TEND

v 1. qulluq etmək; to ~ the sick xəstəyə qulluq etmək; 2. göz yetirmək, göz-qulaq olmaq; to ~ sheep qoyun otarmaq; to ~ the fire ocağa göz yetirmək; 3. meyl göstərmək; He tends to exaggerate O, şişirtməyə meyllidir / meyl göstərir

TENCH
TENDENCY
OBASTAN VİKİ
Allosaurus tendagurensis
Allosaurus (lat. Allosaurus) — allozavridlər fəsiləsinə aid heyvan cinsi. Allozavr iki ayağı üzərində yeriyir.S şəklində boynu və digər dinozavrlardan fərqli onurğası var. Fərqli onurğa quruluşu ona bu adı qazandırmışdır, "Allozavr=fərqli kərtənkələ." Güclü bir quyruğu və iri bir gövdəyə sahibdir. Ön ayaqları qısa və üç baramaqlı idi. Pəncələri 15 sm qədərdir. Bu növün üzvləri 9–12 m uzunluğa və 2-4,5 ton ağırlığa malikdir. Allozavrın çənə və kələ quruluşu elm adamları tərəfindən araşdırıldığında alt və üst çənəsiylə dişlədiyi zaman uyquladığı təzyiq bir aslanınkından zəif olduğu müəyyən edildi.
Bazar tendensiyası
Bazar tendensiyası — bazar tendensiyası, maliyyə bazarlarının zamanla müəyyən bir istiqamətdə hərəkət etmə meyli. Bu tendensiyalar uzun zaman çərçivələri üçün sekulyar, orta zaman çərçivələri üçün birinci dərəcəli və qısa zaman çərçivələri üçün ikinci dərəcəli olaraq təsnif edilir. Treyderlər bazar tendensiyalarını texniki analizdən istifadə edərək müəyyən etməyə çalışırlar. Onlar cari qiymətin dəstək və müqavimət səviyyələrinə uyğunlaşması nəticəsində bazar tendensiyasını proqnoz edirlər. Gələcək qiymətləri heç vaxt bilmək mümkün olmadığı üçün tendensiya yalnız retrospektiv olaraq müəyyən edilə bilər. == Bazar terminologiyası == "Buğa bazarı" və "ayı bazarı" terminləri müvafiq olaraq yuxarı və aşağı bazar tendensiyalarını təsvir edir və ya bütövlükdə bazarı, ya da xüsusi sektorları və qiymətli kağızları təsvir etmək üçün istifadə olunur.
Love Me Tender
Love Me Tender – Elvis Presli tərəfindən Love Me Tender albomundan çıxarılan sinql. Mahnının musiqisi George R. Poulton və W.W. Fosdickin müəllifi olduğu Amerikan vətəndaş müharibəsinə həsr edilmiş Aura Lee (və ya "Aura Lea") mahnısına uyğunlaşdırılmışdır. Aura Lee mahnısı 1861-ci ildə çıxmış və elə həmmin dövrdən də xalq tərəfindən çox sevilmişdir. Elvis Presley mahnını ilk dəfə 1956 – cı il 9 sentyabrda The Ed Sullivan Show – da ifa etmiş, qısa müddət sonra mahnı sinqı şəklində satışa çıxarılmış, bir ay sonra isə Love Me Tender filmi çəkilmişdir. Sinqlın çıxarıldığı gün RCA Records şirkəti daha bir milyon sifariş almış və mahnı görünməmiş uğur qazanmışdır. Love Me Tender filmini çəkən 20th Century Fox şirkəti əvvəlcə filmi "The Reno Brothers" adlandırmaq istəsədə, sonra mahnının qazandığı böyük uğuru görüb filmi "Love Me Tender" adlandırmışdır. Elvis Preslidən sonra mahnı 1967-ci ildə Riçard Chamberlain və 1967-ci ildə Percy Sledge tərəfindən də ifa edilmişdir.
Suicidal Tendencies
Suicidal Tendencies — 1981-ci ildə Los-Ancelesdə qurulan Hardcore Punk/Thrash Metal qrupu. Qrup Heavy metal, Thrash Metal və Funk elementlərini birləşdirərək bənzərsiz bir sound əldə etdilər və Crossover Thrash metal növünün də qabaqcılları arasında yerlərini aldılar. Vokalist və sözyazarı Mike Muir qrupun tək dəyişməz üzvüdür. Qrupun növü Skate Punk olaraq da diqqətə alınmaqdadır. Qurulduqdan sonra qrupun heyəti Muir ilə birlikdə gitarada Michael Dunnigan, bas gitarada Andrew Evans və zərb alətlərində Sean Dunnigan'dan ibarət idi. Ancaq Evans'ın qrupda qalması çox uzun sürmədi və yerinə Luis Mayorga keçdi. Mystic Records tərəfindən yayımlanan bir toplu albom üçün «I Saw Your mommy» mahnısı yazıldı və bu mahnı qrupun ilk albomunda da yer aldı. Qrupun öz adını daşıyan Hardcore/Punk stilindeki ilk albomu «Suicidal Tendencies» 1983-cü ildə Frontier Records etiketiylə satışa çıxdı. Albomdakı «Institutionalized» klassikləşən bir mahnı olmuşdu. 1987-ci ildə isə Crossover növünün ən yaxşı bilinən albomlarından biri olan «Join The Army» satışa çıxarıldı və ən yaxşı 100 albom arasına girdi.
