BAB

BAB1

ə. 1) qapı; 2) əsərin fəsli; 3) mövzu, məsələ. Babi-ali Sultan Türkiyəsində mərkəzi hökumət.

BAB2

f. 1) layiq, yaraşan; 2) tay, cur; 3) barə, xüsus; 4) cəhət, səbəb.

BA
BABƏT
OBASTAN VİKİ
Bab
Bab və ya əsil adı ilə Seyid Əli Məhəmməd Şirazi — Babilər hərəkatının rəhbəri və Bəhai dininin iki peyğəmbərindən ilkidir. 1844-cü il mayın 23-də İranın Şiraz şəhərində Seyid Əli Məhəmməd vəd olunmuş Mehdi olduğunu elan edərək özünü "Bab" (ərəbcə "qapı" deməkdir) adlandırır. Bildirir ki, onun əsas məqsədi insanları müqəddəs kitabların vəd etdiyi Allahın tezliklə zühur etdirəcəyi kəsi qəbul etməyə hazırlamaqdır. Demək olar ki, bütün yazılarında "Allahın zahir edəcəyi Kəs"dən (Bəhaullah) danışmış, özündən sonra mütləq o kəsin zühur edəcəyini müjdələmişdir. Bununla belə, Babın mənəvi dirçəlişə, xurafatdan, mövhumatdan uzaqlaşmağa, bərabərlik, ədalət, qadınları əsarətdən azad etmək çağırışları bütün Yaxın və Orta Şərqi lərzəyə gətirmiş babilər hərəkatına səbəb olur. == Həyatının ilk dövrləri == Seyid Əli Məhəmməd Şirazi 20 oktyabr 1819-cu ildə Şirazda, orta təbəqəli əhali arasında doğulmuşdur. O hələ azyaşlı ikən atası vəfat etmişdir və bir tacir olan dayısı Hacı Mirzə Seyid Əli onu himayəsinə götürmüşdür. O hər iki valideyninin xətti ilə Məhəmməd peyğəmbərin nəslindən, Hüseyn ibn Əlinin övladlarından idi. Şirazda dayısı 6 və ya 7 il ərzində məktəbə göndərir. Təxminən 15-20 yaşları arasında o dayısının ticarət işlərinə qatılır və İranın cənubunda, Fars körfəzi yaxınlığıdakı Buşehr şəhərində tacir olaraq fəaliyyət göstərir.
Bab-Ənar
Bab-Ənar – İranın Fars ostanının Cəhrom şəhristanının Xəfr bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,702 nəfər və 445 ailədən ibarət idi.
Bab-əl Hədid
Dərbənd (rus. Дербент, azərb. Dərbənd / Дәрбәнд‎, ləzg. Кьвевар, yəni "iki (кьве) divar (вар)", Дербенд və Цал, aqul. Цал və Дербенд) — Dağıstan Respublikasında şəhər. Xəzər dənizi ilə Qafqaz sıra dağları arasında yerləşir. Rusiyanın şəhər statusunu daşıyan ən cənub yaşayış məntəqəsidir. Dərbənd şəhəri eyni adlı rayonun inzibati mərkəzidir, Mahaçqala şəhərindən cənub – şərq istiqamətində 121 km uzaqlıqda yerləşir. Şəhər tarixdə Bab əl-Əbvab ("qapılar qapısı") və Dəmirqapı adlarıyla da tanınırdı. == Etimologiya və digər tarixi adları == Dərbənd tarixi Azərbaycanın qədim şəhərlərindən biridir, hazırda Dağıstan Respublikasının tərkibində yerləşir.
Bab əl-Əbvab

Bab-i Xalidabad (Üşnəviyyə)
Bab-i Xalidabad (fars. باب خالداباد‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 338 nəfər yaşayır (50 ailə).
Bab-ı Ali basqını
Bab-ı Əli hücumu (Osmanlı türkcəsi: باب علي غارة) — Osmanlı imperiyasında 23 yanvar 1913 tarixində Ənvər bəy və Tələt bəyin rəhbərliyi ilə baş tutan hərbi çevriliş. Çevriliş əsnasında hərbi nazir Nazim Paşa öldürülmüş, sədrəzəm Kamil Paşa istehfa verməyə zorlanmışdır. Nəticədə hakimiyyət İttihad və Tərəqqi cəmiyyətinin əlinə keçmişdir. == Hadisənin arxa planı == === Dəyənəkli seçimlər === 21 noyabr 1911-ci ildə İttihad və Tərəqqi müxalifləri tərəfindən Hürriyət və İttifaq cəmiyyəti qurulmuş, qısa müddətdə xeyli millət vəkili bu cəmiyyətin ətrafında cəmlənmişdi. Qurulduqdan 20 gün sonra baş tutan seçimlərdə qələbə qazanan bu cəmiyyət hakimiyyətdə çox qala bilmədi. Belə ki, İttihadçılar hiyləylə Sultan Rəşada məclisi ləğv etdirmiş, 1912-ci ilin aprelində keçirilən növbədən kənar seçimləri qazanmışdı. "Dəyənəkli seçimlər" adıyla anılan və müxalif qüvvələrin təqibiylə nəticələnən bu seçimlərin sonunda məclisə yalnız 6 nəfər müxalif vəkil daxil ola bilmişdi. Seçimdə məğlub olan Hürriyət və İttifaq cəmiyyəti isə seçim əsnasındakı hiylə və zorakılıqları bəhanə edərək bu seçimin ədalətli olmadığını elan edirdilər. Bu əsnada İttihadçıların zorla hakimiyyəti ələ almasından narazı olan bir qrup ordu zabiti isə dağlara çəkilərək üsyan başlatmış, İstanbuldakı digər İttihad müxaliflərini, o cümlədən Sultanzadə Səbahəddin bəyi də öz yanlarına çəkmişdilər. Mətbuatda sərt dilli məqalələr nəşr etdirən və hərbi şuraya memorandum göndərən bu zabitlər birliyi sədrəzəm Səid Paşanın istehfa verməsinə səbəb oldular.
