TERROR-STRICKEN

adj vahimə / qorxu içərisində olan

TERROR
TERRORISE
OBASTAN VİKİ
Terror
Terror bu mənaları ifadə edə bilər: Terrorizm — qeyri-qanuni zorun, gücün, hədənin tətbiq olunması. Terror vulkanı — Antarktida ərazisində yerləşən vulkan. Bioloji terror — siyasi və maddi xarakterli məqsədlərə çatmaq üçün təhlükəli bioloji aqentlərdən istifadə edərək insanların həyat və sağlamlıqlarına vurulan ziyan.
Bioloji terror
Bioloji terror – siyasi və maddi xarakterli məqsədlərə çatmaq üçün təhlükəli bioloji aqentlərdən istifadə edərək insanların həyat və sağlamlıqlarına vurulan ziyandır. Bioloji terror hələ qədim zamanlardan mövcud olmuşdur: müharibələr vaxtı su quyularının zəhərləndirilməsi, mühasirəyə alınmış şəhərlərə müxtəlif xəstəliklər yayan quş və heyvanların ötürülməsi və s. Bioloji müharibələrin və terrorizmin geniş vüsət alması XX əsrdə baş vermişdir. Bioloji terrorizmin genişlənməsində əsas səbəb kimi biotexnologiyalar üzrə mütəxəssislərin artmasını, bioloji və bakterioloji məhsulların daha asan yolla əldə edilə bilməsini göstərmək olar. Bioloji silahın özünəməxsus xüsusiyyəti vardır: virusun yayılması müəyyən müddət hiss olunmur və bir müddətdən sonra ətrafdakı canlıların xəstələnməsi və məhv olması prosesi başlayır. Bioloji terrorda əsasən su, torpaq və hava zəhərlənməsi baş verir.
Böyük terror
Böyük Təmizlik (bəzən Stalin repressiyası və ya Böyük Terror adlanır) – 1936-cı ildən 1938-ci ilə qədər davam edən siyasi repressiyalar kompaniyası. Səbəbi Kommunist partiyasının, hökumət üzvlərinin böyük ölçüdə müxaliflərdən fiziki olaraq təmizlənməsi, kəndlilərin və Qızıl Ordu liderlərinin müxalifətinə son qoymaq, polis nəzarəti yaratmaq, "sabotajçı", "əks-inqilabçı" şəxslərin fiziki olaraq məhvi istəyidir. Rus tarixində ən böyük terror dövrü olan bu dövrə, gizli polisin rəhbəri olan Nikolay Yejova görə Yejovşina dövrü deyilir. Nikolay Yejov, şəxsən bu siyasətin həyata keçirilməsinə rəhbərlik etmiş, sonda özü də "vətənə xəyanət", "dövlət çevrilişi hazırlamaq"da ittiham edilərək, güllələnmişdir. Onun əmri ilə, insanları daha rahat və ucuz öldürmək üçün səyyar qaz otaqları düzəldilmişdi, bütün bunlar məhkəməsiz baş verirdi. "Böyük təmizləmə" zamanı, Stalinin rəhbərlik etdiyi SSRİ-də, 600.000-dən 1.8 milyon nəfərə qədər insan öldürülmüşdür. == Başlanğıc == Repressiyaların əsas məqsədi müxalifləri Kommunist partiyasından uzaqlaşdırmaq, Stalinin hakimiyyətini daha da möhkəmləndirmək idi. İlk əvvəllər sadə əhalinin diqqətini daha çox partiya rəhbərliyindəki şəxslərin, həmçinin də iri bürokratların mühakimələri çəkdi. Bu kampaniyadan cəmiyyətin digər təbəqələri də xeyli ziyan gördü: ziyalılar, kəndlilər, xüsusən də "kəndli üçün çox varlı olan qolçomaqlar" və ixtisaslı kadrlar. Bəzən bütöv etnik qruplar V kalon adlandırılaraq, vətən xaini elan edilirdi.
