SİLSİLƏ

is. [ ər. ]
1. Keçmişdə qadınların başlarına taxdıqları bir-birinə keçirilmiş halqalar, piləklər şəklində bəzək, zəncirə. Bir də görərdin ki, dövlətli qadın … başına qızıl cütquqabağını bağladı.
Onun üstündən cərgə gül, qızıl silsiləsini, həmailini bağladı… H.Sarabski.

// Zəncir.
2. Bir-birinə bitişərək sıra təşkil edən şey. Dağ silsiləsi.
– Silsilə dağlarından axan sellərin; Doğma bir oğluyam, doğma şairi. A.Şaiq.
Silsilə dağlartək durub yan-yana; Bakının bəzəyi neft buruqları. S.Rüstəm.
Bir azdan … silsilə ilə görünən qum təpələri … işığa qərq oldu. S.Rəhman.

// Sıra dağlar. Dağ silsiləsi.
– Uzanan dik qayalar, silsilələr; Qara yellər ora dörd yandan əsər. S.Vurğun.

□ Silsilə kimi – sıra ilə, bir-birinin yanında, zəncir kimi.
Klavişlərin silsilə kimi düzülmüş bütün cərgəsinə klaviatura deyilir. Ə.Bədəlbəyli.

3. Şəcərə, nəsil.
Üçüncü otağın divarlarında İranın sair silsilədən olan padşahlarının timsalı nəqş olunmuşdu. M.F.Axundzadə.
[Mehrəli bəy:] Ədil bəy, mənim silsiləmdə … mehtər olmuş şəxs yoxdur. S.S.Axundov.
Nəslimizin qırılmaz silsiləsi onun qoynunda qüvvət alıb gələcəyə yol açmışdır – o, ədəbi və yaradıcı bir anadır. Ə.Məmmədxanlı.

// Zümrə, təbəqə.
4. məc. Bir şeyin ardıcıl sırası.
Xəlqilik böyük sənətkarın [C.Məmmədquluzadənin] xüsusən əsərlərinin surətlər silsiləsinə öz damğasını basmış, qabarıq və parlaq çıxmasına kömək etmişdir. M.İbrahimov.
İndi o, fikir silsiləsinin qırıldığını görürdü. Ə.Əbülhəsən.

// Seriya. Tənqidçinin jurnalda dərc etdirdiyi silsilə məqalələri.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SİLSİLƏ sıra — cərgə
  • SİLSİLƏ silsilə bax 1. zəncir 1; 2. şəcərə; 3. sıra 2; 4. seriya
SİLOSLAMAQ
SİLSİLƏCÜNBAN
OBASTAN VİKİ
Həndəsi silsilə
Həndəsi silsilə (bəzən həndəsi ardıcıllıq) — ilk həddi sıfırdan fərqli olmaqla ikincidən başlayaraq hər bir həddi özündən əvvəlki ilə silsilə vuruğu adlanan sıfırdan fərqli sabit ədədin hasilinə bərabər olan ədədi ardıcıllıq. Məsələn, 2, 6, 18, 54, … ardıcıllığı silsilə vuruğu 3 olan həndəsi silsilədir. Eynilə 10, 5, 2.5, 1.25, … silsilə vuruğu 1/2 olan həndəsi silsilədir. Həndəsi silsiləyə misal olaraq 2k və 3k kimi sıfırdan fərqli r sabitinin rk qüvvətlərini göstərmək olar. Həndəsi silsilənin ümumi forması belədir a , a r , a r 2 , a r 3 , a r 4 , … {\displaystyle a,\ ar,\ ar^{2},\ ar^{3},\ ar^{4},\ \ldots } burada r ≠ 0 silsilə vuruğu, a ≠ 0 isə ardıcıllığın başlanğıc qiymətinə bərabər olan əmsaldır. Silsilə və sıra arasındakı arasındakı fərq ondan ibarətdir ki, silsilə ardıcıllıq, sıra isə cəmdir. == Elementar xassələr == İlk həddi a = a1, silsilə vuruğu r olan həndəsi silsilənin n-ci həddi aşağıdakı kimi verilir: a n = a r n − 1 {\displaystyle a_{n}=a\,r^{n-1}} Belə həndəsi silsilə rekurrent münasibətə uyğundur: hər bir n ≥ 2 {\displaystyle n\geq 2} tam ədədi üçün a n = r a n − 1 {\displaystyle a_{n}=r\,a_{n-1}} Ümumiyyətlə, verilmiş ardıcıllığın həndəsi olub-olmadığını yoxlamaq üçün sadəcə ardıcıllığın bütün hədlərinin eyni silsilə vuruğuna malik olub-olmadığını yoxlamaq kifayətdir. Silsilə vuruğu mənfi olarsa, işarəsi müsbət və mənfinin arasında dəyişən ədədi ardıcıllıq alınar. Misal üçün 1, −3, 9, −27, 81, −243, … silsilə vuruğu −3 olan həndəsi silsilədir. Həndəsi silsilənin davranışı silsilə vuruğunun qiymətindən asılıdır.