Bab-ı Ali hücumu

Bab-ı Əli hücumu

Əl-Bab hadisəsi (2017)
Əl-Bab hadisəsi — 2017-ci ildə Suriyanın Əl-Bab şəhəri yaxınlıqlarında Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Tupolev Tu-22M-nin səhvən Türkiyə qoşunlarına hücumu. Hadisə nəticəsində 3 Türkiyə hərbçisi həlak olmuş, daha 11-i yaralanmışdır. == Hücum == Suriyanın Əl-Bab şəhərində İŞİD döyüşçülərini saxlamaqda şübhəli bilinən bir binaya zərbə endirən Tupolev Tu-22M təyyarəsi Türkiyə ordusunun mövqeyinə bomba atmışdır. Partlayış nəticəsində 3 Türkiyə hərbçisi həlak olmuş, daha 11-i yaralanmışdır. Türkiyə hərbi rəsmiləri zərbəni "təsadüfi" və "dost atəşi" hadisəsi adlandırmışdır. Kremlin sözçüsü Dmitri Peskov bildirmişdir ki, pilotlar Türkiyə hərbçiləri tərəfindən onlara verilən "koordinatları rəhbər tutmuş" və "bu koordinatlarda Türkiyə hərbçiləri olmamalı idi". Bu ittiham Türkiyə rəsmiləri tərəfindən rədd edilmişdir. == Nəticə == Türkiyə Baş Qərargahı Rusiyaya məxsus döyüş təyyarəsinin təsadüfən Türkiyə hərbçilərini hədəf aldığını açıqlamışdır. Rusiya hökuməti hadisəni təsdiqlədikdən sonra Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək öz peşmançılıq hissini bildirmişdir. Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı 12 fevralda hadisə ilə bağlı açıqlama verərək onu pisləmiş, biabırçılıq kimi qiymətləndirmişdir.
İbrahim Babayev
İlyas Babayev
İlyas Babayev (ornitoloq)
İlyas Babayev (bioloq)
İlyas Babayev (tam adı: İlyas Rəzzaq oğlu Babayev) (25 avqust 1949) — AMEA Zoologiya İnstitutu "Ornitologiya" laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, baş elmi işçi. == Həyatı == İlyas Rəzzaq oğlu Babayev 25 avqust 1949-cu ildə Lerik rayonunun Nuravud kəndində anadan olmuşdur. 1957-ci ildə həmin kəndin 8 illik məktəbinin 1-ci sinfinə daxil olub. 1967-ci ildə Lerik rayon orta məktəbini bitirib. 1968-ci ildə Sovet ordu sıralarına çağırılıb. 1970-ci ildə ordu sıralarından tərxis olunub. 1971–1974-cü illərdə Bakı şəhərində tikinti idarələrində fəhlə işləyib. 1972-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsinin axşam şöbəsinə daxil olub. 1974-cü ildən Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsinin axşam şöbəsindən qiyabi şöbəsinə keçib. 1974-1975-ci dərs ilində Lerik rayonunun Züvüç kənd orta məktəbində, 1975-1976-cı dərs ilindən 1979-cu ilədək isə Lerik rayonunun Nuravud kənd orta məktəbində kimya və biologiya müəllimi işləyib.

İlyas Babayev (tarixçi)
İlyas Atababa oğlu Babayev (23 mart 1935, Quba rayonu və ya Xanəgah, Quba rayonu – 28 dekabr 2017) — Azərbaycan tarixçi-arxeoloqu, tarix elmləri doktoru (1983), professor, AMEA-nın müxbir üzvü (2007). == Həyatı == İlyas Babayev 23 mart 1935-ci ildə Quba rayonunun Xanagah kəndində anadan olub. Ali təhsilini 1958-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsində alıb. Universiteti fərqlənmə diplomu ilə bitirib. == Elmi fəaliyyəti == İlyas Babayev 1962-1964-cü illərdə Le­nin­qrad (Sankt-Peter­burq) şəhərin­də SSRİ EA Arxeologiya İnstitutunun Lenin­qrad böl­mə­sində M.İ.Maksimovanın rəhbərliyi altında aspi­ranturada təhsil alıb. 1965-ci ildə Bakıda “Azərbaycanın antik və orta əsrlər dövrü qliptika abidələri” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib. O zaman Azərbaycanda qliptika, sfragistika üzrə mütəxəssis yox idi. Respublikanın müxtəlif yerlərində aparılan arxeoloji qazıntılar zamanı əldə olunan müxtəlif qiymətli daşlardan, şüşədən, pastadan və keramikadan hazırlanmış qliptika abidələri mütəxəssislər tərəfindən işlənməmiş qalırdı. Qliptika abidələrinin cəmiyyətdə əmlak bərabərsizliyinin, sinifli cəmiyyətin və dövlətin, iqtisadi-ticarət və mədəni əlaqələrin öyrənilməsində mühüm əhəmiyyəti vardır. İlyas Babayev Azərbaycanda sfragistika üzrə ən yaxşı mütəxəssis hesab olunur.