Ekoloji terror
Ekoloji terror (ekoterrorizm) – konkret ölkə tərəfindən və ya şəxs tərəfindən digər ölkənin flora və faunasına zərər yetirməklə, təbii sərvətlərini məhv etməklə bilərəkdən vurulan ziyandır. Ətraf mühitə və inkişafa dair Rio-De-Caneyro bəyannaməsinə görə, müharibələr davamlı inkişaf prosesinə dağıdıcı təsir göstərməməlidir. Ona görə də dövlətlər silahlı konfliktlər zamanı ətraf mühiti mühafizə edən beynəlxalq hüquqa hörmət etməlidirlər. Ermənilərin ekoloji terroru Azərbaycanın su idarəetməsi və planlaşdırılması sisteminə də mənfi təsir edib. Ermənistan transsərhəd su ehtiyatlarını davamlı olaraq kimyəvi və bioloji maddələrlə çirkləndirib. Hər il Ermənistandan keçən 350 milyon kubmetr su kimyəvi maddələrlə çirklənib. Azərbaycan ərazilərindən keçən Araz çayının 43 km hissəsindəki mikroflora və mikrofauna tamamilə məhv edilib və suyunun tərkibindəki ağır metalların miqdarı normadan çoxdur. Azərbaycanın hündürlüyünə (125 m) görə ən yüksək olan və ümumi su tutumu 560 milyon kubmetr olan su anbarı — Ağdərə bölgəsində (Dağlıq Qarabağ) yerləşən Sərsəng su anbarı da işğal altında idi. Sərsəng su anbarı Respublikanın 6 rayonunu (Tərtər, Ağdərə, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) suvarma suyu ilə təmin edirdi. == Tarixi == Ekoloji terror termininin yaradılması 1960-cı illərdə təsadüf edir.
Qırmızı Terror
Qırmızı terror — Sovet Rusiyasında kütləvi həbslər kampaniyası və bolşeviklər tərəfindən həyata keçirilmiş cəzalar. Sovet tarixşünaslığında Qırmızı Terrorun 2 sentyabr 1918-ci ildə Yakov Sverdlov tərəfindən rəsmən elan olunduğu və 1918-ci ilin oktyabrında başa çatdığı göstərilir. Buna baxmayaraq Sergey Melqunovdan başlayaraq bir çox tarixçilər bu dövrü bütün Rusiya Vətəndaş Müharibəsi dövrünü (1918–1922) əhatə etdiyini qeyd edirlər. Kütləvi repressiyalar ədalət mühakiməsi olmadan gizli polis – Çeka tərəfindən bolşevik hərbi kəşfiyyat agentliyi (QRU) ilə birgə həyata keçirilib. "Qırmızı terror" termini əslində Fransa İnqilabının 1794-cü il, 28 iyulda başa çatmış "Terror idarəçiliyi"nin (Robespyer tərəfindən həyata keçirilib) son 6 həftəsini təsvir etmək və bu dövrü sonrakı "Ağ Terror" dövründən ayırmaq üçün istifadə olunub (tarixdə bu dövr Böyük Terror (fr. la Grande Terreur) kimi tanınır). RSFSR Xalq Komissarları Soveti ölkəni ağ terrordan müdafiə etmək üçün təcili fövqəladə tədbir adlandıraraq qırmızı terror haqqında qətnamə qəbul etdi. Fövqaladə Komissiya rəhbəri Dzerjinski izah etdi ki, bu addım . SSRİ Prokurorluğu və DTK-sınınn bir izahatında vurğulanır ki, "Qırmızı Terrorun icrası xarakterinə görə məhdudlaşdırılmışdır. 1918-ci ilin sentyabr-oktyabr aylarında bu terror mahiyyəti üzrə bütün ölkədə başa çatdı." "Qırmızı Terror haqqında" fərmanda nəzərədə tutulurdu ki, bu, Qətnamə xəbərdarlıq edirdi ki, "bütün əksinqilabçılar və onlarla əməkdaşlıq edənlərin hamısı Sovet liderlərinin və inqilab ideyaları mübarizlərinin" həyatlarına qəsd cəhdində təqsirləndiriləcəklər.
Terror (dəqiqləşdirmə)
Terror bu mənaları ifadə edə bilər: Terrorizm — qeyri-qanuni zorun, gücün, hədənin tətbiq olunması. Terror vulkanı — Antarktida ərazisində yerləşən vulkan. Bioloji terror — siyasi və maddi xarakterli məqsədlərə çatmaq üçün təhlükəli bioloji aqentlərdən istifadə edərək insanların həyat və sağlamlıqlarına vurulan ziyan.
Terror (vulkan)
Terror — Antarktida ərazisində yerləşən vulkan. Vulkanın püskürməsi indiyənə kimi müşahidə edilməmişdir. Terror Erebus vulkanınından 30 km aralıda yerləşir. 820 000 il öncə hündürlüyü 3230 m olan vulkan formalaşmışdır. Ross adasının şərq hissəsinin ərazisini əmələ gətirir. 2000-ci ildə vulkan ətrafında güçlü zəlzələ baş vermişdir. Vulkanın adı Ceyms Rossun təşkil etdiyi ekspedisiyasında iştirak etmiş Terror gəmisinin şərəfinə 1841 ildə adlandırılmışdır.
