CAN

is. [ fars. ]
1. Dini etiqada görə, ölümlə vücuddan ayrılan qeyri-maddi varlıq; ruh. Hələ canı var.
– Çıxmayan cana ümid var. (Məsəl).
Südlə gələn canla çıxar. ( Ata. sözü ).
Səni canan sanıram, çıx bədənimdən, ey can! Füzuli.
Kərəm deyər: Haqq buyurdu ayəndə; Can hava quşudu, durmaz bu təndə. “Əsli və Kərəm”.
Könül həsrət, can müntəzir, göz yolda; Ömr azaldı, vədə keçdi san ilə. M.V.Vidadi.

2. Həyat, varlıq. Canını qoymaq. Canını əsirgəməmək.
3. Tab, taqət, hey. Səndə heç can yoxdur. Onda heç can qalmayıb.
4. Bədən. Canım ağrıyır. Canına üşütmə düşmək. – Mən aşıq ahü-zarda; Canım dərddə, azarda.
O gündən ki qul oldum; Satırlar hər bazarda. (Bayatı).

5. Adam, insan, fərd.
Əziziyəm, nə qandır; Gözdən axan nə qandır; Daş deyil, kəsək deyil; Rəhm eylə, bu ki candır. (Bayatı).
Köç edib yaylağa ellər, obalar; Bulaqlar başına min bir can gəlir. Aşıq Şəmşir.

6. məc. Bir şeyin əsası, mahiyyəti, məğzi. Məsələnin canı. Sözümün canı.
7. Canım, canım-gözüm şəklində – 1) mehribanlıqla müraciət məqamında. Canım-gözüm, de görüm nə istəyirsən?
2) etiraz, narazılıq məqamında. Canım, nə düşmüsən üstümə.
[Qoca kəndli:] Canım, boş qışqırmağın yeri yoxdur. Ə.Haqverdiyev.
[Musa sahibkara:] Yox, canım, mən… Sabirin şerini oxuyurdum. S.Vəliyev.

◊ Can alıb, can verir – məftunedici gözəlliyə, dilbərliyə işarə.
Bir qızım var ki, bu cahan canı; Can alır, can verir kaman qaşı. S.Ə.Şirvani.
O gərgin qaşların kölgəsindəki; Can alıb, can verən gözlərə qurban. Ə.Cavad.

Can almaq – bax canını almaq.
Məgər ol mah tamam ömrdə bir yarı gecə; Çıxıban busə verə, can ala, nöqsan eylər? S.Ə.Şirvani.
Bir nəğməydi ağ suların axını; Nərgizlərin can alırdı baxışı. M.Rahim.

Can atmaq – bir şeyi əldə etməyə və ya həyata keçirməyə həddindən artıq səy göstərmək, bütün varlığı ilə çalışmaq.
[Səriyyə:] Havalar yaxşı keçdiyindən biz tələsir, payız yağışları başlayana qədər işləri görüb qurtarmağa can atırıq. İ.Əfəndiyev.
Quş uçmağa can atıb, bir qədər yüyürdü. M.Rzaquluzadə.
[Bəhlul:] Sənin oğlun da, lap çoxdandır, sən bunu bilirsən, bu cavanların sırasına qoşulmağa can atır. İ.Hüseynov.

Can bahasına – qan tökərək, özünü ölümə verərək, canını qurban edərək.
Həqiqətdə də hərgah Aslan canının bahasına belə oturacaq bir çarə tapsaydı, öz canını əsirgəməyib, Mansuru bu dərddən azad edərdi. C.Cabbarlı.

Can bəsləmək – özünə yaxşı qulluq etmək, rahatlığına, yemək – içməyinə fikir vermək.
Can çəkmək – tənbəllik eləmək, bir işi çox könülsüz görmək, zorla eləmək, eləmək istəməmək.
[Məşədi İman:] Rəhmətliyin uşaqları, pulu alanda alırlar, verəndə can çəkirlər. Ə.Haqverdiyev.
[Altun bay:] Torpağıma qarşı töycü verməyə də can çəkirsiniz. C.Cabbarlı.

Can çürütmək – bax can qoymaq.
[Əhməd:] Mən on beş il qara gün içində can çürüdüb təhsil alım, sonra da bu canımı, bu biliyimi qurban verim? A.Şaiq.
[Tamaşa qarı oğluna:] Axı hökumət yolunda can çürütmüşəm.
Plan plan dalınca doldurmuşam. Ə.Əbülhəsən.

Can damarı – bir şeyin özülünü, əsasını təşkil edən mühüm cəhət.
Təbir caiz görülsə, demək olar ki, Hacı Aslan bu küçənin can damarı misalında idi. S.Hüseyn.

Can damarını tutmaq – bax damarını tutmaq.
Can deyib, can eşitmək – çox mehriban, səmimi olmaq. [Bənövşə:] Nə olub, yoxsa aranız soyuqdur.
Bəs bir neçə il bundan qabaq can deyib, can eşidirdiniz? S.Rəhman.
İnsana könül həmdəmi hər şeydən fərzdir.
Can deyib, can eşidəsən, birbirinin başına and içəsən. Mir Cəlal.
Can evi – məc. Ən həssas yer, ürək, könül.
Vurdu can evini yaman ayrılıq… Şəhriyar.
Can evimə sığışmayan arzular; Bir dünyada neçə dünya arzular… S Vurğun.
Can gəzdirmək – zorla ayaq üstə durmaq, çox üzgün, taqətsiz olmaq. Halı pisdir, can gəzdirir.
Can qalmamaq – tamam üzülmək, taqətdən düşmək, əldən-dildən düşmək.
Xülasə, kəndə yetişənə kimi mənimki mənə dəyib, lap ölüb getmişəm, dəxi məndə can qalmayıb. C.Məmmədquluzadə.
[Orxan:] Məndə artıq can qalmamış, mərhəmət!; Mərhəmət qıl, insafsız olma, İsmət! H.Cavid.

Can qoymaq – müqəddəs bir iş uğrunda canından keçmək, özünü fəda etmək.
And içirik bu dərəyə, bu dağa; Əcdadımız can qoyduğu torpağa. R.Rza.
[Böyük xanım:] …Müharibədə can qoyan adamın balasını nöş belə gözümçıxdıya salmısınız? B.Bayramov.

Can qoymamaq – çox incitmək, əziyyət vermək, tamam əldən salmaq. Futbol uşaqda can qoymadı.
Can üstə olmaq – axır dəqiqələrini yaşamaq, can vermək.
Deyir: “Qoy isinsin, o, can üstədir; Əziyyət çəkməsin bir neçə günlük”. M.Rahim.
Şair yatır xəstədir; Deyirlər, can üstədir. B.Vahabzadə.

Can vermək1) son dəqiqələrini yaşamaq, can üstə qoymaq.
[Səlma:] Həsrəti könlündə can verən övlad; Ah! Qəhrəman oğul! Nakam Qanpolad! H.Cavid.
Qılınclar, nizələr keçdi döşündən; Cəllada can verdi, dilində: “Vətən!”. S.Vurğun.
[Aslan] özünü anasının yanına yetirdikdə onun can verdiyini görür. S.Vəliyev;

2) məc. diriltmək, canlandırmaq, həyat vermək.
Torpağa can verirsən; Dilsiz daşları belə; Sən dilə gətirirsən. B.Vahabzadə;

3) məc. ruhlandırmaq.
Təmiz hava kimi, sərin su kimi; Şair, şeirlərin mənə can verdi. Aşıq Hüseyn.

Can yandırmaq1) qayğısına qalmaq, qeydini çəkmək, dərdinə qalmaq. Qarı Kərbəlayını özünə oğul hesab edib, ona artıq can yandırardı. Çəmənzəminli;
2) ürəklə çalışmaq, səy göstərmək.
[Sədr:] …Öz işimizdir, gərək can yandıraq. İ.Əfəndiyev.
[Şah İsmayıl:] Bizdən nə istəyirsiniz? … Düşüncəli olmaq, can yandırmaq. Ə.Sadıq.

