BİRLƏŞMİŞ

Birləşmək”dən f.sif. Birləşmiş qüvvələr. Çayın birləşmiş iki qolu. Bir nöqtədə birləşmiş xətlər. Birləşmiş Millətlər Təşkilatı.
BİRLƏŞMƏK
BİRLİK
OBASTAN VİKİ
Birləşmiş Koloniyalar
Birləşmiş Koloniyalar (ing. United Colonies) — müstəqillik elan edilməmişdən əvvəl, 1775-ci və 1776-cı illərdə On üç koloniyadan ibarət yaranmaqda olan milləti təsvir etmək üçün istifadə olunan ad. İlk dəfə Filadelfiyada keçirilən İkinci Kontinental Konqres tərəfindən istifadə edilmişdir. Kontinental valyuta əskinaslarında 1775-ci ilin mayından 1777-ci ilin fevralına qədər "Birləşmiş Koloniyalar" adı göstərilirdi və bu ad İkinci Konqresdən əvvəl bütövlükdə koloniyalara istinad etmək üçün istifadə olunurdu. Adın dəqiq mənşəyi məlum deyil. Qurucu atalardan olan Con Adams hələ 27 fevral 1775-ci ildə "Boston Gazette"də dərc edilmiş "Massaçusets-bey koloniyasının sakinlərinə" başlıqlı məktubunda "birləşmiş koloniyalar" ifadəsini işlətmişdir:Onlar bizim məqsədimizi – onlar heç vaxt birləşmiş koloniyaların heç bir hissəsində parlamentin Varvs və digər qanuni mülkləri əlindən ala biləcəyi və ya Nizamnamələri sökə biləcəyi presedentə tabe olmayacaqları uğrunda mübarizəni özlərininki elan etdilər, çünki əgər bunu edərlərsə, bir neçə il ərzində amerikalıların bütün hüquqlarının əlindən alınacağına və bir nazirin iradəsinə uyğun olan qubernatorların və şuraların koloniyalarda yeganə qanunverici orqan olacağına mənəvi əminlik var.19 iyun 1775-ci ildə İkinci Kontinental Konqresin üzvləri özlərini "Birləşmiş Koloniyaların nümayəndələri" adlandırm;.dılar və Corc Vaşinqtonu "Birləşmiş Koloniyalar Ordusunun generalı və baş komandanı" təyin etmişdilər. İki gün sonra, 4 iyul 1776-cı ildə İkinci Kontinental Konqresinin 56 nümayəndəsi yekdilliklə İstiqlal Bəyannaməsini qəbul etmişdilər. Bu Bəyannamə Beşlər Komitəsi tərəfindən nəzarət edilmiş və əsasən Tomas Cefferson tərəfindən 1776-cı ilin iyun ayında iki həftə ərzində Filadelfiyada yazılmışdır. 9 sentyabr 1776-cı ildə İkinci Kontinental Konqres İstiqlal Bəyannaməsində millətin adı kimi təqdim edilən "Amerika Birləşmiş Ştatları"nın xeyrinə "Birləşmiş Koloniyalar" adını rəsmi olaraq ləğv etmişdir. == Həmçinin bax == ABŞ tarixi (1776–1789) Amerika Birləşmiş Ştatlarının qurucu ataları == İstinadlar == == Əlavə ədəbiyyat == Ellis, Joseph J. Revolutionary Summer: The Birth of American Independence.
Meksika Birləşmiş Ştatları
Meksika (isp. México) ya da rəsmi adı ilə Meksika Birləşmiş Ştatları (isp. Estados Unidos Mexicanos) — Şimali Amerikada ölkə, paytaxtı Mexiko şəhəri, sahəsi 1,972,550 km², əhalisinin sayı 2015-ci il hesablamalarına görə 119,530,753 nəfərdir. Dünya ölkələri arasında sahəsinə görə 13-cü, əhalisinə görə isə 11-ci yerdədir. İspan dilli ölkələr arasında əhalisinin sayına görə ilk yeri tutsa da, Latın Amerikası ölkələri arasında əhalisinin sayına görə 2-ci yerdədir. Coğrafi mövqeyinə görə şimaldan ABŞ, qərbdən və cənubdan Sakit okean, cənub-şərqdən Qvatemala, Beliz, Karib dənizi, şərq tərəfdən isə Meksika körfəzi ilə əhatə olunmuşdur. Meksika 3 ölkə ilə həmsərhəddir – ABŞ, Beliz və Qvatemala. Monterrey, Guadalajara, Puebla, Juárez, Tijuana, Nezahualcóyotl, Chihuahua və Leon Meksikanın ən böyük şəhərlərinidir. == Coğrafiyası == Hazırda Meksikanın ərazisi 1,972,550 kvadrat kilometrdir, ərazisinin böyüklüyünə görə Braziliya və Argentinadan sonra Latın Amerikasının üçüncü dövlətidir. 1959-cu il konstitusiyasındakı dəyişikliyə əsasən 200 m dərinliyə qədər materik dayazlığı (şelf zonası) da ölkənin Milli ərazisi hesab edilmişdir.
Birləşmiş Krallıqda islam
Birləşmiş Krallıqda islam — İslam Böyük Britaniyada ikinci ən böyük dindir. 2011-ci il siyahıyaalınmasına əsasən, Birləşmiş Krallıqda yaşayan müsəlmanların sayı 2,7 milyon nəfərə və ya ümumi əhalinin 4,8%-nə çatmışdır. == Tarixi == 2001–2009-cu illər arasında İslam Böyük Britaniyada ən sürətlə böyüyən ikinci din oldu. Uokinqdəki Şah Cahan məscidi 1889-cu ildə tikilmiş ilk məscid idi. Elə həmin il Abdullah Quilliam Liverpulda bir məscid tikdirdi. Londonda ilk məscid 1924-cü ildə yaranıb. Müsəlmanların sayının artması 2007-ci ilə qədər 1500-dən çox məscidin yaradılmasına səbəb oldu. Əksər məscidlər Pakistan, Banqladeş, Türkiyə və Somalidən olan insanların hesabına tikilirdi. Eyni zamanda, Böyük Britaniya şirkətlərinin direktorlarının sayının təxminən üçdə biri müsəlmanlardır. == Ayrı-seçkilik == 2014-cü ildə dərc edilmiş sosioloji araşdırmaya görə, ölkənin əmək bazarında müsəlmanlar artan ayrı-seçkiliklə üzləşirlər və rəhbər vəzifələr əldə etmək şansları minimaldır.
Birləşmiş Ermənistan
Böyük Ermənistan və ya Birləşmiş Ermənistan, ermənilərin tarixən və etnik olaraq Ermənistan ərazisi kimi qəbul etdikləri və Ermənistana birləşdirməyə yönəlmiş irredentist siyasi iddiadır. Ayrıca bugünkü Türkiyənin şərq hissəsini təşkil edən ərazilərin çoxunda erməni soyqırımının olduğu iddia edilir. Bundan əlavə, iddia Azərbaycan, Gürcüstan və İran ərazilərini əhatə edir. == Cari istifadəsi == Bu gün "Böyük Ermənistan" termini Ermənistan İnqilabi Federasiyası tərəfindən aşağıdakı regionları əhatə edəcək şəkildə istifadə olunur: Ermənistan Şərqi Anadolu regionu (bir hissəsi) Qara dəniz regionu Qarabağ Naxçıvan Samtsxe-Cavaxeti (Axıska). == Tarix == Böyük Ermənistanın iki növü var. Bunlar; Tarixi Böyük Ermənistan: Bu Ermənistanın sərhədləri Ermənistan Krallığının sərhədlərinin ən geniş hədlərinə çatdığı. Böyük Tiqran dövründən gəlir. Bu Ermənistanın sərhədləri Xəzər dənizindən Aralıq dənizinə qədər uzanır. Osmanlı dövründə 1919-cu il Paris Sülh Konfransına Ermənistan Demokratik Respublikası nümayəndə heyətinin təqdim etdiyi "Vahid Ermənistan" xəritəsi əsasən "Tarixi Böyük Ermənistan"dan bəhs edir Etnik Böyük Ermənistan: Osmanlı və Rusiya imperiyalarında yaşayan ermənilərə söykənən bir Ermənistandır. Ancaq qitə dövlətinin üzləşəcəyi iqtisadi və beynəlxalq problemlər nəticəsində ermənilərin çoxluqda və ya əhəmiyyətli bir etnik azlıq olmadığı Trabzon regionu da bu Ermənistana əlavə olunur və Etnik Ermənistan genişləndirilir.
Birləşmiş Krallıq
Birləşmiş Krallıq (ing. United Kingdom) və ya rəsmi adı ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (ing. United Kingdom of Great Britain and Northern Ireland) — Şimal-qərbi Avropada dövlət. Birləşmiş Krallıq Böyük Britaniya adasını, İrlandiya adasının şimal-şərq hissəsini və Britaniya adaları daxilində bir çox kiçik adaları əhatə edir. Şimali İrlandiya vasitəsilə İrlandiya Respublikası ilə quru sərhədini bölüşür. Birləşmiş Krallıq şərqdə Şimal dənizi, cənubda La-Manş boğazı, cənub-qərbdə Kelt dənizi, qərbdə isə Atlantik okeanı ilə əhatə olunub. İrlandiya dənizi Böyük Britaniya və İrlandiya adalarını bir-birindən ayırır. Krallığın tərkibində dörd dövlət İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiya olmaqla konstitusiyalı monarxiyadır. Paytaxtı və ən böyük şəhəri London, ümumi sahəsi 242,495 kvadrat kilometrdir. Birləşmiş Krallıq bəzən qısa şəkildə Böyük Britaniya və ya Britaniya kimi də adlandırılır.