Terror arxivləri
"Terror arxivləri" (isp. Archivos del Terror) — 22 dekabr 1992-ci ildə hüquqşünas və insan haqları aktivisti Martin Almada və hakim Xose Aqustin Fernandes tərəfindən Paraqvayın paytaxtı Asunsyon yaxınlığındakı Lambare qəsəbəsinin polis məntəqəsində tapılmışdır. Fernandes, burada keçmiş məhbus barəsindəki sənədləri axtarırdı. Əvəzində isə Argentina, Boliviya, Braziliya, Çili, Paraqvay və Uruqvay xüsusi xidmət orqanları tərəfindən gizlincə oğurlanan, işgəncə verilən və öldürülən minlərlə Latın Amerikalının taleyi barədə arxivləri tapdı. Həmin hadisələr Kondor əməliyyatı adı ilə tanınır. UNESCO "Democracy in the light of dictatorship" by Alain Touraine, article for the UNESCO. www.pittstate.edu Article in Spanish by Martín Almada Arxivləşdirilib 2005-12-20 at the Wayback Machine "In Search of Truth and Justice: Coordination Board for Assistance to the Commission of Truth and Justice" Arxivləşdirilib 2006-09-06 at the Wayback Machine. Voces: Boletin Informativo de la CODEHUPY. 4(1) January–March 2004. Translated by D. Schenck-Hamlin and N. Ossar. Consequences of the discovery of the archives of terror. "The Bloody Legacy of Stroessner, Pinochet and Rios Montt.
Terror təşkilatları
Terrorçu təşkilat — terror aktları həyata keçirmək məqsədilə yaradılan və ya öz fəaliyyətində terrordan istifadənin mümkünlüyünü qəbul edən təşkilat. Terrorçu təşkilatların fəal dəstələri terror qrupları sayılır. Məhz belə qrupların fəaliyyəti sayısində təşkilat qarşısına qoyduğu məqsədlərə nail olur.
Terror təşkilatı

Terror vulkanı
Terror — Antarktida ərazisində yerləşən vulkan. Vulkanın püskürməsi indiyənə kimi müşahidə edilməmişdir. Terror Erebus vulkanınından 30 km aralıda yerləşir. 820 000 il öncə hündürlüyü 3230 m olan vulkan formalaşmışdır. Ross adasının şərq hissəsinin ərazisini əmələ gətirir. 2000-ci ildə vulkan ətrafında güçlü zəlzələ baş vermişdir. Vulkanın adı Ceyms Rossun təşkil etdiyi ekspedisiyasında iştirak etmiş Terror gəmisinin şərəfinə 1841 ildə adlandırılmışdır.
Erməni terror dəstələri
Erməni terror təşkilatları
Macarıstanda Qırmızı terror
Macarıstanda Qırmızı Terror (mac. vörösterror) — 1919-cu ildə yaradılmış olan Macarıstan Sovet Respublikasının dörd ay davam etmiş hakimiyyəti dövründə antikommunist şəxslərə tətbiq edilən qırmızı terror. Sovet Rusiyasında həyata keçirilmiş olan Qırmızı terror ilə həm məqsəd, həm də təsir baxımından eyni olduğuna görə eyni ad ilə adlandırılmışdır. Qısa bir zaman sonra Rusiyada olduğu kimi kommunistlərə qarşı ağ terror başladılmışdır. == Tarixi == İqtidara gələn Kommunistlər, iqtidara gəlmələrindən iki ay sonra Macarıstanın sərhədlərini Birinci Dünya müharibəsindən əvvəlki halına qaytarmağa çalışdılar. Birinci olaraq Çexoslovakiyaya girdilər. Slovakiyaya girərək burada Slovak Sovet Respublikası adlı dövlət yaratdılar. Hücumun uğursuz olmasından sonra Rumıniyaya aid olan, ancaq Macar əhalinin üstünlük təşkil etdiyi Transilvaniyayı geri almaq üçün hücuma başladılar. Ancaq bu hücumda uğursuzluğa düçar oldu. Bu uğursuzluqlar xalqın kommunistlərə olan dəstəyinin azalmasına səbəb oldu.