İnarə Babayeva
Babayeva İnarə Əhməd qızı — Azərbaycan Respublikasının əməkdar artisti, Prezident mükafatçısı, Akademik Opera və Balet teatrının solisti, Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin solo oxu kafedrasının dosenti. == Həyatı == İnarə Əhməd qızı Babayeva 1977-ci il Aprel ayının 14 Bakı şəhərində anadan olmuşdur.. 1996-2002-cü illərdə Üzeyr Hacıbəyli adına Bakı Musiqi Akademiyasının solo oxuma fakültəsində ali təhsil almış və Akademiyanı magistratura pilləsi üzrə 2005 ci ildə isə akademiyanın Asperanturasını fərqlənmə ilə bitirmişdir.Opera və kamera ifaçısı,vokal müəllimi,ixtisası üzrə bitirmişdir.İnarə Babayeva akademiyada təhsil aldığı müddət ərzində, 1999- cu ildən Azərbaycan Akademik Musiqili teatrın aparıcı solisti kimi fəaliyyətə başlayır.O teatrda çalışdığı müddət ərzində teatrın rus bölməsində: İ.Kalmanın – “Silva”, “Bayadera”, “Maritsa”,”Qaraçı- Premyer” , F.Leqarın - “Şən dul qadın”, Q.Qarayevin- “Çılğın qasqonçu”, Ü.Hacıbəylinin-“ O Olmasın bu olsun” operettalarında baş qəhrəman obrazlarını ifa etmişdir. İnarə Babayeva 2002-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistidir. O, Opera və Balet Teatrının repertuarında milli və klassik dünya bəstəkarlarının yaradıcılığına məxsus bir sıra tamaşalarda əsas partiyaları Gülnaz - «O olmasın bu olsun» Ü.Həcibəyli Gülçöhrə- «Arşın mal alan»Ü.Həcibəyli Humay- «İntizar» F.Əlizadə Zoluşka-«Zoluşka» L.Vaynştey Cırtdan- «Cırtdan» N.Əliverdibəyov Rozina- «Sevilya bərbəri» C.Rossini Serpina -“Hammı elə edir” V.Mozart Adina -“Sevgi şərbəti” Donizetti Süzanna -“Don-Juan” V.Mozart Oskar-“Bal-Maskarad” D.Verdi Pamina-“Sehirli-tetək” V.Mozart Dilbər-“Sevil”F.Əmirov Amur-“Orfey və Evredika” Gluk Məhsəti-“Məhsəti” P.Axundova Cilda- «Riqoletto» C.Verdi Violetta- “Traviata» C.Verdi Muzetta- «Boqema» C.Puççini Mikaella-«Karmen»,J.Bizen və s Rolların öhdəsindən özünəməxsus gələrək,yüksək professionallıqla ifa edir. Gügüclu səs tembri ilə yanaşı, gözəl səhnə görkəminə, yüksək artistizm qabliyyətinə malikdir. İnarə Babaeva Azərbaycan Mədəniyyətini təmsil edərək,Ölkəmizin hüdudlarından kənarda,bir sıra müsabiqə və festivallarda iştirak etmiş, laureat və diplomant adına layiq görülmüşdür: Gənc vokalçıların Respublika müsabiqəsinin laureatı-1 yer(1994);Opera ifaçılarının Respublika müsabiqəsi laureatı-2 yer(2000);“Türksoy” (Türkiyə) beynalxalq festivalının iştirakçısı(2002);Vokalçıların Yaltada keçirilən müsabiqəsinin diplomantı(2006);Opera ifaçılarının Tuluza şəhərində (Fransa) keçirilən müsabiqəsinin diplomantı (2008); *Operetta ifaçılarınin Yekaterinburqda (Rusiya) keçirilən festivalının iştirakçısı. İ.Babayeva 2005-ci ildən, Yaponiya,Çin,İngiltərə,Fransa,İtaliya, Almaniya,Gürcüstan,Belorusiya,Kazakistan,Qırgızıstan,Makidoniya, Serbiya,Mərakeş keçirilən Azərbaycan mədəniyyəti günlərinin iştirakçısı olmuş, bir sıra dövlət və yubiley tədbirlərində iştirak etmişdir. İnarə Babayeva 2006 cı ildən Mədəniyyət və İncəsənət Universiteti vokal müasir estrada ifaçılığı fakültəsinin müəllimi 2013 cü ildən baş müəllimi,2019- cu ildən isə Kafedaranın dosentidir.O,vokal müasir estrada ifaçılığına aid 5 məqalənin, Azərbaycan vokal Nümunələri Soprano səsi üçün “Antaloğiya” kitabının müəllifidir. İnarə Babayeva 2ci təhsil olaraq 2014 cü ildə Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə daxil olur elə həmin ildə Akademik opera və Balet Teatrının səhnəsində dünya klassik opera inciləri sırasında olan, Perqolezinin “Qulluqçu- xanım” operasına quruluş vermişdir.
