLIQ AVADANLIQ (ev şeyləri, ev əşyaları) Əldə edilən qab-qacağı, yorğan-döşəyi, cecimi, kilimçəni, ümumən bütün balıqçı paltar-palazını, bütün bu ev-eşik d
  • AVADANLIQ təchizat — ləvazimat
  • AVADANLIQ dir-dirrik
AUL
AVAM

Digər lüğətlərdə