RABİTƏ

is. [ ər. ]
1. Bağlılıq, münasibət. Nəzəriyyə ilə təcrübə arasında rabitə. İşi ilə sözü arasında rabitə yoxdur.
– Aldığım məktubla “sizi tanıyıram” sözü arasında sıxı bir rabitə vardı. S.Hüseyn.

// Əlaqə, münasibət, irtibat. Rabitə xidməti. Canlı rabitə. Telefon rabitəsi.
[Müəllim:] Əlbəttə, həmişə kəndlə şəhərin arasında rabitə vacibdir. Ə.Haqverdiyev.

2. Texniki vasitələrin köməyi ilə müəyyən məsafədə əlaqə saxlayan idarələr sistemi (poçt, teleqraf, telefon, radio). Rabitə işləri. Rabitə şöbəsi. Rabitə işçiləri.
// Hərbi hissələr arasında müxtəlif vasitələrlə həyata keçirilən əlaqə xidməti; irtibat. Rabitə rotası.
– Rabitə batalyonu və 3-cü briqadanın qərargahının komendant hissəsi isə şəhərin müsəlmanlar yaşayan şimal-qərb səmtində yerləşdirilmişdi. İ.Şıxlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • RABİTƏ 1. RABİTƏ, ƏLAQƏ, KOMMUNİKASİYA, TELEKOMMUNİKASİYA (uzaq rabitə), TELERABİTƏ (uzaq rabitə) 2. rabitə bax əlaqə I
  • RABİTƏ əlaqə — münasibət — bağ
R
RABİTƏÇİ

Digər lüğətlərdə