İqbal Babayev
İqbal Alıcan oğlu Babayev (7 avqust 1964, Yardımlı rayonu) — Gömrük xidməti general-mayoru, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin sabiq müavini (2018), "Azərbaycan Layihələrin İdarə Edilməsi Assosiasiyası"nın təsisçisi və prezidenti, texnika elmləri doktoru, professor. == Həyatı == İqbal Alıcan oğlu Babayev 1964-cü ildə Yardımlı rayonunda anadan olmuşdur. 1981–1986-cı illərdə Kiyev İnşaat və Memarlıq Milli Universitetinin (KİMMU) "İnformasiya texnologiyaları" fakültəsində təhsil almışdır. 1986–1987-ci ildə KİMMU-nun "İstehsal prosesslərinin avtomatlaşdırılması" kafedrasında müəllim işləmişdir. 1987–1991-ci illərdə Dövlət İmtahan Attestasiya Komissiyasının qərarına əsasən KİMMU-da aspiranturaya daxil olmuş və eyni zamanda pedoqoji fəaliyyətini davam etdirmişdir. Elmi işlərinin nəticələrinin tətbiqinə və səmərəliyinə görə 1989-cu ildə Kiyevdə "İlin ən yaxşı ixtiraçısı" adına və Kiyev şəhərinin rəhbərliyi tərəfindən məktəblərdə informatika fənninin tədrisinə görə "Ən yaxşı müəllimlik fəaliyyətinə" görə diplomuna layiq görülmüşdür. 1986–1991 illərdə Kiyev şəhərində kompüter sistemləri və informatikanın öyrənilməsi üzrə "POİSK" şirkətini təsis etmiş və həmin şirkətin bazasında Kiyev şəhəri üzrə gənclər mərkəzinə rəhbərlik etmişdir. === Ailəsi === Evlidir, iki övladı var. == Fəaliyyəti == === Elmi fəaliyyəti === 1990-cı ildə Kiyevdə 05.13.07 — "Texnoloji Proseslərin Avtomatlaşdırılmış İdarəetmə Sisitemi" ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə etmiş və texnika elmləri namizədi elmi dərəcəsi almışdır. Elmi işi mürəkkəb texnoloji proseslərin modelləşdirilməsi, idarəedilməsi və mürəkkəb layihələrin və proseslərin idarəetmə alqoritminin obyekt-yönümlü üsullarla yazılışı ilə bağlı idi.
İqbal Babayev (əsgər)
İqbal Zəki oğlu Babayev (10 sentyabr 1995, Xətai rayonu – 25 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Babayev İqbal Zəki oğlu 10 sentyabr 1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, 2002–2013-cü illərdə Bakı şəhəri 257 saylı orta məktəbində təhsil alaraq həmin məktəbi bitirmişdir. İqbal 2013-cü ildə Xəzər Universitetinin iqtisadiyyat fakültəsinə daxil olmuş, daha sonra 2015-ci ildə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının iqtisadiyyat fakültəsində təhsilini davam etdirərək, 2018-ci ildə Akademiyanı iqtisadçı ixtisası üzrə bitirmişdir. İqbal 2018-ci ilin iyun ayından 2019-cu ilin iyun ayına kimi Naxçıvanda müdddətli hərbi xidmətdə olmuş və Vətən qarşısında hərbi xidmət borcunu yerinə yetirmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsinə müraciətindən sonra İqbal 2020-ci ilin sentyabr ayının 21-də könüllü olaraq hərbi təlimlərə qatılmış, müharibənin başlandığı ilk gündə, 27 senytarb 2020-ci il tarixdə döyüş bölgəsinə yola düşmüşdür. İqbal Babayev Füzuli, Cəbrayıl və Xocavəndin işğalçılardan azad edilməsi ilə bağlı döyüş əməliyyatlarında iştirak etmiş, 25 oktyabr 2020-ci il tarixdə Füzuli şəhərinin və rayonun Seyidəhmədli kəndinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. İqbal Babayev 28 oktyabr 2020-ci il tarixdə dədə-baba yurdu olan Qəbələ şəhərində torpağa tapşırılmışdır === Ailəsi === Uzun müddət idarəetmə orqanlarında dövlət qulluqçusu kimi, həmçinin təhsil sahəsində çalışmış Babayev Baba Davud oğlunun və ikinci Dünya müharibəsi veteranı, Azərbaycan SSR Ali Sovetinin V və VI çağırış deputatı, Sosialist əməyi qəhrəmanı Əlimirzəyev Əşrəf Oruc oğlunun nəvəsidir. Atası Babayev Zəki Baba oğlu Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakimidir. == Hərbi xidməti == İqbal Babayev 2018-ci ilin iyun ayında həqiqi hərbi xidmətə çağırılıb. 2018–2019-cu illərdə Naxçıvanda "N" saylı hərbi hissədə xidmət edib.
