QEYB

[ ər. ]
1. Hazır və göz önündə olmama; qaiblik.
□ Qeyb etmək – itirmək, əldən çıxarmaq.
Hərgah siz buna razılıq versəniz, burada qeyb edə biləcəyiniz bu qiymətli şeyləri də özünüzlə bərabər salamat apara biləcəksiniz! M.S.Ordubadi.

Qeyb olmaq – gözdən itmək, yox olmaq, aradan çıxmaq.
Kəklik onun əlindən ox kimi çıxdı və bir anda ormanın yarpaqları arasında qeyb oldu. A.Şaiq.
[Mirzə Valeh] abasını çiyninə atdı, ayaqqabılarını dəyişdirdi, pilləkən aşağı tırıqtırıqla düşüb, qaranlıq içində qeyb oldu. S.Rəhimov.

Qeybə çəkilmək – bax qeyb olmaq.
Çox xırdalar bərk ayaqda qeybə çəkilir; Böyük dərdlə vuruşana böyük deyildi. M.Araz.

2. Dinə görə gözlə görünməz olan ruhi aləm; aləmi-qeyb.
Böylə qaranlıq dama daş atmaq, ya qeybdən səadət ummaq, əcəba hansı divanənin xəyalından keçər! S.Hüseyn.

// Məchul və naməlum şeylər, görünməz və bilinməz hal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QEYB qaiblik

Antonimlər (əks mənalı sözlər)

  • QEYB QEYB – ZÜHUR Gülüşün gülər üzündəki sevinc qeybə çəkildi (Ə.Vəliyev); Bizlərdə millət qurğuları şəxsi qurğular şəklində zühura gəlir (C
QE
QEYBƏT
OBASTAN VİKİ
Qeyb Nyuell
Geyb Nyuell (ing. Gabe Logan Newell) və ya ləqəbi ilə Geyben (ing. Gaben; 3 noyabr 1962, Kolorado) — amerikalı iş adamı və Valve videooyun şirkətinin prezidenti. Nyuell Koloradoda anadan olub və Kaliforniyanın Deyvis şəhərində böyüyüb. 1980-ci illərin əvvəllərində Harvard Universitetində təhsil almağa başlayıb, lakin Microsofta qoşulmaq üçün təhsilini yarımçıq qoyub və Windows əməliyyat sisteminin ilk versiyalarının yaradılmasında iştirak edib. Nyuell və Mayk Harrinqton 1996-cı ildə Microsoft-dan ayrılaraq Valve-i yaratdılar və ilk oyunları olan Half-Life-ın (1998) tərtibatını maliyyələşdirdilər. Harrinqton 2000-ci ildə şirkətdən ayrıldı. Nyuell Valve-in 2003-cü ildə istifadəyə verilmiş və 2011-ci ilə qədər yüklənmiş kompüter oyunları bazarının çox hissəsini idarə edən Steam rəqəmsal paylama xidmətinin tərtibatına rəhbərlik etmişdir. 2021-ci ilə qədər Nyuell Valve-in ən azı dörddə birinə sahib idi. O, 2021-ci ilə kimi 3,9 milyard dollar sərvəti ilə ABŞ-nin ən varlı insanlarından biri və videooyun sənayesinin ən varlı adamı kimi qiymətləndirilirdi.
Qeyb xan Ustaclı
Qeyb xan Ustaclı — Səfəvi imperiyasında fəaliyyət göstərmiş Qızılbaş hərbi dövlət xadimlərindən və sərkərdələrindən biri. Ustaclı tayfasına mənsub olmuşdur. Qeyb xan Ustaclının fəaliyyəti barədə o qədər də məlumat yoxdur. Onun haqqında bəlli olan məlumatlar onun Səfəvi imperiyasının iki vilayətində hakimlik etməsi ilə bağlıdır. Beləki o, Səfəvi imperiyasının indiki İran ərazisinin qərbində yerləşən iki vilayətdə - Kürdüstan və Luristan vilayətlərində hakimlik etmişdir. Bu iki bölgədə əsasən Səfəvi şahlarına tabe olan yerli sülaləyə mənsub olan şəxslər hakimlik etdiyinə görə, Qeyb xan Ustaclının hakimliyi diqqət çəkən məqamdır. O, 1568-ci ildə Luristan vilayəti ilə birlikdə, Kürdüstan vilayətinin də hakimi təyin edilmişdir. Bir digər diqqət çəkən məqam isə Qeyb xan Ustaclının eyni zaman hər iki vilayətin hakimi təyin edilməsidir. Hər iki vilayətdə də onun hakimliyindən sonra yerli sülalədən olan şəxslər hakim təyin edilmişdirlər. Qeyb xan Ustaclı Səfəvi imperiyasını formalaşdıran və Qızılbaş tayfalarından olan Ustaclı tayfasına mənsub olmuşdur.