Kür silsilə su anbarlarının zooplanktonu
Silsilə
Həndəsi silsilə — ilk həddi sıfırdan fərqli olmaqla ikincidən başlayaraq hər bir həddi özündən əvvəlki ilə silsilə vuruğu Ədədi silsilə — İkincidən başlayaraq hər bir həddi özündən əvvəlki hədlə eyni bir ədədin cəminə bərabər olan ədədi ardıcıllığa ədədi silsilə Yan silsilə — Böyük Qafqaz dağlarında Baş Qafqaz silsiləsinə paralel silsilə Qayalı silsilə (Qafqaz) — Qafqazda dağ silsiləsi. Silsilə şəhristanı — İranın Luristan ostanının şəhristanlarından biri Silsilə (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.
Silsilə (Qürvə)
Silsilə (fars. سلسله‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 539 nəfər yaşayır (128 ailə). Əhalisini kürdlər təşkil edir.
Silsilə qatil
Seriyalı qatil — bir aydan artıq müddət ərzində bir neçə cinayət törədən şəxs. Seriyalı qatillər öz qurbanlarını çox vaxt eyni üsula qətlə yetirir və cəsədlərin üzərinə özlərinə məxsus işarə və ya yazılar yazırlar. Bu tip qatillər ilk qətlini törətdikdən bir həftə sonra ikinci qətli törədirlər. Qətillər arasında çox zaman böyük oxşarlıq olur. Əsas oxşarlıqlar qurbanın cinsi, yaşı, xarici görünüş təşkil edir. XX əsrin əvvələrində Albert Fiş, ortalarında isə Andrey Çikatilo tərəfindən törədilən silsilə qətillər bütün dünyada geniş əks səda doğurmuşdur. Psixoz xəstəsi olan şəxslərin seriyalı qatil kimi fəaliyyət göstərməsinə nadir hallarda rast gəlinir. Seriyalı qatillərdə ən çox Şizofreniya xəstəliyi aşkarlanmışdır. Psixi durumu ağır olan insanlar qətil törətmək riski yüksəkdir. Seriyalı qatillər çox vaxt normal insan təsiri bağışlayır.
Silsilə şəhristanı
Silsilə şəhristanı— İranın Luristan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Alaştər şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 73,819 nəfər və 15,531 ailədən ibarət idi.
Yan silsilə
Yan silsilə — Böyük Qafqaz dağlarında Baş Qafqaz silsiləsinə paralel silsilə, Azərbaycanda ən hündür nöqtəsi Şahdağ zirvəsidir (4243 m). Ayrı-ayrı massivlərdən ibarətdir. Hündürlüyü Bəzi yerlərdə 5000 m.-dən artıqdır. Qafqazın ən yüksək zirvəsi olan Elbrus (5642 m.) buradadır. Azərbaycandakı hissəsi Şahdağdan (4243 m.) başlayaraq şərqə doğru tədricən alçalır və Beşbarmaq dağında (546 m.) qurtarır. Cənubda Qaytarqoca, Vorofto və s. silsilələri ilə Baş Qafqaz silsiləsindən ayrılır. Baş Qafqaz silsiləsindən başlayaraq çaylarla (Qusar, Qudyal, Qaraçay, Ataçay və s.) platolara (Şahdag, Qızılqaya, Buduq və s.) bölünmuşdur. Oronim "kənar, yan tərəf, qıraq" mənasındadır.
