VƏLHƏD
VƏLİAĞA
OBASTAN VİKİ
Vəli
Vəli — kişi adı. Molla Vəli Vidadi — XVIII əsr Azərbaycan şairi. Vəli Xuluflu — ədəbiyyatşünas, publisist Vəli Əliyev (tarixçi) — tarixçi Vəli Məmmədov (filoloq) — filologiya elmləri namizədi, dosent. Vəli Şahmurov Vəli İsrafilov — Azərbaycanı təmsil edən üzgüçü. Vəli Ələkbərov — İctimai-siyasi xadim, tarixçi, pedaqoq. Vəli Məmmədov — Azərbaycan dövlət xadimi, ədəbiyyatşünas, publisist, SSRİ xalq deputatı.
Miskinli Vəli
Bayramov Vəli Alı oğlu (Miskinli Vəli) (1894, Miskinli, Yelizavetpol qəzası – 21 dekabr 1995, Gədəbəy rayonu) — Azərbaycan aşığı. == Həyatı == Miskinli Vəli 1894-cü ildə Gədəbəy rayonunun Böyük Qarabulaq (indiki Miskinli) adlanan kənində yoxsul bir ailədə doğulmuşdur. Atası Vəlinin 2 yaşı olanda vəfat edib. O, doqquz yaşında ikən muzdurluğa başlamış, sonralar bir müddət çobanlıq etmişdir. 19–20 yaşlarında aşıqlığa başlamışdır. Onun ustadı olmayıb. Saz çalmağı, məclis aparmağı və ümumiyyətlə, aşıqlıq sənətinin sirlərini müstəqil öyrənib. Aşıq Vəli təhsil almadığından yazıb-oxumağı bacarmasa da, güclü hafizəsinin köməyi ilə Azərbaycan el ədəbiyyatından saysız-hesabsız şeirləri, dastanları və folklor nümunələrini yadda saxlamışdır. Miskinli Vəlinin şerləri janrca müxtəlifdir. Onun qoşma, qoşayarpaq qoşma, gəraylı, təcnis, dodaqdəyməz, gedərgəlməz təcnis, müxəmməs, divani, qıfılbənd və s.
Nemətulla Vəli
Nemətulla Vəli (1330, Hələb – 28 aprel 1429, Mahan, Kirman ostanı) — ərəb şairi, sufi, alim. == Həyatı == Nemətulla Vəli ("Vəli", yəni "müqəddəs" — ona verilmiş ləqəbdir. Bu, Allahın adlarından biridir) 1330-cu ildə Hələb (Aleppo) şəhərində anadan olmuşdur. Onun atası Mir Abdullah Vəli ərəb sufi və mürşidi, anası isə Cənubi İranın zadəgan farslarından idi. Nemətilla Vəlinin nəsil şəcərəsi beşinci imam Məhəmməd Baqirdan başlayır. Gənc ikən Nemətulla islam ölkələrinə uzunmüddətli səyahətdə olmuşdur. Hər bir müsəlmana vacib bilinən Məkkə ziyarətinə (Həccə) yollanmışdır. Burada Şeyx Abdulla əl-Yəfi ilə rastlaşaraq yeddi il müddətində ona müridlik etmişdir. Müridlik müddətindən sonra ikinci dəfə (bu dəfə kamil bir insan kimi) yenidən səyahətə çıxmış, Qahirəni, Suriyanı, İraqı, Azərbaycanı və İranı gəzmişdir. O, İranın Kirman şəhərində həmişəlik məskunlaşmışdır.
Orxan Vəli
Orxan Vəli Qanıq (türk. Orhan Veli Kanık; əsl adı ilə: Əhməd Orxan Qanıq, d. 13 aprel 1914, İstanbul, Osmanlı İmperiyası – ö. 14 noyabr 1950, İstanbul, Türkiyə) — daha çox Orxan Vəli olaraq tanınan türk şair və tərcüməçi. Məlik Cövdət və Oqtay Rüfət ilə birlikdə yeni janr – "Özgə" cərəyanının qurucusu olmuşdur. Orxan Vəli türk şeirlərindəki köhnə quruluşu təməldən dəyişməyi məqsədləyərək küçədəki şəxslərin söyləyiş tərzini şeir dilində əvəzləmişdir. 36 illik həyat dövrü zamanı şair şeirləri ilə yanaşı hekayə, esse, məqalə və tərcümə sahələrində bir çox əsərlər yaratmışdır. == Ailəsi == Orxan Vəli Kanık 13 aprel 1914-cü ildə İstanbulda, Beykozda doğulmuşdur. Atası İzmirli tacir Fəhmi bəyin oğlu Mehmet Vəli, anası isə Fatma Nigar xanımdır. Şairin atası Cümhuriyyət Simfoniya Orkestrinin dirijoru olmuşdur.