Tenday
Tenday (天台宗) – buddizmin Yaponiyadakı sektalarından biri. IX əsrdə Çindəki Tyantay sektası əsasında yaradılmışdır. Bu sekta XIII əsrə kimi Yaponiyanın ən populyar iki buddist sektasından biri idi. Sektanın nəzəriyyələri Lotus sutrasına əsaslanır. Tenday sektasının əsası 806-cı ildə keşiş Sayço tərəfindən qoyulmuşdur. Yaponiyadakı Tenday sektası Çindəki Tyantay sektasına əsaslanır. Bu sektanın mərkəzi Çinin Tyantay dağında yerləşdiyi üçün belə adlandırılmış, daha sonra Tenday sektası üçün də bənzər addan istifadə olunmuşdur. Sayço 804-cü ildə Çinə səyahət edərək 9 ay boyunca Tyantay dağında buddizmi öyrənmiş və Tyantay buddizminin ustası olmuşdur. Sayço Yaponiya imperatoru Kammudan icazə alaraq Kiotonun şimal-şərqində yerləşən Hiey dağında buddizm məbədi tikdirmişdi. Sayço Çindən Yaponiyaya qayıdanda bu məbədi Tenday sektasının mərkəzinə çevirmişdir.
Tendeloyn (Manhetten)
Tendeloyn (ing. Tenderloin) ― XIX əsrin sonu XX əsrin əvvələrində fəaliyyət göstərmiş Nyu-York şəhərinin mərkəzi borosu Manhettində yerləşən keçmiş əyləncə və qırmızı işıqlar rayonu. Ərazi əvvəlcə 24-cü küçədən 42-ci küçəyə və Beşinci prospektdən Yeddinci prospektə qədər uzanırdı. 20-ci əsrin əvvəllərində şimala doğru 57-ci və ya 62-ci küçəyə qədər və qərbə doğru Yeddinci prospektə qədər genişləndirildi və müasir NoMad, Çelsi, Cəhənnəm mətbəxi, Tikiş kvartalı və Teatr kvartalı rayonların ərazilərini əhatə etməyə başladı.
Tender
Tender sözü aşağıdakı mənalarda işlənə bilər: Tender — Hər hansı bir işin, xidmətin ən səmərəli üsul və aşağı xərclə yerinə yetirilməsi üçün iddiaçılar arasından birinin və ya bir neçəsinin seçilərək həmin işin (xidmətin) müqavilə əsasında ona (onlara) həvalə edilməsi məqsədilə keçirilən müsabiqə. Tender — əmtəə tədarükü və ya müəyyən bir işin görülməsi üçün verilən sifarişin xüsusi forması; Tender — reklam ilə bağlı olan hər hansı bir layihənin həyata keçirilməsi hüququ (reklam kompaniyasının təşkili, ən yaxşı əmtəə nişanının hazırlanması və i. a.); Tender — təklif, arzu; Tender — açıq tipli, yaxud məhdud iştirakçılar üçün keçirilən satışlar, sifarişin müsabiqə yolu ilə yerləşməsi forması; Tender — qiymətli kağızlara abunə haqqında, müqavilə bağlamaq, yaxud mal göndərmək haqqında yazılı təklif, sifariş; Tender — rəqiblərin təklif etdiyi qiymətlərdən asılı olaraq istehsalçının öz əmtəəsinə təklif etdiyi qiymət. Tenderi elan etməzdən əvvəl satınalan təşkilat aşağıdakıları edir: 1) Tender komissiyasını formalaşdırır. Tender komissiyası satınalan təşkilat tərəfindən yaradılan və onun adından tender prosedurlarını həyata keçirən müvvəqqəti işçi qrupudur. 2) Tenderin əsas şərtlər toplusunu hazırlayır. Bu toplu tenderin şərtlərini özündə əks etdirən və iddiaçılara təqdim edilən rəsmi sənəddir. 3) Tender elanını dərc etdirir və tenderdə iştirak etmək istəyən iddiaçı müəssisə və fərdlərə tenderdə iştirak üçün dəvət göndərir. Tenderin keçirilməsi zamanı həmçinin müxtəlif sənədlər razılaşdırıla və sənədlər toplusuna daxil edilə bilər. Bura ehtimal olunan qiymət barədə protokol, tenderin ilkin protokolu, təkliflər zərflərinin açılması barədə protokol, tenderin yekun protokolu və s.