Macarıstanda ağ terror
Macarıstanda ağ terror (mac. fehérterror) əks inqilabçılar tərəfindən həyata keçirilmiş repressiya və zorakılıqla müşahidə edilmiş Macarıstan tarixinin iki illik bir dövrünü (1919–1921) əhatə etmişdir. Qısa ömürlü Macarıstan Sovet Respublikasını dəstəkləyənləri, yeni hökumətin müxalifətini əzmək və kommunistlərin Macarıstanda həyata keçirmiş olduqları Qırmızı terrora cavab məqsədilə edilmişdir. Ağ terrorun qurbanlarının çoxu yəhudilər olmuşdur. Bu terror zamanı on minlərlə insan mühakiməsiz həbs edilmiş 1.000 nəfərə qədər insan öldürülmüşdür. == Arxa plan == Birinci dünya müharibəsinin axırında Macarıstan dövlətinin siyasi quruluşu sürətli və köklü dəyişikliklərə məruz qaldı. Macarıstanın güclü bir parçası olduğu Avstriya-Macarıstan İmperiyası müharibədə məğlub olmuş və dağılmışdır. Qalib Antanta dövlətləri bölgəni ələ keçirmək və buranı Serb-xorvat-sloven dövləti, Çexoslovakiya, Rumıniya Krallığı arasında bölmək üçün əməli addımlar atmağa başladılar. Bunun nəticəsində Macarıstan torpaqlarının üçdə iki hissəsindən və əhalisinin üçdə bir hissəsindən məhrum edildi. Müharibədən sonra mövcud sosial-iqtisadi xarakterli üsyanlar ilə birgə baş vermiş bu itkilər bir çox macarda güclü bir təhqir edilmə və nifrət hissi yaratmışdır.
Mumbaya terror aktı
Mumbaya Terror Aktı — Bombey şəhərində silsilə terror aktı. 2008-ci ilin 26 noyabrından 29 noyabra qədər Hindistanın Mumbay şəhərində baş vermişdir. Fərziyyələrə görə, islam terror təşkilatı "Dəkkan Mücahəddin" ( təşkilat əvvələr naməlum idi, Əl-Qaidə təşkilatı ilə əlaqəli ola bilər) bir neçə mobil qruplarla güclü hücum etdilər.Qruplardan biri Viktoriya dəmiryol vagzal binasında avtomat Kalaşnikovdan aramsız atəş açdı. Digər iki qrup Hindistan qapılarının əks tərəfində " Tac Mahal " və "Oberoy" otellərində əsir götürdülər.(ing. Obroi Trident otel), dördüncü qrup polis məntəqəsinə hücum etdi. Yeddi hücum qeydə alınmışdı ( həmçinin Leopold kafe, hospital və Nəriman adlı Yəhudi iş mərkəzi). Nəticədə 166 dinc əhalı güc strukturunun əməkdaşları həlak olmuşlar və 10 dan 9 terrorist. Həmçinin 300 dən 600 dək insan yaralanmışdır. Yerli vaxtla saat 22:00 radələrində, 21 noyabr 2008-ci il 10 hazırlanmış terrorist: Acmal Qasab, Abu Əli, Abu Soxeb Abdul, Rəhman Çota, Fəhad Ullah, Abu Dəra İsamal Xan, Nəsir Umar, Babar İmran Akaşa, Akir Əli Xama və Badi Abdulla Rəhman Karaca şəhərini hava qayıqları ilə tərk etdilər. Onların istiqamətləri - Mumbay şəhəridir.
Oktoberfest terror hücumu
Oktoberfest terror hücumu (alm. Oktoberfestattentat‎) - Almaniyada fəaliyyət göstərən radikal sağ terror qrupları tərəfindən törədilmiş terror aktı. Oktoberfest terror hücumu 1980-cı ilin 26 sentyabr tarixində Oktoberfest festivalının hər il ənənənvi formada təşkil edildiyi Münhen şəhərində baş vermişdir. Baş verən terror hücumu nəticəsində 13 nəfər həlak olmuş və 211 nəfər isə yaralanmışdır. Oktoberfest terror hücumu Qərbi Almaniyada yaşanmış ən genişmiqyaslı terror aktlarından biri hesab olunur. Hadisənin törətməkdə günahlandarılan Gundolf Köhler adlı 21 yaşlı alman tələbə hadisə yerində baş verən partlayış zamanı həlak olmuşdur. Köhlerin partlayıcı qurğunu insanların çox olduğu məkana yerləşdiyi məlumdur. Gundolf Köhler tək başınamı, yoxsa qrup şəklində hərəkət etdiyi bu günə qədər müəyyənləşdirilə bilməyib.