Purya Vəli
Pəhləvan Mahmud Xarəzmi, Purya Vəli — 1322-ci ildə vəfat etmiş sufi və məşhur pəhləvan. O qeyri-adi gücü ilə məşhur idi . == Doğulduğu yer == Onun doğma şəhəri haqqında müxtəlif fərziyyələr vardır. Bəziləri onu Xarəzmin Ürgənc şəhərindən, bəziləri Gəncə şəhərindən və bəziləri isə Səfəvilər dövrünə aid tumar əsasında Xoy Salmas şəhərindən olduğunu iddia edirlər.
Qara Vəli
Qara Vəli - Zənguzurun kəndlərindən biri. == Tarixi == 7-ci imam Museyi-Kazımın oğlu Seyid Əhmədin məqbərəsi yerləşib. Hər iki abidə ermənilər tərəfindən dağıdılıb.
Voldemar Vəli
Voldemar Vəli (est. Voldemar Väli; 10 yanvar 1903, Kurеssааrе, Liflyand quberniyası – 13 aprel 1997, Stokholm) — estoniyalı Yunan-Roma güləşçisi, Olimpiya çempionu. 1928-ci ildə keçirlən Yay Olimpiya Oyunlarında yarım-yüngül çəkidə qızıl medalı qazandı, 1936 Olimpiyadasında isə bürünc medalı. 1942-ci ildə İsveçə emiqrasiya etdi və orada öncə çilingər kimi işləyirdi, daha sonra isə həyat yoldaşı ilə kuklalar fabrikasını açdı.
Vəli Abdullayev
Vəli Albəndov
Vəli Axundov
Vəli Yusif oğlu Axundov (1 (14) may 1916, Saray, Bakı qəzası – 22 avqust 1986, Bakı) — Azərbaycanın ictimai-siyasi xadimi, akademik. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1959–1969), Azərbaycan SSR Nazirlər Sovetinin sədri (1958–1959), Azərbaycan SSR səhiyyə naziri (1954–1958). == Həyatı == Vəli Axundov 1916-cı il mayın 13-də Bakı quberniyasının Saray kəndində kəndli ailəsində anadan olmuşdur. İlk təhsilini Saray kənd məktəbində almışdır. Xatirələrində həmin məktəb yaşadığı yerdən bir neçə kilometr uzaqlığda yerləşdiyini qeyd edirmiş. Uzaq olduğundan və dərsləri buraxmaq istəmədiyindən hər gün evdən məktəvə və məktəbdən evə piyada yol onun həmin məktəbdən əla qiymətlərlə məzun olmasına mane olmamışdır, 1929-cu ildə həmin məktəbi bitirərək Biləcəri stansiyasındakı fabrik-zavod məktəbində təhsilini davam etdirmişdir. 1931-ci ildə sənət məktəbini bitirib Bakı Sənaye texnikumuna daxil olmuşdur. 1935-ci ildə texnikumun kimya şöbəsini bitirib kimyaçı texnik peşəsinə yiyələnmişdir. Təhsilini davam etdirmək və ali təhsil almaq məqsədilə əvvəlcə Azərbaycan Sənaye İnstitutunun hazırlıq kursunda oxumuş, 1936-cı ildə isə Azərbaycan Tibb İnstitutuna daxil olmuşdur. İnstitutda oxumaqla yanaşı ATİ-nin ictimai elmlər kafedrasının laborantı, "Tibbi kadrlar uğrunda" qəzetin redaktoru və komsomol komitəsinin katibi vəzifəsində çalışmışdır.
Vəli Ağbaba
Vəli Ağbaba (türk. Veli Ağbaba; 3 aprel 1968) — TBMM 24, 25, 26, 27-ci çağırış millət vəkili, Türk siyasətçi və Cümhuriyyət Xalq Partiyasının sədr müavini. == Həyatı == Vəli Ağbaba 3 aprel 1968-ci ildə Malatya şəhərinin Qaraca kəndində anadan olmuşdur. Turan Əməksiz liseyini bitirdikdən sonra, Əskişəhərdə yerləşən Anadolu Universitetinin İqtisadi və idarəetmə elmləri fakültəsini 1989-cu ildə bitirmişdir. Vəli Ağbaba universitet illərində Anadolu Universiteti Tələbə Dərnəyinin rəhbəri vəzifəsini yerinə yetirmiş və Əskişəhər Xalq Evinə üzv olaraq tələbə gənclik hərəkatında yer almışdır. == Siyasi fəaliyyəti == Vəli Ağbaba əsgərlikdən sonra 1993-cü ildə Sosial-demokrat Xalqçı Partiyasına qatıldı və 1994-cü il seçkilərində Malatya Bələdiyyə Məclis üzvü seçilərək bələdiyyələrdəki ən gənc fraksiya sədri oldu. Vəli Ağbaba 18 fevral 1995-ci ildə toplanan qurultayda Cümhuriyyət Xalq Partiyası ilə Sosyaldemokrat Xalqçı Partiyasının birləşmə qurultayında qurultay sədri vəzifəsini icra etmişdir. 1998-ci ildə keçirilən şəhər konqresində Cümhuriyyət Xalq Partiyası Malatya Şəhər Təşkilatının sədri seçildiyində 30 yaşında olan Vəli Ağbaba 1999-cu il seçkilərində Cümhuriyyət Xalq Partiyasının şəhər təşkilatının sədri seçilmişdir. Vəli Ağbaba 2002-ci il parlament seçkilərində Cümhuriyyət Xalq Partiyasından millət vəkilliyinə namizəd, 2007-ci il seçkilərində isə Malatya millət vəkilli namizədliyinə namizəd olmuşdur. 2003–2005-ci illərdə Cümhuriyyət Xalq Partiyasının Nizam-intizam Komitəsinin üzvü, 2004-cü ildə isə Cümhuriyyət Xalq Partiyasının Seçki Komitəsinin sədri olmuşdur.
