TOT

tot1

n d.d. 1. balaca uşaq / oğlan; a tiny ~ körpə bala; 2. balaca qədəh (şərab üçün); 3. balaca qurtum, udum, içim (şərab)

tot2

v d.d. cəmləmək, yekun vurmaq

TOSTICATE
TOTAL
OBASTAN VİKİ
Andrea Tot
Andrea Tot (d. 7 avqust 1981) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Andrea Tot, Macarıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, Afina Olimpiadasını altıncı pillədə başa vurdu.
Kriztian Tot
Kriztian Tot (1 may 1994) — Macarıstanlı cüdoçu. Kriztian Tot Macarıstanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Kriztian Tot birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 90 kq çəkidə, 1/16 final mərhələsində Keniyanın nümayəndəsi Kiplanqat Sanq ilə üz-üzə gəldi. Həmin görüşdə Kriztian Tot rəqibinə 100:0 hesabı ilə qalib gəldi. Daha sonra Kriztian Tot 1/8 final mərhələsində Çin təmsilçisi Çenq Xunjao ilə üz-üzə gəldi. Həmin görüşdə Kriztian Tot rəqibinə 0:100 hesabı ilə uduzdu.
Matey Tot
Matey Tot (slovak. Matej Tóth; 10 fevral 1983, Nitrа) — Slovakiya yungül atletika idmançısı, idman yürüşündə çıxış edir. 50 km məsafədə 2015 dünya çempionu və 2016 Olimpiya çempionu. Dörd Olimpiya Oyunlarının iştirakçısı (2004, 2008, 2012, 2016). == Nailiyyətləri == 2004-cü il Olimpiya Oyunlarının iştirakçısı 20 kilometr məsafədə 32-ci yer, Pekin Olimpiadasında 20 kilometr məsafədə 26-cı yer, 2012-ci il Olimpiya Oyunlarında 50 kilometr məsafədə 7-ci yeri tutdu. 2015 Dudinska Patdesiatka yarışının 3:34.38 nəticəsi ilə qalibi oldu. Bu nəticə yarışın ən yaxşı 3-cü nəticəsi oldu, bu məsafəni ondan daha sürətli Robert Korjenevski və Denis Nijeqorodov qət etmişdilər. Podebrady Race Walk yarışında 20 kilometrlik yürüşdə 2-ci yeri tutmuşdur. 2006-cı ildə Slovakiyanın ən yaxşı idmançısı seçilmişdir. 2016-cı ildə Slovakiyada ilin idmançısı adını qazanmışdır.
Noemi Tot
Noemi Tot (d. 7 iyun 1976) — İtaliyanı təmsil edən su poloçusu. Noemi Tot, İtaliya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Yunanıstan yığmasını 11:10 hesabı ilə məğlub edən İtaliya yığması, Afina Olimpiadasını qızıl medalına sahib oldu.
İldiko Tot
İldiko Tot (d. 23 aprel 1987) — Macarıstanı təmsil edən su poloçusu. İldiko Tot, Macarıstan yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:14 hesabı ilə məğlub olan Macarıstan yığması, London Olimpiadasını dördüncü pillədə başa vurdu. Daha sonra İldiko Tot, Macarıstan yığmasının heyətində 2016-cı ildə Braziliyanın ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 18:20 hesabı ilə məğlub olan Macarıstan yığması, Rio-de-Janeyro Olimpiadasını dördüncü pillədə başa vurdu.
Tot
Tot (yun.Θόουτ, Θώθ, Thoth)- Qədim Misir mifologiyasına görə müdriklik və yazı tanrısı. Qədim mənbələrda Tot "əlifbanı icad edən və magiyanın himayədarı kimi" tanıdılır. Tot Allahına əsas sitayiş mərkəzi Şmun və ya Eşmunen (Hermopol) şəhəri idi.. Məhz bu şəhərdə Tota sitayişlə bağlı əsas şəbəd yerləşirdi . Bundan başqa Baxe, Per-abe, Urite, Ta-ure, Talmise, Pselkete, Sene, Xate, İa-ca-Mutete Ta-seti (Takense), Rexue, Xeserte və Abidos çəhərlərində də Tot allahının şərəfinə inşa edilmiş məbədlər var idi.. Молитва богу Тоту о ниспослании умения хорошо писать. Гимн Тоту. Папирус Anastasi III. Тураев Б. Тот, древнееегипетский бог. Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т.