İsaak Babel
İsaak Emmanuiloviç Babel (Bobel) 13 iyul 1894[…], Odessa, Rusiya imperiyası – 27 yanvar 1940[…](rus. Исаак Эммануилович Бабель (Бобель)— Yəhudi əsilli sovet-rus yazıçı, jurnalist və dramaturq.
İvan Babuşkin
İvan Vasilyeviç Babuşkin (rus. Иван Васильевич Бабушкин, partiya təxəllüsü: Nikolay Nikolayeviç; 3.1.1873 – 18.1.1906) — Rusiya inqilabçısı, bolşevik. == Həyatı == İvan Vasilyeviç Babuşkin 15 yanvar 1873-cü ildə anadan olmuşdu. Məşhur "Kronştad" gəmisində xidmət etmişdi. İvan Babuşkin 18 yanvar 1906-cı ildə öldürülüb. == Ədəbiyyat == 3еликсон-Бобровская Ц. С. И. В. Бабушкин. (2 изд.). — Л. 1939.
Şahbuz-Babək seçki dairəsi
Şahzadə Babayeva
Şahzadə Babayeva — aktrisa. == Həyatı == Yasamal rayonundakı 20 saylı orta məktəbdə təhsil alıb. 1976-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub. Tələbəlik illərində C.Məmmədquluzadənin "Anamın kitabı" əsərində ana, S.Vurğunun "Xosrov və Şirin" dramı əsasında hazırlanmış tamaşada Şirin və Məryəm, Eduard Definin "Silindir"ində Rita obrazlarını özünəməxsus orijinallıqla tamaşaçılara təqdim edib. 1981-ci ildə institutu bitirdikdən sonra təyinatla Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrına göndərilib. "Teymurləng"də Olimpiya, "Həyatın dibində" Nastya, "Adsız ulduz"da Monna, "Knyaz"da Jasmen Şəki Dövlət Dram Teatrında yaratdığı uğurlu obrazlardandır. 1984-cü ildən 1992-ci ilədək Gənclər teatrında çalışan aktrisa, 1993-cü ildə taleyini Bakı Bələdiyyə Teatrına bağlamışdır. Hüseynağa Atakişiyevin həyat yoldaşı olmuş və bir oğlu dünyaya gəlmişdir. 2002-ci ildə Əməkdar artist fəxri adına layiq görülmüşdür.
Şamil Bababəy
Şamil Nazim oğlu Bababəy (4 yanvar 1994, Çənnəb, Naxçıvan Muxtar Respublikası – 7 oktyabr 2020, Ağdərə, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şamil Bababəy 1994-ci il yanvarın 4-də Ordubad rayonunun Çənnəb kəndində anadan olub. Ailəli idi. == Təhsili == Çənnəb kənd tam orta məktəbini 6-cı sinifə qədər oxuyub. 7-ci sinifə qədər Biləv kənd tam orta məktəbində oxuyub.8-ci sinifə qədər Ordubad rayonunda Uşaq Evində oxuyub.8-ci sinifi bitirdikdən sonra, həmin məktəbin tərkibindən Heydər Əliyev adına Hərbi Liseyə daxil olmuşdur.3 il həmin liseydə oxumuşdur.2012-2016-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi məktəbə daxil olur.4 il oxuduqdan sonra leytenant rütbəsinə layiq görülür. Rütbəsini aldıqdan sonra 1 il praktika keçərək biliklərini təkminləşdirib.2016-2020-ci illərdə vətənə xidmət edib. Özünün tərbiyəsi və nizam-intizamı ilə çox keçmədən baş leytenant rütbəsinə layiq görülmüşdür. == Hərbi Xidməti == Şamil Bababəy N saylı Hərbi hissədə tankçı vəzifəsində xidmət etmişdir. === Aprel döyüşlərində iştirakı === 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərinin iştirakçısı olmuşdur. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Ordusunun baş leytenantı olan Şamil Bababəy 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan və Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
Şamil Babayev
Şamil Baloğlan oğlu Babayev (26 yanvar 1988, Camaldın, Culfa rayonu – 7 noyabr 2020, Şuşa rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şamil Babayev 1988-ci il yanvarın 26-da Culfa rayonunun Camaldın kəndində anadan olub. Ailəli idi. == Hərbi xidməti == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kapitanı olan Şamil Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şamil Babayev noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Culfa rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamil Babayev "Zəfər" ordeni ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamil Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamil Babayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamil Babayev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Şaxta Baba
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Şeyx Babı türbəsi
Şeyx Babı türbəsi — Füzuli rayonu Babı kəndində yerləşən tarixi abidə. == Haqqında == Türbə Füzuli rayonunun Babı kəndindədir. Türbədə Şeyx Babı Yaqubi dəfn olunub. Türbə 1273—1274-cü illərdə memar Əli Məcidəddin tərəfindən tikilib. Türbə səkkiz güşəlidir. Ağ daşdan hörülüb və üstü səkkiz güşəli çatma günbəzlə örtülüb. Şeyx Babı türbəsinin xarici səth bölgülərində Mömünə Xatun türbəsinin təsiri görünür. Xalq arasında "Şıxbaba türbəsi" adıyla tanınan bu abidə Füzuli rayonunun Babı kəndinin yaxınlığında salınmış qəbiristanlıqdadır. Rəvayətə görə, Şeyxin cənazəsi daş qutuda, türbənin cənub pəncərəsi önündə dəfn olunmuşdur. Məqbərədəki kitabənin oxunuşuna nail olan ilk rus alimi N. Xanıkov deyib ki, Şeyx Babı Yaqub türbəsi 1271—1272-ci illərdə Məşədi Babı Yaqub ibn Saadın əmri ilə tikilib.