Vəli Babayev
Vəli Allahverdi oğlu Babayev (17 fevral 1945, Naxçıvan – 22 yanvar 1989, Naxçıvan) — Azərbaycan rejissoru, Azərbaycan SSR əməkdar artisti (1974). == Həyatı == Orta məktəbi bitirəndən sonra bir il Naxçıvan Dövlət Musiqili Dram teatrının yardım heyətində çalışıb. Azərbaycan Dövlət Teatr İnstitutunun rejissorluq fakültəsini (indiki Mədəniyyət və İncəsənət Universitetini, R. Təhmasib və M.Məmmədovun sinfi) bitirib (1962–1966). Təyinatla Naxçıvan teatrına quruluşçu rejissor göndərilib. İlk quruluşu olan Georgi Mdivaninin "Konsulu oğurladılar" (5 noyabr 1966) tamaşası teatr ictimaiyyətində böyük maraq doğurub. 1972–1974-cü illərdə Moskvada Anademik Bədaye Teatrında yaradıcılıq təcrübəsi keçib və qayıdaraq Naxçıvan teatrına baş rejissor təyin olunub. Vəli Allahverdi oğlu Babayev 4 oktyabr 1974-cü ildə "Azərbaycan SSR əməkdar artisti" fəxri adına layiq görülüb. Vəli Babayevin rejissurası müasir dünya teatr prosesinin estik prinsipləri ilə səsləşirdi. O, avanqard teatr janrlarının əsas ifadə vasitələrini lirik-psixoloji üslubun poetika xüsusiyyətlərilə cəsarət və məharətlə birləşdirə bilirdi. Həmin cəsarətli sənət axtarışları baxımından onun daha maraqlı yaradıcılıq nailiyyətləri Cəfər Cabbarlının "Yaşar" (10 fevral 1967) və "Od gəlini" (22 mart 1970), Nazim Hikmət və Vera Tulyakovanın "Kor padşah" (29 dekabr 1968), Lope de Veqanın "Nə yardan doyur, nə əldən qoyur" (28 oktyabr 1974), Cəlil Məmrnədquluzadənin "Dəli yığıncağı" (23 may 1975), Avksenti Saqarelinin "Tiflis yengələri" ("Xanuma".
Vəli Baxşəliyev
Vəli Baxşəliyev (tam adı: Baxşəliyev Vəli Baxşəli oğlu; 5 iyun 1955, Böyükdüz, Naxçıvan rayonu) — arxeoloq, tarix elmləri doktoru (2005), professor, AMEA-nın müxbir üzvü (2007). == Həyatı == Vəli Baxşəliyev 5 iyun 1955-ci ildə Babək rayonunun Böyükdüz (hazırda Kəngərli rayonunun) kəndində anadan olub. 1972-ci ildə Şərur rayon Хоk kənd orta məktəbini bitirmiş, 1973-cü ildə Naxçıvan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşdur. 1977-ci ildə Universiteti müvəffəqiyyətlə bitirmiş və Azərbaycanın rayonlarında müəllimlik etmişdir. 1982-ci ildə А. А. Bakıxanov adına Tarix Institutunun aspiranturasına qəbul olmuş, 1986-cı ildə oranı bitirərək "Qədim Naxçıvanın metallurgiya və metalişləmə sənəti" mövzusunda namizədlik dissertasiyasını hazırlamışdır. Həmin il SSRİ ЕА Leninqrad Bölməsində namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. 1983–1986-cı illərdə Naxçıvan Dövlət Tarix Muzeyinin ekspozisiyasının müdiri işləmiş, 1986-cı ildə Azərbaycan SSR ЕА Naxçıvan Elm Mərkəzində kiçik elmi işçi vəzifəsinə qəbul edilmişdir. 1988–1995-ci illərdə Naxçıvan Muxtar Respublikası ərazisində olan arxeoloji abidələrin qeydə alınması ilə bağlı araşdırmalar aprarmış, aşkar olunan abidələri monoqrafiya halında çap etdirmişdir. Elmi fəaliyyəti dövründə II Kültəpə, Şahtaxtı, Oğlanqala, Maxta Kültəpəsi, Çalxanqala, Qazançıqala və yüzlərlə digər abidələrin tədqiqində iştirak etmişdir. 1995–1999-cu illərdə İstanbul Universitetinin müəllim və tələbə heyəti ilə birlikdə Şərqi Anadolunun arxeoloji abidələrinin tədqiqində iştirak etmişdir.