Cana dolmaq – bax ətə-cana dolmaq (gəlmək).
Cana gəlmək1) zəhləsi getmək, təngə gəlmək, darıxmaq, bıqmaq, usanmaq.
Bəs deyilmi, baxdım sənin sözünə; Bəs deyilmi, burda gəldim cana mən? M.Müşfiq;

2) dirçəlmək, dirilmək, canlanmaq.
[İnək] başını, boğazını, kürəyini ucdantutma yaladıqca, sanki buzov cana gəlir, dirçəlirdi. M.İbrahimov.
Qurumağa üz tutmuş ağaclar su içib cana gəldilər. Ə.Məmmədxanlı.
Torpaq cana gəldi, yer cana gəldi; Tıpır-tıpır yağan yay yağışından. B.Vahabzadə.

Cana gətirmək (doydurmaq)1) təngə gətirmək, bıqdırmaq, bezikdirmək, usandırmaq.
[Xortdan:] İblisi cəhənnəm əhli bir növ cana gətirmişdi… Ə.Haqverdiyev.
[Babək:] Xəlifə və sarayın hədsiz-hesabsız vergiləri hamını cana gətirib… M.Rzaquluzadə;

2) dirçəltmək, diriltmək, canlandırmaq.
Gülə sənsiz nəzər etsəm, gətirər canə məni. S.Ə.Şirvani.
İşıqlar yayılır burdan hər yana; Su cana gətirir boz torpaqları. H.Hüseynzadə.

Cana sinmək – bax ürəyə yatmaq.
Cana yetirmək – bax cana gətirmək.
Ey bivəfa, məni cana yetirdin; Munca cövrü-cəfa birdən olurmu? Q.Zakir.

Canbir qəlb(də) – çox yaxın, çox mehriban, səmimi. Canbir qəlb yaşamaq. İki ailə canbir qəlbdə yaşayır.
– Birgə oynadığım, qoşa gəzdiyim; Yoxsul qonşuların uşaqlarıydı; Biz ki canbir qəlbdə dost idik, deyim; Dostluq sudan duru, aydan arıydı. N.Xəzri.

Candan düşmək – üzülmək, zəifləmək, əldən düşmək.
Candan eləmək – öldürmək, həyatdan məhrum eləmək.
Mən aşiqəm, dərdin üz; Güldü bağban, dərdin üz; Ya məni candan eylə; Ya canımdan dərdin üz. Sarı Aşıq.
[Aftil İbada:] Sən iki arvadı candan eləmisən. C.Cabbarlı.

Candan keçmək – bax canından keçmək. [Kərəm:] Cavanam, candan keçmişəm; Gör necə dərdə düşmüşəm; Qan ağlayır elim mənim. “Əsli və Kərəm”.
Burda gördüm Vətən üçün; O tökülən al qanları; Burda gördüm el yolunda; Candan keçən aslanları. B.Vahabzadə.

Candan-başdan keçmək – bax canından keçmək.
Qızıl gülü seçərlər; Budağından biçərlər; Vəfalı yar yolunda; Candan-başdan keçərlər. (Bayatı).

Canı (… yanında) qalmaq – birinin, ya bir şeyin nigarançılığını çəkmək, onun üçün narahat olmaq, intizar qalmaq.
[Ağayarın] canı məktəbdə, oğlunun yanında qalmışdı. Ə.Əbülhəsən.

Canı (canın, canınız) sağ olsun! – intonasiyadan asılı olaraq, təsəlli, sağlıq arzusu, yaxud narazılığı istehza şəklində bildirir (bəzən də üstüörtülü şəkildə hədə bildirir).
[Hacı Əhməd Almaza:] Ya səhv olub, ya elə belə demişsən, keçib gedib, canın sağ olsun! C.Cabbarlı.

Canı (canın) yansın! – qarğış ifadəsi. Ay qız, canın yansın, haralardasan?
Canı ağzına gəlmək – üzülmək, usanmaq.
Canı ağzından (boğazından) çıxana qədər – ölənəcən, son nəfəsə qədər.
İnsan canı ağzından çıxana qədər yaşamaqdan ümidini üzmür. Ə.Abasov.

Canı boğazına yığılmaq (gəlmək) – cana gəlmək, təngə gəlmək.
Hər dəfə, əl boyda qəbzlərə, ya dilucu tapşırığa, anbar açdırıb taxıl buraxanacan Gəldiyevin canı boğazına yığılırdı. Mir Cəlal.
[Fizzə xanım Fəridəyə:] Vallah, adamlara yaxşılıq eləməkdən lap canım boğazıma gəlib. Ə.Məmmədxanlı.

Canı cəhənnəmə! – nə edir etsin, nə olur olsun, ölsün, cəhənnəmə ki mənalarında qarğış ifadəsi.
Canı cəhənnəmə, qoy getsin! Canı çıxmaq – ölmək.
Qürbətdə çıxacaq canı Zakirin; Yoxdu xeyirxahı o yar yanında. Q.Zakir.
[Sona xanım:] Yoxsa dustaq kimi qalmışam dörd divar arasında, xiffət eləməkdən az qalıb canım çıxsın. Ə.Haqverdiyev.
Uşaq yerə dəysə idi, o saat canı çıxacaqdı. Mir Cəlal.

Canı çıxsın! – ölsün! (hirs, acıq məqamında işlənir).
[Fatma xanım:] İç, beşini iç, ağzınacan da qənd doldur, qazananın canı çıxsın! N.Vəzirov.
[Şərif:] Uşaqdır, canı çıxsın, dilin saxlasın. C.Cabbarlı.

Canı dincəlmək – rahatlanmaq, rahat olmaq, sakitləşmək.
[Şirinnaz] hər zaman başıaçıq gəzər, o ətrafda yeganə olan içməli su aparmağa gəldikdə bir neçəsi ilə dalaşmayınca canı dincəlməzdi. S.Hüseyn.

Canı … əlində olmaq – birindən asılı olmaq.
Canı qurtarmaq – azad olmaq, xilas olmaq, qurtarmaq.
[Becan:] Əgər dediyini eylədin – canın qurtardı, eləmədin – bütün nəslini kəsəcəyəm. Qurbani”.
[Məmməd:] Kaş mən öləydim, biryolluq canım qurtaraydı… E.Sultanov.

Canı od tutub yanmaq1) bərk qızdırmaq, hərarəti artmaq. Qızdırmadan uşağın canı od tutub yanır;
2) məc. bərk hirslənmək, qəzəblənmək, odlanmaq. Nahaq sözdən canım od tutub yandı.
Canı sızıldamaq – bədənində ağrı-sızı hiss etmək.
[Mələkin] canı sızıldayır, ağladığı səsinin titrəməsindən anlaşılırdı. A.Divanbəyoğlu.

Canı suludur – bax canında hələ su var.
Yetmişdən artıq yaşamış Hikmət İsfahani, canı nə qədər sulu olsa da, axır mənzilə yaxınlaşmışdı. M.İbrahimov.

Canı üçün qorxmaq – özünə xətər gəlməsindən ehtiyat etmək, qorxmaq, öz canının harayında olmaq.
Gülzar artıq öz canı üçün qorxurdu, zira müsəlmanlar həmişə belə bir xəyanəti və təhqiratı qan ilə yuyurlar. C.Cabbarlı.

Canı yanmaq – bax ürəyi yanmaq.
Canım (canın, canınız, canı) üçün… – and ifadəsi.
[Qasım əmi oğluna:] Oğlum, canın üçün, xalova deyərəm, sənə bir yaxşı çarxı xoruz gətirsin. C.Məmmədquluzadə.
[Kələntərli Əmirliyə:] Bilsəydim ki, siz mədəniyyətlə iqtisadiyyatı belə qarşı-qarşıya qoyursunuz, canım üçün, heç ağzımı da açmazdım. İ.Hüseynov.