Birləşmiş Millətlər
Birləşmiş Millətlər Təşkilatı (ing. United Nations) — 1945-ci il oktyabrın 24-də dünyanın ən güclü 50 dövləti tərəfindən yaradılmış "Ümumdünya Hökuməti". Hazırda dünyanın 193 ölkəsi, 500 asılı ərazi, Antarktida materiki, Qərbi Səhra, Dünya okeanı bütünlükdə yer kürəsinin 80 — % ərazisi, BMT-nin mandat sisteminə daxildir. BMT-nin baş qərargahı Nyu-York şəhərində yerləşir. Əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir. Birləşmiş Millətlər Təşkilatı İDM-dən sonra, beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması, millətlər arasında dostluq əlaqələrinin inkişafı və sosial tərəqiyyə yardım, insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmış ən böyük qurumdur. BMT-nin Nizamnaməsi 1945-ci il 26 iyunda San-Fransisko konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imzalandı və 1945-ci il 24 oktyabrda qüvvəyə mindi. BMT-nin əsas orqanları BMT Baş Məclisi, BMT Təhlükəsizlik Şurası, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblikdir. Azərbaycan Respublikası 1992-ci ildən BMT-nin üzvüdür. Üzv ölkələr öz aralarında BMT-nin Nizamnaməsinin — onların dünya birliyinin üzvləri kimi hüquq və vəzifələrini müəyyənləşdirən beynəlxalq müqavilənin prinsipləri ilə əlaqələnirlər.
Birləşmiş Ştatlar
ABŞ (ing. USA) və ya Amerika (ing. America), ya da rəsmi adı ilə Amerika Birləşmiş Ştatları (ing. United States of America), yaxud da qısaca Birləşmiş Ştatlar (ing. United States) — 50 ştatdan, bir federal dairədən, beş böyük özünüidarə edən ərazidən və müxtəlif mülklərdən ibarət ölkə. 3,8 milyon mil2 (9,8 milyon km2) əraziyə malik ABŞ dünyanın ərazisinə görə 3-cü və ya 4-cü ölkəsidir və bütün Avropa qitəsindən təxminən 3,9 milyon mil2 (10,1 milyon km2) kiçikdir. 327 milyon nəfərdən çox əhalisi olan ABŞ dünyanın ən çox əhaliyə malik üçüncü ölkəsidir. Paytaxtı Vaşinqton, ən çox əhaliyə malik şəhəri Nyu-Yorkdur. Qırx səkkiz ştat və federal ərazi kontinentaldır və Şimali Amerikada Kanada və Meksika arasında yerləşir. Paleohindilər ən azı 12 min il əvvəl Sibirdən Şimali Amerika materikinə köçmüşdürlər.
Afrika Birləşmiş Ştatları
Afrika Birləşmiş Ştatları 55 müstəqil Afrika dövlətinin hamısının və ya bəzilərinin birləşib federasiya təşkil etməsi barədə təklif olunan konsepsiyadır. Afrika İttifaqının rəhbəri olan keçmiş Liviya lideri Muammar al-Qəddafi iki regional səviyyəli Afrika sammitində Afrika Birləşmiş Ştatlarının yaradılması fikrini irəli sürür: ilk dəfə 2007-ci ilin iyununda Qvineyanın paytaxtı Konakridə və ikinci dəfəf 2009-cu ilin fevralında Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində. Gəddafinin bu sahədə ilk təşəbbüsü 2000-ci ildə Lome sammitində olmuşdu. O, Afrika İttifaqını çoxsaylı hadisələrdə uğursuzluqda ittiham etmiş və yalnız həqiqi pan-Afrika dövlətinin Afrika regionunda stabillik yaradacağını qeyd etmişdi. Afrika İttifaqı ölkələrinin əksəriyyəti təklif olunan federasiya ideyasını dəstəklədi, onlar bu birliyin “yeni” Afrikaya sülh gətirəcəyinə inanırdılar. == Markus Garvey, 1924 == “ Afrika Birləşmiş Ştatları” ideyası ilk dəfəf Markus Garvey tərəfindən 1924-cü ildə “ Ey, Afrika Birləşmiş Ştatları” şeirində qeyd olunub. Garveyin ideyaları Pan-afrikanist hərəkatına güclü təsir etmişdir. Bu hərəkat 1945-ci ildə Birləşmiş Krallıqda Mançestr şəhərində Beşinci Pan- Afrikanist Konqresinin keçiriıməsi lə nəticələndi == Əhalisi == Təklif olunan federasiyanın ərazisi istənilən dövlətin ərazisindən böyük olacaqdı ( Yəni, Rusiya Federasiyasından daha böyük). Bu federasiya Çin və Hindistandan sonra dünyanın ən çox əhalisi olan yer olacaq və burda 2000 dildə danışan əhali birləşəcəkdi.
Amerika Birləşmiş Ştatları
ABŞ (ing. USA) və ya Amerika (ing. America), ya da rəsmi adı ilə Amerika Birləşmiş Ştatları (ing. United States of America), yaxud da qısaca Birləşmiş Ştatlar (ing. United States) — 50 ştatdan, bir federal dairədən, beş böyük özünüidarə edən ərazidən və müxtəlif mülklərdən ibarət ölkə. 3,8 milyon mil2 (9,8 milyon km2) əraziyə malik ABŞ dünyanın ərazisinə görə 3-cü və ya 4-cü ölkəsidir və bütün Avropa qitəsindən təxminən 3,9 milyon mil2 (10,1 milyon km2) kiçikdir. 327 milyon nəfərdən çox əhalisi olan ABŞ dünyanın ən çox əhaliyə malik üçüncü ölkəsidir. Paytaxtı Vaşinqton, ən çox əhaliyə malik şəhəri Nyu-Yorkdur. Qırx səkkiz ştat və federal ərazi kontinentaldır və Şimali Amerikada Kanada və Meksika arasında yerləşir. Paleohindilər ən azı 12 min il əvvəl Sibirdən Şimali Amerika materikinə köçmüşdürlər.
Birləşmiş Buddy Ayıları
United Buddy Bears — bütün dünyada sülh ideyasını dəstəkləyən dünya turnesi çərçivəsində beynəlxalq mədəniyyət layihəsidir. Hər birinin hündürlüyü 2 metr olan 140-dan çox Baddi ayısı Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmış ölkələrin sayını təmsil edəcəklər. 2002-ci ildə Berlin şəhərində keçirilmiş ilk sərgidən başlayaraq bütün dünyada artıq 40 milyondan çox tamaşaçı "Bir-birimizi daha yaxşı tanımalıyıq ki, bir-birimizi daha yaxşı anlaya, daha çox inana və sülh şəraitində qonşu ola bilək" şüarı ilə səbir, xalqlar arasında dostluq və sülhü təbliğ edir. == Vəzifəsi == Baddi ayıları sakit əl-ələ tutub durur və xalqlar, mədəniyyətlər və dinlər arasında səbir və razılığı təbliğ edirlər. Hər Baddi ayısı öz ölkəsini təmsil edən rəssam tərəfindən bəzənmişdir. Belə şənlik toplantısında beynəlxalq rəssamlar qrupunun cürbəcür üslub istiqamətləri həyat sevincini yayan vahid bir əsərə birləşir. Ayıların cürbəcür, təmsil olunmuş ölkələrə xas olan bəzənməsinə görə tamaşaçılar dünya ətrafında səyahət edirlər. Azərbaycan tərəfdən Birləşmiş Baddi Ayılarını rəssam İbrahim Əhrari bəzəmişdir. == Dəstək və yardım == Sərgilər Almaniyanın səfirliklərinin, həmçinin UNİCEF-in bütün dünyada olan xoşməramlı səfirlərinin (Peter Ustinov, Ceki Çan, Miya Ferrou, Ken Don, Kristian Xerbiqer) dəstəyi ilə keçirilir. Bəzi sərgiləri ev sahibi olan ölkələrin prezidentləri və ya baş nazirləri açmışlar, misal üçün, Almaniya prezidenti Horst Köller, Yaponiyanın baş naziri Yuniçiro Koizumi, Avstraliyanın baş naziri Con Hovard və Misir prezidentinin xanımı Suzanna Mübarək.
Birləşmiş Kolumbiya Ştatları
Birləşmiş Kolumbiya Ştatları (isp. Estados Unidos de Colombia).Ölkə Mərkəzi və Cənubi Amerika regionunda yerləşirdi.XIX-əsrin ikinçi yarısında mövcud olmuş dövlət. == Tarixi == 1863-ci ildə Qranada Konfederasiyası dağılır.Konfederasiyasının dağılması 1860-1862 ci illərdəki vətəndaş müharibəsi baş verir.Buna səbəb konservantların mərkəzlışdirmə siyasəti olurki liberallar buna kəskin etirazını bildirərək konstutsiyanın kobud şəkildə pozulduğunu bildirirlər.1862-ci ildə Yeni Qranada Respublikası keçmiş prezidenti Tomas Sipriona de Moskera konfederasiya prezidentini həbs edərək ,özünü prezident elan edir və paytaxtı Boqotaya köçürür.Müvqqəti hökumət təkil edilir,konfederasiya Birləşmiş Yeni Qranada Ştatlarına (isp. Estados Unidos de Nuvea Grandi)çevrilir.Vətəndaş müharibənin bitməsini rəsmiləşdirmək üçün Rioneqroda konfrans təkil edilir və bunun nətiçəsində konstutsiya təstiqlənır.Bu konstutsiyaya görə ölkə Birləşmiş Kolumbiya Ştatları adlanır.Mərkəzi hökumətin hərbi və siyasi səlahiyyətlərinin azaldılması konstutsiyada öz əksini tapırdı.Bununda nətiçəsində vətəndaş münaqişələrinin girdabına yuvarlanır.Ən güçlüsü 1875-1877 ci illərdə vətəndaş müharibəsinə çevrilir.1886-cı ildə prezident Rafael Nunesin təziqi ilə yeni konstutsiya yaradılır.Federasiya ləğv edilərək mərkəzləşdirmə həyata keçirilir və ölkə Kolumbiya Respublikası adlandırılır.