Vəli Hüseynov
Hüseynov Vəli Allahverdi oğlu (1 fevral 1964, Behrud, Ordubad rayonu) — Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2007). == Həyatı == Vəli Hüseynov 1 fevral 1964-cü ildə Naxçıvan MR Ordubad rayonunun Behrud kəndində anadan olub, 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika fakültəsinə qəbul olunub, 1988-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin fizika fakültəsini, 1994-cü ildə isə MDU-nun fizika fakültəsinin nəzəri fizika ixtisası üzrə əyani aspiranturasını bitirib. 1994-cü ildə o, Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini alıb, 2003-cü ildə Naxçıvan Dövlət Universitetinin "Ümumi və nəzəri fizika" kafedrasının müdiri seçilmiş və həmin ildə Bakı Dövlət Universitetində "Xarici maqnit sahəsində lepton prosesləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru adını qazanıb. 2003–2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin elmi işlər üzrə prorektoru olub, 2004–2010-cu illərdə həm də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Fiziki tədqiqatlar laboratoriyasının rəhbəri kimi fəaliyyət göstərib. 60-dan çox elmi əsərin müəllifidir. Elmi məqalələri Azərbaycan, ABŞ, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Yaponiya, Almaniya, İtaliya, Rusiya, Bolqarıstan, Türkiyə, Sinqapur və digər ölkələrin elmi jurnal və məcmuələrində, o cümlədən, "Physical Review D", "Journal of physics G: Nuclear and Particle physics", "Yadernaya fizika" kimi nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunub. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 oktyabr tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına layiq görülüb. Elmi xidmətlərinə görə akademik H.M.Abdullayev adına mükafatın laureatıdır. Müxtəlif illərdə TEMPUS, İntas, Beynəlxalq Astronomiya Birliyi, Beynəlxalq Təmiz və Tətbiqi Fizika Birliyi, Alman Tədqiqat Birliyi, Rusiya Fundamental Tədqiqatlar Fondunun qrantlarını qazanıb.
Vəli Ləzgiyev
Vəli Ləzgiyev və ya təxəllüsü ilə Səyyar Vəli — Azərbaycan-sovet şeiri, hərbçisi, İkinci Dünya müharibəsi iştirakçısı. O, partizan hərəkatında iştirak etmişdir. == Həyatı == Vəli Ləzgiyev 1909-cu ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. “Səyyar” təxəllüsü ilə tanınırdı. İbtidai təhsilini Kəmərli kəndində almışdır. Qazax Pedaqoji Texnikumunu bitirərək orta təhsil almışdır. Qazax Pedaqoji Seminariyasını müvəffəqiyyətlə bitirmişdir. 1938-ci ildə Tiflisdə iki illik Müəllimlər İnstitunu bitirib. Ərəb və fars dillərini bilirdi. Gürcüstanın rayonlarında müəllim, maarif şöbə müdri, inspektor və s.vəzifələrdə çalışmışdır.
Vəli Muxatov
Muxatov Vəli (22 aprel (5 may) 1916, Aşqabad, Rusiya Türkistanı general-qubernatorluğu – 6 yanvar 2005, Aşqabad) — türkmən bəstəkarı, SSRİ xalq artisti (1965), Stalin (1951, 1952) mükafatları və Türkmənistan Dövlət mükafatı (1972) laureatı. == Həyatı == Türkmən milli peşəkar musiqisinin banilərindəndir. Üzeyir Hacıbəyovun "Koroğlu" operası və "Arşın mal alan" musiqili komediyasının Aşqabadda, Türkmənistan Dövlət Opera və Balet Teatrında tamaşaya qoyulmasının təşəbbüskarı olmuşdur. Ü. Hacıbəyovun musiqisini nikbin və dərin milli koloritə malik musiqi kimi yüksək dəyərləndirmişdir.
Vəli Məmmədov
Məmmədov Vəli Hüseyn oğlu (7 yanvar 1931, Yardımlı – 20 noyabr 1991, Qarakənd, DQMV) — Azərbaycan dövlət xadimi, ədəbiyyatşünas, publisist, SSRİ xalq deputatı. == Həyatı == Vəli Məmmədov 1931-ci il yanvarın 7-də Yardımlı rayonunda anadan olmuşdur. Yardımlı kənd orta məktəbində təhsil almışdır. Hələ orta məktəbdə oxuyarkən əmək fəaliyyətinə başlamışdır. Yardımlı rayon dövlət bankında mühasib işləmişdir. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmişdir (1947–1952). Burada rus ədəbiyyatı kafedrasında baş laborant vəzifəsində saxlanmışdır (1952–1953). ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının aspiranturasına daxil olmuş, N. Nərimanovun yaradıcılığı mövzusunda tədqiqat aparmışdır (1953–1956). Universitetin komsomol komitəsinin katibi seçilmişdir (1956–1957). Azərbaycan EA Nizami adına Ədəbiyyat institutunda kiçik elmi işçi olmuşdur (1957–1960).