Arpad Tot
Arpad Tot (mac. Árpád Tóth; 14 aprel 1886, Arad – 7 noyabr 1928, Budapeşt) — Macarıstan şairi və tərcüməçisi. == Həyatı == Arpad Tot 1886-cı ildə Avstriya-Macarıstanın Arad şəhərində anadan olmuşdur. Debreçen gimnaziyasında təhsil almış və daha sonra isə Budapeşt Universitetində alman və macar dillərini öyrənmişdir. 1907-ci ildə onun poemaları A Hét və Vasárnapi Újság qəzetlərində, 1908-ci ildən isə Nyuqat jurnalında dərc edilməyə başladı. 1911-ci ildən Debreceni Nagy Újság qəzetində teatr oyunlarının tənqidçisi oldu. 1913-cü ildə varlı bir ailədə müəllim kimi işləməyə başladı və yazıçılıqdan bir az gəlir əldə etdi, lakin hələ də yoxsulluq şəraitində yaşayırdı. Vərəm xəstəliyindən əziyyət çəkdiyi üçün Tatra dağlarında Şvedler sanatoriyasında müalicə aldı. Birinci Dünya müharibəsindən sonra yaranan inqilabi hökumətin mövcudluğu dövründə o, Vöröşmarti Akademiyasında katib kimi işlədi, lakin tezliklə öz vəzifəsindən kənarlaşdırıldı və hökumətin süqutundan sonra özünə yeni iş tapa bilmədi. 1928-ci ildə Budapeştdə xəstəliyə tutulan Tot ömrünün qalanını yoxsul yaşayaraq keçirdi.
Tot Matey
Matey Tot (slovak. Matej Tóth; 10 fevral 1983, Nitrа) — Slovakiya yungül atletika idmançısı, idman yürüşündə çıxış edir. 50 km məsafədə 2015 dünya çempionu və 2016 Olimpiya çempionu. Dörd Olimpiya Oyunlarının iştirakçısı (2004, 2008, 2012, 2016). 2004-cü il Olimpiya Oyunlarının iştirakçısı 20 kilometr məsafədə 32-ci yer, Pekin Olimpiadasında 20 kilometr məsafədə 26-cı yer, 2012-ci il Olimpiya Oyunlarında 50 kilometr məsafədə 7-ci yeri tutdu. 2015 Dudinska Patdesiatka yarışının 3:34.38 nəticəsi ilə qalibi oldu. Bu nəticə yarışın ən yaxşı 3-cü nəticəsi oldu, bu məsafəni ondan daha sürətli Robert Korjenevski və Denis Nijeqorodov qət etmişdilər. Podebrady Race Walk yarışında 20 kilometrlik yürüşdə 2-ci yeri tutmuşdur. 2006-cı ildə Slovakiyanın ən yaxşı idmançısı seçilmişdir. 2016-cı ildə Slovakiyada ilin idmançısı adını qazanmışdır.
Enriko Toti
Enriko Toti (1882-1916) - İtaliyanın milli qəhrəmanı. Enriko, Avropa və Afrikada bir neçə dəfə ekstremal velosiped səyahətləri edən bir ayağını itirmiş əlil idi. Ölümündən sonra İtaliyanın yüksək hərbi mükafatı olan "Hərbi şücaətə görə" qızıl medalla mükafatlandırılmışdı. Tarixdə bu medalı qazanmış yeganə mülki şəxs hesab edilir. == Bioqrafiya == Enriko Toti 1882-ci ildə Romada anadan olub. 14 yaşında donanmaya xidmətə yollanmış və 1905-ci ilə qədər orada xidmət etmişdi. 1905-ci ildən dövlət dəmir yollarında ocaqçı kimi işə düzəldi. 2 mart 1908-ci ildə, Kolleferroda həmkarının səhvinə görə qatarın altına düşmüş və sol ayağını ağır zədələmişdi. Bundan sonra ayağı çanaq hissəsinə qədər amputasiya edilmişdi. Bir müddət 18 iyun 1904-cü ildə Piy qapılarının yanındakı binalardan birində açılan Bersalyerlər muzeyində işləmişdi.