Birləşmiş Krallıq azərbaycanlıları
Böyük Britaniya azərbaycanlıları (ing. British Azerbaijani) — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Böyük Britaniyada yaşayan hissəsinin adı. Əsasən Böyük Britaniyanın London, Mançester, Aberdin, Qlazqo, Liverpul, Nyukasl, Birminhem və Edinburq şəhərlərində yaşayırlar. == Tarixi == === Birinci mühacirət dalğası === Azərbaycanlı İrandan Britaniyaya mühacirət etmişlər. Onlar əsasən İranda hakimiyyətə gələn rejimin rəhbərliyi altında yaşamaq istəməyənlər olmuşlar. === İkinci mühacirət dalğası === İkinci dünya müharibəsi illərində Almaniyada xidmət edən və ya faşistlərə əsir düşən azərbaycanlıların bir qismi Britaniyaya mühacirət etmişlər. === Üçüncü mühacirət dalğası === SSRİnin parçalanması və Qarabağ müharibəsindən azərbaycanlıların bir qismi Britaniyaya mühacirət etmişlər. 2014-ci ilin mayın 22-də, İngiltərədə keçirilən yerli seçkilərin nəticələrinə görə Londonda Murad Həsənli Vestminster bələdiyyəsindəki Çörçill seçki dairəsində Leyboristlər Partiyasından bələdiyyə seçilmişdir. == Coğrafi yerləşdirilmə == Ən çox azərbaycanlılar Londonda, İngiltərənin böyük şəhərlərinə və Midlends regionuna yerləşdirilib. 2011-ci ilin Britaniyanın əhalinin siyahıya alınmasına görə, Böyük Britaniyada 6220 Azərbaycanda doğulmuş insan var, bunların 150-si Şotlandiyada yaşayır.
Birləşmiş Krallıq bayrağı
Birləşmiş Krallıq bayrağı — Birləşmiş Krallığın dövlət bayrağı. Yunion Cek adlanır. Şotlandiya, Şimali İrlandiya və İngiltərənin bayraqlarının birləşməsindən Birləşmiş Krallıq bayrağı yaranıb. == Tarixi == Bu bayrağın tarixi 1603-cü il İngiltərə və Şotlandiyanın birləşməsindən başlayıb. İlk ortaq bayraq belə yaranıb: ağ fonda qırmızı xaç olan Müqəddəs Georqinin ingilis bayrağı və göy fonda ağ diaqonal xaç olan Müqəddəs Andreyin şotland bayrağı. 1801-ci ildə isə ölkəyə İrlandiya və onun ağ fonda qırmızı xaç olan Müqəddəs Patrik bayrağı da qoşulub. Beləcə indiki Birləşmiş Krallıq bayrağı yaranıb.
Birləşmiş Krallıq şəhərləri
== Həmçinin bax ==
Birləşmiş Millətlər Bəyannaməsi
Birləşmiş Millətlər Təşkilatının Bəyannaməsi (İyirmi altı dövlətin bəyannaməsi,rus. Декларация Объединённых Наций, ing. Declaration by United Nations) — 1942-ci il yanvarın 1-də Vaşinqton Konfransı zamanı imzalanıb. 1941-ci ilin dekabrında Ruzvelt tərəfindən antihitler koalisiyasında müttəfiqlər üçün "Birləşmiş Millətlər" adı verilmişdir. Birləşmiş Millətlər Təşkilatının 1 yanvar 1942-ci il tarixli Bəyannaməsi gələcək Birləşmiş Millətlər Təşkilatının əsasını təşkil etmişdir. Müharibə dövründə Birləşmiş Millətlər Təşkilatı antihitler koalisiyası üçün Müttəfiqlər ilə sinonimə çevrildi. Bəyannamə "Böyük dördlük" (ABŞ, Böyük Britaniya, SSRİ və Çin), Mərkəzi Amerika və Karib dənizinin 9 əyaləti, Britaniya dominionları, Britaniya Hindistanı və antihitler koalisiyasının 26 iştirakçıları tərəfindən imzalanıb. 1942-1945 dövründə 21 dövlət də bəyanata əlavə olaraq qatıldı. Tərəflər Atlantik Nizamnaməsini həyata keçirmək, bütün resurslarını Berlin-Roma-Tokio oxu ölkələri ilə müharibə üçün istifadə etmək, həmçinin Almaniya və ya Yaponiya ilə ayrı-ayrılıqda sülhün yaradılmasına razılıq vermədi. Müharibənin sonunda bir çox başqa ölkələr Filippin, Fransa, Argentinadan başqa bütün Latın Amerikası ölkələri , Yaxın Şərq və Afrikanın bəzi müstəqil dövlətləri də daxil olmaqla bəyannaməyə qoşulmuşdur.
Birləşmiş Millətlər Təşkilatı
Birləşmiş Millətlər Təşkilatı (ing. United Nations) — 1945-ci il oktyabrın 24-də dünyanın ən güclü 50 dövləti tərəfindən yaradılmış "Ümumdünya Hökuməti". Hazırda dünyanın 193 ölkəsi, 500 asılı ərazi, Antarktida materiki, Qərbi Səhra, Dünya okeanı bütünlükdə yer kürəsinin 80 — % ərazisi, BMT-nin mandat sisteminə daxildir. BMT-nin baş qərargahı Nyu-York şəhərində yerləşir. Əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir. Birləşmiş Millətlər Təşkilatı İDM-dən sonra, beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması, millətlər arasında dostluq əlaqələrinin inkişafı və sosial tərəqiyyə yardım, insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmış ən böyük qurumdur. BMT-nin Nizamnaməsi 1945-ci il 26 iyunda San-Fransisko konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imzalandı və 1945-ci il 24 oktyabrda qüvvəyə mindi. BMT-nin əsas orqanları BMT Baş Məclisi, BMT Təhlükəsizlik Şurası, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblikdir. Azərbaycan Respublikası 1992-ci ildən BMT-nin üzvüdür. Üzv ölkələr öz aralarında BMT-nin Nizamnaməsinin — onların dünya birliyinin üzvləri kimi hüquq və vəzifələrini müəyyənləşdirən beynəlxalq müqavilənin prinsipləri ilə əlaqələnirlər.
Birləşmiş Millətlər bayrağı
Birləşmiş Millətlər Təşkilatının bayrağı — 20 oktyabr 1947-ci ildə qəbul edilmiş, açıq mavi fonun mərkəzində yerləşdirilmiş ağ BMT emblemindən ibarət Birləşmiş Millətlər Təşkilatının bayrağı. == Tarixi == Birləşmiş Millətlər Təşkilatının bayrağının tarixi 1945-ci ilin aprelində ABŞ-nin Strateji Xidmətlər Ofisinin Nümayəndəlik şöbəsi tərəfindən hazırlanmış bir gerbi ilə başlayır. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini hazırlayan və qəbul edən San-Fransisko Konfransı üçün emblem hazırlamaq istəyinə cavab olaraq hazırlanmışdır. San-Fransisko Konfransı emblemi, mərkəzdə Şimal qütbü ilə dünyanın dairəvi xəritəsi idi. Xəritə 60-cı paralel cənubda, Qrinviçin 100-cü meridian qərbindən aşağıya doğru uzanır. 7 dekabr 1946-cı ildə baş katib, eskizin Birləşmiş Millətlər Təşkilatının rəsmi möhürü və gerbi kimi təsdiqlənməsinin arzu olunacağını və Assambleyanın San-Fransisko üçün eskizini təsdiqləndiyini bildirdi. == Bayrağın istifadəsi == Bayraq Birləşmiş Millətlər Təşkilatına və onun işinə dəstək nümayiş etdirmək üçün sərbəst şəkildə nümayiş oluna bilsə də, Birləşmiş Millətlər Təşkilatının gerbi, adı və ya baş həriflərinin istifadəsi Baş Assambleyanın 1946-cı ildə qəbul edilmiş 92 (I) saylı qətnaməsinin müddəaları ilə məhdudlaşır. Bu qətnamədə Assambleya, Birləşmiş Millətlər Təşkilatının möhürü və emblemindən sui-istifadə hallarının qarşısının alınması üçün Baş katibin icazəsi olmadan istifadə edilməməsi qərara alındı. Birləşmiş Millətlər Təşkilatının gerbindən istifadə etmək istəyən hər kəs, İcra katibi, Nəşriyyat Şurası, İctimai İnformasiya Departamenti və Birləşmiş Millətlər Təşkilatı ABŞ-yə rəsmi yazılı sorğu göndərməlidir.
Birləşmiş Türkman Ordusu
Suriya Türkman Ordusu (türk. Suriye Türkmen Tugayları, ərəb. التركمان جيوش سورية‎), həmçinin Birləşmiş Türkman Ordusu (türk. Birleşik Türkmen Ordusu) — Suriya vətəndaş müharibəsi zamanı Suriya türkmanları tərəfindən qurulan hərbi birləşmə. Suriya Silahlı Qüvvələri, İraq Şam İslam Dövləti (İŞİD) və Suriya Demokratik Qüvvələrinə qarşı vuruşan Suriya türkmanları Məclisinin hərbi qanadını təşkil edən suriyalı türkmanlərdən və türklərdən ibarət qeyri-rəsmi silahlı müxalifət quruluşudur. Suriya müxalifətinə yaxındır və artilleriya və hava dəstəyi ilə birlikdə maliyyə və hərbi təlim keçən Türkiyə tərəfindən dəstəklənir. Qruplar islamçılıqdan dünyəvi türk millətçiliyinə qədər geniş bir ideologiyanı təmsil edir. Suriyanın şimalındakı Türkman kəndlərində yaşayan insanlar vətəndas müharibəsi başlayarkən müxalifət tərəfdən döyüşlərə qatıldı. Suriya Türkman Ordusunun sayı on min nəfər civarındadır. Komandiri və qurucusu polkovnik Əbu Bəkir Məhəmməd Abbasdır.
