sif. Əlində oraq olan, oraqla işləyən. Oraqlı biçinçi
sif. Oraq şəklində, orağa oxşayan, oraq kimi; yarımdairəvi. Qarayonca cinsinin paxlaları oraqvaridir
sif. O yer əhalisindən olan, o yerli. Mən oralı deyiləm
[fr.] İlin soyuq fəsillərində tərəvəz, gül, meyvə və s. yetişdirmək üçün şüşəbəndli yer; istixana. Oranjereyada pomidor əkmək
[malay. orangutang – meşə adamı] İnsanaoxşar iri meymun. [Həsən bəy:] …Mən özüm də meymuna bənzəyirəm
[ital.] Xor, solist müğənnilər və orkestr tərəfindən konsertlərdə ifa olunmaq üçün yazılmış dramatik mövzulu iri musiqi əsəri
[lat.] 1. astr. Göy cisminin hərəkət etdiyi yol. Marsın orbiti. // Süni peyklərin, kosmik gəmilərin hərəkət etdiyi yol
is. Ağız boşluğunun yanaqlar tərəfində olan hissələrindən biri. [Xanməmməd] ordlarının ikisi də şişik bir halda şəhərin yeni xəbərlərini nağıl eləməyə
[lat.] Katolik kilsəsinin müəyyən məramnaməsi olan rahib və ya rıtsar-rahib icması; təriqət. Dominikan ordeni
[alm. orden, lat. ordo – sıra, dərəcə] Hərbi və ya mülki xidmətlərə görə dövlət tərəfindən verilən müxtəlif dərəcəli və adlı fərqlənmə nişanı
sif. Ordeni olan, ordenlə təltif edilmiş (bax orden1). Ordenli qəhrəman. – [Qəhrəman:] Həmin bu gördüyünüz ordenli Narıngül mənim anamdır
[fr. ordre – əmr] Yazılı sərəncam, əmr; bir şeyi vermək və ya almaq üçün sənəd. Kassanın məxaric orderi
sif. Order verilmiş, orderi olan. [Qədirin] yaşadığı otaqlara da əli orderli işçilər daşındığı üçün özü ailəsi ilə bərabər oranı tərk etməyə məcbur ol
[lat.] köhn. 1917-ci il rus inqilabından əvvəl elmi vəzifə adlarının tərkibində “ştatda olan”, “ştatlı” mənasında işlənən söz
[lat. ordinatus – qaydada düzülmüş] riyaz. Nöqtənin fəzadakı vəziyyətini müəyyənləşdirən üç koordinatdan biri
[lat.] Xəstəxana, klinika və s.-də şöbə müdirinin rəhbərliyi altında işləyən, müalicə aparan həkim
is. Ordinatorun işi, vəzifəsi
[lat.] 1. Təcrübi tibb aspiranturasının bir növü. 2. Ordinator vəzifəsi
is. 1. Dövlətin silahlı qüvvələri (quru qoşunları, hərbi dəniz və hərbi hava qüvvələri). [Uğur:] Dördüncü kursdan orduya alındıq
is. köhn. Orduya komandanlıq edən şəxs; sərkərdə
is. Qoşunların, məskun məntəqələrdən kənarda müvəqqəti mənzil saldıqları yer. Qoşunlar ordugaha qayıtdılar
sif. [yun.] Orfoepiyaya aid olan, orfoepiya ilə əlaqədar olan
[yun. orthos – düzgün və epos – nitq] Düzgün ədəbi tələffüzü müəyyənləşdirən qaydalar sistemi. Azərbaycan dilinin orfoepiyası
sif. [yun.] Orfoqrafiyaya aid olan, orfoqrafiya ilə əlaqədar olan. Orfoqrafik səhv
[yun. orthos – düzgün və grapho – yazıram] Hər hansı bir dildəki bütün sözlərin hamı tərəfindən qəbul edilmiş düzgün yazılış qaydaları sistemi; imla
is. [yun.] 1. Qədim Şərq, yunan, Roma allahlarına sitayişlə bağlı keçirilən bayram mərasimləri. 2. Azğın kef məclisi
[yun.] 1. is. Bir yazının, şəklin və s.-nin əsli (surət qarşılığı). Portretin orijinalı. Kitabın orijinalı
is. 1. Başqalarına oxşamama, ancaq özünə məxsus olan hal, keyfiyyət və sifətlər. [Mirzağa Əliyevin] yaratdığı Kərəmov surəti öz təbiiliyi, satirik qüd
[lat.] Oriyentalistika (şərqşünaslıq) mütəxəssisi; şərqşünas
[lat.] Şərq ölkələrinin tarixini, iqtisadiyyatını, dillərini, incəsənətini və s. öyrənən elmlərin hamısı bir yerdə; şərqşünaslıq
[lat.] 1. Şərqə, Şərq mədəniyyətinə göstərilən maraq; Şərqi öyrənmə. 2. Bir şeydə nəzərə çarpan Şərq ruhu, Şərq xüsusiyyəti; şərqçilik
[lat.] Hərəkətin istiqamətini müəyyənləşdirmək, hədəfi tapmaq üçün açıq yerdə yaxşı görünən hərəkətsiz şey
[fr. orchestre, əsli yun. orchestra – qədim yunan teatrında səhnə qabağında yer] 1. Musiqi əsərini müxtəlif alətlərdə bir yerdə ifa edən çalğıçılar də
“Orkestrləmək”dən f.is
f. 1. mus. Orkestr musiqi əsərini partitura şəklində işləmək, yazmaq. Operanı orkestrləmək. 2. Hər hansı musiqi əsərini orkestrdə ifa olunmaq üçün uyğ
“Orkestrlənmək”dən f.is
məch. mus. Orkestrdə ifa olunmaq üçün işlənilmək, uyğunlaşdırılmaq (musiqi haqqında)
[rus.] Orkestr üçün işlə( n)mə, uyğunlaşdır(ıl)ma; orkestrləmə
[yun. organon – alət] İçərisinə körüklərlə hava doldurulan borular sistemindən ibarət olan iri klavişli musiqi aləti; ərğənun
[yun. organon – alət] 1. İctimai həyatın hər hansı bir sahəsində müəyyən vəzifəni ifa edən idarə, təşkilat və s
is. Orqanda çalan musiqiçi
[lat.] 1. Hər cür canlı vücud (insan, heyvan, bitki). Ən sadə orqanizmlər. Bitki orqanizmi. // Canlı insan və ya heyvan bədəni
is. Meşə. Ətraf bir orman kimi ağaclıq idi. S.Hüseyn. Bülbüllər ormanda edirlər fəğan; Aydınlıq gecədir gündüztək hər yan
sif. Meşəli, çox ağaclı. Bəli, bizim kənd, daha doğrusu, bizim oba Səngər adlanan, meşəli, ormanlı uca dağın ətəyində yerləşir… S
is. Meşəlik. Burası qalın, sıx ormanlıq, sərt qayalıq, uçurumlu dərdlərlə qucaqlanmışdı. A.Şaiq
[lat. ornamentum – bəzək] Rəssamlıqda, heykəltəraşlıqda və s.-də: təkrarlanan həndəsi elementlərdən və ya bitki və heyvan motivlərindən ibarət naxış,
sif. [lat.] Ornamentlərdən ibarət olan; ornament mahiyyətində olan, ornament mahiyyəti daşıyan. Ornamental memarlıq əsəri
is. Ornament ustası olan sənətkar
is. Ornamentçinin işi, sənəti