Ədədi silsilə
1) 2; 5; 8; 11; 14; ... , 2) – 1; 3; 7; 11; 15; ... , 3) 3; 1; – 1; – 3; – 5; ... , ədədi ardıcıllıqlarından (1)-də ikincidən başlayaraq hər bir hədd özündən əvvəlki hədlə 3-ün cəminə, (2)-də ikincidən başlayaraq hər bir hədd özündən əvvəlki hədlə 4-ün cəminə, (3)-də ikincidən başlayaraq hər bir hədd özündən əvvəlki hədlə (– 2)-nin cəminə bərabərdir. Bu növ ədədi ardıcıllıqlar ədədi silsilə adlanır. İkincidən başlayaraq hər bir həddi özündən əvvəlki hədlə eyni bir ədədin cəminə bərabər olan ədədi ardıcıllığa ədədi silsilə deyilir. Başqa sözlə, istənilən natural n {\displaystyle n} üçün a n + 1 = a n + d {\displaystyle a_{n+1}=a_{n}+d} olarsa, a n {\displaystyle a_{n}} ardıcıllığına ədədi silsilə deyilir, burada d {\displaystyle d} hər hansı ədəddir. Ədədi silsilənin bu tərifindən görünür ki, birinci dən başlayaraq hər bir həddən özündən əvvəlki həddi çıxsaq, eyni bir d {\displaystyle d} ədədi alınar. d {\displaystyle d} ədədinə ədədi silsilənin fərqi deyilir: a n + 1 − a n = d {\displaystyle a_{n+1}-a_{n}=d} bu düsturda əgər d > 0 {\displaystyle d>0} olarsa, ədədi silsilə artan ardıcıllıq, d < 0 {\displaystyle d<0} olarsa, azalan ardıcıllıq, d = 0 {\displaystyle d=0} olarsa, sabit ardıcıllıq olur. Ədədi silsilə o zaman verilmiş hesab edilir ki, onun a 1 {\displaystyle a_{1}} - birinci həddi və d {\displaystyle d} - silsilə fərqi verilmiş olsun.
Qaranlıq qala (silsilə)
Qaranlıq qala (ing. The Dark Tower, rus. Темная Башня) - Atıcı Roland Diskeynin uzun səyahətindən bəhs edən, amerikan yazıçısı Stiven Kinqin 8 kitabdan ibarət romanlar seriyası. Seriya özündə fantastika, fentezi, dəhşət və western kimi janrları birləşdirir. Seriya 8 kitabdan ibarət olmaqla təxminən 4300 səhifəni əhatə edir. Müəllif qeyd edir ki, onu ilhamlandıran ilkin mənbə kimi Robert Brouninqin "Balaca Rolanda Qaranlıq qalaya gəldi" poeması və J.R.R. Tolkienin əsərləri, xüsusilə "Üzüklərin hökmdarı", "Silmarillion", "Xobbit, ora-bura" kimi şah əsərləri çıxış edir. 2003-cü ildə yenidən nəşr olunmuş "Atıcı" kitabının yeni ön sözündə, müəllif, eyni zamanda, "Yaxşı, pis, qəddar" filmini və Tomas Eliotun "Barsız torpaqlar" əsərini də xatırlayır. Müəllif seriyanın mərkəzi personajı Rolandı aktyor Klint İstvudun prototipi olaraq nəzərdə tutduğunu qeyd edir. Roland qədim atıcı zadəganlar ordeninin sonuncu nümayəndəsidir. O, bizim dünyadan fərqlənən, eyni zamanda müəyyən dərəcədə oxşarlıqları olan bir dünyada yaşayır.
Qayalı silsilə (Qafqaz)
Qayalı silsilə — Qafqazda dağ silsiləsi. Qayalı silsilə Böyük Qafqaz dağlarının şimal yamacında yerləşən üçüncü paralel silsilədir. Silsilə qısa dağ massivləri və yaylaları ilə diqqəti cəlb edir. Sovetlər zamanı silsilənin sərhədlərini Belaya çayından (Kuban hövzəsi) başlayıb Assa çayında (Terek hövzəsi) bitdiyini göstərirdilər. Silsilənin ümumi istiqaməti qərb-şimali-qərbdən — şərq-cənubi-şərqə yönəlib. XXI əsrdə həyata keçirilən araşdırmalar nəticəsində silsilənin sərhədləri belə müəyyənləşdirildi: Çekups və Psebesps çaylarından başlayır (Kuban hövzəsi) və Andiy Koysu çayında (Sulak hövzəsi) bitir. Qayalı silsilənin ən yüksək zirvəsi— Qaraqaya dağıdır. (3646,0 m). Rusiya imperiyası zamanında oroqrafik sistematikada bu oronimdən istifadə olunmurdu. Uzun müddət Qayalı silsilə Qara dağlar adı ilə adlanırdı.
