Kölgədə 40 dərəcə isti (film, 1988)
== Məzmun ==
Komediya janrında yaradılmış bu film Abşeron qəsəbələrindən birinin adamları haqqındadır. Burada təsvir olunan hadisələr bir gün ərzində cərəyan edir. Və bu qısa müddət ərzində biz öz ənənələrinə, öz həyat tərzinə malik dənizkənarı qəsəbənin adamları ilə tanış oluruq. Bu, milis nəfəri Mirpaşa (Süleyman Əhmədov), klub müdiri Ziya (Davud İmanov), qoca Mirəli (Süleyman Ələsgərov), gənc Əlibaba (Telman Adıgözəlov) və başqa sakinlərdir. Filmdə doğma torpağa sədaqət, prinsipial həyat mövqeyi, düzlük, doğruçuluq kimi məsələlərə toxunulur.
== Film haqqında ==
Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.
Film 2-ci kateqoriyaya layiq görülüb.
Filmin rus dilində ilk adı belə olub: “Kuritsa pod qipnozom” (hipnoz altındakı toyuq).
== Filmin heyəti ==
=== Film üzərində işləyənlər ===
Ssenari müəllifi: Eldəniz Quliyev
Quruluşçu rejissor: Leyla Səfərova
Quruluşçu operator: Kənan Məmmədov
Quruluşçu rəssam: Firəngiz Qurbanova
Bəstəkar: Aqşin Əlizadə
Səs operatoru: Akif Nuriyev
Rejissor: Süleyman Əhmədov
Qrim rəssamı: Rəna Əliyeva
=== Rollarda ===
Telman Adıgözəlov — Əlibaba
Süleyman Əhmədov — Mirpaşa
Süleyman Ələsgərov — Mirəli
Nuriyyə Əhmədova — Suğra
Davud İmanov — Ziya
Bəxtiyar Kərimov — Rəhman
Fikrət Məmmədov — Rafiq
Mayak Kərimov — Hüseyn
Liya Seyidova — Gənc qız
Yelena Stroyeva — Akademikin arvadı
== Sponsor ==
Mərkəzi Televiziya (Moskva)
== Mənbə ==
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.