Qurdlar Vadisi: Terror
Qurdlar Vadisi Terror (türk. Kurtlar Vadisi Terör) — İlk bölümü 8 fevral 2007-ci ildə Show TV-də yayımlandıqdan sonra yayımı ləğv edilən terrorla əlaqədar Türkiyə serialı. Qurtlar Vadisi adlı ilk serialda Türkiyədəki mafiya fəaliyyətləri və dövlət içində dövlət mövzuları ələ alınmışdı. Yayımlanan ilk bölüm 22.40 reytinqi ilə birinci yeri tutdu. Serial, ilk bölümdən sonra, nümayiş olunmazdan əvvəl tənqidlər və yayımlanmaması üçün reaksiya mesajları aldığı iddiasıyla RTÜK tərəfindən ləğv edildi. İkinci bölüm 18 oktyabr 2007-ci ildə, serialın ləğv edilməsindən 8 ay sonra yayımlandı. Qurdlar Vadisi Terror serialının efirə çıxmazdan əvvəl reaksiya alan ilk bölümündən sonra ləğv edilməsi gündəmə gəldi. Mətbuatda yayımçının 18 oktyabr 2007-ci ildə RTÜK tərəfindən toplantıya dəvət edildiyi bildirildi. RTÜK-ə daxil olan müraciətlərin 13,953-ü serialın yayımlanmaması, 2,609-u isə yayımlanması istənmişdir. Qəzetlərin internet saytlarında da bu mövzuda sorğular təşkil edildi.
Qurdlar Vadisi Terror

Suruç terror aktı
Suruç terror aktı (türk. Suruç saldırısı) - 2015-ci ilin 20 iyul tarixində Türkiyənin Şanlıurfa vilayətinin Suruç səmtində yerli vaxtla saat 12:00-da baş vermiş bombalı intihar hücumu. Terror aktı nəticəsində ən azı 31 nəfərin həlak olduğu və 100 nəfərdən çox şəxsin yaralandığı bildirilir. Hücum; Sosialist Gənclik Dərnəklər Federasiyasının üzvlərinin toplaşdığı Amara Mədəniyyət Mərkəzinin baxçasında 300 nəfərlik qrupa qarşı həyata keçirilmişdir. Silahlı kamikadze özünü SGDF olaraq tanınan sol yönümlü qrupun uzun müddətdir ki, İraq Şam İslam Dövləti terror təşkilatı tərəfindən mühasirədə saxlanılan Kobani şəhərinin yenidən bərpa edilməsi ilə bağlı çıxış edərkən partlatmışdır. Əsas ehtimallar terror hücumunun İraq Şam İslam Dövləti terror təşkilatı tərəfindən həyata keçirilməsi ilə bağlıdır.
Terror hadisələrinin siyahısı
Terror hadisələrinin siyahısı — 1970-cı illərdən indiyə kimi dünya ölkələrində çoxlu sayda insan tələfatı ilə nəticələnən terror hadisələrinda minlərlə adam həlak olmuşdur. Həlak olanlar arasında qadınlar qocalar və uşaqlar da olmuşdur. 21 fevral İsrail İsveçrə Fələstin terrorçu qrupun İsveçrə təyyarəsinə hücum etməsi nəticəsində 47 nəfər həlak olmuşdur. 8 may İsrail Məktəb avtobusuna hücum edən Fələstin terrorçuları 9 uşağı öldürmüşlər. 24 avqust Amerika Birləşmiş Ştatları Ordu Riyaziyyat Araşdırma Mərkəzinin partladılması nəticəsində bir nəfər həlak olmuşdur. 22 iyul İtaliya Dəmiryolu vağzalının partladılması nəticəsində 6 adam həlak olmuş və 66 nəfər yaralanmışdır. 22 oktyabr Amerika Birləşmiş Ştatları Qara Azadlıq Ordusu qruplaşması tərəfindən bir kilsənin partladılması nəticəsində 1 nəfər yaralanmışdır. 21 avqust Filippin Liberal partiyasının mitingində bomba partladılmışdır. 31 oktyabr Böyük Britaniya London Poçt ofisində bomba partladılmışdır. 4 dekabr Böyük Britaniya Könüllü qüvvələrə qarşı törədilən bomba partlayışında 15 nəfər həlak olmuşdur.