Əmir Qeyb bəy Ustaclı
Əmir Qeyb bəy Ustaclı — Şah Təhmasibin hakimiyyəti zamanı xidmətdə olmuş Ustaclı boyuna mənsub Səfəvi əmrlərindən biri. Təbriz, Damğan və Bistam hakimi. Ustaclı boyuna mənsub əmirlərdən biri olan Əmir Qeyb bəy Ustaclının adına mənbələrdə Sultan Süleymanın 1548-ci ildə Azərbaycana hücumu zamanı rast gəlinir. 1548-ci ildə Sultan Süleyman bir qədər ordu ilə Üləmanı Van qalasını mühasirə etmək üçün göndərdi. Özü isə Təbrizə doğru hərəkətə başladı. Bundan xəbər tutan Şah Təhmasib isə Təbriz yaxınlığında Şənbi Qazan adlanan yerdə ordusunun avanqard hissəsini osmanlılar üzərinə göndərdi. Əmir Qeyb bəy Ustaclı bu zaman digər Ustaclı əmiri Bədr xan Ustaclınınh köməkçisi idi. O az sayda əsgər ilə Mərəndə hücum çəkərək osmanlıları püskürdüb qaçırdı. Buna baxmayaraq Osmanlı qoşunu yeni gələn qüvvələrlə daha da güclənib Səfəvi avanqard birliyini məğlub etməyə nail oldu. Həsən bəy Rumlu “Əhsən ət-Təvarix” əsərində hadisələrin gedişatını belə təsvir edir: “Xondgar Divrigi yolundan Bargiriyə gəlib, Üləməni bir dəstə rumi ilə Van qalasını əhatə etməyə göndərdi.
Arif Qeybiyev
Arzu Qeybullayeva
Arzu Qeybulla (tam adıyla: Arzu Qeybulla qızı Qeybullayeva; d. 1 avqust 1983, Bakı) — Azərbaycan jurnalisti. Regional məsələlər üzrə təhlilçi, bloqçu və sosial media üzrə təlimçidir; Münaqişələrin Transformasiyası üzrə "Imagine" mərkəzinin həmsədrlərindən biri, münaqişələrin həllində xalq diplomatiyası məsələləri ilə məşğuldur. == Həyatı == Arzu Qeybullayeva 1 avqust 1983-cü ildə Bakıda doğulub. 1999–2000-ci illər arasında Amerikada FLEX proqramı ilə oxumuşdur. Ankara Bilkənt Universitetinin Beynəlxalq Əlaqələr fakültəsində təhsil alıb. 2005-ci ildə İngiltərənin London School of Economics (LSE) and Political Science Universitetindən Qlobal Siyasət üzrə magistr təhsili alıb. Milli Demokratiya İnstitutunun proqramında çalışıb. İstanbulda nəşr edilən "Aqos" qəzetində yazar olaraq çalışmışdır. Müxtəlif vaxtlarda Milli Demokratiya İnstitutunda, Berlində yerləşən Avrasiya Stabillik Təşəbbüsü Mərkəzində çalışıb.
Elçin Qeybullayev
Klark Qeybl
Vilyam Klark Qeybl (ing. William Clark Gable; 1 fevral 1901 — 16 noyabr 1960) — ABŞ aktyoru, kino ulduzu və 1930-1940-cı illərin "Hollivud Kralı" adını daşıyan seks simvolu . "Oskar" mükafatı laureatı (1935).
Natəvan Qeybani
Natəvan Qeybani Azərbaycanlı aktrisa. “Yuğ” Teatrının ikinci yaş nəslinə mənsub aktrisalarından biridir. Aktrisanın bir oğlu və bir qızı var. Natəvan Qeybani “Yuğ” Teatrının ikinci yaş nəslinə mənsub aktrisalardan biridir. Teatrın səhnəsində qoyulan tamaşalarda bir çox rollarda çxış edib. Aktrisa həmçinin dublyaj sahəsində uğurlu fərdlərdən biridir. 10 ildən çoxdur ki, dublyajda fəaliyyət göstərir. 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. Sara (“Solğun çiçəklər”, C.Cabbarlı) Qızılgül (“Kiçik şahzadə”, A.Ekzüperi) Qaratoxmaq qadın (“At. Daş.