Vəli Nağıyev
Vəli Nağı oğlu Nağıyev — Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri. == Həyatı və fəaliyyəti == Nağıyev Vəli Nağı oğlu 2 iyul 1964-cü ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan rayonunda (indiki Babək rayonu) anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) İbtidai hərbi hazırlıq və Bədən tərbiyəsi fakültəsini bitirmişdir. 1981–1993-cü illərdə müxtəlif sahələrdə çalışmışdır. 1993–2007-ci illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmət keçmişdir. 27 avqust 2015-ci ildən 11 sentyabr 2015-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq məsələləri baş idarəsinin rəis müavini-Vətəndaşlıq məsələlərinin həlli idarəsinin rəisi, 11 sentyabr 2015-ci ildən 15 dekabr 2015-ci ilə qədər isə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2015-ci il tarixli 1627 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəizfəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2016-cı il tarixli 1898 nömrəli Sərəncamı ilə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri, 16 mart 2018-ci il tarixli 3789 nömrəli Sərəncamı ilə II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilmişdir. Ailəlidir, üç övladı var. == Mükafatları == 2-ci və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və 33 medalla təltif edilmişdir.
Vəli Nəbiyev
Vəli Nəbiyev (Vəli Nəbi oğlu Nəbiyev; 13 yanvar 1955, Çərçiboğan, Noraşen rayonu – 21 may 1998, Gəncə) — ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor.[mənbə göstərin] == Həyatı və təhsili == Nəbiyev Vəli Nəbi oğlu 13 yanvar 1955-ci ildə Şərur rayonunun Çərçiboğan kəndindən anadan olub. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin( indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsini bitirib. === Vəfatı === 21 may 1998-ci ildə Gəncə şəhərində vəfat edib. == Fəaliyyəti == === Elmi fəaliyyəti === 1982-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasını bitirib. 1980-1996-ci illərdə Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, böyük və aparıcı elmi işçi, Nizami Gəncəvi adına Gəncə Dövlət Universitetinin professoru olub. 1996-1998-ci illərdə Gəncə Dövlət Universitetinin prorektoru olub. XIX-XX əsrlər Azərbaycan bədii nəsrinin üslub istiqamətlərinə, janr-üslub təkamülünə dair tədqiqatların, 100-qədər elmi, elmi-publisistik məqalənin müəllifidir. Qubadlı, Laçın, Zəngilan və Cəbrayıl bölgələrinin folklor nümunələrini toplayıb nəşr etdirmişdir. == Kitabları == Zaman və nəsrin problemləri, Bakı, 1987. == Mənbə == Naxçıvan Ensiklopediyası.
Vəli Nəsirov
Vəli Nəsirov (tam adı:Nəsirov Vəli Hüseynəli oğlu;17 dekabr 1925, Qarabağlar, Naxçıvan MSSR – 16 iyun 1987, Bakı) — fəlsəfəşünas, fəlsəfə elmlər doktoru, professor. == Həyat == Nəsirov Vəli Hüseynəli oğlu 17 dekabr 1925-ci ildə Şərur rayonunun Qarabağlar kəndində anadan olmuşdur. Böyük Vətən müharibəsinin (1941-45) iştirakçısı olub. === Vəfatı === 16 iyun 1987-ci ildə Bakı şəhərində vəfat edib. === Təhsili === 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinin fəlsəfə şöbəsini bitirmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === “Azərnəşr”də siyasi və sosial-iqtisadi ədəbiyyat şöbəsində redaktor, böyük redaktor (1952-56). === Elmi fəaliyyəti === BDU-nun fəlsəfə kafedrasında müəllim və dosent (1956-75) işləmişdir. 1975-ci ildən indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti fəlsəfə kafedrasının müdiri idi. Vətənpərvərlik, milli münasibətlərə dair tədqiqatların, o cümlədən 10-dan çox kitab, monoqrafiya, broşürün və elmi məqalələrin müəllifi olub. == Üzvü olduğu cəmiyyətlər == SSRİ Jurnalistlər İttifaqının (1958) Fəlsəfə Cəmiyyətinin (1973) == Təltif və mükafatları == SSRİ — Qırmızı Ulduz SSRİ — I dərəcəli Vətən müharibəsi ordeni == Mənbə == Naxçıvan Ensiklopediyası.
Vəli Qasımov
Vəli Aydın oğlu Qasımov (4 oktyabr 1968, Kirovabad) — azərbaycanlı futbolçu və futbol məşqçisi. Futbolçu karyerasında hücumçu mövqeyində çıxış etmişdir. == Bioqrafiya == 4 oktyabr 1968-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Atası usta rəssam, anası isə tibb bacısı olub. Azərbaycan, rus, ispan, portuqal dillərini bilir. Murad adlı bir oğlu var. === Futbolçu karyerası === ==== Klub ==== Uşaqlıq illərini Gəncədə evlərinin yaxınlığında yerləşən "Metallurq" stadionunda keçirib; həm futbol, həm də həndbol oynayıb. 14 yaşında həndbolla vidalaşıb və bütün diqqətini futbola yönəldib. Futbol oynamağa doğma Gəncə şəhərinin Pişevik klubunun gənclər komandasında başlayıb. İlk məşqçisi Yusif Məhərrəmov olub.