Dədə Qorqud oğuznamələri (filmlər silsiləsi)
Dədə Qorqud oğuznamələri — Dədə Qorqud dastanının 12 boyunu əhatə etməsi planlaşdırılan serial. Yalnız iki seriyası çəkilmişdir.
Dədə Qorqud oğuznamələri (filmlər silsiləsi, dəqiqləşdirmə)
Dədə Qorqud oğuznamələri — Dədə Qorqud dastanının 12 boyunu əhatə etməsi planlaşdırılan serial. Yalnız iki seriyası çəkilmişdir.
Dəlidağ (Samsar silsiləsi)
Dəlidağ (gürc. შავნაბადა) — Samsar silsiləsində dağ.
Dəri Corab (romanlar silsiləsi)
Kuperin bədii yaradıcılığında əsas yeri "Dəri corab" haqqında romanlar silsiləsi təşkil edir. Kuper, sanki ona görə dünyaya gəlmişdi ki, hindu mövzusunu böyük ədəbiyyata gətirsin. O, hinduların həyat və məişətini, inam və etiqadlarını diqqətlə öyrənmişdir. Onların folkloru Kuper üçün mənəvi qida mənbəyi olmuşdur. Hinduların şifahi xalq ədəbiyyatının təsiri məhz "Dəri corab" haqqında romanlar silsiləsində daha qabarıq nəzərə çarpır. Kuper Natti Bampoya həsr olunan epopeya üzərində qısa fasilələrlə on səkkiz il çalışmışdır. Silsiləsinə 1823-cü ildə "Pionerlər" romanı ilə başlamış və 1841-ci ildə "Vəhşi heyvan ovçusu" əsəri ilə tamamlamışdır. Maraqlıdır ki, Kuper həmin silsilədən olan əsərləri xronoloji ardıcıllıqla deyil, özünəməxsus bir prinsip əsasında yazmışdır. Belə ki, 1827-ci ildə qələmə aldığı "Preriya" (Geniş çöl) romanında Natti Bamponun ölümünü təsvir etmişdir. Lakin Kuper bu obrazdan ayrıla bilməmişdir.
Dərələyəz silsiləsi
Dərələyəz silsiləsi – Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisindədir. Ermənistan ilə Naxçıvan sərhədi boyu qərb, şimal-qərbdən şərq istiqamətində uzanır. Arpaçay ilə Naxçıvançay arasında yerləşir. Bu silsilə Gəlinqaya (2800 m-ə yaxın) dağının qərb hissəsindən başlayaraq, Biçənək aşırımına qədər uzanır. Zəngəzur silsiləsilə birləşir. Uzunluğu 70 km, ən hündür zirvəsi Küküdağdır (3120 m). == Geoloji quruluşu == Silsilənin qərb hissəsi Paleozoy və Mezozoyun çökmə süxurlarından (əhəngdaşı, qumdaşı, kvarsit, şist və s.) ibarətdir. Daha çox üst təbaşir və trias sistemi fasiyaları üstünlük təşkil edir. Şərq hissəsi Paleogenin çökmə vulkanogen süxurlarından və Neogen lavalarından ibarətdir. == Coğrafiyası == Silsilənin qərbində Gəlinqaya dağından cənuba doğru uzanan tirənin üzərində Qaraqurt (2500 m) zirvəsi ucalır.
Elmlər Akademiyası silsiləsi
Elmlər Akademiyası silsiləsi (tac. Қаторкуҳи Академияи Фанҳо) — Tacikistanda, Qərbi Pamir dağlarında yerləşən dağ silsiləsi. Silsiləsi meridional istiqamətdə təxminən 110 km məsafəyə uzanır. Elmlər Akademiyası silsilənin ən yüksək zirvəsi və Tacikistanın ən yüksək nöqtəsi İsmayıl Somoni zirvəsidir (7,495 metr). Silsilənin 24 zirvəsinin hündürlüyü 6,000 metrdən yuxarıdır. Silsilə Paleozoy çökmə və metamorfik süxurlardan, qismən də qranitlərdən ibarətdir . Elmlər Akademiyası silsiləsini əhatə edən əbədi qarlar çoxlu sayda iri buzlaqları qidalandırır. Dağ silsiləsi 1927-ci ildə Nikolay Korjenevski tərəfindən kəşf edilmiş və SSRİ Elmlər Akademiyasının adını daşıyır.
