1. Bədənin sol tərəfinin əksi olan hissəsində yerləşən. Sağ ayaq. Sağ göz.
// Sol qola müqabil olan qol tərəfdə yerləşmiş.
// Üzü cərəyana tərəf durduqda həmin səmtə uyğun gələn. Çayın sağ sahili. Arazın sağ kənarında.
2. Siyasi və ictimai həyatda qabaqcıl cərəyanlara düşmən olan; mürtəce, mühafizəkar.
// Hər hansı burjua partiyası üzvlərinin, yaxud siyasi, fəlsəfi cərəyan nümayəndələrinin əsas kütləsinə nisbətən daha mürtəce, daha mühafizəkar görüşləri müdafiə edən. Sağ leyboristlər. Sağ sosialistlər (bu məna parlament salonunda mürtəce partiyaların üzvlərinin sədrdən sağ tərəfdə oturması ənənəsindən gəlmişdir). Sağ partiyalar.
// İs. mənasında – sağlar. Sağlara meyil edən qruplar.
◊ Sağ əl məc. – ən yaxın adam, köməkçi sirdaş, sədaqətli dost, yoldaş.
Sağ əli(n) başıma (başımıza, başınıza, başına) – birinə qismət olan, nəsib olan yaxşı bir şeyi, xoşbəxtliyi özü və başqaları üçün də arzu etmək mənasında ifadə.
Sağ gözü kimi istəmək – çox istəmək, həddindən artıq əzizləmək.
Sağına-soluna keçmək – 1) bax sağınasoluna göz gəzdirmək. Qara şal çuxalı əlindəki siyahıya baxıb məhbusların sağınasoluna keçdi. Mir Cəlal;
2) yaltaqlanmaq, yalaqlıq eləmək.
Sağına-soluna göz gəzdirmək – hər tərəfi yoxlamaq, nəzərdən keçirmək.