Canım qurban! – oxşama, əzizləmə, nəvaziş, yaxud yalvarış mənasında.
[Kərbəlayı Qurban:] Razısanmı? Canım sənə qurban! Ü.Hacıbəyov.
[Bəbir:] Xala! Canım sənə qurban! H.Nəzərli.

Canım sənə (sizə) desin… – beləliklə, axırı ki, xülasə mənalarında ara söz kimi işlənən ifadə.
Sonra, canım sənə desin, günlərin bir günündə səni tutub salırlar türməyə. Kirpi”.

Canına birə düşmək – bax kürkünə birə düşmək.
Canına cəfa basmaq – özünə əziyyət vermək, zəhmətə dözmək.
[Səməndər:] Bu il fəhləyəm, canıma cəfa basıb oxuyaram, beşaltı ildən sonra olaram mühəndis. M.Hüseyn.

Canına döşəmək – bərk danlamaq, töhmətləmək, tənqid etmək. O ki var canına döşədilər.
Canına lərzə (uçunma, üşütmə, titrəmə) düşmək – bax canına vicə (vicvicə) düşmək.
[Ataş] dinəndə elə tutarlı cavab verir ki, qabağındakının canına lərzə düşür. Ə.Vəliyev.
Belə deyirlər ki, bu yaxınlarda dərvişlərin qulağına çatıb ki, tüfeyli həyat sürənlərlə ciddi mübarizə başlanıb.
Bu xəbərdən onların canına üşütmə düşüb. Kirpi”.

Canına od (atəş) salmaq1) bərk qorxuya salmaq, təşvişə salmaq;
2) yandırıb-yaxmaq.
Eşq atəşi bir od salıb canıma; Yanmaqda yetişməz səməndər mənə. Q.Zakir.

Canına vəlvələ düşmək – bir şey olacağından qorxaraq bərk həyəcan keçirmək, təşvişə, vahiməyə düşmək.
Canına vəlvələ (qorxu) salmaq – bərk qorxutmaq, təşvişə salmaq.
Canına vicə (vic-vicə) düşmək – soyuqdan, ya qorxudan titrəmək, əsim-əsim əsmək. Soyuqdan canına vicə düşdü. Dəhşətli xəbərdən canına vic-vicə düşdü.
Canına yatmaq (sinmək) – bax ürəyinə yatmaq.
Yarməmmədin üzdən çox məsum görünən tərəfləri özü də hiss etmədən [Rüstəmin] canına yatırdı. M.İbrahimov.

Canına yazığın gəlsin! – özünə rəhm et, özünü əldən salma, öz canını düşün mənasında məsləhət ifadəsi.
[Övrət ərinə:] …Bir canına yazığın gəlsin, bir usan… C.Məmmədquluzadə.
Salma özünü atəşipiranə, a molla! Gəlsin yazığın canına, divanə, a molla! M.Ə.Sabir.

Canında az yoxdur – çoxbilmiş, gizlindən iş görən adam haqqında.
Canında hələ (su) var (su çoxdur) – qocalığına baxmayaraq, hələ işləyə bilən, fəaliyyət göstərə bilən adam haqqında.
[Camal:] [Pirinin] qocalığına baxmayın, canında hələ su çoxdur. M.Süleymanov.

Canında olmaq – birinə xas olmaq, təbiətində, qanında olmaq.
Canından bezar olmaq – usanmaq, təngə gəlmək; cana doymaq. Canından bezar olan Tanrıya qarğar. ( Ata. sözü ).
Canından əl çəkmək – özündən bezikmək, təngə gəlmək, bıqmaq.
[Məşədi İbad:] Ayrı düşdüm yarımdan; Əl çəkmişəm canımdan. Ü.Hacıbəyov.
[Qaçay] pambıq zavoduna gələndə həyatdan küsmüş, … canından əl çəkmişdi. Ə.Vəliyev.

Canından keçmək – özünü qurban vermək, özünü fəda etmək, canını vermək.
[Zalxa:] [Bayram] Pərzaddan ötrü indi canından keçər, at, mal nə şeydir. M.F.Axundzadə.
Ala gözlüm, səndən ayrı gülmərəm; Canımdan keçsəm də, ölə bilmərəm. Aşıq Ələsgər.

Canından olmaq – bax ürəyindən olmaq.
Canını almaq – öldürmək.
Sordun zəlitək sən hamının qanın, a molla! Aldın canını xəstə müsəlmanın, a molla! M.S.Ordubadi.
Qorudum öz canımı vuruşlarda ölümdən; Canıma qıyanların canını almaq üçün. S.Rüstəm.
[Canbalayev:] Bu dəfə də mənim ürəyimi kəsib atmaq, biryolluq canımı almaq istəyirsən. İ.Hüseynov.

Canını azar (dərd) alıb – tənbəl, həvəssiz, ürəksiz iş görən adam haqqında.
[Şərəbanı:] [Əliqulunun] canını azar alıb, nə güc vurur, nə itələyir. C.Cabbarlı.

Canını bağışlamaq – ölmək.
Vaxt gəldi, Əhmədin atası qəfildən azarlayıb canını bağışladı oğluna. (Nağıl).

Canını boğazına yığmaq (gətirmək) – bax cana doydurmaq.
[Hacı Mehdi:] Canımı boğazıma yığdınız. Ə.Haqverdiyev.
[Balaxan Aydına:] Sən canımı boğazıma yığdın, bu xalqı kişi saymırsan? C.Cabbarlı.

Canını çıxarmaq – incitmək, əziyyət vermək.
Canını çölə atmaq – öz canına zərər olacaq dərəcədə işləmək, canına fikir verməmək, öz qeydinə qalmamaq.
Elə bil canını çölə atıb, gecə-gündüz dincəlmək bilmir. Kirpi”.

Canını çürütmək1) bax ürəyini çürütmək;
2) boş yerə zəhmət çəkmək, çalışmaq.
Canını dişinə tutaraq (tutub) – könülsüz, həvəssiz, istəmədən, özünü məcbur edərək.
[Səməd] canını dişinə tutub, bacısını və Zeynəbi Nadirin yanına apardı. B.Talıblı.
[Topuş] … gözlərini yumub açdı və canını dişinə tutaraq, özünü başıaşağı Nərgizin ayaqlarına atmaq istəyirdi ki… birdən səksənib divar üstündə dikəldi. Ə.Məmmədxanlı.
[Şofer:] Müxtəsəri, canımı dişimə tutub, birtəhərlə özümü qayığa saldım. M.Rzaquluzadə.

Canını işə verməmək – zəhməti, işləməyi sevməmək, tənbəl həyat keçirmək, işdən boyun qaçırmaq. Heç canını işə vermir.
Canını qoymağa yer axtarmaq – nə edəcəyini bilməmək, özünə yer tapmamaq, çaşıb qalmaq.
Canını qoymaq – bütün qüvvəsini, enerjisini, bacarığını sərf etmək. [Rəis:] Bu mükafat Baxış Baxışovun ailəsinindir.
O kişi canını tikintidə qoyur. Mir Cəlal.

Canını qurtarmaq – özünü qurtarmaq, xilas olmaq, yaxasını qurtarmaq.
[Məcid:] Allah qüvvət versin, ay Nadir, bu bəylərin əlindən canın yaxşı qurtardı. B.Talıblı.
Ay arvad, Allah istəsə heç kimi yoxsul yaratmaz deyə, Aslan kişi mətləbə dəxli olmayan müxtəsər bir cavabla canını qurtarmaq istədi. Ə.Vəliyev.

Canını sıxmaq – bax ürəyini sıxmaq.
Naşad əfəndi heç də mətləbə dəxli olmayan lüzumsuz sözlərlə [Mehribanın] canını sıxırdı. S.Hüseyn.

Canını tapşırmaq (təslim etmək) – ölmək.
Ev sahibi çoxdan canını tapşırıb. H.Seyidbəyli.
[Kişi] bir həftədən sonra canını tapşırdı. Ə.Sadıq.