Birləşmiş Türkmən Ordusu
Suriya Türkman Ordusu (türk. Suriye Türkmen Tugayları, ərəb. التركمان جيوش سورية‎), həmçinin Birləşmiş Türkman Ordusu (türk. Birleşik Türkmen Ordusu) — Suriya vətəndaş müharibəsi zamanı Suriya türkmanları tərəfindən qurulan hərbi birləşmə. Suriya Silahlı Qüvvələri, İraq Şam İslam Dövləti (İŞİD) və Suriya Demokratik Qüvvələrinə qarşı vuruşan Suriya türkmanları Məclisinin hərbi qanadını təşkil edən suriyalı türkmanlərdən və türklərdən ibarət qeyri-rəsmi silahlı müxalifət quruluşudur. Suriya müxalifətinə yaxındır və artilleriya və hava dəstəyi ilə birlikdə maliyyə və hərbi təlim keçən Türkiyə tərəfindən dəstəklənir. Qruplar islamçılıqdan dünyəvi türk millətçiliyinə qədər geniş bir ideologiyanı təmsil edir. Suriyanın şimalındakı Türkman kəndlərində yaşayan insanlar vətəndas müharibəsi başlayarkən müxalifət tərəfdən döyüşlərə qatıldı. Suriya Türkman Ordusunun sayı on min nəfər civarındadır. Komandiri və qurucusu polkovnik Əbu Bəkir Məhəmməd Abbasdır.
Birləşmiş Ərəb Respublikası
Birləşmiş Ərəb Respublikası (BƏR) — Misir və Suriyanın birləşmiş dövləti.
Birləşmiş Ərəb Əmirlikləri
Birləşmiş Ərəb Əmirlikləri (Ərəbcə: الإمارات العربية المتحدة - Al-Imārāt al-‘Arabīyah al-Muttahidah) — Asiyada bir dövlət. Birləşmiş Ərəb Əmirlikləri (ərəbcə: əl İmarat əl Ərəbiyyə əl Müttəhidə). Ərəbistan yarımadasının şərq hissəsində Fars və Oman körfəzləri sahilində yeləşir. Üç dövlətlə, cənubda və qərbdə Səudiyyə Ərəbistanı (457 km), şimalda Qətər, cənub-qərbdə Omanla (410 km) həmsərhəddir. Əmirliklərin sahil xəttinin uzunluğu 800 km-ə yaxındır. BƏƏ-nin tərkibində yeddi əmirlik var: Əbu-Dabi, Dubay, Şarja,Umm Əl-Quveyn, Rəs-Əl-Xeymə, Əcmən və Əl-Füceyrə əmirliyi daxildir. Ölkə ərazisinin 93 faizi Əbu-Dabi və Dubay əmirliklərinin payına düşür.İqtisadiyyat günü gündən inkişaf edir. == Ümumi məlumat == Cənub-Qərbi Asiyada, Ərəbistan yarımadasının şimal-şərqində dövlət. Cənubda və cənub-qərbdə Səudiyyə Ərəbistanı ilə, cənub-şərqdə, şərqdə və şimal-şərqdə Omanla həmsərhəddir. Şimaldan İran körfəzi, şimal-şərqdən Ərəbistan dənizinin Oman körfəzi ilə əhatə olunur.
İndoneziya Birləşmiş Ştatları
İndoneziya Birləşmiş Ştatları Respublikası (ind. Republik Indonesia Serikat, RIS), RUSI olaraq qısaldılmış olaraq Hollandiyanın (Niderland Yeni Qvineyasını çıxmaqla ) Dəyirmi Masa Konfransından sonra 27 dekabr 1949-cu ildə Niderland Ost-Hindinin rəsmi olaraq təhvil verdiyi federal bir dövlət idi. Bu köçürmə İndoneziyaya nəzarət üçün mübarizə aparan İndoneziya millətçiləri ilə Hollandiya arasındakı dörd illik qarşıdurmaya son verdi. Vahid İndoneziya Respublikası tərəfindən əvəz olunmadan bir ildən az davam etdi. 1942-ci ilin yanvarında yaponlar holland müstəmləkə hökumətinin yerini alan Niderland Ost-Hindinə hücum etdilər. 17 avqust 1945-ci ildə Yaponiyanın təslim olmasından iki gün sonra İndoneziyanın millətçi lideri Sukarno İndoneziyanın müstəqilliyini elan etdi. Sukarno və İndoneziya rəhbərliyinin yaponlarla əməkdaşlıq etdiyini görən hollandlar səlahiyyətlərini bərpa etmək qərarına gəldilər. Lakin Niderland Ost-Hindi üçün məsuliyyət daşıyan Lord Luis Mountbattenin rəhbərliyindəki İngilis Cənubi Şərqi Asiya Komandanlığı holland qoşunlarının Yava və Sumatraya enməsinə icazə verməmiş və orada de-fakto Respublika səlahiyyətlərini tanıdı. Bununla birlikdə hollandlar Borneo və Böyük Şərq də daxil olmaqla Yapon Hərbi Dəniz Qüvvələrinin əvvəllər işğal etdiyi ərazilərin əksəriyyətinə nəzarəti bərpa edə bildilər. İngilislər və Hollandiya arasındakı mübahisələr Niderland Ost-Hindin General-qubernatoru Hubertus van Mookpone İndoneziya ilə ortaqlığı üçün son dərəcə öz müqəddəratını təyin etməsi ilə nəticələndi.
Birləşmiş Azadlıq Qüvvələri
Birləşmiş Azadlıq Qüvvələri (BAQ; türk. Birleşik Özgürlük Güçleri, BÖG) — Türkiyədən bir neçə inqilabi sosialist təşkilatın, xüsusən də Suriyada vətəndaş müharibəsi zamanı Rojava münaqişəsində fəal olan İnqilabçı Kommunardlar Partiyasının (DKP) birgə qürbətçi milisidir. İspaniyada vətəndaş müharibəsinin Beynəlxalq Briqadalarından ilhamlanan milis 2014-cü ilin dekabrında Suriyanın Rojava muxtariyyətinin de-fakto daxilində olan Kobani şəhərində yaradılmışdır. == Türkiyə ilə mübahisə == 21 sentyabr 2015-ci ildə BAQ komandiri Əziz Gülər İŞİD-ə qarşı döyüşərkən minanın partlaması nəticəsində həlak olmuşdur. Onun cəsədi Türkiyəyə qaytarılmaq üçün [[Rəsulayn] xəstəxanasına aparılmışdır. Türkiyə hakimiyyəti onun cəsədini ölkəyə buraxmaqdan imtina etməsi mübahisələrə səbəb olmuşdur. Ailəsi Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməzdən əvvəl Suruç rayon rəhbərliyinə, Nazirlər Şurasının qərarına görə Türkiyə Konstitusiya Məhkəməsinə müraciət etmişdi. 59 gündən sonra Gülərin cənazəsi Türkiyəyə daxil ola bilmiş və 22 noyabr 2015-ci ildə İstanbulda dəfn edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == The Carter Center. "Foreign Volunteers for the Syrian Kurdish Forces" (PDF).
Birləşmiş İyun Hərəkatı
Birləşmiş İyun Hərəkatı (BİH; türk. Birleşik Haziran Hareketi; BHH) — Türkiyədə solçu, kommunist və sosialist partiyaları, marksist–leninist siyasi təşkilatları, müstəqil şəxsləri və müxtəlif solçu qeyri-hökumət təşkilatlarını birləşdirən siyasi koalisiya. BİH hərəkatın qurucuları tərəfindən antikapitalist, antiimperialist, antifaşist və antimürtəce siyasi ittifaq kimi müəyyən edilmişdir. "İyun Hərəkatı" Azadlıq və Həmrəylik Partiyası, Kommunist Partiyası, Türkiyə Xalq Kommunist Partiyası, Əməkçi Hərəkatı Partiyası, Sosialist Qurtuluş Partiyası və İnqilabçı Hərəkat daxil olmaqla geniş qrup və siyasi partiyalardan ibarət idi. 2015-ci ilin fevralında XDP fəxri sədri və XDK-nin sözçüsü Ərtoğrul Kürkçü "Birləşmiş İyun Hərəkatı"na 2015-ci ilin iyununda keçiriləcək ümumi seçkilərə ortaq siyahı şəklində qatılmaq təklifi ilə müraciət etmişdir.
Birləşmiş Bəluc Ordusu
Birləşmiş Bəluc Ordusu (urdu یونائیٹڈ بلوچ آرمی‎) —Bəlucistanın ayrılması üçün döyüşən silahlı qruplaşma. Qruplaşma Pakistan hökuməti tərəfindən terror təşkilatı kimi tanınmışdır. Pakistan hökuməti 15 mart 2013-cü ildə qrupu qadağan etmişdir. Qruplaşma həmçinin, İsveçrə hökuməti tərəfindən terror təşkilatı kimi təsnif edilmişdir. 2022-ci ilin yanvarında Bəluc Respublika Ordusu Birləşmiş Bəluc Ordusu ilə birləşərək Bəluc Milliyyətçi Ordusunu yaratmışdır. Onlar hər ikisi Bəluc Milliyyətçi Ordusunun yaradılmasından sonra özlərini ləğv etdiklərini elan etmişdilər.