Françesko Totti
Françesko Totti (it. Francesco Totti; 27 sentyabr 1976, Roma, İtaliya) — İtaliya futbolçusu, Roma futbol klubunun kapitanı, İtaliya milli futbol komandasının oyunçusu. Totti FİFA-nın "Dünyanın ən yaxşı 125 futbolçusu" siyahısında yer alır. 2 dəfə İtaliya milli futbol çempionatında ilin futbolçusu, 5 dəfə isə ilin italyan futbolçusu seçilmişdir. İtaliya milli futbol çempionatı tarixində ən çox qol vuran futbolçular sırasında 250 qol ilə 2-ci sıradadır. UEFA Çempionlar Liqasında və UEFA Avropa Kubokunda toplam 270 qol vurmuş və 143 qola assistentlik etmişdir. 2011-ci ildə Kriştiano Ronaldo, Ueyn Runi kimi futbolçuları qabaqlayaraq Avropanın ən yaxşı futbolçusu seçilmişdir. == Həyatı == Fraçesko Totti 27 sentyabr 1976-cı ildə İtaliyanın paytaxtı Roma şəhərində anadan olub. Roma futbol klubunun "Qızıl uşağı", "Qladiatoru" ləqəblərini daşıyır.
Georgi Konstantinoviç Totibadze
Georgi Konstantinoviç Totibadze (gürc. გოგი კონსტანტინეს ძე თოთიბაძე; 29 oktyabr 1928, Tiflis, Gürcüstan SSR, SSRİ – 8 aprel 2010, Tbilisi) — gürcü rəssamı. 1975–2010-cu illərdə SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü olub. == Bioqrafiya == === Gənclik və karyera === Georgi Totibadze 29 oktyabr 1928-ci ildə Tbilisidə anadan olub. O, valideynləri və bacısı Nanə ilə birlikdə Tbilisinin Zanduleki küçəsi 11 ünvanında yaşayırdı. Atası Konstantin Antonoviç Totibadze fizika müəllimi, anası Yelena Xundadze isə orta məktəbdə gürcü dili müəllimi idi. 1947-ci ildə Georgi Totibadze incəsənət və rəssamlıq üzrə Uça Caparidzenin müəllimi olduğu İncəsənət Tbilisi Dövlət Rəssamlıq Akademiyasında təhsilə başlayıır. 1959-cu ildə professor elmi adını aldı və öz rəssamlıq emalatxanasını yaratdı. O, 1972-ci ildən 1982-ci ilə qədər Tbilisi Dövlət Rəssamlıq Akademiyasının rektoru vəzifəsində çalışıb, burada incəsənət və rəssamlıq üzrə dərs deyib. Onun tələbələri arasında Gia Buqadze də var idi.
Georgi Totibadze

Mariana Vasilyeva-Toteva
Mariana Vasileva-Toteva (bolq. Мариана Василева-Тотева; 6 iyul 1974, Tarqovişte[d]) — bədii gimnastika üzrə məşqçi, Azərbaycan Gimnastika Federasiyasının baş məşqçisi, 2021-ci il noyabrın 29-dan Azərbaycan Respublikası Gənclər və idman nazirinin müavini. == Həyatı == Mariana Vasileva keçmiş bolqar bədii gimnast olub və Bolqarıstanın Sofiya şəhərindəki Levski klubunda məşqçi kimi işləyib. 2007-ci ildə o, Azərbaycan Gimnastika Federasiyasından məşqçi kimi işləmək üçün dəvət alıb. Qısa müddət sonra; o, ən yaxın qohumları (ər və iki uşağı) ilə birlikdə Bakıya, Azərbaycana köçüb. 2009-cu ildən Vasileva Azərbaycan Bədii Gimnastika Federasiyasının baş məşqçisi təyin edilib. 2013-cü ildə Azərbaycan Respublikasının əməkdar məşqçisi adını almışdır. 2015-ci ildə 1-ci Avropa Oyunlarında milli komandanın uğurlu çıxışından sonra Azərbaycan Prezidentinin Fəxri Diplomu ilə təltif edilmişdir. Mariana Vasilevanın çalışdırdığı dövrdə Azərbaycan millisi 2009, 2011, 2013, 2014, 2018 və 2020-ci illərdə Avropa çempionatlarında mükafatlar qazana bilib. 2021-ci il noyabrın 29-da Prezident İlham Əliyevin sərəncamı ilə Mariana Vasileva-Toteva Gənclər və İdman nazirinin müavini təyin olunub.