Canını vermək – özünü qurban vermək, özünü fəda etmək, canından keçmək.
[Məşədi İbad:] A quzum, gəl yanıma; Canımı verərəm mən yarıma. Ü.Hacıbəyov.
Namusla sürmüşəm öz dövranımı; Verərəm haqq üçün şirin canımı. M.Rahim.

Canının hayında (harayında) olmaq – ancaq özü haqqında düşünmək, öz qeydinə qalmaq.
Ağagül Nabatov bu xəbərdən şadlansa da, öz canının harayına qalıb əlləşir. S.Rəhimov.
Bu saat Sərhəng öz canının hayındadır. M.İbrahimov.

Canının qeydinə (dərdinə) qalmaq – özünə fikir vermək, öz qeydinə qalmaq, sağlamlığını qorumaq.
Canlara dəyən (dəyər)… – xoşxasiyyət, mehriban, nəcib, mərd, səmimi adam haqqında.
[Ağca:] A kişi, mən oğlanı görməmişəm, anası canlara dəyən bir adamdır. H.Sarabski.
[Dostum:] Hər ikisi canlara dəyən oğlandır, Rəşidi tanıyırsan, bu da onun dostu və “rəqibi”. M.Rzaquluzadə.

Yarı canı qalmamaq – çox arıqlamaq, üzülmək, zəifləmək.
Yoluna göz dikməkdən; Qalmayıb yarı canı. (Bayatı).
Rəngi saralıb, qalmayıb əsla yarı canı; Bir gülməz oğul, vay! M.Ə.Sabir.

Sinonimlər (yaxın mənalı sözlər)

  • CAN ürək — könül
  • CAN bədən — əndam
  • CAN sevgili — əziz
  • CAN can bax 1. ruh; 2. bədən; 3. insan

Omonimlər

  • CAN CAN I is. [ fars. ] Bədən. Arif olan, bir od düşüb canıma; Əridib döndərir a yağa məni (Aşıq Ələsgər)