Gegam silsiləsi
Geğam silsiləsi (erm. Գեղամա լեռնաշղթա, əvvəllər Əhməngən) — Ermənistanın mərkəzində yerləşən su ayrcı funksiyasını yerinə yetirən dağ silsiləsi. Silsilə şərqdən Göyçə, Araz və Zəngiçay hövzələrini, cənub-qərbdən Azat və Vedi hövzələrini, cənubdan isə Arpaçay hövzəsini ayırır. Geğam dağ silsiləsinin orta hündürlüyü təqribən 2500 m-dir. Silsilə vulkanik mənşəlidir və çoxlu sayda sönmüş vulkanları özündə birləşdirir. Silsilənin uzunluğu 70 km, eni 48 km-dir. Geğam silsiləsinin adı ermənilərin əfsanəvi əcdadı Haykın nəvəsi Geğamın adı ilə bağlıdır. == Ümumi məlumat == Su hövzəsinin ən yüksək nöqtəsi dəniz səviyyəsindən 3597 m yüksəklikdə olan, silsilənin şimal hissəsində yerləşən Qızıldağ vulkanıdır. İl boyu qar suyu ilə qidalanan Ajdaak vulkanının kraterində Akna göl əmələ gəlib. Qızıldağ vulkanının yaxınlığında başqa bir vulkan gölü var — Thar gölü.
Girdəsər silsiləsi
Girdəsər silsiləsi – Babək və Şahbuz rayonları ərazisində Dərələyəz silsiləsindən cənub-qərbə ayrılan Təknə qolunun qurtaracağında cənub-şərqə istiqamətlənmiş, yamacları sıldırımlı alçaqdağlıq tirə. Naxçıvançayın və onun sağ qolu Cəhriçayın arasında təqribən 8 km məsafəyə üzanır. Ən yüksək zirvəsinin hündürlüyü 1568 m-dir. Çəpinə istiqamətlənmiş konsekvent antisedentvari dərələrlə bir neçə hissəyə ayrılmışdır. Orta Eosenə aid Paradaş lay dəstəsinin çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-qərb cinahına aid Mərəlik-Göynük sinklinalının şimal-şərq qanadında yerləşir. Cənub-qərb yamacı boyu dərin fay qırılması izlənilir.
Havay silsiləsi
Havay silsiləsi — vulkan məşəlli sualtı silsilə. Sakit okeanda yerləşir və cənub-qərbdən Şimali Sakitokean çökəkliyi ilə əhatələnir. Silsilənin ən hündür nöqtələri Havay adalarıdır. Dünyanın ən hündür fəaliyyətdə olan vulkanları burada yerləşir. Uzunluğu 5 000 km, ən enli yeri 750 kilometrdir. Səthə olan dərinliyi 2000 — 4000 metr arasında dəyişir. Ən dayaz yeri 15 metrdir. Ümumi hündürlüyü 5500 metrdir. Əsasən üzəri lil və gum suxurları ilə örtülüdür. == Ədəbiyyat == Краткая географическая энциклопедия, Том 5/Гл.ред.
Kergelen silsiləsi
Kergelen silsiləsi (Kergelen-Qaussberq) — sualtı silsilə Hind okeanının daxilində yerləşir və Avstraliya-Antarkrida, Afrika-Antarktida sualtı dərələrini ayırır. Sisilə bəzi hissələrdə vulkanik adalar əmələ gətirir. Uzunluğu 2900 km, eni isə 950 km təşkil edir. Su səthinə olan dərinliyi 1000–2000 m arasında yerləşir. Ən dayaz yeri 73 metrdir. Bəzi yüksəkliklər adalar əmələ gətirmişdir (Kergelen adası, Herd adası və Makdonald adaları). Silsilə əsasən bazalt suxurlardan ibarətdir. Kergelen silsiləsi ilk dəfə Avstraliya ekspedisiyasının rəhbəri Duqlas Mouson tərəfindən aşkarlanmışdır (1929—1931).