Natəvan Qeybullayeva

Qeybdən gələn səs (film, 2002)
Film-tamaşa repressiya qurbanı olmuş dahi şairimiz Mikayıl Müşfiqin həyatının son aylarını əks etdirir.
Qeybulla Qeybullayev
Qeybulla Ramazan oğlu Qeybullayev (9 may 1945, Katex, Balakən rayonu – 2 mart 2012, Türkiyə) — professor, elm və ictimai xadim; Türkiyə Cümhuriyyəti Baş Nazirinin Avrasiya məsələləri üzrə müşaviri. Qeybulla Qeybullayev 9 may 1945-ci ildə Balakən rayonunun Katex kəndində dünyaya gəlmişdir. 1963-cü idə Katex kənd orta məktəbini qızıl medalla bitirmişdir. 1968-ci ildə Politexnik İnstitutunun İnşaat fakultəsini fərqlənmə ilə bitirmiş, sonra Dövlət Layihə İnstitutunda mühəndis-konstruktor vəzifəsində çalışmışdır. 1971-ci ildə Moskva İnşaat Fizikası İnstitutunun aspiranturasında dissertasiyasa müdafiə edərək texnika elmləri namizədi adı almışdır. 1974-cü ildə Azərbaycana qayıtmış, Azərbaycan Dövlət İnşaat və Memarlıq Komitəsində şöbə müdiri işləmişdir. 1980–1984-cü illərdə nazir müşaviri vəsifəsində çalışmışdır. 1984–1992-ci illərdə Azərbaycan Tikinti və Memarlıq Elmi Tədqiqat İnstitutunun direktoru vəzifəsində çalışmışdır. 1989-cu ildə Azərbaycan EA-nın İqtisad İnstitutunda elmlər doktoru dissertasiyasını müdafiə etmişdir. Eyni zamanda Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru və kafedra müdiri vəzifələrində işləmişdir.
Qeybulla Rəsulov
Rəsulov Qeybulla İbadulla oğlu (18 mart 1922 – 11 sentyabr 1988) — dramaturq, Yazıçılar Birliyinin üzvü (1961). 1922-ci il martın 18-də Azərbaycanın Qax rayonunun İlisu kəndində anadan olmuşdur. İbtidai təhsili kənddə almış, yeddiillik məktəbi Qaxda bitirmiş, sonra Şəki feldşerlik məktəbində oxumuşdur (1935-1939). Ordu sıralarına çağırılmış, İkinci dünya müharibəsi dövrü bir müddət Sovet Ordusu tərkibində İranda olmuş (1942), sonra 402 və 416-cı atıcı diviziyalarında Hərbi feldşer işləmişdir Mozdok şəhərinin azad edilməsi uğrunda döyüşlərdə yaralanmışdır Ordudan tərxis olunandan sonra Azərbaycan Dövlət Teatr İnstitutunun teatrşünaslıq fakültəsində təhsil almışdır Sonra M. Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında ədəbi Hissə müdiri işləmişdir (1953-1955). Ədəbi fəaliyyətə "Qatar Bakıdan gəlir" birpərdəli pyeslə başlamış, xalq yaradıcılığı evi həmin pyesi ayrıca kitabça halında çap etmişdir (1955). Azərbaycan Dövlət Radio Verilişləri Komitəsində müxbir, redaktor (1955-1957), "Bakı" axşam qəzeti redaksiyasında ədəbiyyat və incəsənət şöbəsinin müdiri (1958-1965), M Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrında ədəbi Hissə müdiri işləmişdir (1965-ci ildən) Respublikada keçirilən ən yaxşı pyeslər müsabiqəsində dəfələrlə mükafata layiq görülmüşdür. "Əlvida, Hindistan", "Söz yarası", "Nəsillər", "Od parçası", "Gün aydın, əlahəzrət",, "Günəşlə oyananlar", "Şəhərli oğlan", "Molla Nəsrəddin zarafatı", "Dzerjinski koloniyası" pyesləri respublika dövlət dram teatrlarında səhnəyə qoyulmuşdur. Onun birpərdəli pyesləri, Habelə irihəcmli dramları özfəaliyyət dərnəklərində və xalq teatrlarında oynanmışdır. Eyni zamanda "Moskva", "Serebryannı bor", "Üç Gül", "Kranlar səslənir", "Büllur vaz", "Pırpız xanım", "Bir "Volqa" məhəbbət" adlı pyeslərinin televiziya tamaşaları göstərilmiş, "Sınaq", "Çağırış", "Ana və oğul", "Mayakovskinin Gözü ilə" və s. pyesləri isə radiola səslənmişdir.
