RÖVŞƏN

sif. [ fars. ] klas. İşıqlı, parlaq, aydın.
Səninlə rövşən idi qəlbim, ey gözüm nuri! X.Natəvan.
Ey çocuq ruhu qədər şən Göy göl; Köksü almas kimi rövşən Göy göl! M.Müşfiq.

□ Rövşən etmək (qılmaq) klas. – işıqlandırmaq.
Bir gecə ol şəmlə çeşmin sarayın rövşən et. Qövsi.
Sinəsi büllur kimi; Ətrafı rövşən elədi. Aşıq Ələsgər.
İştə bulud parçaları ayrıldı; Ay parladı, dünyanı rövşən qıldı. A.Səhhət.

Rövşən olmaq – işıqlanmaq, aydın olmaq.
Soyuq küləklər əsən bir yerdə, bir məkanda; İki yüz şam alışdır, yenə də rövşən olmaz. Şəhriyar.

Sinonimlər (yaxın mənalı sözlər)

  • RÖVŞƏN RÖVŞƏN (müxtəlif mənalarda) [Əzim Əsgəri:] On il əvvəl necə görmüşdüm, elədir. Ürəyi təmiz, fikri rövşən (M
RÖVNƏQLİ
RÖVŞƏNLİK

Digər lüğətlərdə