Vəli Quliyev
Vəli Nəcəfqulu oğlu Quliyev (24 iyun 1952, Cahangirbəyli, Zəngilan rayonu) — Zəngilan Rayon İcra Hakimiyyətinin sabiq başçısı (1998–2011), Zəngilan Rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini (1996–1998). == Həyatı == Vəli Quliyev 1952-ci ilin iyun ayının 24-də Zəngilan rayonunun Cahangirbəyli kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji Universiteti və Dövlət İdarəçilik Akademiyasında təhsil almışdır. Ailəlidir, 3 övladı var. == Siyasi fəaliyyəti == Vəli Quliyev 1996–1998-ci illərdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısının müavini vəzifəsini tutmuşdur. Azərbaycan Prezidentinin 26 avqust 1998-ci il tarixli sərəncamı ilə Vəli Nəcəfqulu oğlu Quliyev Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. Azərbaycan Prezidentinin 26 aprel 2011 tarixli sərəncamı ilə vəzifəsindən azad edilmişdir.
Vəli Qədimov
Vəli Qədimov (12 yanvar 1940, Balaxanı – 15 aprel 2009, Balaxanı) — Azərbaycanın xalq artisti, prezident təqaüdçüsü, mahir klarnet ifaçısı. == Həyatı == Əslən Balaxanıdan olan Vəli Qədimov 1940-cı il yanvarın 12-də Bakının Çəmbərəkənd deyilən ərazisilə Dağlı məhəlləsinin qovuşduğu məkanda dünyaya gəlmişdir. Təhsilini 69 nömrəli məktəbdə almışdır. Uşaq yaşlarından klarnet çalmağa başlayan Vəli 14 yaşında artıq tibb işçilərinin mədəniyyət evində Zeynəb Xanlarova ilə birlikdə özfəaliyyət kollektivində iştirak etməyə başlamışdır. == İlk illər və yaradıcılığı == İki ildən sonra, 1956-cı ildə Vəli Qədimovun çalğıçı olmasını nəzərə alan məşhur müğənni Sürəyya Qacar onu Müslüm Maqomayev adına filarmoniyanın ansamblına dəvət edir. 1970-ci ildə o, Baba Salahovun, 1983-cü ildə xalq artisti Zeynəb Xanlarovanın ansamblında aparıcı solist yerini tutmuşdur. Onun ifasında Azərbaycan musiqisi dünyanın bütün qitələrində səslənmiş və sürəkli alqışlarla qarşılanmışdır. Vəli Qədimova 1987-ci ildə Azərbaycanın əməkdar artisti, 2000-ci ildə Azərbaycanın xalq artisti fəxri adları verilmişdir. == Vəfatı == 2008-ci ilin avqust ayında isə onun səhhəti qəflətən pisləşib və sənətkar iflic olub. Ömrünün son bir neçə ilini yataqda keçirmişdir.
Vəli Xidirov
Xidirov Vəli Sərxan oğlu — dilçi-qafqazşünas. == Həyatı == Vəli Xidirov 1936-cı ildə Xaçmaz rayonunun Palçıqoba kəndində anadan olub. 1957-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və ədəbiyyatı İnstitutunu (indiki Bakı Slavyan Universitetini) bitirb. 1964-cü ildə SSRİ Elmlər Akademiyasının Dilçilik İnstitutunun aspiranturasında təhsilini başa vuraraq Qafqaz dilləri üzrə məşhur dilçi Y.D. Deşeriyevin rəhbərliyi altında Qrız dilində feilin qrammatik kateqoriyaları üzrə namizədlik dissertasiyası müdafiə edib. 1962-ci ildən ali təhsil aldığı təhsil ocağında işləyib. 1972-1982-ci illərdə həmin institutun ümumi və rus dilçiliyi kafedrasının müdiri vəzifəsində çalışıb. == Tədqiqat obyekti == Vəli Xidirov tədqiqatlarında Qrız dilində feilin qrammatik kateqoriyalarının digər ləzgi dillərindəki feil kateqoriyaları ilə müqayisəli təhlilini aparmışdır. Onun çoxsaylı məqalələri arasında ləzgi dilləri qrupuna daxil olan ləzgi, rutul, buduq, xınalıq dilləri ilə bağlı araşdırmaları var. Müasir Qrız dili və digər ləzgi dillərinin qrammatikası üzrə çoxsaylı məqalələr və 2007-ci ildə işıq üzü görən "Qrız dilində feil" (rus. "Глагол в крызском языке") kitabının müəllifidir.