Kondyor silsiləsi
Kondyor (rus. Кондёр) — Rusiya Federasiyasının şimal-şərqində, Xabarovsk diyarında yerləşən dağ silsiləsi. Bu geoloji abidə daha çox özünün ideal dairəvi forması ilə məşhurdur. Saxalar (Yakutlar) və Evenklər bu dağı Urqula adlandırmışlar. Keçmiş SSRİ zamanında, 70-ci illərdə isə geoloqlar bu dağa Kendyor adı vermişlər. Ehtimal olunur ki, bu ad ərazinin yetərincə qiymətli mettalarla və faydalı qazıntılarla zəngin olmasına görə verilmiş. == Ümumi məlumat == Bu qəribə ərazi Oxot dənizi sahilinin 200 km-liyində Aldan yaylasındadır. O, kürsününm (peydestalın) üstündən ucalırmış kimi, yaylanın səthindən 500–700 m yüksəkliyə qalxır. Dəniz səviyyəsindən, demək olar ki, eyni yüksəklidə (700-900) olan Aldan yaylası təyyarədən yeksənək düzənlik kimi görünür. Və birdən-birə yeksənəq mənzərə arasından 8 km-ə yaxın diametrə malik tam dairəvi silsilə peyda olur.
Kürdüstan silsiləsi
Kürdüstan silsiləsi — İrannın qərbində, İraq və Türkiyə sərhədi boyunca uzanan dağ silsiləsi. Silsilə 240 km uzunluğa malikdir. Orta hündürlük 3000 m təşkil edir. Kristalik və metomorfik suxurlardan ibarətdir. Silsilələr arasında ensiz ancaq dərin dərələrə sahibdir. Silsilənin şərqi quru dağ çölləri, qərb ətəklərində isə nadir palıq meşələrimə rast gəlinir. Yüksəklik artdıqca alp çəmənlər geniş sahələr tutur.
Lisiya silsiləsi
Lisiya silsiləsi (bolq. Лисийски хребет, ‘Lisiyski Hrebet’ \li-'siy-ski 'hre-bet\) — Antarktidanın Qreyam Torpağının Qreyam sahiliindən qərbdə yerləşən, buzlaqlardan azad olan dağ silsiləsidir. Silsilə şimal-şərq, cənub-qərb istiqaməti boyunca Leroy körfəzindən və Biqo körfəzindən 16 km məsafədə yerləşmişdir. Komriye buzlağından cənubda, Lyuk buzlağından şərqdə yerləşmişdir. Biqo dağı (1700 m) silsilənin cənub-qərb, Perçot dağı (2040 m) isə mərkəzi hissəsini əmələ gətirir. Silsilədə Muldava buzlağı, Nesla buzlağı və Koloş buzlağı yerləşmişdir. Buzlaq cənub-qərbi Bolqarıstanda yerləşən Lisiya şəhərinin adını daşıyır. == Yerləşməsi == Lisiya silsiləsi 65°45′10″ c. e. 64°11′00″ q.
Lomonosov silsiləsi
Lomonosov silsiləsi — Orta-Okean silsiləsinin tərkib hissəsinə daxil olan sualtı dağlar. Silsilə Şimal Buzlu okean daxilində yerləşir. Silsilə Mixail Lomonosovun şərəfinə adlandırılmışdır. Lomonosov silsiləsi demək olar ki, Şimal qütbündən keçir. Silsilə Yeni Sibir adalarından başlayaraq Kanada Arktik arxipelaqının tərkibinə daxil olan Elsmir adasına qədər uzanır. Onun uzunluğu 1800 km təşkil edir. Eni 60–200 km arasında dəyişir. Okean dibindən hündürlüyü 3300 – 3700 m arasında dəyişir. Səthə ən yaxın dərinliyi 954 metrdir. Silsilə 1948-ci ildə sovet alimləri tərəfindən aşkarlanmışdır.
Lord-Hau silsiləsi
Lord-Hau silsiləsi — sualtı silsilə Sakit okeanın cənub-qərbindən başlayaraq şimal-qərbə istiqamətlənir. Yeni Kaledoniyanın şimal hissəsindən Çelencer platosuna, oradan isə Yeni Zelandiyanın cənubuna uzanır. Şimada Mərcan dənizindən başlayır. == Ümumi məlumat == Silsilənin formalaşması paleozoy dövrünə təsadüf edir. Uzunluğu 2500 km, eni 500 km-dir. Silsiləsin sahəsi 1 500 000 km² təşkil edir. Su səthindən olan dərinliyi 2500 – 1500 m arasında dəyişir.
Madaqaskar silsiləsi
Madaqaskar silsiləsi — dualtı silsilə Hind okeanında Madaqaskar adasının cənub hissəsindən başlayır. Silsilənin uzunluğu 1000 km, eni 400 km, su səthinə ən yaxın məsafə 18 metr təşkil edir.