Etimologiya

  • CAN Dilimizdə can, canan və cənan sözləri var. Mənbələrdə sonuncu (cənan) ərəb, əvvəlkilər isə fars mənşəli hesab olunur
CAMLI
CAN-BAŞ
OBASTAN VİKİ
Can Can
Can Can (erm. Ջան Ջան) — 2009 Avroviziya Mahnı Müsabiqəsində Ermənistanı təmsil edən İnqa və Anuş Arşakyanın oxuduğu mahnıdır. 12 may 2009-cu ildə Avroviziya Mahnı Müsabiqəsinin I yarımfinalında 99 xalla 5-ci yer tutmuşdur və finala çıxmışdır. Finalda isə doqquzuncu nömrə altında yarışdı və 92 xal toplayaraq 10-cu oldu. Müsabiqədə səslənən erməni mahnısına bir müddət sonra Azərbaycan ictimaiyyəti etiraz etdi.
Can
Can — bəzən psixika termininin sinonimi kimi işlədilən termin. Fəlsəfə tarixində bu anlayışla insanın idealizimdə xüsusi qeyri-maddi substansiya ilə eyniləşdirilən daxili aləminə baxış ifadə olunmuşdur. İbtidai insanların təsəvvüründə Can nə isə maddi bir şey hesab edilmişdir (qan, nəfəs və s.). Dində can dedikdə bədəndən asılı olmadan "o dünyada" müstəqil mövcud olan nə isə qeyri-cismani, ölməz, qeyri-maddi qüvvə başa düşülür. İdealist fəlsəfədə Can şüurun bu və ya digər ünsürü ilə eyniləşdirilir. Platonda bu əbədi ideyalar, Hegeldə ruhun materiya ilə əlaqəsində ən aşağı hissi təzahürüdür (hiss edən və fəal Can.). Dualist təlimlərdə Can nə isə əzəli və bədənlə birlikdə mövcud olan bir şey kimi başa düşülür (Dekart, Spenser, Vundt, Cems). XIX əsrə qədərki materializimdə (Demokrit, metafizik materizlizm) Can törəmə, iknci bədəndən asılı hesab edilmişdir. Lakin burada psixi fəaliyyət olmaq etibarilə Can adi mexaniki və yaxud fiziki-kimyəvi, proseslərə müncər edilirdi. Çox vaxt ayrı-ayrı materialist filosoflar aləmin ümumiliklə Canlılığına ehtimal etmişlər (Hilozoizm).
Can-balıq
Can-balıq və ya Canbalıq – Qaşqarlı Mahmud Divan-I Lüğətit Türkdə bir uyğur şəhəri deyə tərif etdiyi və çəkdiyi xəritədə Uyğur elindəki Beşbalıqın sağ tərəfində işarələdiyi tarixi şəhər. == Haqqında == Bəzi araşdırmaçılara görə, Can-balıq hal-hazırkı Çində Sintzsyan Uyğur Muxtar Bölgəsinin şimal-şərqində, Sancı Hui Muxtar Bölgəsinə bağlı Manas nahiyyəsidir və ya Djambalıkdır.
Can Bartu
Can Bartu (30 yanvar 1936 və ya 31 yanvar 1936, Kadıköy, İstanbul ili – 11 aprel 2019 və ya 12 aprel 2019, İstanbul) — çərkəz əsilli türk futbolçu. == Həyatı == 10 may 1962-ci ildə Fiorentina ilə Atletico Madrid arasında keçirilən final matçında oynayan Bartu avrokuboklarda final matçına çıxan ilk türk futbolçu oldu.
Can Bonomo
Can Bonomo (16 may 1987; İzmir, Türkiyə) — yəhudi əsilli türk müğənni. Musiqi həyatına, səkkiz yaşında, gitara çalmaqla başladı. Orta məktəb illəri boyunca və daha sonra getdiyi İstanbulda bunu davam etdirdi. Bilgi Universitetində kino-televiziya bölümündə oxudu. Səs istehsalı stajı üçün getdiyi Radio Klas və Number 1 FM-ə sonra radio aparıcılığı üçün müraciət etdi və qəbul edildi. Bundan sonra "Can Bonomo Show" adlı proqramını təqdim etməyə başladı. Bir müddət sonra Radio N101-ə keçərək proqramına burada davam etdi. MTV Türkiyədən gələn təklifi qəbul edərək "Rock'n Dark Express" adlı televiziya proqramını təqdim etməyə başladı. Universitet tapşırığı üçün hazırladığı "Hoppala" adlı qısa filmi daha sonra Facebook-a yüklədi və film internetdə paylaşılaraq xeyli maraq yaratdı. Serial layihəsi üzərində işləyən Səray Sevər, filmi izlədikdən sonra Can Bonomonu tapıb görüşməyə dəvət etdi.
Can Dündar
Can Dündar (türk. Can Dündar; 16 iyun 1961, Ankara) — Türkiyəli tədqiqatçı, jurnalist, televiziya və sənədli film istehsalçısı. Türkiyənin yaxın tarixi, siyasəti və məşhur mədəniyyət mövzularında hazırladığı sənədli filmləri ilə tanınmış istelsalçısıdır. Xüsusilə "Sarı Zeybek" (1993) sənədli filmi diqqəti cəlb etdi. 2015-ci ilin fevral ayında Cümhuriyət qəzetinin baş redaktoru olan Can Dündarın 29 may 2015-ci ildə imzasında dərc olunan Milli Kəşfiyyat Təşkilatının tırlarındakı silah xəbəri böyük əks-səda verdi və jurnalist bu xəbərə görə tutuldu. Məhkəmə nəticəsində cəsusluq və dövlətin gizli sənədlərini əldə edib yayımladığı üçün cəzalandırıldı. Apelyasiya məhkəməsi gedərkən hələ də azadlıqda olan C. Dündar təhlükəsizliyi ilə əlaqədar Almaniyaya getdi. O, Cümhuriyət gəzetinin baş redaktoru vəzifəsindən ayrıldı və eyni qəzetdə köşə yazarlığına davam edəcəyini açıqladı. 31 oktyabr 2016-cı ildə barəsində həbs qətimkan tədbiri görüldü. Oslo Sülh Araşdırma İnstitutu tərəfindən elan edilən 2017 Nobel Sülh Mükafatına namizədlər arasında üçüncü yerdə qərarlaşdı.
Can Rüstəm
Can Rüstəm (erm. Յան Ռուստամ) — erməni rəssamı. Can Rüstəmin yunan və ya osmanlı mənşəyli olması barədə də bəzi ehtimallar vardır. Rüstəm həyatının əsas illərini Reç Pospolita dövlətində yaşayıb, yaratmışdır. Vilna və Vilnüs universitetlərində dərs demiş və sonuncu universitetin professoru seçilmişdir. Can Rüstəm 1762-ci ildə Osmanlı imperiyasının mərkəzi hesab olunan İstanbul şəhərində anadan olmuşdur. Uşaq yaşlarından kimsəsiz böyüməyə başlamışdır və bir gün Adam Kazimersk tərəfindən kəşf edilmiş, onun himayəsinə alınmışdır. Kazimersk öz şagirdini Varşava şəhərinə gətirmiş və burada dönəmin mühüm rəssamlarından dərs almasını təmin etmişdir. Can Rüstəm 1788–1790-cı illərdə Almaniyaya səfər edir və bu səfərləri zamanı masonluğu qəbul edir. İki ildən sonra isə o, Reç Pospolitanın siyasi mərkəzi olan Varşava şəhərinə daha sonra isə Vilnaya köçür.
Can Yanyan
Can Yanyan (çin.
Can Yücel
Can Yücəl — (21 avqust 1926, Konstantinopol – 12 avqust 1999, İzmir) İstanbulda anadan olub. Eks Milli Eğitim Bakanı Həsən Əli Yücəlin oğludur. 1943'də yaxın dostu və Ankara Atatürk Lisey'indən sinif yoldaşı Gazi Yaşargil ilə xaricdə təhsil bursu qazandığı halda, o vaxtın Təhsil Naziri atası bunu Can Yücələ onun torpili kimi başa düşüləcəyi üçün əngəl olur. Gazi Yaşargil bu məlumatın yanlış olduğunu, ikisinin də ailələrinin imkanlarıyla xaricə getdiklərini dedi. Ankara və Cambridge universitetlərində Latınca və Yunanca oxudu. Müxtəlif səfirliklərdə tərcüməçilik, Londonda BBC'nin Türkcə bölümündə spiker oldu. Koreyada əsgərlikdə oldu. 1958'də Türkiyəyə qayıtdıqdan sonra Bodrum və Marmarisdə turist rəhbəri kimi işlədi. Sonra bağımsız şair və tərcüməçi olaraq İstanbulda yaşadı. 1956'da Gülər Yücəl ilə evləndi.
Can Yücəl
Can Yücəl — (21 avqust 1926, Konstantinopol – 12 avqust 1999, İzmir) İstanbulda anadan olub. Eks Milli Eğitim Bakanı Həsən Əli Yücəlin oğludur. 1943'də yaxın dostu və Ankara Atatürk Lisey'indən sinif yoldaşı Gazi Yaşargil ilə xaricdə təhsil bursu qazandığı halda, o vaxtın Təhsil Naziri atası bunu Can Yücələ onun torpili kimi başa düşüləcəyi üçün əngəl olur. Gazi Yaşargil bu məlumatın yanlış olduğunu, ikisinin də ailələrinin imkanlarıyla xaricə getdiklərini dedi. Ankara və Cambridge universitetlərində Latınca və Yunanca oxudu. Müxtəlif səfirliklərdə tərcüməçilik, Londonda BBC'nin Türkcə bölümündə spiker oldu. Koreyada əsgərlikdə oldu. 1958'də Türkiyəyə qayıtdıqdan sonra Bodrum və Marmarisdə turist rəhbəri kimi işlədi. Sonra bağımsız şair və tərcüməçi olaraq İstanbulda yaşadı. 1956'da Gülər Yücəl ilə evləndi.