Vəli Xuluflu
Xuluflu Vəli Məmmədhüseyn oğlu (26 may 1894, Xuluf, Yelizavetpol qəzası – 13 oktyabr 1937, Bakı) — ədəbiyyatşünas, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1934), professor (1931). == Həyatı == Vəli Xuluflu 26 may 1894-cü ildə Yelizavetpol quberniyasının (indiki Şəmkir rayonunun) Xuluflu qəsəbəsində anadan olub.. O, ibtidai təhsilini 1905–1907-ci illərdə mollaxanada alıb. Repressiya qurbanı Vəli Xuluflu 1912-ci ildə Gəncədə Şah Abbas məscidi nəzdindəki "Mədrəseyi-ruhaniyyə"ni bitirmiş, istiqlal şairi Əhməd Cavadla birlikdə dövrün tanınmış şəxsiyyətləri, məşhur din xadimi Yelizavetpol (Gəncə) Müsəlman Ruhani Seminariyasının müdiri Axund Hüseyn Pişnamazzadədən, ədəbiyyatşünas Abdulla Surdan, dilçi-folklorşünüs Mirzə Abbas Abbaszadədən, filosof şair-dramaturq Hüseyn Caviddən, M. Müşfiqin həyat yoldaşının əmisi, tanınmış pedaqoq İdris Axundzadədən, şair və ictimai xadim Əli Razidən, vətənpərvər şair Əli Nəzmidən dərs almışdır. 1913-cü ildən "Mədrəseyi-Ruhaniyyə" müəllim kimi fəaliyyət göstərib. Həmin vaxtdan gizli inqilabi işə qoşulub və 1919-cu ildə RSDFP sıralarına daxil olub. Xuluflu təhsilini davam etdirərək 1917-ci ildə Gəncədə Müəllimlər İnstitutunu bitirib və müəllim kimi fəaliyyətini davam etdirib. 1921–1922-ci illərdə Gəncə quberniyasında qəza partiya komitəsinin katibi vəzifəsində çalışıb. 1921-ci ildə partiya sıralarında "təmizləmə işləri" ilə əlaqədar Sov.İKP üzvlüyündən çıxarılıb. O, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olub, 1922–1927-ci illərdə Yeni Türk(Azərbaycan) Əlifbası Komitəsində təlimatçı kimi işləyib.
Gəray Vəlibəyov
Gəray Vəlibəyov — müharibə zamanı üç dəfə ağır yaralanmış, 3 orden və medallarla təltif edilmişdir. == Həyatı == Gəray İldırım bəy oğlu Vəlibəyov 1918-ci ildə Ağdam rayonunda anadan olub. Orta təhsilini Ağdam rayonunda alıb. Hərb sənətinə olan marağı onu Gürcüstanda yerləşən Hərbi məktəbdə təhsilini davam etdirməsinə səbəb olub. Məktəbdə fiziki hazırlığı və hərb sənətinə həvəslə yiyələnməsi atası tərəfindən sevinclə qarşılanmışdır. Sonra atası İldırım bəy Vəlibəyovun məsləhəti ilə Gürcüstanda təhsilini leytenant rütbəsində başa vuran Gəray təhsilini davam etdirmək üçün Moskva şəhərinə gedib və orada yerləşən M. V. Frunze adına Moskva Hərbi Akademiyasına daxil olub. 1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda Akademiyanın son kursunda təhsil alan gənc zabit Gəray Vəlibəyov hərbi mütəxəssis kimi müharibəyə göndərilib. 1945-ci il müharibəni qələbə ilə başa vuran podpolkovnik Gəray Vəlibəyov müharibə zamanı üç dəfə ağır yaralanmış, 3 orden və medallarla təltif edilmişdir. Müharibədən sonra Moskvaya, təhsilini davam etdirmək üçün M. V. Frunze adına Moskva Hərbi Akademiyasına qayıdib. 1947-ci ilin iyul ayında Akademiyanı bitirməsi və polkovnik rütbəsi alması ilə əlaqədar tədbirdən sonra, məzunlarla Moskva çayında çimərkən faciəli surətdə həlak olub.
Hacı Bektaş Vəli
Hacı Vəli Bektaşi (1209, Nişapur – 1271, Nevşəhər) — mütəssəvüf. == Fəaliyyəti == Bektaşiliyi yarıməfsanəvi türk sufisi xorasanlı Hacı Vəli Bektaşın adı ilə bağlayırlar. Monqollar Səlcuqilər dövləti və xilafətin qalıqlarını dağıdandan sonra o, Kiçik Asiyaya mühacirət edib. Hacı Bektaşın öz ruhani silsiləsini Əhməd Yəsəvidən götürdüyü və onun vasitəsilə imam Museyi-Kazıma çıxdığı deyilir. Hacı Bektaşın əsərləri qalmadığınıdan onun təlimi haqda bitkin bir fikir yürütmək çox çətindir. Ərəb dilində "Məqalət" adlı əsərin müəllifi olduğu deyilir. Amma bu kitabın orijinalı qalmayıb. Bir zamanlar Hacı Vəlinin digər gəzərgi dərvişlər kimi qələndəriyyə təmayüllü olduğu ehtimal olunur. Bu, sonralar Bektaşilik təriqətində bir çox izlər buraxıb. Qələndəriyyə hinduist və buddist ənənələrindən təsirlənib.