Ermənistan Mütərəqqi Birləşmiş Kommunist Partiyası
Ermənistan Mütərəqqi Birləşmiş Kommunist Partiyası (erm. Հայաստանի Առաջադիմական Միացյալ Կոմունիստական Կուսակցություն, Hayastani Aracadimakan Miatsial Komunistakan Kusaktsutyun) — Ermənistanda kommunist siyasi partiya. Vazgen Səfəryan tərəfindən təsis edilmişdir. == Tarixi == Partiya hal-hazırda Ermənistanda səlahiyyətli üç kommunist partiyasından biridir. Buna baxmayaraq, partiyanın heç vaxt Milli Məclisdə təmsilçiliyi olmamışdır. 2012-ci ildə Ermənistanda keçirilən parlament seçkilərindən əvvəl partiyanın Ermənistan Kommunist Partiyası ilə siyasi ittifaq quracağı barədə xəbərlər yayılmışdı. İki partiya arasında danışıqlar aparılsa da, Ermənistan Kommunist Partiyası 2012-ci il seçkilərində təkbaşına, Birləşmiş Kommunist Partiyası isə iştirak etməmək qərarına gəlmişdir. Partiya 2018-ci ildə Ermənistanda keçirilən parlament seçkilərində iştirak etməmişdir. == İdeologiya == Partiya rəhbərləri "SSRİ dövründə Ermənistanın sərvətini və firavanlığın bərpa etmə"yi qarşısına məqsəd qoymuş, pulsuz təhsilin, pulsuz tibbi xidmətin, iqtisadiyyatın istehsal və sənaye sahələrinin inkişafının tərəfdarı idilər.
Kustar Neftçıxaranların Birləşmiş İttifaqı
Kustar Neftçıxaranların Birləşmiş İttifaqı — Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərmiş qeyri-hökumət təşkilatı. == Tarixi == Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə, 1919-cu ildə qoyulmuşdu. Yaradılması ideyası Fevral inqilabına (1917) qədər də mövcud olmuş, lakin 1916-cı ildə çar hökuməti tərəfindən qəbul edilməmişdi. İttifaqın sədri Nəcəfqulu Vəliyev, idarə heyətinin üzvləri Mirzağa Atababayev, Orucəli Babayev, Səfər Mir Mövsümov, Yevsey Tatarenko idilər. Əsas məqsədi neft hasilatına olan ehtiyacları, kustar neft istehsalını qanunvericilik əsasındaqaydaya salmaq haqqında müvafiq müraciətlər edilməsi, neft bazarının vəziyyətinin öyrənilməsi, əməyin təhlükəsizliyini təmin edən müvafıq tədbirlərin və texniki qaydalann işlənib hazırlanması, ittifaqın fəaliyyət göstərdiyi ərazidə nəqliyyat yollarının çəkilişi, üzvlərə hüquqi yardımm təşkili, istehsal ehtiyaclan üçün lazımi materiallann alınmasına güzəştli kreditlərin açılmasını və s. təmin etmək olmuşdur. Bakı mədən rayonunda neftin əl ilə çıxarıldığı sahələrin icarəyə verilməsi üçün "xüsusi qaydalar" layihəsinin işlənib hazırlanması ilə əlaqədar ittifaq 1920-ci ilin əvvəllərində öz hesabatını Azərbaycan Xalq Cümhuriyyəti Ticarət və Sənaye Nazirliyinə təqdim etmişdi. Dövlət xəzinəsinin mənafeyini müdafiə etmək məqsədilə tərtib edilmiş "Xüsusi qaydalar" kustar neft istehsalçılarının maraqlarım nəzərə almırdı. Buna görə də ittifaq "Xüsusi qaydalar"ı iqtisadi cəhətdən məqsədəuyğun saymamışdı. İttifaq Aprel işğalından (1920) sonra fəaliyyətini dayandırmışdır.
Müqaviləyə əsaslanan İnvestor-Dövlət Arbitrajında şəffaflıq haqqında Birləşmiş Millətlər Konvensiyası
Müqaviləyə əsaslanan İnvestor-Dövlət Arbitrajında şəffaflıq haqqında Birləşmiş Millətlər Konvensiyası — 10 dekabr 2014-cü ildə qəbul edilmiş və 18 oktyabr 2017-ci ildə qüvvəyə minmiş, tərəflər arasında beynəlxalq müqavilələr əsasında İnvestor-Dövlət Arbitrajı Kontekstində Şəffaflığa dair Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyası qaydalarını, cavabdehin bildirişinin dərc olunmasını təmin edir. Eyni zamanda, konvensiya ticarət sirrini təşkil edən və ya nəşri qanunların icrasına müdaxilə edəcək və ya beynəlxalq müqaviləyə əsasən yayımlanmaqdan qorunan və ya cavabdeh tərəfindən təqdim edildiyi gizli məlumatların dərc edilməsini nəzərdə tutmur. Milli qanuna uyğun olaraq, ya da qanuna və ya arbitrajın bu məlumatların açıqlanması baxımından uyğun hesab etdiyi qaydalara uyğun olaraq. Konvensiya UNCITRAL veb saytında.
Qoruma sahəsi (Birləşmiş Krallıq)
Birləşmiş Krallıqda "qoruq ərazisi" termini demək olar ki, hər zaman qorunmaq və ya yaxşılaşdırmağa layiq hesab olunan müəyyən bir memarlıq və ya tarixi maraq dairəsinə aiddir. Bu, binaların və ya ağacların itirilməsinə, dəyişdirilməsinə ehtiyatla yanaşmanı yaradır. Beləliklə, siyahıya alınmış binalar və ağacların qorunması haqqında bəzi qanunverici və siyasi xüsusiyyətlərə malikdir. 1990-cı ildə İngiltərə və Uelsdə tətbiq olunan planlaşdırma qanunu qorunan ərazinin keyfiyyətini aşağıdakı kimi müəyyənləşdirdi: "Qorumaq və ya yaxşılaşdırmaq üçün arzu olunan bir görünüş". Mövcud Şotlandiya qanunvericiliyi mühafizə sahələrinin planlaşdırmasına 1997-ci ildə başlamışdır. Şimali İrlandiyada bu planlaşdırma aktı 2011-ci ilə aiddir. Stamford, Linkolnşire təyin olunan ilk mühafizə sahəsi idi. Mühafizə bölgələri İngiltərənin əksər şəhər və kənd yerlərində tapıla bilər. Mühafizə bölgələrində bu, xüsusi binalara deyil, bütövlükdə rayonun və ya mahalın keyfiyyətinin qorunmasıdır. Mühafizə olunan ərazilər üçün hazırkı dövlət planlaşdırma siyasəti əsasən "Milli Planlaşdırma Siyasətinin" əsaslarını təşkil edir və "Tarixi mühitin qorunması və yaxşılaşdırılması" bölməsində öz əksini tapır.
Qoruq ərazisi (Birləşmiş Krallıq)
Birləşmiş Krallıqda "qoruq ərazisi" termini demək olar ki, hər zaman qorunmaq və ya yaxşılaşdırmağa layiq hesab olunan müəyyən bir memarlıq və ya tarixi maraq dairəsinə aiddir. Bu, binaların və ya ağacların itirilməsinə, dəyişdirilməsinə ehtiyatla yanaşmanı yaradır. Beləliklə, siyahıya alınmış binalar və ağacların qorunması haqqında bəzi qanunverici və siyasi xüsusiyyətlərə malikdir. 1990-cı ildə İngiltərə və Uelsdə tətbiq olunan planlaşdırma qanunu qorunan ərazinin keyfiyyətini aşağıdakı kimi müəyyənləşdirdi: "Qorumaq və ya yaxşılaşdırmaq üçün arzu olunan bir görünüş". Mövcud Şotlandiya qanunvericiliyi mühafizə sahələrinin planlaşdırmasına 1997-ci ildə başlamışdır. Şimali İrlandiyada bu planlaşdırma aktı 2011-ci ilə aiddir. Stamford, Linkolnşire təyin olunan ilk mühafizə sahəsi idi. Mühafizə bölgələri İngiltərənin əksər şəhər və kənd yerlərində tapıla bilər. Mühafizə bölgələrində bu, xüsusi binalara deyil, bütövlükdə rayonun və ya mahalın keyfiyyətinin qorunmasıdır. Mühafizə olunan ərazilər üçün hazırkı dövlət planlaşdırma siyasəti əsasən "Milli Planlaşdırma Siyasətinin" əsaslarını təşkil edir və "Tarixi mühitin qorunması və yaxşılaşdırılması" bölməsində öz əksini tapır.
Amerika Birləşmiş Ştatları ştatları
ABŞ ştatları — Öz suverenliyni ABŞ federal hökuməti ilə bölüşən 50 inzibati ərazi vahidinin hər biri. Hər bir ştat öz suverenliyini federal hökumət ilə bölüşdüyü üçün Amerika vətandaşları həm ABŞ-nin, həm də yaşadığı ştatın vətəndaşı sayılır. Ştat vətandaşlığı və ya oranın sakini olma şərtidir və ştatlararası yerdəyişmə üçün heçbir xüsusi icazə tələb olunmur (əksini göstərən məhkəmə əmri yoxdursa). Ştatların əhalisi müxtəlif ola bilir (məs. Vayominq — 600 000, Kaliforniya 38 mln.) Ştatlar qraflıqlara və ya buna bərabər inzibati ərazi vahidlərinə bölünür. Qraflıqlar heçbir suverenliyə malik deyillər. Bu bölgü hər ştatda müxtəlifdir. Hər bir ştatın öz konstitusiyası vardır. ABŞ Konstitusiyasına ratifikasiya etməklə, ştatlar öz məhdud suverenliklərini bu konstitusiya vasitəsilə federal hökumətə köçürülür. Tarixən hüquq-mühafizə, ictimai təhsil, səhiyyə, nəqliyyat və infrastruktur əsasən ştatların məsuliyyətində olub, lakin federal hökumətin bütün bu sahələrdə də nəzərəçarpan maliyyələşdirməsi və nəzarəti mövcuddur.
