1. fiz. Cismin hissəciklərinin (atomlarının, molekullarının və s.-nin) qeyrimüntəzəm hərəkəti nəticəsində əmələ gəlib, onun qızması şəklində təzahür edən enerji növü. İstilik vahidi. Ərimə istiliyi. Kimyəvi enerjinin istiliyə çevrilməsi.
2. Bir şeyin qızğınlıq halı; isti, yaxud qızdırılmış şeydən çıxan hərarət. Havanın istiliyi. Sobanın istiliyi. Günəş şüasının istiliyi.
– [Əbülhəsən bəy:] Alnımda bir istilik hiss edər-etməz gözlərimi açdım…
…Toğluların yumşaq yunu və istiliyi sanki Qulunun əlini qıcıqlayırdı.
3. Qızdırma, hərarət, temperatur. Xəstənin istiliyi normaldır.
– [Qəhrəman] uşağın istiliyini ölçür, gözlərinə yuxu gəlmirdi…
Oğlunun istiliyini görən ana gözlərinə dəm verir.
□ İstilik gəlmək (basmaq) – hərarəti qalxmaq, bədəni qızmaq. Soyuqdan əsən bədənə ani bir istilik gəldi.
4. məc. Mehribanlıq, səmimiyyət hissi; hərarət.
Öz məsum təbəssümü ilə hamını sevindirən Aslan evdəki soyuqluğu tamamilə həyətə qovmuş, qocaların və anasının ürəyinə xoş bir istilik gətirmişdi.