My Neighbor Totoro
Qonşum Totoro (となりのトトロ Tonari no Totoro) - Hayao Miyazakinin 1988-ci ildə yaratdığı tammetrajlı animasiya filmi. Film doqquz yaşlı Satsuki və beş yaşlı Meyın meşənin gözətçisi ruh Totoro ilə gorüşdən bəhs edir. Ailə kəndə köçəndən sonra qızlar yaşadığı evdə susuvatari ruhları ilə qarşılaşırlar. Kiçik Mey evdə tək olarkən meşənin yanında kiçik bir ruh görür.. Kiçik ruh onu böyuk ruhun, boyük ruh isə nəhəng Totoronun yanına gətirir. Ardınca Setsuki də avtobus dayancağında atasını gözləyərkən Totoro ilə tanış olur. Totoro onlara bambuk yarpaqlarına bükülmüş tumlar verir, qızlar tumları əkir, Totoro isə tumların boy artmağına kömək edir. Gələn gün xəstəxanadan xəbər gəlir, ki qızların anası gələcək bazar günü evə qayıda bilməyəcək. Əhvali-ruhiyyəsi pozulmuş Mey bacısından küsür və anasını axtarmağa gedir və yolda itir. Satsuki və qonşuları Meyın axtarışına düşür, lakin onu tapa bilmirlər.
Odri Totu
Odri Totu (fr. Audrey Tautou [odʁɛ totu]) (9 avqust 1976, Bomon) — Fransalı aktrisa. Populyarlıq ona "Ameli" (2001), "Da Vinçi şifrəsi" (2006) və "Koko do Şanel" (2009) filmlərində almış baş rolları gətirdi. Odrinin atası diş həkimi, anası isə savadsızlığa qarşı Assosiasiyasının üzvü idi. Uşaqlıqda Odri biologiya ilə çox maraqlanırdı, ancaq valideynləri ona oxuduğu liseydə teatr təlimlər dərslərinə getməyi məsləhət gördülər. Odri fortepiano və qoboy dərsləri üzrə musiqi məktəbini bitirib. Alman və ingilis dillərini yaxşı bilir. Onun boyu 160 sm.-dir. 1996: Cœur de cible (TV) 1997: La vérité est un vilain défaut (TV) 1998: Bébés boum (TV) 1998: Chaos technique (TV) 1998: Kastinq: Archi-iyrənc 1998: Köhnə hasar 1999: Le Boiteux: Baby blues (TV) 1999: Ölmək kədərlidir 1999: Venera gözəllik salonu (Vénus beauté (institut)) 2000: Əxlaqsız (film, 2000) (Le libertin) 2001: Tanrı böyükdür, mən - balaca (film, 2001) (Dieu est grand, je suis toute petite) 2001: Ameli (Le fabuleux destin d’Amélie Poulain) 2002: Çirkli yaraşıq (film, 2002) (Dirty Pretty Things) 2002: Sevir...sevmir?
Qonşum Totoro
Qonşum Totoro (となりのトトロ Tonari no Totoro) - Hayao Miyazakinin 1988-ci ildə yaratdığı tammetrajlı animasiya filmi. Film doqquz yaşlı Satsuki və beş yaşlı Meyın meşənin gözətçisi ruh Totoro ilə gorüşdən bəhs edir. Ailə kəndə köçəndən sonra qızlar yaşadığı evdə susuvatari ruhları ilə qarşılaşırlar. Kiçik Mey evdə tək olarkən meşənin yanında kiçik bir ruh görür.. Kiçik ruh onu böyuk ruhun, boyük ruh isə nəhəng Totoronun yanına gətirir. Ardınca Setsuki də avtobus dayancağında atasını gözləyərkən Totoro ilə tanış olur. Totoro onlara bambuk yarpaqlarına bükülmüş tumlar verir, qızlar tumları əkir, Totoro isə tumların boy artmağına kömək edir. Gələn gün xəstəxanadan xəbər gəlir, ki qızların anası gələcək bazar günü evə qayıda bilməyəcək. Əhvali-ruhiyyəsi pozulmuş Mey bacısından küsür və anasını axtarmağa gedir və yolda itir. Satsuki və qonşuları Meyın axtarışına düşür, lakin onu tapa bilmirlər.
Serapias tota-alba
Cephalanthera damasonium (lat. Cephalanthera damasonium) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin cephalanthera cinsinə aid bitki növü. Serapias damasonium Mill.
Tetsuya Totsuka
Tetsuya Totsuka (d. 24 aprel 1961) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 18 oyun keçirib, 3 qol vurub.