Amerika Birləşmiş Ştatlarının ştatları
ABŞ ştatları — Öz suverenliyni ABŞ federal hökuməti ilə bölüşən 50 inzibati ərazi vahidinin hər biri. Hər bir ştat öz suverenliyini federal hökumət ilə bölüşdüyü üçün Amerika vətandaşları həm ABŞ-nin, həm də yaşadığı ştatın vətəndaşı sayılır. Ştat vətandaşlığı və ya oranın sakini olma şərtidir və ştatlararası yerdəyişmə üçün heçbir xüsusi icazə tələb olunmur (əksini göstərən məhkəmə əmri yoxdursa). Ştatların əhalisi müxtəlif ola bilir (məs. Vayominq — 600 000, Kaliforniya 38 mln.) Ştatlar qraflıqlara və ya buna bərabər inzibati ərazi vahidlərinə bölünür. Qraflıqlar heçbir suverenliyə malik deyillər. Bu bölgü hər ştatda müxtəlifdir. Hər bir ştatın öz konstitusiyası vardır. ABŞ Konstitusiyasına ratifikasiya etməklə, ştatlar öz məhdud suverenliklərini bu konstitusiya vasitəsilə federal hökumətə köçürülür. Tarixən hüquq-mühafizə, ictimai təhsil, səhiyyə, nəqliyyat və infrastruktur əsasən ştatların məsuliyyətində olub, lakin federal hökumətin bütün bu sahələrdə də nəzərəçarpan maliyyələşdirməsi və nəzarəti mövcuddur.
Birləşmiş Dövlət Siyasi İdarəsi
SSRİ Xalq Komissarları Soveti yanında Birləşmiş Dövlət Siyasi İdarəsi (SSRİ XKS yanında BDSİ) — SSRİ dövlət təhlükəsizliyinin xüsusi orqanıdır. Bu struktur 1922-ci ildə SSRİ - dörd sovet respublikasının birliyi yaradıldıqdan sonra SSRİ Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyətinin 1923-cü il 15 noyabr tarixli fərmanı ilə RSFSR XDİK yanında BDSİ-nin bazasında formalaşdırılıb. 1934-cü ildə BDSİ Dövlət Təhlükəsizliyi Baş İdarəsi (QUQB) kimi SSRİ NKVD- nin tərkibinə daxil oldu. BDSİ-nun sədri 20 iyul 1926-cı ilə qədər F.E.Dzerjinski idi, sonra 1934-cü ilə qədər BDSİ-nə Vyaçeslav Menjinski rəhbərlik etdi.
Milli Fizika Laboratoriyası (Birləşmiş Krallıq)
İsrail padşahlığı (birləşmiş hakimiyyət)
İsrail Krallığı Tanaxda yazılanlara görə, b.e.ə. təqribən 1050-ci ildən e.ə təxminən 930-cu ilə qədər Yaxın Şərqdə mövcud olmuş vahid teokratik monarxiya. Tanaxa görə, İsrail övladları birləşmiş krallığın dövründən əvvəl konfederasiya kimi yaşamış on iki qəbilə idi. Təxminən b.e.ə. 1025-ci ildə onlar xarici təhdidlər səbəbindən İsrail krallığını yaratmışlar. Dövrün rəhbərlərindən biri olan Samuel e.ə 1020-ci ildə Bünyamin qəbiləsindən olan Şaul ben Kişi krallığın başına gətirdi. Onun ardınca gələn Kral David (Davud kimi tanınır) dövründə (e.ə 1006) krallıq ən güclü dövrünü yaşayıb. Davud ölkənin ikinci padşahı oldu (Şauldan sonra gələn müvəqqəti kral İşboşet sayılmazsa) və Yerusəlimi paytaxtı elan etdi. Bundan əvvəl Şaulun dönəmində paytaxt Gibeah, İşboşetin dövründə isə paytaxt Mahanaim idi. Davudun krallığının ilk yeddi ilində Xevron (indiki Əl Xəlil) paytaxt idi.
Birləşmiş Millətlər Təşkilatı Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi
Birləşmiş Millətlər Təşkilatı Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (HMƏO; ing. United Nations Office for the Coordination of Humanitarian Affairs, OCHA) — Birləşmiş Millətlər Təşkilatının (BMT) mürəkkəb fövqəladə hallara və təbii fəlakətlərə beynəlxalq reaksiyanı gücləndirmək məqsədilə 1991-ci ilin dekabrında Baş Assambleya tərəfindən yaradılmış orqanı. Humanitar Məsələlər Departamenti (HMD) qısa müddət sonra Baş katib tərəfindən yaradılmışdır, lakin 1998-ci ildə BMT-nin böyük fəlakətlər üzrə əsas mərkəzinə çevrilən HMƏO-ya birləşdirilmişdir. HMƏO-nın mandatı daha sonra humanitar cavab tədbirlərinin əlaqələndirilməsi, siyasətin işlənib hazırlanması və humanitar vəkilliyi əhatə edəcək şəkildə genişləndirilmişdir. Onun fəaliyyətlərinə fövqəladə yardım üçün sürətli cavab verən qrupları asanlaşdırmaq üçün humanitar maliyyələşdirmənin təşkili və monitorinqi, təbliğat, siyasətin hazırlanması və məlumat mübadiləsi daxildir. HMƏO 2016-cı ildə Türkiyənin İstanbul şəhərində Dünya Humanitar Sammitini təşkil etmişdir. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Qrupunda daimi müşahidəçidir.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsi
BMT Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsi (S/RES/1325) — 31 oktyabr 2000-ci ildə BMT Təhlükəsizlik Şurası tərəfindən 1261 (1999), 1265 (1999), 1296 (2000) və 1314 (2000) saylı qətnamələri geri çevirdikdən sonra yekdilliklə qəbul edilmiş qadınlar, sülh və təhlükəsizliklə bağlı qətnaməsi. Qətnamə silahlı münaqişənin qadınlara və qızlara qeyri-mütənasib və unikal təsirini etiraf etmişdir. Burada münaqişə, repatriasiya və məskunlaşma, reabilitasiya, reinteqrasiya və münaqişədən sonra yenidənqurma prosesi zamanı qadın və qızların xüsusi ehtiyaclarını nəzərə almaq üçün gender perspektivinin qəbul edilməsi tələb olunur. 1325 saylı qətnamə Təhlükəsizlik Şurasının münaqişə tərəflərindən qadın hüquqlarının pozulmasının qarşısını almağı, qadınların sülh danışıqlarında və münaqişədən sonrakı bərpa proseslərində iştirakını dəstəkləməyi, qadınları və qızları müharibə zamanı cinsi zorakılıqdan müdafiə etməyi tələb edən ilk rəsmi və hüquqi sənədi idi. . Bu, həmçinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının münaqişənin qadınlara təsirini xüsusi qeyd edən ilk qətnaməsi idi. Qətnamə o vaxtdan 1325 saylı qətnamənin komponentlərinin irəlilədilməsinə yönəlmiş qadınlar, sülh və təhlükəsizlik gündəliyi üçün təşkilati çərçivəyə çevrilmişdir. == Məzmunu == Qətnamədə qeyd edilən bəndlər aşağıdakılardır: Üzv-dövlətləri münaqişələrin qarşısının alınması, nizamlanması və həlli üçün milli, regional və beynəlxalq institutlar və mexanizmler çərçivəsində qərar qəbul etmənin bütün səviyyələrində qadınların daha geniş təmsil olunmasını təmin etməyə təkidlə çağırır, Baş Katibi qadınların münaqişələrin həlli və sülh prosesində qərar qəbul etmə səviyyəsində iştirakının gücləndirilməsini nəzərdə tutan strateji fəaliyyət planını (A/49/587) həyata keçirməyə çağırır; Baş Katibdən daha çox qadını onun adından xeyirxah xidmətlər göstərmək məqsədilə xüsusi nümayəndə və elçi təyin etməsini təkidlə xahiş edir və bu baxımdan üzv-dövlətləri mütamadi olaraq yeniləşdirilən mərkəzləşdirilmiş siyahıya daxil etmək üçün Baş Katibə namizədləri təqdim etməyə çağırır; Baş Katibdən Birleşmiş Millətlər Təşkilatının səhra əməliyyatlarında, xüsusilə də hərbi müşahidəçilər, mülki polis, insan haqqları və humanitar məsələlərlə məşğul olan heyət arasında qadınların rolunun və iştirakının gücləndirilməsi yollarını nəzərdən kəçirmeyi bir daha təkidlə xahiş edir; Cender perspektivinin sülhməramlı əməliyyatlara daxil edilməsi niyyətini ifadə ədir və Baş Katibdən, müvafiq hallarda, cender komponentini səhra əməliyyatlarına daxil etməyi təkidlə xahiş edir; Baş Katibdən qadınların mühafizəsi, haqqlarını və xüsusi ehtiyacları, həmçinin qadınların bütün sülhqoruma və sülhyaratma əməliyyatlarına cəlb olunmasının əhəmiyyəti barədə göstərişləri və təlim materiallarını üzv-dövlətlərə təqdim etməyi xahiş edir və üzv-dövlətləri bu elementləri, eləcə də HİV/AİDS məsələlərini sülhməramlı əməliyyatların heyata keçirilməsi üçün təlim alan milli hərbi və mülki polis heyətinin təlim proqramlarına