Şeyxzadə Babiç
Şeyxzadə Babiç (14 yanvar 1895, Asyanovo[d], Ufa quberniyası – 28 mart 1919, Zilair[d]) — Başqırd ordusunda hərbi müxbir. == Həyatı və fəaliyyəti == 1918–1919-cu illərdə Başqırd ordusunda hərbi müxbir işləyən Şeyxzadə Babiç Başqırdıstanın muxtariyyətı uğrunda mübarizə aparır. Lakin bu mübarizə uğurla nəticələnmir. Bolşeviklər ağqvardiyaçılar üzərində qələbə çaldıqdan sonra müttəfiqləri olan başqırd millətçilərinə qarşı da münasibətlərini dəyişirlər. İlk günlər nisbətən mülayim davranaraq Başqırdıstanda Sovetlərin qurulduğunu elan edirlər. Hətta keçmiş kadrların bir çoxunu da yeni hökumətdə işə götürürlər. 1919-cu il fevralın 25-də bolşeviklər Babiç Şeyxzadəyə də Başqırdstan İnqilab Komitəsi nəzdindəki sovet mətbuatı şöbəsində iş verirlər. Az sonra isə ənənələrinə sadiq qalaraq müttəfiqlərinə yenə də xəyanət edirlər. Ağqvardiyaçılara qarşı birgə mübarizə apardıqları Başqırd ordusunu dağıdır, ordunun millətsevər zabit və əsgərlərini cəzalandırmağa başlayırlar. == Xatirəsi == 1993-cü ildə rejissor Malik Yakşimbetov şair Şeyxzadə Babiç haqqında "На камне кровь моя густая" (azərb.
Şeyxzadə Babiç muzeyi
Şeyxzadə Babiç — başqırd milli ədəbiyyatının klassiki, Başqırd milli azadlıq hərəkatının iştirakçısı, Başqırd Hökumətinin üzvlərindən biri Şeyxzadə Babiçə həsr olunmuş muzey. Muzey Başqırdsıtanın Dyurtyulinsk rayonunun Asyanovo kəndində yerləşir. == Haqqında == Muzey 1995-ci ildə Şeyxzadə Babiçin doğulmasının 100 illiyi münasibətilə açılıb. 2002-ci ildən etibarən muzey "Başqırdıstan Respublikasının Milli ədəbiyyat muzeyi"-nin filialıdır. Muzey üç ekspozisiya zalından ibarətdir. Asyanovo kəndinin tarixi zalında, kəndin tarixi və məşhur sakinləri haqqında sənədlər nümayiş olunur. Şeyxzadə Babiçin həyatı və yaradıcılığı zalında isə şairin imzası olan "Akmulla" jurnalı, 1922-ci ildə Kazanda nəşr olunmuş "Шиғырҙар мəжмүғəһе" (Şeirlər toplusu) kitabı, həmin şeirlər toplusunun 1912-ci ilə aid əlyazması, şairin "Karmak", "Şuro" jurnallarında, "Vakıt", "Tormoş" qəzetlərində çap olunmuş şeirləri eləcə də onun vizit kartları qorunur. Muzeyin ekspozisiyasında rəsm, heykəltaraşlıq nümunələri, məişət əşyaları, şairin həyat və yaradıcılığı ilə bağlı fotolar və sənələr də var. Etnoqrafiya zalında isə kənddə və rayonda yaşayaan başqırdların mədəni məişət fərqlilikləri, adətləri nümayiş etdirilir. Muzeydə davamlı olaraq məşhur şair və yazıçılarla ədəbiyyat görüşləri keçirilir, və burada Şeyxzadə Babiçin şeirləri oxunur.