Can Yılmaz
Can Yılmaz — türk aktyor, ssenarist və yazıçı. == Həyatı == Əslən Gürün, Sivaslıdır. Məşhur şoumen Cem Yılmazın böyük qardaşıdır. Anası evdar xanım, atası isə elektrikli ev alətləri ticarəti ilə məşğul olan Can Yılmaz uzun müddət mətn yazarı olaraq fəaliyyət göstərmişdir. Ən parlaq işi Komedi Dükkanı adlı proqramının mətn yazarı olmasıdır. Proqramın bütün konsept və mətni Can Yılmaza məxsusdur. Can Yılmaz ssenari və tamaşa yazarı olaraq da tanınır. "Hoqqabaz", "Hər şey çox gözəl olacaq", "G. O. R. A", "Yahşı Qərb" kimi sinema filmlərinin ssenariləri Can Yılmaza və qardaşı Cem Yılmaza aiddir. Əsasən kamera arxasında yer almağa daha çox meyillidir.
Emre Can
Emre Can (türk. Emre Can; 12 yanvar 1994, Frankfurt-Mayn, Hessen) — əslən türk olan, Almaniya futbolçusu. Hal-Hazırda Borussia Dortunda oynayır.
Həsən Can
Həsən Can (v. 27 fevral 1567, Bursa) — Dövlət xadimi. Şeyxülislam Xoca Sadəttin Əfəndinin atası, Şeyxülislam Mehmed Əsad və Mehmed Çələbinin babası, Şeyxülislam Əbu Səid Mehmed Əfəndinin ulu babasıdır. == Həyatı == Doğum tarixi bilinməsə də, ailəsi əslən İsfahandandır. Atası Hafiz Mehmed Əfəndi vaxtilə Ağqoyunlu sarayının müftüsü olmuş, Şah İsmayılın dəvəti ilə ailəsiylə birlikdə Təbrizə köç etmişdir. Çaldıran müharibəsinin ardından Təbrizə daxil olan I Səlimin özüylə İstanbula apardığı alim və sənətkarlardan biri oldu. Həsən Can da bu əsnada atasıyla birlikdə İstanbula gəlmiş, bu səbəbdən doğum yerinin Təbriz olduğuna inanılır. Atası Hafiz Mehmed Əfəndi saray hafizi olaraq seçilmiş, Həsən Can isə I Səlimin xüsusi xidmətinə alınmış və onun ən yaxın dostuna çevrilmişdir. Yavuz Sultan Səlimin vəfatına qədər yanında olan Həsən Can bir çox siyasi hadisələrə şahid olmuş, sultanın ən yaxın sirdaşına çevrilmişdir. I Səlimin vəfatının ardından çıxan siyasi ixtişaşların yatırılmasında önəmli rol oynadı.
Kazım Can
Polat Can
Polat Can (Əhməd Məhəmməd), 1980-ci ildə Kobanidə (Suriya) anadan olub, Suriyadan olan kürd siyasi fəaldır. Can, Xalq Müdafiə Birliklərinin (YPG) qurucularından və əsas komandirlərindən biridir və təşkilatın rəsmi sözçüsü kimi fəaliyyət göstərir. O, həmçinin Suriya Demokratik Qüvvələrinin koalisiya komandiri vəzifəsini də icra edir. O, həm də jurnalist və yazıçıdır, kürd, ərəb və türk dillərində ədəbi əsərin müəllifidir.
Sibel Can
Sibel Cangüre (d. 1 avqust 1970, İstanbul, Türkiyə) — qısaca Sibel Can kimi tanınan Türkiyə müğənnisi. Karyerasına rəqqasəliklə başlayan Sibel, hazırda aktrisa, müğənni və aparıcıdır. Sibel Can 1 avqust, 1970-ci ildə Yuqoslaviya qaçqını boşnak (müsəlman serb) əsilli Engin Cangüre və Bursa Mudanyalı çingənə (qaraçı) kökənli Əminə Gül Sezərin uşaqları olaraq Türkiyənin Fatih vilayətində dünyaya gəlib. Əsl adı Sibel Cangüre olan sənətçinin atası bir çox məşhur solistə yoldaşlıq edən bir kaman sənətçisi idi. 13 yaşında gələn təkliflə Vianada oriental olaraq səhnəyə çıxmağa başlayan Sibel Can atası ilə bərabər Türkiyədə və xaricdə etdiyi turlarda həm oriental rəqqasəlik, həm də solistlik edib. Galata Qülləsi və Astorya kimi klublarda səhnə olan sənətçi, Nükhet Durunun Fəxrəddin Arslana tövsiyəsilə Maksim Kazinosunda çıxmaya başlamış və hələ 17 yaşı varkən solist olmuşdur. Sibel Canın yaşının az olması səbəbilə kazinonun bağlanmasıyla Arslanın köməklikləriylə məhkəmədə yaşını 6 yaş artırmışdır. Maksim kazinosunda Muazzez Abacı, Nəşə Qaraböcək və Əməl Sayın kimi məşhur şəxslərlə çalışmışdır. Nükhet Duru tərəfindən aşkarlanan Maksim kazinosunun oriental rəqqasəsi oldu.
Elvan Can
Elvan Can — Türkiyə və Avropa rekordçusu, Efiopiya əsilli türk orta və uzun məsafə qaçışçı. == İlk illər == Elvan Hevan Abeye olaraq 1982-ci ildə Əddis-Əbəbədə yeddi uşaqlı bir ailənin altıncı övladı olaraq dünyaya gəlib. İdmana ilk dəfə dostları ilə futbol oynayaraq başlayıb. Onun qaçış qabiliyyəti üzə çıxır və o, on dörd yaşında məktəbin bədən tərbiyəsi müəllimi tərəfindən atletikaya yönəldilib. 1999-cu ildə Şimali İrlandiyanın paytaxtı Belfastda keçirilən IAAF Dünya Kros Çempionatında Efiopiyanın yeniyetmələrdən ibarət komandasında karyerasına başlayıb və yarışı 9-cu yerdə başa vurub. Orada onu İstanbula görüşə dəvət ediblər. İstanbula gəlincə, səlahiyyətlilər onu bəyəndiklərini bildirirlər. O zaman Abeylegesse "Efiopiyadakı federasiyamdan kifayət qədər dəstək ala bilmədim. Türkiyədə hədəflərimə çatmağın daha asan olacağını düşündüm" dedi. Onu on yeddi yaşında ENKA-ya idmançı axtaran iş adamı Öndər Özbilən kəşf edib və ailəsinə iki il ərzində ayda 300 dollar ödəmək şərti ilə Türkiyəyə gətirilib.
Vəli Can
Vəli Can (d. 1580-ci ildən əvvəl - ö. 1600) — təbrizli rəssam. Osmanlı imperiyasında fəaliyyət göstərmiş və saz üslubundakı əsərləri ilə məşhurlaşmışdır. Osmanlı tarixçisi Mustafa Əlinin bildirdiyinə görə, Vəli Can Təbrizdə dünyaya gəlmiş, 1580-ci ildə İstanbula köçmüşdür. Tarixçinin bildirdiyinə görə, onun müəllimi məşhur Səfəvi rəssamı Siyavuş bəy Gürcü olmuşdur. III Muradın hakimiyyəti dövründə saz üslubu özünün çiçəklənmə dövrünü yaşamaqda idi. Vəli Can III Murad üçün tərtib edilmiş albomlarla əlaqəli sonrakı 16-cı əsrin sonlarında yaşamış rəssamların ən görkəmlisidir. O, sultan üçün çalışıb və yaratdığı albom səhifələri "az-çox spekulyativ olsa da, ona aid edilir". O, ilk növbədə fiqurlu mövzularla maraqlanırdı.
Can Yaman
Can Yaman (8 noyabr 1989, İstanbul) — Türkiyə aktyoru. == Həyatı == Can Yaman 8 noyabr 1989-cu ildə İstanbulun Suadiyə şəhərində ailəsinin tək övladı olaraq dünyaya gəlib. Atasının adı Güven Yaman, anasının adı Güldam Candır. Can Yamanın 5 yaşı olanda valideynləri ayrılıb. Nənəsi makedon, babası isə Yuqoslaviya əsillidir. İbtidai və orta məktəbi Bilfen Kollecində bitirdikdən sonra orta təhsilini İtaliya liseyində başa vurub. Orta məktəbin son ilində o, tələbə mübadiləsi proqramı vasitəsilə ABŞ-ın Ohayo ştatında təhsil alıb. Orta məktəbi bitirdikdən sonra Yeditəpə Universitetinin Hüquq fakültəsində təqaüdlə oxuyub və 2012-ci ildə oranı bitirib. Hələ universitetdə oxuyarkən mübadilə proqramı ilə Vaşinqtona getdi və hüquq kursları aldı. 2014-cü ildə məzun olduqdan sonra 1 illik məcburi təcrübə keçmək üçün dünyaca məşhur Awaterhouse Coopers adlı korporativ firmada 6 ay hüquqşünas kimi çalışıb.
Qədri Can
Qədri Can və ya Qədrican (kürd. Qedrî Can/Qedrîcan; türk. Kadri Can/Kadrican; 1911, Mardin – 1972) — sosialist beynəlmiləlçi kürd yazıçısı və şairi. Qədri Can 1911-ci ildə Əbdülqədir Can adı ilə Mardin vilayətinin Derik rayonunda anadan olmuşdur. İbtidai təhsilini Derikdə tamamlayan Qədri Can daha sonra Konya Müəllim Liseyində təhsil almışdır. Şeyx Səid qiyamından sonra Antakya yolu ilə qaçıb Suriyanın Dəməşq şəhərində məskunlaşmalı olmuşdur. Şeirləri və hekayələri "Hawar" və "Ronahi" kimi kürd intellektual jurnallarında dərc edilmişdir. O, əsərlərini kurmanci dilində yazmışdır. Müasir kürd poeziyasının atası hesab olunur. O, şeirlərində beynəlmiləlçiliyə və kürd milli şüuruna vurğu qoyurdu.