Qeybəli (Sayınqala)
Qeybəli (fars. غيب علي‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 93 nəfər yaşayır (19 ailə).
Qeybət
İslamda qeybət müsəlman qardaşının haqqında Allahın gizli saxladığı eybini faş etmək hesab olunur, qeybət etmək və müsəlmanların eybini onların ardınca danışmaq böyük günahlardan sayılır. Qurani-Kərim qeybət etməyi müsəlman qardaşının ətini yeməyə bərabər hesab edir: "Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eyibini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun." Qeybət etməyin pislənməsinə aid hədis və rəvayətlər çoxdur. Məhəmməd peyğəmbər(s.a.v.)buyurur: "Müsəlmanın dininin məhvində qeybətin təsiri xora xəstəliyinin insan bədənindəki təsirindən çoxdur". Rəvayət olunur ki, Allah Musa peyğəmbərə belə vəhy etdi: "Qeybət etməkdən tövbə edib dünyasını dəyişən şəxs hamıdan axırda behiştə daxil olacaq.
Qiyasəddin Qeybullayev
Qiyasəddin Qeybullayev (tam adı: Qeybullayev Qiyasəddin Əsgər oğlu; 13 mart 1934, Rustov, Quba rayonu – 13 dekabr 2002) — Azərbaycan tarixçisi, etnoqrafi, tarix elmləri doktoru, professor. Qiyasəddin Qeybullayev 13 mart 1934-cü ildə Quba rayonunun Rustov kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Baki şəhərində 9 nömrəli Peşə Texniki məktəbində oxuyub. 1952-ci ilin noyabrında "Buzovnaneft" və "Kirovneft" mədənlərində təmir ustasının köməkçisi işləyib. 1953-1958-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakultəsində təhsil alıb, Cəlilabad rayonunun Sabirabad kənd orta məktəbində 2 il tarix muəllimi işləyib. 1960-cı ildə Azərbaycan Elmlər Akademiyası Tarix İnstititutunun nəzdində Azərbaycan etnografiyası ixtisası üzrə aspiranturada oxuyub. Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda kiçik elmi işçi (1964-1973), böyük elmi işçi (1973-1992),1992-ci ildən Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutu Arxeologiya və Etnografiya sektorunun aparıcı elmi işçisi olmuşdur. 1966-cı ildə tarix elmləri namizədi, 1995-ci ildə tarix elmləri doktoru elmi dərəcəsini almışdır. 1996-cı ildə ABŞ-də çap olunan "Türk dünyası" jurnalının redaksiya heyətini seçilmişdir. Q.Ə.Qeybullayev Azərbaycan Milli Məclisinin yanında Toponimiya Komissiyasının üzvü olmuşdur.