Maldiv silsiləsi
Maldiv silsiləsi — Hind okeanının şimalında yerləşən sualtı silsilə. Maldiv silsiləsi Hindustan yarımadasından başlayaraq Ərəb-Hind silsiləsinə doğru irəliləyir. Maldiv silsiləsi 2900 km uzunluğa, 3000 km enə malikdir. Hündürlüyü bəzən 2–5 km arasında dəyişir. Səthə çıxan hissələrdə atollar əmələ gətirir. Buna misal kimi Maldiv adaları, Lakkadiv adaları və Çaqos adasını höstərmək olar.
Marallarım (hekayələr silsiləsi)
Marallarım — Əbdürrəhim bəy Haqverdiyevin 1910-cu ildən etibarən "Marallarım" adı altında "Molla Nəsrəddin" jurnalında çap etdirdiyi hekayələrini "Mütrüb dəftəri" ilə başlamışdır. Hekayədə kənd yüzbaşısı Qasım əminin fəaliyyətindən danışılır. "Marallarım" adı altında gedən hekayələrdə ədib dövrün bir sıra mühüm məsələlərinin bədii həllini verir, cəhalət, nadanlıq və köhnə etiqadlara istehza edir, xalqın ruhunu, zehnini zəhərləyən təbliğatçıları kəskin tənqid atəşinə tuturdu. Onun 1910–1913-cü illərdə "Molla Nəsrəddin" jurnalında "Ceyranəli" imzası ilə çap etdirdiyi "Marallarım" adlı hekayələr toplusuna aşağıdakılar daxildir: "Müqəddimə" (Molla Nəsrəddin jurnalı, S.29, 1910) "Mütrüb Dəftəri" (Molla Nəsrəddin jurnalı, S.30, 1910) "Dəcəlabad" (Molla Nəsrəddin jurnalı, S.42, 1910) "Yaşılbaş Sona" (Molla Nəsrəddin jurnalı, S.28, 1911) "Qiraət" (Molla Nəsrəddin jurnalı, S.30–35 arası, 1911) "Şikayət" (Molla Nəsrəddin jurnalı, S.35, 1911) "Şəbih" (Molla Nəsrəddin jurnalı, S.7, 1912) "Pir" (Molla Nəsrəddin jurnalı, S.10–12 arası, 1913) "Tənqid" (Molla Nəsrəddin jurnalı, S.14–16 arası, 1913) "Acından Təbib" (Molla Nəsrəddin jurnalı, S.22–24, 1913) 1927-ci ildə Haqverdiyevin ədəbi-ictimai fəaliyyətinin otuz beş illik yubileyi keçirilir. O, bu dövrdə "Marallarım" silsiləsindən olan satiric və başqa ciddi ruhlu çoxlu hekayələr çap etdirir. Hekayələrin bir hissəsi "Marallarım" (1927) və digər hissəsi "Hekayələr" (1940) kitabında toplanmışdır. "Marallarım" ilk dəfə tərtib edilərək kitab şəklində "Azərnəşr" tərəfindən 1927-ci ildə Bakıda nəşr edilmişdir. "Marallarım" başlığı ilə yazılan hekayələr "Xortdanın Cəhənnəm Məktubları" və "Mozalanbəyin Səyahətnaməsi" -nin davamı olaraq qələmə alınmışdır. Haqverdiyevin "Marallarım" sərlövhəsiylə çap etdirdiyi hekayələr "Cəhənnəm məktubları"nı tamamlayır. Hekayələrdə "cəhənnəmdə" cəza çəkənlərin oraya "getməzdən" əvvəl dünyada gördüyü işlər təsvir və ifşa olunur.
Markotx silsiləsi
Markotx silsiləsi (adıq Мэркӏотх) — Böyük Qafqazın şimal-qərb hissəsində, Baş Qafqaz silsiləsinə paralel və cənubda yerləşən dağ silsiləsi. Qara dənizə nisbətən Markotx silsiləsi ikinci silsilədir. Bibirinci isə Tuapxat silsiləsi ona paralel uzanır. Kabardinka-Gelenjik marşrutu iki silsilənin arasındakı çökəklikdən keçir. Silsilə Krasnodar diyarının qərbində yerləşir. == Coğrafiyası == Qara dəniz sahili boyu 90 km uzanır. Martkotxun şimal hissəsi Novorossiyskiyə doğru tədricən yüksəlir, sonra Abrau yarımadasına paralel olaraq şimal-qərbdən cənub-şərqə doğru 43 km uzanır. Silsilə Krasnodar diyarının Novorossiysk və Gelenjik şəhərlərinə tabe olan ərazilərdə yerləşir. Maksimum hündürlüyü 762 metrdir. Gelenjik şəhəri yaxınlığındakı Ploskaya dağı.