Tendo
Vətər (yun.tenon, lat.tendo) — əzələnin quruluş hissəsi. Əzələ liflərinin ucları nazikləşərək sərt kollagen birləşdirici toxuma ya vətər liflərinə keçirlər. Bir neçə vətər lifi toplaşaraq ilkin vətər dəstələri əmələ gətirir, bunların birləşməsindən ikinci dərəc bunlardan da üçüncü və dördüncü dərəcə dəstələr əmələ gəlir. Nəhayət son dəstələr toplaşaraq vətəri təşkil edirlər.
Beatris di Tenda (Milan hersoqinası)
Beatris di Tenda (it. Beatrice Lascaris di Ventimiglia; təq. 1372[…], bilinmir – 13 sentyabr 1418, Binasko[d], Milan əyaləti) — Milan hersoqu Filippo Mariya Vizkontinin ilk xanımı, Milan hersoqinası. == Mənbə == Bueno de Mesquita, D. M. (Daniel Meredith) (2011) [1941]. Giangaleazzo Visconti, Duke of Milan (1351–1402): A Study in the Political Career of an Italian Despot (reprint ed.). Cambridge, UK: Cambridge University Press. ISBN 9780521234559 Tuchman, Barbara Wertheim (1978). A distant mirror : the calamitous 14th century. New York: Knopf. p.
Mənfəət dərəcəsinin aşağı düşməsi tendensiyası
Mənfəət dərəcəsinin aşağı düşməsi tendensiyası (alm. Gesetz vom tendenziellen Fall der Profitrate‎) — Karl Marksın "Kapitalın" III cildində tərtib etdiyi tezis. Söhbət ondan gedir ki, kapitalist iqtisadiyyatının qanunlarına görə, yəni kapitalist iqtisadiyyatının öz xüsusiyyətlərinə görə ümumi iqtisadi miqyasda mənfəət normasının azaldılması tendensiyası mövcuddur. Mənfəət dərəcəsinin aşağı düşmə meyli haqqında marksist tezisini azalan marjinal faydalılıq qanunundan və azalan gəlir qanunundan ayırmaq lazımdır. Hər hansı xarici səbəblərdən, məsələn, texniki tərəqqinin sürətinin azalması və ya resursların tükənməsi nəticəsində yaranan mənfəət normasının azalmasını da sözügedən qanundan ayırmaq lazımdır. Marksın təliminə görə, kapitalist iqtisadiyyatı daxili ziddiyyətlərlə xarakterizə olunur. Onlar bütün kapitalistlərin qarşılıqlı əlaqəsi ilə hər bir fərdi kapitalistin əldə etdiyi mənfəəti artırmağa çalışmasına baxmayaraq, orta mənfəət dərəcəsinin azalmağa meyilli olmasında özünü göstərir. "Aşağıya doğru meyl"in əsas səbəbi ondan ibarətdir ki, mənfəəti artırmaq cəhdləri dəyişən kapitalın nisbətinin (yəni kapitalın işçi qüvvəsinin alınmasına gedən hissəsinin) məcmu kapitala nisbətdə aşağı düşməsi tendensiyası ilə bağlıdır. Bunun üçün marksist ifadə "Üzvi tərkibi kapitalın artırılması"). Bu, daha mürəkkəb maşınların, avadanlıqların və texnoloji proseslərin tətbiqi hesabına istehsalın kapital tutumunun artması, eyni zamanda məhsul vahidinə düşən məhsulun həcminə görə işçilərin sayının azalması ilə əlaqədardır.
Tendra dili
Tendra dili (ukr. Тендрівська коса) — Ukryananın cənubunda, Qara dənizin şimal-qərb sahilində ada. Ada dil formasında olub Xerson vilayətinin ərazisində yerləşir. Uzunsov formada olan Tendra dilinin uzunluğu 65 km, eni isə 1,8 km-dir. Ümumi sahəsi 38 km²-dir. Adanın dəniz səviyyəsindən ən yüksək nöqtəsi 2,5 metrdir. Tendra dilini materikdən Tendra körfəzi ayırır. Ada dənizdə qum və balqqulağı qalıqlarının akkumulyasiyası nəticəsində formalaşıb. Səthi düzdür. Adanın qərb hisəsi kürək şəkillidir.
Tendence
Tendana
Micromeria (lat. Micromeria) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.