Qrin Qeyblz malikanəsinin qızı Anni (kitab)
Qrin Qeyblz malikanəsinin qızı Anni (ing. Anne of Green Gables) Lyusi Montqomeri tərəfindən yazılmış kitabdakı hadisələr 29-ci əsrin əvvəllərində Kanadada-Şahzadə Eduard adasında cərəyan edir.Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş, lakin ilk nəşr olunduğu vaxtdan klassik uşaq ədəbiyyatı nümunəsi kimi məhşurlaşmışdır. Anna Şirli 11 yaşlı yetim qızdır.Onu kiçik ucqar bir kənddə yaşayan ortayaşlı bacı-qardaş-Metyu və Marilla Karbertlər övladlığa götürür.Əslində, Karbertlərə ferma işlərində Metyuya kömək etmək üçün oğlan övladı gərək idi.Lakin Annanın cazibəsi və şirinliyi onları yoldan çıxarır və nəticədə onlar qızı öz övladları qədər sevirlər.Anna Şirlinin Avonlidəki həyat macəralarından bəhs edən kitab 50 milyon nüxsədən artıq satılıb və ən azı 36 dilə tərcümə olunub.Əsər dünyanın bir çox məktəblərinin ədəbiyyat dərslərində tədris edilməkdədir. Romanı yazarkən Montqomeri, istədikləri oğlan yerinə yanlışlıqla yetim bir qızı övladlığa götürüb daha sonra səhvə görə onu geri göndərən, ancaq daha sonra onu böyütmək qərarına gələn bacı-qardaş haqqında qeydlərindən ilham aldı.O, Kanadanın Şahzadə Eduard Adası kəndində yaşadığı uşaqlıq təcrübəsindən istifadə etdi. Montqomeri, New York Metropolitan Magazine -dən kəsərək yataq otağının divarına qoyduğu Evelyn Nesbitin fotoşəklindən Anna Şirli-nin siması üçün model və "gənclik idealizmi və mənəviyyatını" xatırlatmaq üçün istifadə etdi. Montqomeri, o dövrdə məşhur olan və adını əlavə bir "e" hərfi ilə yazaraq xarakterini fərqləndirən "formul Ann" yetim hekayələrindən ilham aldı.Gilbert Blit kimi digər personajları da qismən tanıdığı insanlara əsaslandırdı. Romanı günün alatoranlığında, pəncərəsində oturub Cavendish tarlalarına baxarkən yazdığını söylədi. Anna Şirli: 11 yaşında Metyu və Marilla Karbert ilə birlikdə yaşamağa gələn xəyali, danışan, qırmızı saçlı bir yetim. Anni çox həssasdır və saçlarının rəngini sevmir. Annanın kədərli erkən uşaqlığı, yetimxanadan himayə evlərdə kiçik uşaqlara qulluq etməklə keçirdi.
Qrin Qeyblz malikanəsinin qızı Anni (roman)

Rəhilə Qeybullayeva
Qeybullayeva Rəhilə Məmməd qızı (30 yanvar 1961)— filologiya elmləri doktoru, professor, Bakı Slavyan Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri. Rəhilə Qeybullayeva 1966-cı ildə Zaqatala şəhər 1 № li orta məktəbin birinci sinfinə daxil olmuş, 1976-cı ildə həmin məktəbi bitirmişdir. 1976–1981-ci illərdə M. F. Axundov adına Azərbaycan Rus Dili və Ədəbiyyatı İnstitutunda rus dili və ədəbiyyatı ixtisası üzrə oxumuşdur. 1989-cu ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetində "Süjetdə dinamiklik və sabitlik" mövzusunda namizədlik dissertasiyası, 2004-cü ildə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitututunda "Müqayisəli tipologiya və ədəbiyyat tipləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. milli ədəbiyyat konsepsiyası; ədəbiyyatda təhlil metodlari: ədəbiyyatda dominantlar nəzəriyyəsi, dixotomiyalar nəzəriyyəsi və sistem nəzəriyyəsi; ədəbiyyat kontekstkəri; ədəbiyyatda mədəni dəyərlər; UNESCO-nun "Müxtəlifliklərdə birlik: mədəniyyətlər arasında dialoq…" layihəsi üçün 15 yanvar-15 may 2003-cü illərdə qrant layihəsini udmuşdur. (London Universiteti: AHRB, Centre for SOAS and UCL) Azərbaycan Komparativ Ədəbiyyatşünaslıq Assosoasiyasının sədri, Kyoto Prize rəsmi nominatoru, Mədəniyyətlər Tarixi beynəlxalq cəmiyyətinin yaradıcılarından biri və üzvüdür. Belçika (International Society for Cultural History Founding member), SJI (Beynəlxalq Elmi Jurnal), Communication & Media seriyası üzrə redaksiya şurasının eksperti (ABŞ), (Scientific Journal International, Editorial Review Board, Communication & Media, Harvard CESS (Harvard Mərkəzi Avrasiya və Qafqaz Araşdırmaları, ABŞ), IAPL (Beynəlxalq filosoflar və ədəbiyyatşünaslar assosiasiyası, ABŞ) UNESCO-nun "Qeyri-maddi dəyərlərin şah əsərləri və onlarin qorunmasi" layihəsi çərçivəsində "Azərbaycan muğamı" layihəsinin koordinatoru (2002) Harvard CESS illik confransi çərçəvəsində "Harvard universitetində "National and Cultural İdentity" adlı panel (2003, oktyabr) Bir sıra ingilis dilli elmi məgalələri azərbaycancaya tərcümə edilməsi və Bakıda nəşr etdirilməsi Ənənə və qloballaşma konfransı, April 2002, Baku, AMEA AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin "Ədəbi-nəzəri məcmuəsi"-nin illik məcmuəsinin həmredaktoru (prof. Tahirə Məmmədlə bərabər) 2002, 2005. Müqayisəli ədəbiyyat: Ədəbiyyat kontekstləri, 2006, Noyabr, AZCLA və Baki Slavyan universiteti 1-ci, 2-ci və 3-cü Beynəlxalq Tələbə konfransı, aprel 2006, aprel 2007, aprel 2008, Baki Slavyan universiteti J. F. Kennedi adina Harvard Dovlətçilik fakültəsində (aprel, 2002); Böyük Britaniyanın Lordlar Palatasında (Mart, 2003); London universitetinin SOAS və LSE fakültələrində (Yanvar-May, 2003) Динамическое и устойчивое в сюжете. – Баку: Эльм (Наука), 1993, 157 s.