Tringa totanus
Otluq ilbizcüllütü (lat. Tringa totanus) — i̇lbizcüllüt cinsinə aid quş növü. Nisbətən gödək dimdiyi və uzun ayaqları olan kifayət qədər iri cüllütdür. Bədəninin uzunluğu 28 sm, qanadları 144 – 170 mm, çəkisi 120 q-a yaxındır. Üstü qonurumtul – boz, qara çilli, altı ağ, sıx çilli, quyruqüstü ağdır. Başqa trinqalardan fərqli olaraq qanadının iç kənarı boyunca uçuş zamanı yaxşı görünən enli ağ zolaq uzanır. Qırmızı ayaqları və dimdiyinin qırmızı əsası ilə seçilir. Qara və boz cüllütlərdən fərqli olaraq Azərbaycanda yuvalayır, həm də qışlayır. Sayına görə kifayət qədər adidir. Yuvalama arealı Sibirin böyük hissəsi və Rusiyanın şimal-şərqi istisna olmaqla demək olar ki, bütün Palearktikanı əhatə edir.
Typhlodromus totifolianensis
Typhlodromus totifolianensis (lat. Typhlodromus totifolianensis) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. Typhlodromus totifolianensis Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Öküzə sitayiş (totemizm)
Öküzə sitayiş - qədim dini dünyagörüşlərdən biri olan totemizmin təzahür forması. Bir çox tədqiqatçıların hesab etdiyi kimi, öküz ayini Şərq xalqlarının hələ ən qədim totemist təsəvvürlərinə gedib çıxır. Öküzə ehtiram Çatalquyukun saxsı qablarından əvvəlki dövrdə, neolitdə öz çiçəklənmə dövrünə çatmışdır. Paleolit dövründən başlayaraq və sonrakı dövrlərdə öküz müxtəlif tayfa və xalqlarda totem hesab edilmişdir. Məsələn, orta əsrlər türk tayfası oğuzların dastanında nəslin banisi Oğuz xaqanı haqqında deyilirdi: «Onun ayaqları öküzün ayaqları kimi, budları canavarın budu kimi, çiyinləri ayının çiyni kimi idi. Onu «öküz» adlandırırdılar». Bir çox tayfalar öz başlanğıcını öküzlə əlaqələndirirdilər. Hunlar, monqollar və buryatlar başlanğıcı öküz nəslindən götürürdülər. Öküzün buynuzlarını isə cəsarət, hünər və güc rəmzi ilə əlaqələndirirdilər. Qazaxıstan petroqliflərində olan öküz təsvirləri haqqında analoji fikirlər söylənilirdi.
Total Drama
Total Drama — Cennifer Perç(en) və Tom Makqillis(en) tərəfindən yaradılmış Kanada cizgi serialı. Kanadada 8 iyul 2007-ci ildə Teletoon telekanalında yayımlanmışdır. Serial Survivor(en) realiti şousunu parodiya edir. Hər mövsüm bir qrup gənc qalib olmaq uğrunda mübarizə aparır. Mükafat və toxunulmazlıq qazanmaq üçün həm komanda şəklində həm də tək başına müsabiqələrdə iştirak edirlər. Təxminən yarışın ortalarında komandalar parçalanır və üzvləri bir-birləri ilə rəqabət aparmağa məcbur edilirlər. Müsabiqənin iştirakçıları bir-birlərinə dəstək olsalar onlar dərhal oyundan kənarlaşdılırlar. Serialın birinci mövsümündə müsabiqənin finalında qalib gələn iştirakçıya 100,000 Kanada dolları ödənilib. Serial altı mövsümdən ibarətdir: Island, Action, World Tour, Revenge of the Island və Total Drama Island.
Total Drama Island

Tottori Qum Muzeyi
Tottori Qum Muzeyi (砂の美術館, Sono no Bicutsukan) – Yaponiyanın Tottori prefekturasının eyniadlı şəhərində yerləşən muzey. Dünyada qum heykəllərinə həsr olunmuş ilk və yeganə qapalı muzeydir. Burada dünyanın müxtəlif yerlərindən olan heykəltaraşların işləri sərgilənir. Muzeyin əsası 2006-cı ildə qoyulmuş və burada birinci olaraq intibah mövzusuna həsr olunmuş İtaliya sərgisi baş tutmuşdur. Çadırda baş tutmuş bu sərgi Leonardo da Vinçi və Mikelancelonun yaradıcılığından təsirlənərək keçirilmiş və 1 ay davam etmişdir. 14 aprel 2012-ci ildə 580 milyon yenə başa gələn 1950 m2-lik muzey binasının açılışı baş tutmuşdur. Britaniya mövzusunun aktual olduğu açılış zamanı 10 ölkədən olan 15 heykəltaraşın işləri sərgilənmiş, Kraliça I Elizabet və London Olimpiya Oyunlarına həsr olunmuş işlər nümayiş etdirilmişdir. Daha sonra burada 8 ay davam edən "Qumla dünya səyahəti" sərgiləri baş tutmağa başlamışdır. Tottori qum dyunları muzeyin yaxınlığında yerləşsə də, həmin yer milli park ərazisi olduğu üçün qumdan istifadə edə bilmirlər. Qum heykəllərini hazırlamaq üçün illər öncə bir yol layihəsindən qalmış qumdan istifadə olunur.