Şıx Baba piri
Şıx Baba türbəsi — Cəbrayıl rayonunda Şıxlar kəndinin ərazisində, qocaman dağların qoynunda xalq arasında "Şıx baba piri" adıyla şöhrət tapmış ziyarətgah. Böyük əraziyə malik qəbiristanlıqla əhatə olunmuş Şıx baba piri, əsasən, daxildən və xaricdən dairəvi plana malik türbə binasından ibarətdir. Çatma tağlı qapı yerinin üzərində kitabə yoxdur. Şıx baba türbəsinin 1308-ci ilə aid kitabədə onun Qarabağda "Qədiriyyə" cəmiyyətinin şeyxi Şeyx Qiyasəddinli oğlu şeyx Əbdülsalmanın qəbrinə aid olduğu göstərilir. Qəbələ rayonunda Həmzəli kəndində "Şıx baba" ziyarətgahının adı ilə mənaca eynidir. Şıx baba türbəsi XIV əsrə aid edilir. Ziyarətgahın yerləşdiyi Şıxlar kəndidə "Şıx baba" türbəsinin adındandır. Abidənin dairəvi günbəzi uçmuş, içəridə bitən ardıc ağacı boy atıb türbədən qalxmış, abidənin önündə bitmiş digər ardıc ağacıyla baş-başa verərək, mərkəz hissədə dəfn olunmuş böyük alim, əzəmətli şeyxin məzarı üzərinə sayə salmaqdadır. Qoşa ardıc ağacları sanki yarımxaraba abidəni tamam məhv olmaq təhlükəsindən qorumağa çalışır və tədqiqatçıları, vaxtilə Avropanı Yaxın Şərq ölkələri ilə birləşdirən karvan ticarət üzərində bərqərar olmaqla qaynar həyat keçirmiş mədəni-ideoloji, sosial-siyasi-iqtisadi mərkəzlərdən birinə, xalqın pir, müqəddəs yer deyə qoruyub saxladığı tarixin izlərində elmin, mədəniyyətin sirlərini açmağa çağırır. == Arxitekturası == Şeyxin məzarı üzərinə günbəzdən uçub tökülmüş və digər müxtəlif xatirə abidələrindən daş parçaları yığılmışdır.
Şıx Baba piri (Qəbələ)
Şıx Baba piri — Qəbələnin Həmzəlli kəndi ərazisində yerləşəir. . Qəbələ rayonunun qədim tarixə malik kəndlərindən olan Həmzəlli kəndi özünün gözəl təbiəti, həm də tarixi abidələri ilə məşhurdur. Belə tarixi abidələrdən biri də el arasında Şıx baba kimi tanınan Seyyid Şeyx Molla Məhəmməd piridir. O, həm rayona gələn qonaqlar, həm də turistlərin diqqət mərkəzində olan abidələrdəndir. Abidənin əsas özəlliyi məhz bu abidədə olan ağacların "Qırmızı kitab"a düşməsi və abidənin cox qədim tarixə malik olmasıdır. == Tarixi == El dilində İşıq baba kimi tanınan ən ağır ocaq Həmzəlli kəndindədir. Şıx Baba piri XVI əsrin abidəsidir. Pirdəki şeyxə məxsus məqbərə, içəridəki məzar və üzərindəki kitabələr hazırda mühafizə olunur. Bu abidələr kompleksinin yaranması tarixi haqqında dəqiq məlumat yoxdur. Məqbərədə saxlanılan Şeyxə aid sənəd oxunarkən məlum olub ki, şəhadətnamə hicri tarixi ilə 1283-cü ilin ramazan ayının əvvəllərində (7.1–6.
Şıx Baba türbəsi (Cəbrayıl)
Şıx Baba türbəsi — Cəbrayıl rayonunda Şıxlar kəndinin ərazisində, qocaman dağların qoynunda xalq arasında "Şıx baba piri" adıyla şöhrət tapmış ziyarətgah. Böyük əraziyə malik qəbiristanlıqla əhatə olunmuş Şıx baba piri, əsasən, daxildən və xaricdən dairəvi plana malik türbə binasından ibarətdir. Çatma tağlı qapı yerinin üzərində kitabə yoxdur. Şıx baba türbəsinin 1308-ci ilə aid kitabədə onun Qarabağda "Qədiriyyə" cəmiyyətinin şeyxi Şeyx Qiyasəddinli oğlu şeyx Əbdülsalmanın qəbrinə aid olduğu göstərilir. Qəbələ rayonunda Həmzəli kəndində "Şıx baba" ziyarətgahının adı ilə mənaca eynidir. Şıx baba türbəsi XIV əsrə aid edilir. Ziyarətgahın yerləşdiyi Şıxlar kəndidə "Şıx baba" türbəsinin adındandır. Abidənin dairəvi günbəzi uçmuş, içəridə bitən ardıc ağacı boy atıb türbədən qalxmış, abidənin önündə bitmiş digər ardıc ağacıyla baş-başa verərək, mərkəz hissədə dəfn olunmuş böyük alim, əzəmətli şeyxin məzarı üzərinə sayə salmaqdadır. Qoşa ardıc ağacları sanki yarımxaraba abidəni tamam məhv olmaq təhlükəsindən qorumağa çalışır və tədqiqatçıları, vaxtilə Avropanı Yaxın Şərq ölkələri ilə birləşdirən karvan ticarət üzərində bərqərar olmaqla qaynar həyat keçirmiş mədəni-ideoloji, sosial-siyasi-iqtisadi mərkəzlərdən birinə, xalqın pir, müqəddəs yer deyə qoruyub saxladığı tarixin izlərində elmin, mədəniyyətin sirlərini açmağa çağırır. == Arxitekturası == Şeyxin məzarı üzərinə günbəzdən uçub tökülmüş və digər müxtəlif xatirə abidələrindən daş parçaları yığılmışdır.
