AYLIQ


1. sif. Ayda bir dəfə olan, hər ay olan, bir ayda görülən, bir aya məxsus, ayda bir dəfə çıxan. Aylıq iş planı. Aylıq hesabat. Aylıq məcmuə.
2. sif. Bir ay müddəti, bir ay davam edən, bir ay tələb edən, bir ayda hasil olan (əmələ gələn). Aylıq gəlir. Aylıq məzuniyyət. Aylıq məhsul.
// Saylarla bərabər – bir, iki, üç … aylıq.
Biz qaçanların hamısının özünü və ailəsini bir aylıq məsariflə təmin etmişik. M.S.Ordubadi.
[Fikrət:] Bəzən bir boran altı-yeddi aylıq əməyimizi bircə dəqiqənin içərisində puça çıxarır. M.Hüseyn.

3. is. dan. Bir ayda alınan maaş, məvacib, zəhmət haqqı. Aylığımızı dünən almışıq. Aylığımız artmışdır. – Papaqçı dedi: – Bala, mənə şagird durarsanmı? Rəsul dedi: – Nə üçün durmaram.
Aylığım neçə olacaq? Aşıq Qərib”.
Kərim baba inəkləri aylıq ilə güdərdi. A.Şaiq.
[Bayram:] Mədəndə bundan dörd qat az alırdım, indi, şükür Allaha, aylığım pis deyil. M.Hüseyn.

4. is. Hər hansı bir işi, ictimai kampaniyanı keçirmək üçün bir aylıq müddət. Şəhəri yaşıllaşdırma aylığı.
– Cabbarlı 1929-cu ildə Zaqafqaziya xalqlarının mədəni birliyi aylığında iştirak etmişdi. M.Arif.

5. Yaşı bir ay olan, 30 günlük. Aylıq uşaq. Aylıq quzu.

Sinonimlər (yaxın mənalı sözlər)

  • AYLIQ aylıq bax maaş
  • AYLIQ məvacib — maaş — donluq

Omonimlər

  • AYLIQ AYLIQ I is. dan. Maaş, əməkhaqqı. Mədəndə bundan dörd qat az alırdım, indi, şükür Allaha, aylığım pis deyil (M
AYLI-ULDUZLU
AYLIQÇI
OBASTAN VİKİ
Minimum aylıq əməkhaqqı
Minimum aylıq əməkhaqqı — işçinin əməyinə görə ona ödənilən maaşın ən aşağı pilləsidir. Minimum aylıq əməkhaqqı siyasətinin dəstəkçiləri iddia edirlər ki, bu siyasət işçilərin həyat şəraitini yüksəldir, yoxsulluq səviyyəsini azaldır və biznesin effektli olması yönündə stimul yaradır. Ancaq digər iqtisadçılara görə isə əslində minimum əmək haqqı siyasəti faktiki olaraq yoxsulluq səviyyəsini yüksəltməsi , işsizlik səviyyəsini yüksəltməsi və biznes aktivliyinə ziyan olması yönündə tənqid edilir. == Azərbaycanda minimum əməkhaqqı == Azərbaycanda minimum əməkhaqqı – qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Azərbaycanda minimum əməkhaqqı ölkə prezidenti tərəfindən təyin olunur.
Orta aylıq temperatur
== Temperatur == Temperatur-cisimlərin qızma dərəcəsini xarakterizə edən fiziki kəmiyyətdir. Temperatur termometr adlanan cihala ölçülür. == Orta aylıq temperatur == Orta aylıq temperatur orta sutkalıq temperaturların toplanıb ayın günləri sayına bölünməsindən alınır. Havanın orta sutkalıq temperaturunu isə meteoroloji məntəqədə 8 dəfə ölçmə işləri aparılırsa, bütün ölçmə işlərinin nəticələrinin cəmini 8- ə bölməklə alınır. Bundan başqa orta illik və orta sutkalıq temperaturlar da hesablamaq mümkündür.

Digər lüğətlərdə

антисайенти́зм лобогре́йщик переубежда́ться разъединённо рецидиви́стский дура́шка козу́ля небреже́ние негоду́ющий однопрохо́дные осо́бенность от Ада́ма пла́вневый припряга́ть самовыключа́ться типи́чно услуже́ние fluoridizer heartiness participation protohistorian воспроизводить заворчать неширокий шевро