Terror in Resonance
Zankyou no Terror (残響のテロル, zankö no teroru, ing. Terror in Resonance, rəsmi yaponca - Terror in Tokyo) — MAPPA studiyası tərəfindən çəkilmiş anime-serial. Rejissor - Şiniciro Vatanabe, personajların dizaynerı - Kadzuto Nakadzava, bəstəkar - Yoko Kanno. Premyerası Fuji Television kanalında noitaminA bloku çərcivəsində baş tutdu. Alternativ Tokio. Yayın bir günündə terakt baş verir, internetdə isə terakta aparan video yayılır. Videoda iki gənc oğlan "Tokionun qaranlıqa bürənməsi" haqda bəhs edir. Polis dərhal istintaqa başlasa da, videonun müəlliflərini tapmaq olmur. Axtarışlar nəticə vermir, çarxlar çıxmağa davam edir, yeni videolarda isə bombaların yerlərini bildirən ipucular şifrələnib. Detektiv Şibadzaki özlərini «Sfinks» (スピンクス, supinkusu) adlandıran naməlum şəxsləri tapmaq fikrindədir.
Zankyou no Terror

Terror hadisələrinin siyahıları
Terror hadisələrinin siyahısı — 1970-cı illərdən indiyə kimi dünya ölkələrində çoxlu sayda insan tələfatı ilə nəticələnən terror hadisələrinda minlərlə adam həlak olmuşdur. Həlak olanlar arasında qadınlar qocalar və uşaqlar da olmuşdur. 21 fevral İsrail İsveçrə Fələstin terrorçu qrupun İsveçrə təyyarəsinə hücum etməsi nəticəsində 47 nəfər həlak olmuşdur. 8 may İsrail Məktəb avtobusuna hücum edən Fələstin terrorçuları 9 uşağı öldürmüşlər. 24 avqust Amerika Birləşmiş Ştatları Ordu Riyaziyyat Araşdırma Mərkəzinin partladılması nəticəsində bir nəfər həlak olmuşdur. 22 iyul İtaliya Dəmiryolu vağzalının partladılması nəticəsində 6 adam həlak olmuş və 66 nəfər yaralanmışdır. 22 oktyabr Amerika Birləşmiş Ştatları Qara Azadlıq Ordusu qruplaşması tərəfindən bir kilsənin partladılması nəticəsində 1 nəfər yaralanmışdır. 21 avqust Filippin Liberal partiyasının mitingində bomba partladılmışdır. 31 oktyabr Böyük Britaniya London Poçt ofisində bomba partladılmışdır. 4 dekabr Böyük Britaniya Könüllü qüvvələrə qarşı törədilən bomba partlayışında 15 nəfər həlak olmuşdur.
Tuluzada terror aktı
Tuluzada terror aktı — 2012-ci il martın 19-da səhər Tuluzada (Fransa) "Tövrat xəzinələri" ("Otsar HaTorah") yəhudi məktəbində terror aktı törədilib. Cinayətkar motoskuterlə məktəbə gəlib və məktəbin həyətində avtomat silahdan atəş açıb, bundan sonra müəllimləri, şagirdləri və onların valideynlərini həyətdə və məktəb binasında təqib edib. Daha sonra həmin skuterlə qaçıb. Terror aktı nəticəsində 4 nəfər həlak olub (bir müəllim və 3–8 yaş arası üç uşaq), 17 yaşlı yeniyetmə isə ağır yaralanıb. Əl-Qaidə ilə əlaqəsi olduğu güman edilən qatil Məhəmməd Mera22 mart 2012-ci ildə Fransa polisi tərəfindən tutularkən qaçmağa cəhd edərkən snayper tərəfindən öldürülüb. 2012-ci il martın 19-da səhər saat 8 radələrində məktəbə skuter sürən terrorçu məktəbin həyətində avtomat silahdan atəş açıb, bundan sonra müəllimləri, şagirdləri və onların valideynlərini həyətdə və məktəb binasında təqib edib. Daha sonra həmin skuterlə qaçıb. NEWSru.co.il redaktorlarının məlumatına görə, Otsar HaTorah məktəbində İsrail və Rusiyadan olan müəllimlər və tələbələr var. Bütün Fransada yəhudi məktəblərində təhlükəsizlik artırıldı. Fransanın cənubunda tarixində ilk dəfə olaraq terror təhlükəsinin maksimum səviyyəsi elan edilməsinə səbəb oldu.