İSƏ

bağl.
1. Qarşılıq bildirən bağlayıcılardan olub, əksərən tabesiz mürəkkəb cümlə tərkibindəki cümlələri və bəzən həmcins üzvləri bağlayır. Onlardan biri həkim, o birisi isə mühəndisdir. Onun işi çox, vaxtı isə azdır.
– Xoruzlar banlaşır, [Turab] isə yata bilmirdi. M.Hüseyn.
…Sədr ilə Eyvaz stolun bir tərəfində, Gülşən isə o biri tərəfində oturmuşdu. Ə.Vəliyev.

2. “Əgər”, “hərgah” mənasında ədat yerində işlənir.
[Cəllad:] Pək suçlu isəm, görməli məzur; Aclıq məni etmiş buna məcbur. H.Cavid.

// Qeyri-müəyyənlik bildirir. Bu sözləri harada isə oxumuşam. Onu harada isə görmüşəm.
– Ara-sıra haradan isə vahiməli bayquş səsi gəlirdi. M.İbrahimov.
Yoldaşım göy otun üzərində uzanıb əlindəki tüfənglə haranı isə nişan almaq istəyirdi. S.Şamilov.

// Halbuki. Biz onu burada gözləyirik, o isə çıxıb gedib.
– Yusif isə ancaq bu görüşməyin barəsində fikir edirdi. N.Nərimanov.