Maskaren silsiləsi
Maskaren silsiləsi — sualtı silsilə Hind okeanının qərbində yerləşir. Şimalda Seyşel adalarından Mavriki adasına qədər uzanır. Silsilənin uzunluğu 2000 km, eni 300–400 km, hündürlüyü 1500–4000 m təşkil edir. Ən yaxın adalar olan Mavriki və Mae adaları arasında məsafə 5 km təşkil edir. Bəzi hissələrdə səthdən 200–300 metr, ən azı isə 8 m təşkil edir. Şimalda qranit suxurları üstünlük təşkil edir. Burada Mae və Prasken adaları səthə çıxır. Cənubda isə vulkanik adalara rast gəlinir. Xüsusi ilə atollar üstünlük təşkil edir.
Mehri silsiləsi
Meğri silsiləsi (erm. Մեղրու լեռնաշղթա) və ya Mığrı-Güney silsiləsi — Ermənistanın cənubundan başlayaraq Azərbaycanın Zəngilan rayonu ərazisinə qədər uzanan dağ silsiləsi. Silsilə Zəngəzur silsiləsondən başlayaraq Oxçuçayın qərb sahillərinə və cənub-şərqdə Araz çayına qədər uzanır. Ənhündür nöqtəsi Baqassar dağıdır (3256 m). Şimal hissəsi Sikax qoruğu ərazisindədir. Silsilə subtropik iqlimə malikdir. Qışda daimi küləklər müşahidə edilir. Silsilənin uzunluğu 46 km təşkil edir. Sulksilə qranit və qranodioritlərdən təşkil olunmuşdur. Şimal yamaclarında 1200 – 1800 m arası palıd yayılmışdır.
Mendeleyev silsiləsi
Mendeleyev silsiləsi — Orta-Okean silsiləsinin tərkib hussəsinə daxil olan və Şimal Buzlu okeanın daxili ilə uzanır. 1949-ci ildə Sovet ekspedisiyası tərəfindən aşkarlanmışdır. Geniş qalxmaların ən dayaz yeri 1500 metr təşkil edir. Silsilə Vrangel adasından başlayaraq Kanada Arktik arxipelaqına qədər uzanır. Onun uzunluğu 1500 km təşkil edir. Silsilənin mərkəz hissəsinə yaxın ərazidə dərinliyi 2700 metr olan çökəklik aşkarlsnmışdır. Silsilənin Rusiya ərazisinə yaxın ərazidə yerləşən silsilə Mendeleyev silsiləsi olaraq qalsa da, digər hissəsi isə Alfa qalxması adlandırılmışdır.
Mesxeti silsiləsi
Mesxeti silsiləsi (gürc. მესხეთის ქედი) və ya Acar-İmeretiya silsiləsi — Kiçik Qafqaz dağ sisteminin parçası, Gürcüstanın qərb hissəsində yerləşir. Xəndək bir rol oynayır, sol tərəfindən Kintrişi, Natanebi, Supsa və Rioni çayı üçün, digər tərəfdən Acaristskali, Kvabliani və Kür üçün. Odişi-Güriya düzənliyini və Akhalsixenin dağlıq mağaralarıni birbirindən ayırır. Acaranın Qara dəniz sahillərindən Borjomi dərəsinə qədər uzanır. Uzunluğu 140 km, ən böyük sahəsi isə 45 km, ən yüksək zirvəsi isə Mepistskarodur (2850 m). 2500 m-dan hündür zirvələri də var: Xino, Taginauri, Sakornia, Zotimeria, Didmaxali, Sanislia, Nageba. Mesxeti silsiləsində Zekari aşırımı (2180 m) var və üstündən avtomobil yolu keçir. Mesxeti silsiləsində balneoloji (Sairme, Nabexlavi, Zekari və s.) və iqlim (Abastumani, Baxmaro, Şuagora, Gomismta və digər) kurortları yerləşir.

Digər lüğətlərdə