Şəhr Babək
Şəhr Babək — İranın Kirman ostanının şəhərlərindən və Şəhr Babək şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 43,916 nəfər və 10,401 ailədən ibarət idi.
Şəhr Babək şəhristanı
Şəhr Babək şəhristanı — İranın Kirman ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Şəhr Babək şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 100,192 nəfər və 22,973 ailədən ibarət idi.
Əbdülhüseyn Babayev
Əbdülhüseyn Kərbəlayı Mikayıl oğlu Babayev (1877, Bakı – 1961, Bakı) — Azərbaycan xarratı, şəbəkə ustası, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1957). == Həyat və yaradıcılığı == Əbdülhüseyn Babayev 1877-ci ildə Bakıda anadan olmuşdur. O, oxuduğu mollaxananı tərk edərək arababənd atası Kərbəlayı Mikayılın yanında 10 il usta şagirdi işlədikdən sonra qapı-pəncərə və xonça-bağdatı düzəltməyi, şüşəbənd bağlamağı öyrənmişdir. Sonralar on ilə yaxın müddət ərzində o, "Qafqaz və Merkuri" gəmiçilik şirkətində işləmiş, burada yüzlərlə gəmi təkəri bağlamışdır. Gənc yaşlarında rəhil kəsməyi öyrənən usta Əbdülhüseyn ən sadə quruluşlu bir qüllə rəhildən mürəkkəb quruluşlu altı və səkkiz qüllə rəhilə qədər kəsməyi bacarırdı. O, mıxsız və yapışqansız düzəltdiyi rəhillərdə yenilik yaratmağa çalışır, bəzən iki rəhili bir-birinin içində kəsir, bəzən səkkiz və daha çox hissədən ibarət bir neçə formaya salına bilən rəhil düzəldirdi. Onun hazırladığı rəhillər Azərbaycan muzeylərində nümayiş etdirilir. Əbdülhüseyn Babayevin yaradıcılığında "Cəfəri", "Xab-bidar", "Səkkiz qüllə", "On altı qüllə" adlı mürəkkəb şəbəkələr mühüm yer tutmuşdur. O, Azərbaycan Ədəbiyyatı Muzeyi, Azərbaycan Tarixi Muzeyi, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (Moskva, 1939) Azərbaycan SSR pavilyonu üçün şəbəkə kompozisiyaları hazırlamışdır. Usta Əbdülhüseyn şəbəkə ornamentlərini əzbərdən çəkir, düzəltdiyi arakəsmələrdə, qapı və pəncərə şəbəkələrində, habelə mebel bəzəklərində müxtəlif naxışlar tətbiq edir, çox zaman eyni bir şəbəkə kompozisiyasına cürbəcür ornament ünsürləri daxil edirdi.
Əbülfəz Babayev
Əbülfəz İsmayıl oğlu Babayev (20 sentyabr 1947, Qarabağlar, Noraşen rayonu) — Texnika elmləri doktoru, professor. Amerika Birləşmiş Ştatları Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü. Beynəlxalq (Rusiya Federasiyası) Mühəndislik Akademiyasının həqiqi üzvü, Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü, AMEA Yüksək Texnologiyalar Parkının baş direktoru. == Həyatı == Əbülfəz İsmayıl oğlu Babayev 1947-ci il sentyabr ayının 20-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun (indiki Kəngərli rayonu) Qarabağlar kəndində anadan olmuşdur. O, 1966–1972-ci illərdə Azərbaycan Neft-Kimya İnstitutunun Kimya- texnologiya fakültəsində ali təhsil almış, "kimyaçı-mühəndis-texnoloq" ixtisasına yiyələnmişdir. Əbülfəz Babayev 1972-ci ildə təyinatla gənc mütəxəssis kimi Azərbaycan Respublikasının 40 illiyi adına "Sintetik Kauçuk" zavodunda əmək fəaliyyətinə başlamışdır. 1972–1981-ci illərdə "Sintetik Kauçuk" zavodunda mühəndis, bölmə rəisi, Mərkəzi Elmi-Tədqiqat laboratoriyasının rəisi vəzifələrində çalışmışdır. Bu dövr ərzində zavodda keçmiş SSRİ məkanında ilk istehsal prosesi olan, xalq təsərrüfatı üçün böyük əhəmiyyət kəsb edən, tibb sənayesindən başlamış, məişətdə, xüsusən də şin istehsalında geniş istifadə olunan butilkauçuk istehsalının mənimsənilməsinin təkmilləşdirilməsi ilə məşğul olmuşdur. Eləcə də prosesdə iştirak edən monomerlərin təmizlik dərəcəsinin artırılması zamanı alınan yan məhsullar əsasında xalq təsərrüfatında, xüsusilə mənzil və su kanalı tikintisi sahəsində tətbiq olunan yeni kipləşdirici elastik məmulatların istehsal texnologiyalarının işlənib-hazırlanmasında iştirak etmişdir. Onun tərəfindən alınan nəticələr müəlliflik şəhadətnamələri ilə təsdiqlənmiş, ölkəmizdə və Litva Respublikasının Şaulyay şəhərində istehsal proseslərinə başlanılmışdır.

Digər lüğətlərdə