Emir Can İğrek
Emir Can İğrek (2 aprel 1993, Çerkezköy[d], Təkirdağ ili) — türk musiqiçi, musiqi yazarı. == Həyatı == Emir Can İğrek 2 aprel 1993-cü ildə Tekirdağın Çerkezköy rayonunda anadan olub. Çerkezköy Hacı Fahri Zümbül Anadolu Liseyini bitirib. Musiqi karyerasına doğulduğu şəhərdə kiçik səhnə qrupları yaratmaqla başlayıb. Yıldız Texniki Universitetində son kursu tərk edərək Nazım Hikmət Akademiyasında səs və solfecio təhsilinə başlamış və 4 il Nazım Hikmət Akademiyası Xorunda tenor kimi çıxış etmişdir. 2018-ci ildə "Ağır Roman" adlı ilk tammetrajlı albomu işıq üzü gördü. O, 2019-cu ildə "Nalan" mahnısı ilə debüt edib. O, 2020 PowerTürk Musiqi Mükafatlarında "İlin ən yaxşı çıxış edən müğənnisi" mükafatına layiq görülüb. Emir Can İğrek, bir çox müğənnilər üçün musiqi bəstələyib verib. O, hal hazırda Kadıköydəki studiyasında yeni əsərlərinin hazırlıqlarını davam etdirir.
Özgür Can Özcan
Özgür Can Özcan (d. 10 aprel 1988; Manavqat ) — türk futbolçudur. Hücumçuda oynayan oyunçu, 3. liqa komandalarından olan Nevşehir Belediyespor'da oynayır. İbtidai təhsilini Toros İbtidai Məktəbində bitirmişdir. Futbolçu karyerasına “Manavgat Belediyespor”un infrastrukturunda başlayıb. Oradan da Qalatasaray infrastrukturuna keçdi. 2005-ci ildə Gheorghe Hagi tərəfindən A Komandasına götürüldü. PAF komandada əli ilə qol vurdu və hakim bunu görmədiyi üçün hakimə dedi və sarı vərəqə aldı. Bu hadisədən sonra Özgürcan dünya fair-play mükafatına layiq görülüb.
Şerafettin Can Atalay
Şərafəddin Can Atalay (24 mart 1976, İstanbul, Türkiyə) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. 2014-cü ilin Soma faciəsi, 2014-cü ilin Karaman mədən qəzası, 2016-cı ilin Adana tələbə yataqxanası yanğını, 2018-ci ilin Çorlu qatar qəzası da daxil olmaqla bir çox ictimai işlərdə hüquq müdafiəçisi olaraq çalışıb. Gezi işi üzrə həbs edilib və 2022-ci ildə 18 il müddətinə azadlıqdan məhrum edilib. 2023-cü il mayın 14-də İşçi Partiyasının namizədi olaraq Hatay ilindən deputat seçilib. 30 yanvar 2024-cü ildə mandatı ləğv edilib. Hazırda Silivri həbsxanasında saxlanılır. Şərafəddin Can Atalay 24 mart 1976-cı ildə İstanbul şəhərində andan olub. İqtisadçı ananın və mühasib atanın yeganə uşağıdır. 1971-ci ildə siyasi sui-qəsd nəticəsində öldürülən İşçi Partiyasının (TİP) Amasiya il sədri Şərafəddin Atalayın qardaşı oğludur. “Şərafəddin” əmisinin şərəfinə adlandırılıb.
Şərafəddin Can Atalay
Şərafəddin Can Atalay (24 mart 1976, İstanbul, Türkiyə) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. 2014-cü ilin Soma faciəsi, 2014-cü ilin Karaman mədən qəzası, 2016-cı ilin Adana tələbə yataqxanası yanğını, 2018-ci ilin Çorlu qatar qəzası da daxil olmaqla bir çox ictimai işlərdə hüquq müdafiəçisi olaraq çalışıb. Gezi işi üzrə həbs edilib və 2022-ci ildə 18 il müddətinə azadlıqdan məhrum edilib. 2023-cü il mayın 14-də İşçi Partiyasının namizədi olaraq Hatay ilindən deputat seçilib. 30 yanvar 2024-cü ildə mandatı ləğv edilib. Hazırda Silivri həbsxanasında saxlanılır. Şərafəddin Can Atalay 24 mart 1976-cı ildə İstanbul şəhərində andan olub. İqtisadçı ananın və mühasib atanın yeganə uşağıdır. 1971-ci ildə siyasi sui-qəsd nəticəsində öldürülən İşçi Partiyasının (TİP) Amasiya il sədri Şərafəddin Atalayın qardaşı oğludur. “Şərafəddin” əmisinin şərəfinə adlandırılıb.
Hell Can Wait
Hell Can Wait — ABŞ repçisi Vins Steyplsın debüt mini-albomu. 7 oktyabr 2014-cü ildə buraxılıb.
Eray Canbərk
Eray Canbərk (1940, İstanbul) — şair, tərcüməçi. == Həyatı == 1940-cı ildə İstanbulda doğulub. 1958-ci ildə Heydərpaşa Liseyini bitirib. Bir müddət İstanbul Universitetinin ədəbiyyat fakültəsində, daha sonra Müəllimlər Institutunun fransız dili və ədəbiyyatı fakultəsində təhsil alıb. Təhsilini başa vurmadan hərbi xidmətə gedib və daha sonra müxtəlif dərgilərdə, qəzetlərdə çalışıb. İlk şeirləri 1960-cı illərin əvvəllərində "Yelkən" dərgisində dərc olunub. Esselər, hekayələr də yazıb, lakin şairlik onun üçün əsas təşkil edib. Şeir kitabları: "Lal sular"(1969), "Lal sular"(genişlədilmiş variantı — 1979), "Ürəyim sınan zaman"(1983), "Köhnəlmiş tənhalığa"(Seçmə şeirlər)(1992), "Əbrular"(1997) Sosialist dünya görüşünə bağlı şeirlər yazsa da, insanın daxili dünyasını müəyyən edən incə duyğuları qoruyaraq səsini heç yüksəltmədən şeir yazmağa davam eləyib.
Erigeron canaani
Erigeron canaani (lat. Erigeron canaani) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Erigeron canadensis
Kanada xırdaləçəyi (lat. Erigeron canadensis) — xırdaləçək cinsinə aid bitki növü. == Sinonim == Conyza parva Cronquist Erigeron canadensis L. Erigeron pusillus Nutt. Leptilon canadense (L.) Britton Leptilon pusillum (Nutt.) Britton Conyza canadensis var. canadensis (L.) Cronquist Conyza canadensis var. glabrata (A. Gray) Cronquist Conyza canadensis var. pusilla (Nutt.) Cronquist Erigeron canadensis var. glabratus A. Gray Erigeron canadensis var.
Erigeron canadensis var. glabratus
Kanada xırdaləçəyi (lat. Erigeron canadensis) — xırdaləçək cinsinə aid bitki növü. == Sinonim == Conyza parva Cronquist Erigeron canadensis L. Erigeron pusillus Nutt. Leptilon canadense (L.) Britton Leptilon pusillum (Nutt.) Britton Conyza canadensis var. canadensis (L.) Cronquist Conyza canadensis var. glabrata (A. Gray) Cronquist Conyza canadensis var. pusilla (Nutt.) Cronquist Erigeron canadensis var. glabratus A. Gray Erigeron canadensis var.
Erigeron canadensis var. pusillus
Kanada xırdaləçəyi (lat. Erigeron canadensis) — xırdaləçək cinsinə aid bitki növü. == Sinonim == Conyza parva Cronquist Erigeron canadensis L. Erigeron pusillus Nutt. Leptilon canadense (L.) Britton Leptilon pusillum (Nutt.) Britton Conyza canadensis var. canadensis (L.) Cronquist Conyza canadensis var. glabrata (A. Gray) Cronquist Conyza canadensis var. pusilla (Nutt.) Cronquist Erigeron canadensis var. glabratus A. Gray Erigeron canadensis var.
Erigeron canus
Erigeron canus (lat. Erigeron canus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Euphorbia canariensis
Euphorbia canariensis (lat. Euphorbia canariensis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Euphorbia candelabrum
Euphorbia candelabrum (lat. Euphorbia candelabrum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Everyway That I Can
Fəri Cansel