daxil etməyə dəvət edir və Baş Katibdən sülhməramlı əməliyyatlarda iştirak edən mülki heyətin də oxşar telim almasını təmin etməyi bir daha xahiş edir; Üzv-dövlətlərdən cender məsələlərinə həssas olan sahələrdə telim səylərinə, o cümlədən BMT- nin Qadınlar üçün İnkişaf Fondu, BMT-nin Uşaq Fondu, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və digər müvafiq orqanlar da daxil olmaqla müxtəlif fondlar və proqramlar tərəfindən həyata keçirilən fəaliyyətə könüllü maliyyə, texniki və təşkilatı dəstəyi gücləndirməyi təkidlə xahiş edir; Bütün iştirakçı tərəfləri sülh sazişlərinin müzakirəsi və onların icrası zamanı cender aspektlərini, o cümlədən: a) Repatriasiya və yenidən məskunlaşdırma, reabilitasiya, reinteqrasiya və münaqişədən sonrakı bərpa müddətində qadınların və qızların xüsusi ehtiyaclarını nəzərə alan; b) Yerli qadınlar tərəfindən irəli sürülən sülh təşəbbüslərini və yərli səviyyədə münaqişələrin həllinə yönəlmiş prosesləri dəstəkləyən və sülh sazişlərinin bütün icra mexanizmlərinə qadınların cəlb olunmasını təmin edən; c) Qadın və qızların insan haqqlarının, xüsusilə de konstitusiya, seçki sistemi, polis ve ədliyyə ilə bağlı haqqlarının müdafiəsini ve onlara qarşı hörməti təmin edən tədbirlər görməyə çağırır, Silahlı münaqişələrin bütün tərəflərini mülki şəxslər kimi qadın ve qızların hüquqları və müdafiəsi ilə bağlı tətbiq oluna bilən beynəlxalq hüquq normalarına, xüsusilə də 1949-cu il Cenevrə konvensiyalarına ve onlara 1977-ci il tarixli Protokollara, 1951-ci il Qaçqınlar üzrə Konvensiyaya ve ona 1967-ci il tarixli protokola, 1979-cu il Qadınlara qarşı bütün ayrı-seçkilik formalarının aradan qaldırılması haqqında Konvensiyaya ve ona 1999-cu il tarixli Fakültativ Protokola və 1989-cu il BMT-nin Uşaq haqqları Konvensiyasına ve ona 25 may 2000-ci il tarixli iki Fakültativ protokola tam şəkildə hörmət etməyə ve Beynəlxalq Cinayət Mehkemesinin Roma Statutunun müvafiq müddəalarına diqqət yetirməyə çağırır; Silahlı münaqişələrin bütün tərəflərini qadınları ve qızları cinsi zorakılıqdan, xüsusilə də zorlamalardan və digər növ cinsi cinayətlərdən və silahlı münaqişə vəziyyətlərində digər növ zorakılıqdan müdafiə etmək üçün tədbirlər görməyə çağırır; Bütün dövlətlərin qanunsuzluğa son qoymaq ve soyqırımda, insanlığa qarşı cinayətlərdə, qadın və qızlara qarşı cinsi və digər növ zor tətbiq etmə halları da daxil olmaqla hərbi cinayətlərdə, günahlandırılan şəxsləri mehkeme yoiü ile təqib etmək cavabdehliyini vurğulayır və bu cinayətlərə münasibətdə, mümkün olan hallarda, amnistiyanın tətbiq edilməməsi ehtiyacını qeyd edir; Silahlı münaqişələrin bütün tərəflərini qaçqın düşərgələrinin ve məskunlaşma məntəqələrinin humanitar və mülki xarakterinə hörmət etməyə, ve onların layihelendirilmesində qadınların ve qızların xüsusi ehtiyaclarını nəzərə almağa çağırır və özünün 19 noyabr 1998-ci il 1208 (1998) saylı və 19 aprel 2000-ci il 1296 (2000) saylı qetnamelerine istinad edir; Tərksilah, tərxis ve yənidəninteqrasiyanın planlaşdın İmasına cəlb olunmuş şəxsləri əvvəllər hərbi əməliyyatlarda iştirak etmiş qadın və kişilərin fərqli ehtiyaclarını ve onların ailə üzvlərinin ehtiyaclarını nəzərə almağa çağırır; Hər dəfə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 41-ci maddəsinə müvafiq olaraq tədbirlər heyata keçirilən zaman, müvafiq humanitar istisnalar etmək üçün həmin tədbirlərin mülki əhaliyə potensial təsirinin nəzərə alınması ve qadın və qızların xüsusi ehtiyaclarına diqqət verilməsinə hazırlığını bir daha təsdiq edir; Təhlükəsizlik Şurasının missiyalarının cender mülahizələrini ve qadın haqqlarını, o cümlədən yerli və beynəlxalq qadın qrupları ile məsləhətləşmələrin keçirilməsi vasitəsilə, nəzərə almasını təmin etməyə can atdığını ifadə edir; Baş Katibi hərbi münaqişələrin qadınlara ve qızlara təsiri, qadınların sülh quruculuğunda rolu, sülh prosesləri ve münaqişələrin həllində cender aspektləri haqqında araşdırmalar aparmağa ve araşdırmaların nəticələri barədə Təhlükəsizlik Şurasına məruzə təqdim etməyə ve onu Birləşmiş Millətlər Təşkilatına üzv-dövlətlərin müzakirəsinə təqdim etməyə dəvət edir; Baş Katibdən, müvafiq hallarda, sülhün qorunması üzrə missiyalarda cender problematikası və qadınlara və qızlara aid bütün digər aspektlər sahəsində əldə olunmuş irəliləyişləri Təhlükəsizlik Şurasına təqdim etdiyi məruzələrə daxil etməyi xahiş edir; Bu məsələ ilə fəal məşğul olmağı qərara alır.
Alis (Birləşmiş Krallıq şahzadəsi)
Böyük Britaniya şahzadəsi Alis (25 aprel 1843[…], Vestminster borosu, Böyük London – 14 dekabr 1878, Darmştat) — IV Lüdovikin həyat yoldaşı, Hessen düşesi. I Viktoriya və Konsort şahzadə Albertin üçüncü övladı və ikinci qızı.
Amerika Birləşmiş Ştatları Federal Mühafizə Xidməti
Federal Mühafizə Xidməti (ingiliscə: Federal Protective Service, qısaca FPS) ABŞ Daxili Təhlükəsizlik Departamentinin Milli Müdafiə və Proqramlar Direktorluğunun (National Protection and Programs Directorate) təhlükəsizlik və polis bölməsidir. ABŞ-də 9000-dən çox federal binanın mühafizəsinə cavabdehdir. Federal Mühafizə Xidməti əvvəllər İmmiqrasiya və Gömrük Mühafizəsinin bir hissəsi olmuşdur, lakin 2009-cu ilin oktyabr ayından Milli Müdafiə və Proqramlar Direktorluğunun tərkibinə daxil edilmişdir. == Təklif olunan xidmətlər == === İlkin Mühafizə Xidmətləri === Obyektin təhlükəsizliyinin qiymətləndirilməsinin aparılması Federal binalar üçün mühafizə tədbirlərinin hazırlanması Uniformalı hüquq-mühafizə qüvvələrinin təmin edilməsi Müqaviləli silahlı mühafizəçilər ilə təmin etmək Müqaviləli işçilərin təhlükəsizlik təhqiqatlarının aparılması Mərkəzi rabitə mərkəzlərinin vasitəsilə təhlükəsizlik siqnallarının izlənilməsi === Əlavə Mühafizə Xidmətləri === Cinayət təhqiqatları işlərində köməklik göstərmək Yerli, regional və federal səviyyəli agentliklərlə kəşfiyyat məlumatlarının bölüşülməsi Xüsusi tədbirlərin mühafizəsinin təşkil edilməsi FEMA ilə müştərək formada fəaliyyət göstərərək təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması Xüsusi əməliyyatların yerinə yetirilməsi (K-9 ilə bərabər partlayıcı maddələrin müəyyən edilməsi kimi) == Axır zamanlarda == 28 oktyabr 2009-cu il tarixində ABŞ Prezidenti Barak Obama Federal Mühafizə Xidmətinin İmmiqrasiya və Gömrük Mühafizəsindən Milli Müdafiə və Proqramlar Direktorluğuna köçürülməsi haqqında qanunu imzalamışdır.
Amerika Birləşmiş Ştatları Gömrük və Sərhəd Mühafizəsi
Amerika Birləşmiş Ştatları Gömrük və Sərhəd Mühafizəsi (ingiliscə: United States Customs and Border Protection (CBP)) Amerika Birləşmiş Ştatlarının Daxili Təhlükəsizlik Departamentinin nəzdində fəaliyyət göstərən ölkənin sərhədlərinin mühafizə edilməsinə cavabdeh olan federal agentlikdir. O, ABŞ-ın ən böyük hüquq-mühafizə orqanlarından biridir və sərhədləri mühafizə etmək, beynəlxalq ticarəti tənzimləmək və asanlaşdırmaq, idxal rüsumlarını yığmaq və ticarət, gömrük və immiqrasiya qaydalarına əməl etmək funksiyalarını icra edir. Baş ofisi Vaşinqton şəhərindəki Ronald Reyqan binasında yerləşir.