İSBİRƏLİ
İSƏVİ
OBASTAN VİKİ
Məşədi İsə
Məşədi İsə Kərbəlayi Musa oğlu (1845, Qaraiman – 27 sentyabr 1924, Qaraiman, Yeni Bəyazid qəzası) — qlava, el qəhrəmanı. Məşədi İsə “Çanaqlı” soyundandır. O, 1845-ci ildə kəndli ailəsində anadan olmuşdur. Uşaqlıqdan cəsarətli və zirəkliyi ilə tay-tuşlarından fərqlənmiş, inadkarlığı ilə ulu babası Çanaq Vəlini xatırlatmışdır. XIX əsrin birinci qərinəsində Çarizm İran və Türkiyə ilə apardığı müharibələrdə Zaqafqaziyanı, o sıradan Qərbi Azərbaycanı və Naxçıvanı işğal etdikdən sonra keçirdiyi inzibati dəyişikliklər nəticəsində burada yaşayan xalqların tarixən mövcud olan ərazilərinin sərhədləri ermənilərin xeyrinə pozuldu. 1850-ci ildə İrəvan quberniyası yaradılarkən keçmiş Naxçıvan xanlığının ərazisi, qədimdən oğuzların yaşadığı Qərbi Azərbaycan ərazisi, ulu Göyçə bu quberniyaya tabe edildi. Göyçənin hələ ermənilərin olmadığı Basarkeçər bölgəsindəki 44 kənd Məzrə kənd cəmiyyətinin starşinası tərəfindən idarə edilirdi. Əvvəllər Göyçədə məscid olmayan kənd yox imiş. Qaraiman kəndindəki məscid Hacı Əli və Məşədi İsə qardaşları tərəfindən tikilmişdir. Ziyarətə hər il Göyçədən minlərlə adam Xorasana gedən ziyarətçilər arasında qaraimanlı İsa Kərbəlayi Musa oğlu da varmış, yolda quldurların dəstəsi qarətə məruz qalarkən o, cəldliklə iri bir daşın arxasına atılaraq “onaçılan” deyilən silahı ilə quldurbaşını yerə sərir, pərənləri pozulan quldurlar qarət etdikləri malları atıb qaçırlar.
İsə Almazov
İsə Orucov
İsə Razim oğlu Orucov (20 iyul 2001; Seyfəli, Şəmkir rayonu, Azərbaycan — 27 oktyabr 2020; Qarabağ, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. İsə Orucov 20 iyul 2001-ci ildə Şəmkir rayonunun Seyfəli kəndində anadan olmuşdur. 2007-2018-ci illərdə Şəmkir rayon Seyfəli kənd tam orta məktəbində təhsil almışdır. Subay idi. İsə Orucov 2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Bir müddət Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında, Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan İsə Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Suqovuşanın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. İsə Orucov 27 oktyabr 2020-ci ildə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 29 oktyabr tarixində doğulduğu Şəmkir rayonunun Seyfəli kəndində dəfn olunmuşdur.
İsə Bəy məscidi
İsa Bəy Məscidi, İzmirin Səlcuq mahalında, Artemida Məbədi ilə Müqəddəs Cean Kilsəsi arasında yerləşir. 1375-ci ildə Aydınoğlu İsa Bəy tərəfindən inşa edilmişdir. Memar Şamlı Əlinin əsəridir. İsa Bəy Məscidi, Türk memarlıq tarixinin Anadolu bəylikləri zamanına aid ən qədim və göstərişli əsərlərindəndir. XIX əsrdə karvansara olaraq da işlənilirdir. Simmetrik olmayan bir plana görə inşa edilən məscidinin yamacda iki giriş qapısı yerləşir, biri qərb digəri isə şərq tərəfdədir. Qərq qapısı yazılar ve geometrik şəkillərlə süslüdür. Divarlar mərmərlə örtülüdür, diğər cəbhələr isə qismən daşdandır. Ətrafı, pəncərə kənarları və hər iki günbəzinin də qasnağı Səlcuqlu çiniləriylə süslüdür. Bu məscidin qibləsində 50 dərəcə əyrilik var.
Nə isə baş verir (film, 1998)
Nəsə baş verir (hind. कुछ कुछ होता ह) — rejissor Karan Coharın filmi. Rahul və Anceli Sent-Havye kollecinin tələbələridirlər. Rahul məktəb müdirinin qızı Tinaya vurulur. Tina Ancelinin tam əksidir. Rahul get-gedə Tinanın qəlbini ələ alır. Elə həmin vaxt Anceli də Rahula aşiq olduğunu hiss edir. Bir gün Anceli bütün cəsarətini toplayaraq bu sevgisini Rahula etiraf edir. Lakin Anceli sözünü deməmişdən qabaq Rahul Tinaya aşiq olduğunu deyir. Bundan sonra Ancelinin bütün ümidləri qırılır.
Nəqi İsənbət
Nəqi Zakirov (tam adı: Nəqi Sirazetdin oğlu Zakirov, tatar. Нәкый Сираҗетдин улы Закиров, rus. Наки Сиразиевич Закиров; təxəllüsü: Nəqi İsənbət, tatar. Nəqi İsənbət/Нәкый Исәнбәт, rus. Наки́ Исанбе́т; 29 dekabr 1899, Maloyaz[d], Zlatoust qəzası[d], Ufa quberniyası, Rusiya imperiyası – 12 sentyabr 1992, Kazan, Tatarıstan, Rusiya) — Tatarıstan yazıçısı, şairi, dramaturqu, romançısı, alimi, filoloqu, dilşünası, folklorçusu, tatar dilindəki lüğətlərin kompilyatoru. Nəqi Sirazetdin oğlu Zakirov 29 dekabr 1899-cu ildə indiki Rusiyanın Başqırdıstan Respublikasının Salavat rayonunun Malayaz kəndində bir molla ailəsində anadan olmuşdur. O, ibtidai təhsili yerli mədrəsələrdən birində almış, daha sonra isə Ufa şəhərindəki «Həsəniyyə» mədrəsədində təhsil almağa başlamışdır. 15 yaşında ikən Kazan şəhərindəki «Məhəmmədiyyə» mədrəsədində təhsil almağa başlamışdır. Bu dövrdə o, jurnallarda əsərlərini nəşr etməyə başlamışdır. Eyni zamanda dilşünaslığa maraq göstərən Nəqi İsənbət Tatarıstan folkloru ilə də maraqlanmağa başlamışdı.
İsəmət (Şaran)
İsəmət (başq. Исәмәт, rus. Исаметово) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Dimitriyevo Polyanka kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 5 km, kənd sovetliyindən (Dimitriyevo Polyanka): 7 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 35 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir.
İsəngilde (Xaybulla)
İsəngilde kəndi (başq. Иҫәнгилде) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Selin kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası İsəngilde kəndinin milli tərkibi: başqırdlar 100 %. Məsafələr: rayon mərkəzindən (Akyar):62 km., kənd sovetliyindən (Selin): 16 km ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 70 km. Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.

Digər lüğətlərdə