Böyük Qeybəsı
Böyük Qeybəsı (ərəb. ٱلْغَيْبَة ٱلْكُبْرَىٰ; əl-ğeybə əl-kubrə‎, 329-cu hicri-indiki, 941-ci ili-indiki) Gizli İmam Məhəmməd əl-Mehdinin yer üzündə sülh və ədaləti bərqərar etmək üçün qiyamətə qayıdana qədər davam edəcəyi gözlənilən ikinci qeybətdir. Böyük qeyb hicri 329-cu ildə (miladi 941-ci il) Gizli imamın dördüncü agenti Əbu əl-Həsən əs-Səmərrinin vəfatı ilə başladı və Kiçik Qeybəsı (260-329, miladi 874-941) başa çatdı. On iki mənbəyə görə, əs-Samarri ölümündən bir müddət əvvəl Gizli İmamdan onun qaçılmaz ölümünü proqnozlaşdıran, ona canişin təyin etməməyi əmr edən və “tam qeyb”in başladığını bildirən məktub aldı. On ikilər inanırlar ki, o, qeyb zamanı insanların işlərinə və onların daxili mənəvi rəhbərliyinə cavabdeh olaraq qalır.
Kiçik Qeybəsı
Kiçik Qeybəsı (ərəb. ٱلْغَيْبَة ٱلصُّغْرَىٰ‎, əl-ğeybə əl-suğrə), İlk Qeybəsı (ərəb. ٱلْغَيْبَة ٱلْأُولَىٰ‎, əl-ğeybə əl-ula) də tanınır, On ikinci Şiə İslamında Gizli İmam Məhəmməd əl-Mehdinin gizləndiyi və ardıcıl dörd agent vasitəsilə ardıcılları ilə müntəzəm əlaqə saxladığı təxminən yetmiş il (miladi 874-941, hicri 260-329) bir dövrə işarə edir. onlara göndərdiyi mesajlar. Bu dövrün ardınca Böyük Qeybəsı (941-indiki) gəldi, burada Gizli İmamın heç bir agenti yoxdur, onun zühuru On İkilər tərəfindən axır zamanda yer üzünü ədalət və sülhlə dolduracaq.
Arzu Qeybulla
Arzu Qeybulla (tam adıyla: Arzu Qeybulla qızı Qeybullayeva; d. 1 avqust 1983, Bakı) — Azərbaycan jurnalisti. Regional məsələlər üzrə təhlilçi, bloqçu və sosial media üzrə təlimçidir; Münaqişələrin Transformasiyası üzrə "Imagine" mərkəzinin həmsədrlərindən biri, münaqişələrin həllində xalq diplomatiyası məsələləri ilə məşğuldur. == Həyatı == Arzu Qeybullayeva 1 avqust 1983-cü ildə Bakıda doğulub. 1999–2000-ci illər arasında Amerikada FLEX proqramı ilə oxumuşdur. Ankara Bilkənt Universitetinin Beynəlxalq Əlaqələr fakültəsində təhsil alıb. 2005-ci ildə İngiltərənin London School of Economics (LSE) and Political Science Universitetindən Qlobal Siyasət üzrə magistr təhsili alıb. Milli Demokratiya İnstitutunun proqramında çalışıb. İstanbulda nəşr edilən "Aqos" qəzetində yazar olaraq çalışmışdır. Müxtəlif vaxtlarda Milli Demokratiya İnstitutunda, Berlində yerləşən Avrasiya Stabillik Təşəbbüsü Mərkəzində çalışıb.

Digər lüğətlərdə