Amerika Birləşmiş Ştatları Ticarət Nazirliyi
Amerika Birləşmiş Ştatları Ticarət Nazirliyi (ing. the United States Department of Commerce; DOC) — iqtisadi artım və imkanlar üçün şərait yaratmaqla məşğul olan ABŞ federal hökumətinin icra hakimiyyəti orqanı. Onun vəzifələri arasında biznes və hökumət qərarlarının qəbulu üçün iqtisadi və demoqrafik məlumatların toplanması və sənaye standartlarının müəyyənləşdirilməsinə köməklik daxildir. Onun əsas məqsədi iş yerləri yaratmaq, iqtisadi artımı təşviq etmək, davamlı inkişafı təşviq etmək və digər xalqların zərərli ticarət təcrübələrini isə əngəlləməkdir. 1903-cü ildə yaradılmış bu nazirliyə birbaşa ABŞ Prezidentinə hesabat verən və prezidentin Nazirlər Kabinetinin üzvü olan Ticarət Naziri rəhbərlik edir. Ticarət Departamentinin baş ofisi Vaşinqtonda, Herbert C. Hoover binasında yerləşir.
Amerika Birləşmiş Ştatları İmmiqrasiya və Gömrük Mühafizəsi
ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (İngiliscə: United States Immigration and Customs Enforcement, Qısaca ICE) — ABŞ Daxili Təhlükəsizlik Departamentinin tabeliyində fəaliyyət göstərən federal hüquq-mühafizə orqanıdır. Ölkənin sərhəd, iqtisadiyyat, nəqliyyat və infrastruktur təhlükəsizliyini təmin etmək məqsədilə təhdidlərin müəyyən edilməsi, təhqiqatı və mümkün təhlükəsizliyə ola biləcək təhdidlərin aradan qaldırılmasına cavabdehdir. Agentliyin iki əsas bölməsi mövcuddur: Daxili Təhlükəsizlik Təhqiqatları (Homeland Security Investigations (HSI)) və Mühafizə və Daşıma Əməliyyatları (Enforcement and Removal Operations (ERO)). Baş ofisi Vaşinqton şəhərində yerləşir. ICE, Amerika Birləşmiş Ştatlarının Prezidenti tərəfindən, senatın məsləhəti və razılığı ilə təyin edilən müdir tərəfindən idarə olunur. Birbaşa Daxili Təhlükəsizlik Katibinə hesabat verir.ICE, ABŞ-də FTB-dən sonra ədliyyə təhqiqatları həyata keçirən ən böyük ikinci təşkilatdır.
Amerika Birləşmiş Ştatlarının Daxili Təhlükəsizlik Departamenti
Amerika Birləşmiş Ştatlarının Daxili Təhlükəsizlik Departamenti, (ingiliscə: United States Department of Homeland Security, DHS) 11 sentyabr hücumlarından sonra yaradılmış olan bu dövlət təşkilatının əsas vəzifəsi ölkədə terrorizmlə mübarizə aparmaqdır. "Homeland" sözünün Azərbaycan dilinə tərcüməsi "Doğma vətən" deməkdir. Departament 2002-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilmiş olan "İctimai Təhlükəsizlik Aktı" ilə yaradılmışdır. Bu qanun nəticəsində departamentin konstitusiya quruluşunun mühafizə edilməsi, təbii fəlakətlərə hazırlıq və onların nəticələrinin aradan qaldırılması, sərhəd mühafizəsi və mülki müdafiə kimi vəzifələri olan digər federal orqanlar ilə koordinasiyalı formada işləməsi təmin edilmişdir. Həmçinin də, terror hücumları, texnogen fəlakətlər və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması da, təşkilatın və ya təşkilat daxilindəki bölmələrin nəzarəti altındadır.
Xalqların Birləşmiş İnqilab Hərəkatı
Xalqların Birləşmiş İnqilab Hərəkatı (XBİH; türk. Halkların Birleşik Devrim Hareketi ; HBDH) — Türkiyədə əksəriyyəti kürd solçu, inqilabçı sosialist və kommunist olan on ifrat sol təşkilatın ittifaqı. Alyans 12 mart 2016-cı il də elan edilmişdir. Məqsədi seçilmiş Türkiyə hökumətini devirməkdir. O vaxtdan bəri Türkiyədə təhlükəsizlik işçilərinə qarşı bir neçə hücumun məsuliyyətini üzərinə götürmüşdür. Alyans Türkiyədə Ərdoğanın sədri olduğu Ədalət və İnkişaf Partiyası (AKP) hökumətinə qarşı mübarizəyə sadiq olduqlarını bəyan etmək üçün 12 mart 2016-cı ildə təsis olunduqlarını elan etmişdir. Bu tarix 1971-ci il Türkiyə hərbi memorandumunun 45-ci, Qazi məhəlləsindəki iğtişaşların 21-ci və 2004-cü il Qamışlı iğtişaşlarının 12-ci ildönümü idi. Bu hadisələrin hər üçü alyansın "inqilab, demokratiya və sosializm uğrunda mübarizəmizə qalib gəlmək" missiyasını xatırladır. Alyans hesab edir ki, AKP Türkiyədə 12 mart 1971-ci ildə qurulan diktaturanı faktiki olaraq bərpa edərək yeni rəhbərliyi həyata keçirməyə çalışır. Alyansın beş üzvü (TKP/ML, MLKP, TKEP/L, İnqilabçı Qərargah və MLSPB) həmçinin Rojava münaqişəsində Suriya Demokratik Qüvvələrinə dəstək verən xarici döyüşçülərdən ibarət Beynəlxalq Azadlıq Batalyonunun üzvləridir.
Xarici İşlər Nazirliyi (Birləşmiş Ərəb Əmirlikləri)
Xarici İşlər Nazirliyi (ərəb. وزارة الخارجية‎) — Birləşmiş Ərəb Əmirliklərində ölkənin diplomatik münasibətlərinə və xarici siyasətinə nəzarət etməkdən məsul olan nazirllikdir. Nazirlik həmçinin BƏƏ-nin xaricdəki dövlət idarələrinin diplomatik və konsulluq statusunun saxlanmasına cavabdehdir. Əhməd Bin Xəlifə Al Suwaidi 1971-ci ildən 1980-ci ilə qədər fəaliyyət göstərib. Rəşid Abdullah Əl Nuaimi (1990-cı ildən 2006-cı ilə qədər fəaliyyət göstərib). Abdullah bin Zayed Al Nahyan 2006-cı ildən indiyə qədər.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti — Azərbaycan Respublikasında su təchizatı sahəsində dövlət siyasətini və strategiyasını həyata keçirən, mərkəzləşdirilmiş qaydada istehlakçıları içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən dövlət şirkətidir. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. 5 noyabr 2020-ci ildən 30 mart 2023-cü ilə qədər Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olub. ASC 30 mart 2023-cü ildə əmlakları ilə birlikdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında yaradılan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilib. Bakı şəhəri icməli su ilə XX əsrin müxtəlif dövrlərində tikilmiş kəmərlər vasitəsilə 4 mənbədən təchiz olunur – Şollar və Xaçmaz yeraltı suları, Ceyranbatan su ambarı və Kür çayı, lakin 80 illərin sonu – 90-cı illərin əvvəllərində baxımsızlıq nəticəsində su təchizatı sistemində ciddi çətinliklər yaranmışdır. 1993-cü ildə ölkədə sabitlik bərqərar olunduqdan sonra qarşıda duran əsas vəzifə iqtisadiyyatın bir çox sahələrində olduğu kimi, su təchizatı sistemindəki çətinlikləri də aradan qaldırılmaqdan ibarət idi. İlk növbədə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının yaşayış məntəqələrinin içməli su ilə təchizatının yaxşılaşdırılmasına imkan verə biləcək bir qurumun yaradılmasına başlandı. Bununla əlaqədar olaraq, iki sabiq dövlət qurumu olan "Kommunsənayesutəchizatı" İstehsalat Birliyi və "AzSuGEO" Elmi-Tədqiqat İnstitutunun əsas və dövriyyə vəsaitlərinin zəminində Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 1995-ci ildə Abşeron Regional Səhmdar Su cəmiyyəti yaradılmışdır. Həmin dövrdə MDB ölkələri arasında ilk dəfə olaraq "Böyük Bakının su təchizatı sisteminin yenidənqurulması layihəsi" üçün beynəlxalq maliyyə institutlarından su sektoruna güzəştli şərtlərlə kredit ayrılmasına nail olundu və bu layihə uğurla həyata keçirildi. İqtisadiyyatın digər sahələrində olduğu kimi, su təchizatı sisteminin yaxşılaşdırılması istiqamətində aparılan islahatlar bu gün də uğurla davam etdirilir və daha da genişləndirilir.
İsrail krallığı (birləşmiş monarxiya)
İsrail Krallığı Tanaxda yazılanlara görə, b.e.ə. təqribən 1050-ci ildən e.ə təxminən 930-cu ilə qədər Yaxın Şərqdə mövcud olmuş vahid teokratik monarxiya. Tanaxa görə, İsrail övladları birləşmiş krallığın dövründən əvvəl konfederasiya kimi yaşamış on iki qəbilə idi. Təxminən b.e.ə. 1025-ci ildə onlar xarici təhdidlər səbəbindən İsrail krallığını yaratmışlar. Dövrün rəhbərlərindən biri olan Samuel e.ə 1020-ci ildə Bünyamin qəbiləsindən olan Şaul ben Kişi krallığın başına gətirdi. Onun ardınca gələn Kral David (Davud kimi tanınır) dövründə (e.ə 1006) krallıq ən güclü dövrünü yaşayıb. Davud ölkənin ikinci padşahı oldu (Şauldan sonra gələn müvəqqəti kral İşboşet sayılmazsa) və Yerusəlimi paytaxtı elan etdi. Bundan əvvəl Şaulun dönəmində paytaxt Gibeah, İşboşetin dövründə isə paytaxt Mahanaim idi. Davudun krallığının ilk yeddi ilində Xevron (indiki Əl Xəlil) paytaxt idi.

Digər lüğətlərdə