TOTO Tualet Muzeyi
Toto Muzeyi (TOTOミュージアム, TOTO Myuciamu) – Yaponiyanın Fukuoka prefekturasının Kitakyuşu şəhərində yerləşən tualet muzeyi. Muzey tualet istehsalı ilə məşğu olan "Toto" şirkətinin nəzdində fəaliyyət göstərir. "Toto" şirkəti Yaponiyada Qərb üslubunda tualetlərin istehsalı ilə məşğul olan ilk şirkətdir və əsası 1917-ci ildə qoyulmuşdur. Muzey şirkətin 100 illiyini qeyd etmək məqsədilə 28 avqust 2015-ci ildə açılmışdır. Muzeyin tikintisi 60 milyon ABŞ dollarına başa gəlmişdir. Fəaliyyətinin ilk 3 ayında 30 mindən çox ziyarətçi qəbul etmişdir. Muzey şirkət qərargahının ərazisində, müasir memarlıq üslubunda olan binanın ikinci mərtəbəsində yerləşir. Binanın görünüşü vannanı xatırladır. Muzeydə şirkət tərəfindən istehsal olunmuş köhnə tualet və tualet oturacaqları, pisuarlar, vannalar və şirkətin ən məşhur məhsulu hesab olunan vaşletlər sərgilənir. Şirkət yarandığı ilk dövrlərdə keramika məmulatları da istehsal etdiyi üçün onlar da muzey eksponatlarına daxildir.
Toto Muzeyi

Umberto Totsi
Umberto Totsi (it. Umberto Tozzi; 4 mart 1952, Turin) — İtaliya müğənnisi. Karyerası ərzində artist beynəlxalq miqyasda müxtəlif dillərdə 70 milyondan çox albom satmışdır. Onun ən böyük beynəlxalq hitləri arasında "Stella Stai", "Gloria", "Tu" və "Ti Amo" var. Totsi Raf ilə birlikdə İtaliyanı 1987 Avroviziya Mahnı Müsabiqəsində "Gente di mare" mahnısı ilə təmsil edərək 3-cü yerin sahibləri olmuşlar. 1976 – Donna amante mia 1977 – È nell'aria...ti amo 1978 – Tu 1979 – Gloria 1980 – Tozzi 1981 – Notte rosa 1982 – Eva 1984 – Hurrah!
Tottenham Hotspur Stadium
Tottenham Hotspur Stadium — İngiltərə Premyer Liqası klubu Tottenhem Hotspur-un Londonun şimalında yerləşən ev stadionu. O, klubun əvvəlki stadionu olan Vayt Hart Leyni əvəz edir. 62,850 tamaşaçı tutumu ilə İngiltərənin 3-cü ən böyük futbol stadionu və Londonun ən böyük klub meydançasıdır. Stadionun çoxməqsədli olması nəzərdə tutulub və NFL-nin Böyük Britaniyadakı ev stadionudur. Bu, NFL London Oyunları, konsertlər və digər tədbirlər üçün altında sintetik qazon sahəsini çıxara bilən dünyanın ilk bölünən və geri çəkilə bilən futbol meydançasıdır. Stadionun tikintisinə Tottenhem üçün 20 illik regenerasiya planının katalizatoru olmaq üçün nəzərdə tutulan Northumberland İnkişaf Layihəsinin mərkəzi hissəsi kimi başlanmışdır. Layihə hazırda sökülən Vayt Hart Leyn ərazisini və ona bitişik əraziləri əhatə edir. O, 2007-ci ildə hazırlanıb və 2008-ci ildə elan edilib, lakin bir neçə dəfə yenidən işlənib və mübahisələr və gecikmələr səbəbilə tikintiyə 2015-ci ilə qədər başlanmayıb. Stadion 3 aprel 2019-cu ildə Premyer Liqanın ilk oyunu öncəsi mərasimlə açılıb. "Tottenham Hotspur Stadium" adının müvəqqəti olması nəzərdə tutulurdu, burada məqsəd ad hüquqlarını sponsora satmaq idi, lakin hələ də adı dəyişdirilməyib.

Digər lüğətlərdə