Feri Cansel (7 iyul 1944, Lefkoşa – 2 sentyabr 1983, İzmir) – Türkiyə aktrisasıdır. Erotik filmlərdə populyarlıq baxımından Zerrin Egeliler, Arzu Okay, Zerrin Doğan, Figen Han kimi aktrisalar sırasındadır. Feri Cansel aktrisa olan Zümrüt Canselin anasıdır. == Həyatı == Feri Cansel 7 iyul 1944-cü ildə Türkiyənin Lefkoşa (Nikosiya) şəhərində doğulmuşdur. Bir müddət sonra ailəsi ilə birgə Böyük Britaniyaya köçmüşdür. Türkiyəyə gələndən sonra asan iş tapmaq üçün saxta evlilik edir. 1960-cı illərin sonu 1970-ci illərin əvvəllərində bir sıra filmlərə rol aldıqdan sonra bir çox erotik məzmunlu filmlərdə iştirak edərək populyarlıq qazanır. Əsasən, bu janrlı filmlərdə 1974-1978-ci illər arası iştirak edir. Feri Cansel 1983-cü ildə nişanlısı Melik Ük tərəfindən öldürülmüşdür.
Gmelina arborea var. canescens
Gmelina arborea (lat. Gmelina arborea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin gmelina cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Gmelina rheedei Hook.
Gnaphalium candidissimum
Grevillea candelabroides
Grevillea candelabroides (lat. Grevillea candelabroides) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Hakea candelabroides (C.A.Gardner) Christenh.
Grevillea candicans
Grevillea candicans (lat. Grevillea candicans) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Hakea candicans (C.A.Gardner) Christenh.
Gürcüstanın Simon Canaşia Muzeyi
Simon Canaşia Gürcüstan Muzeyi (gürc. სიმონ ჯანაშიას სახელობის საქართველოს მუზეუმი) əvvəllər Gürcüstanın Dövlət Tarixi Muzeyi kimi tanınan, ölkənin əsas arxeoloji tapıntılarını nümayiş etdirən Gürcüstanın paytaxtı Tiflisdəki əsas tarix muzeylərindən biridir. Muzey Rusiya İmperiya Coğrafiya Cəmiyyətinin Qafqaz Bölməsinin Muzeyindən yaranaraq, 10 may 1852-ci ildə qurulmuş və 1865-ci ildə Alman tədqiqatçısı Qustav Raddenin təşəbbüsü ilə Qafqaz Muzeyinə çevrilmişdir. Gürcüstan Rusiyadan müstəqillik qazandıqdan sonra (1918), muzeyin adı 1919-cu ildə Gürcüstan Muzeyi olaraq dəyişdirildi. Noe Kipiani muzeyin ilk direktoru idi. Kolleksiyanın böyük bir hissəsi 1921-ci ildə Bolşeviklərin ölkəni ələ keçirilməsindən sonra Gürcüstan hökuməti tərəfindən Avropaya təxliyə edildi və 1945-ci ildə gürcü mühacir alimi Ekvtime Takaishvilinin səyləri ilə Sovet Gürcüstanına qaytarıldı. 1947-ci ildə muzeyə mərhum gürcü tarixçisi Simon Canaşianın adı verildi. 1990-cı illərin əvvəllərində Gürcüstanda postsovet qarışıqlıqları dövründə muzey xeyli zərər gördü. Əvvəlcə 1991-1992-ci illərdə baş verən hərbi çevriliş zamanı döyüşlərdə ziyan gördü və sonra kolleksiyasının bir hissəsi atəşlə məhv edildi. 2004-cü ildə Canaşiya Muzeyi Gürcüstan Milli Muzeyinin birgə idarəetmə sistemi altında digər aparıcı gürcü muzeyləri ilə birləşdirildi.
Helenium canaliculatum
Helenium (lat. Helenium) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Yeganə Helenium autumnale (L. 1753) növü məlumdur. Cinsin adı Troya müharibəsinə səbəb olmuş əfsanəvi gözəl Yelenanın adından götürülmüşdür. Heleniumun 30-a yaxın növü Şimali və Mərkəzi Amerikanın enliyarpaqlı bitkilər qurşağından tropiklərə qədər bitir. Gülçülükdə 6 növündən istifadə olunur. Onlardan payız heleniumu (N.autumnale) xüsusilə məşhurdur. Bu, salaqgövdəli və çoxsaylı səbətləri yumşaq çiçəkqrupu əmələ gətirən bitkidir. Dilcik şəkilli çiçəkləri açıq-sarı, qonur, qırmızı rəngdə, boruşəkilli çiçəkləri isə sarı, ya da qonur rənglidir. Payız heleniumunun vətəni ABŞ-nin və Kanadanın şərqidir.
Helichrysum candidissimum
Hydrangea candida
Hydrangea coenobialis (lat. Hydrangea coenobialis) — hortenziyakimilər fəsiləsinin hortenziya cinsinə aid bitki növü.
Hypericum canariense
Hypericum canariense (lat. Hypericum canariense) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinin dazı cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Hypericum corymbosum Moench Hypericum debile Salisb. Webbia canariensis (L.) Webb & Berthel.
I Can't Go On
I Can't Go On (azərb. Davam edə bilmirəm‎) — İsveçin 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. İsveçin Melodifestivalen 2017 müsabiqəsinin qalibi Robin Benqtsson İsveçi müsabiqədə təmsil etmişdir. Robinin ifa etdiyi mahnı İsveçin tanınmış bəstəkarlarından olan David Kryuqer və İsveçi 2013 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən müğənni-bəstəkar Robin Şernberq tərəfindən bəstələnmişdir.
I Can Lose My Heart Tonight
I Can Lose My Heart Tonight (azərb. Mən bu axşam ürəyimi itirə bilərəm‎, oxunuşu: Ay kən luz may hart tünayt) – C. C. Catch tərəfindən 1985-ci ildə ifa edilən mahnısıdır. Bu mahnı C. C. Catch-in Catch the Catch albomuna daxil olan ilk mahnıdır. Mahnı klipinin bir neçə versiyası mövcuddur.. == Klip == "I Can Lose My Heart Tonight" mahnısı C. C. Catch-in Catch the Catch albomuna daxil olan 1-ci mahnıdır. Mahnının prodüseri və sözlərinin müəllifi Diter Bolen-dir. Diter Bolen mahnını ilk dəfə 31 iyul 1985-ci ildə Karolinanın ad günündə çıxarmışdır. İlk dəfə mahnının Tomas Anders tərəfindən ifa edilməsi planlaşdırılmışdır. Lakin mahnının müəllifi Diter Bolen "I Can Lose My Heart Tonight" mahnısının Modern Talking qrupu üçün kifayət qədər yaxşı hesab etmirdi. "I Can Lose My Heart Tonight" mahnısı İspaniyanın Spanish Singles Chart hit-paradında 7-ci yerə yüksəlmişdir.
I Can Lose My Heart Tonight '99
I Can Lose My Heart Tonight '99 – C. C. Catch tərəfindən 1998-ci ildə ifa edilmiş mahnıdır. == Tarixi == 1999-cu ilin 11 yanvar ayında C. C. Catch Diter Bolenin müraciəti ilə yenidən musiqi səhnəsinə qayıdaraq, ilk ifa etdiyi "I Can Lose My Heart Tonight" mahnısının Remiks formasını ifa edir. Mahnının bu versiyası ilk versiyadan nisbətən zəif idi. Demək olar ki, yeni versiya rep janrında idi. Klipdə rep sözlərini Kreyzi adlı repçi ifa edir. Lakin buna baxmayaraq mahnı bir sıra hit-paradlarda yer tutmuşdu. Mahnı 1999-ci ilin Yanvar ayında yazılmışdır.
I Have No Cannons that Roar
I Have No Cannons that Roar — Yusuf İslamın 1998-ci ildə çıxartdığı albom.
I Just Can't Stop Loving You
I Just Can't Stop Loving You – Maykl Cekson və Siedah Garrett tərəfindən ifa olunmuş məşhur balladadır. Mahnı Maykl Ceksonun yeddinci solo albomu olan Baddən çıxarılmıç ilk sinqldır. Mahnının ispan dilində olan versiyası "Todo Mi Amor Eres Tú" adlanır. Fransız dilində olan "Je Ne Veux Pas La Fin De Nous" adlı versiyası isə Maykl Ceksonun ölümündən sonra "Bad 25" albomunda satışa çıxarılmışdır. Mahnının söz və musiqi müəllifi Cekson özüdür. Əvvəlcə mahnının Ceksonun seçdiyi iki qadın müğənnidən biri – ya Barbra Streyzand ya da Vitni Hyustonla birgə ifa edilməsi nəzərdə tutulmuşdu. Hətta Areta Franklin və Agnetaa Feltskoqla (ABBA qrupunun üzvü) da birgə ifa edilməsi də düşünülürdü. Lakin hər dörd qadın ifaçı o zaman başqa işlə məşğul olduğu üçün təklifi qəbul edə bilməmişdi. Bu zaman mahnının müəllifi və Kuinsi Cons Ceksonun "Man In The Mirror" mahnısının bəstəkarı Garrettə mahnını Ceksonla birgə səsləndirməyi təklif etdilər. Beləcə Garret 1984-cü ildə Dennis Edvardsla olan "Don't Look Any Further" hitindən sonra növbəti hiti səsləndirmək təklifi aldı.
Inga canonegrensis
Inga canonegrensis (lat. Inga canonegrensis) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.

Digər lüğətlərdə