Hacı Bektaş Vəli kompleksi
Hacı Bektaş Vəli kompleksi — Nevşəhər ilinin Hacıbektaş ilçəsində yerləşən ələvi mədəniyyət abidəsi. 13-cü əsrdə sufilərin müqəddəsi Hacı Bektaş Vəlinin xanəgahı kimi qurulmuşdur. Onun vəfatından sonra burada onun məqbərəsi inşa edildi. Mustafa Kamal Atatürkün Avropa islahatları və 1925-ci ildə Bektaşi ordeninin Albaniyaya sürgün edilməsindən sonra kompleks bağlandı və 1964-cü ildə muzey olaraq açıldı. Kompleksin xanəgahı Türkiyənin ilk "Kral tipli" xanəgahı hesab olunur. İndiki dövrdə də yüz minlərlə ələvilər, Bektaşilər, hətta Türkiyə və Albaniya sünniləri kompleksi ziyarət edirlər. Hər il avqust ayında burada böyük festivallar keçirilir. 2012-ci ildə Hacı Bektaş Vəli kompleksi UNESCO-nun Ümumdünya irsinin ilkin siyahısına əlavə olundu. 2019-cu ildə təxminən 600 min adam tərəfindən ziyarət edilən muzey, Türkiyənin ən çox ziyarət edilən səkkizinci muzeyidir.
Hacı Bəktaş Vəli
Hacı Vəli Bektaşi (1209, Nişapur – 1271, Nevşəhər) — mütəssəvüf. == Fəaliyyəti == Bektaşiliyi yarıməfsanəvi türk sufisi xorasanlı Hacı Vəli Bektaşın adı ilə bağlayırlar. Monqollar Səlcuqilər dövləti və xilafətin qalıqlarını dağıdandan sonra o, Kiçik Asiyaya mühacirət edib. Hacı Bektaşın öz ruhani silsiləsini Əhməd Yəsəvidən götürdüyü və onun vasitəsilə imam Museyi-Kazıma çıxdığı deyilir. Hacı Bektaşın əsərləri qalmadığınıdan onun təlimi haqda bitkin bir fikir yürütmək çox çətindir. Ərəb dilində "Məqalət" adlı əsərin müəllifi olduğu deyilir. Amma bu kitabın orijinalı qalmayıb. Bir zamanlar Hacı Vəlinin digər gəzərgi dərvişlər kimi qələndəriyyə təmayüllü olduğu ehtimal olunur. Bu, sonralar Bektaşilik təriqətində bir çox izlər buraxıb. Qələndəriyyə hinduist və buddist ənənələrindən təsirlənib.
Hacı Bəktaş Vəli kompleksi
Hacı Bektaş Vəli kompleksi — Nevşəhər ilinin Hacıbektaş ilçəsində yerləşən ələvi mədəniyyət abidəsi. 13-cü əsrdə sufilərin müqəddəsi Hacı Bektaş Vəlinin xanəgahı kimi qurulmuşdur. Onun vəfatından sonra burada onun məqbərəsi inşa edildi. Mustafa Kamal Atatürkün Avropa islahatları və 1925-ci ildə Bektaşi ordeninin Albaniyaya sürgün edilməsindən sonra kompleks bağlandı və 1964-cü ildə muzey olaraq açıldı. Kompleksin xanəgahı Türkiyənin ilk "Kral tipli" xanəgahı hesab olunur. İndiki dövrdə də yüz minlərlə ələvilər, Bektaşilər, hətta Türkiyə və Albaniya sünniləri kompleksi ziyarət edirlər. Hər il avqust ayında burada böyük festivallar keçirilir. 2012-ci ildə Hacı Bektaş Vəli kompleksi UNESCO-nun Ümumdünya irsinin ilkin siyahısına əlavə olundu. 2019-cu ildə təxminən 600 min adam tərəfindən ziyarət edilən muzey, Türkiyənin ən çox ziyarət edilən səkkizinci muzeyidir.
Hacı Ənvər Vəliyev
Vəliyev Ənvər Əliyulla oglu (14 may 1945, Bakı – 23 may 2023) — Azərbaycan aktyoru, qiraət ustası, Azərbaycan Respublikasının Əməkdar müəllimi. == Həyatı == Ənvər Vəliyev 14 may 1945-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuş. 1951-ci ildə Bakı şəhəri Nərimanov rayonu 36 saylı orta məktəbə daxil olub 1960-cı ildə həmin məktəbi qızıl medalla bitirmişdir. Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnistutuna Dram-Kino fakültəsi üzrə daxil olmuş və 1973-cü ildə həmin inisitutunu bitirmişdir. Elə həmin ildən uzun illər həmin universitetdə saxlanılaraq müəllim kimi fəaliyyətini davam etdirmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Səhnə danışığı kafedrasının dosenti idi. 2023-cü ilin mayında vəfat etmişdir.
Hidi Vəliyev
Hümay bəy Vəlibəyov
Vəlibəyov Hümay bəy Gəray bəy oğlu - 1905-ci ildə ermənilərə qarşı vuruşmuş xalq qəhrəmanı. == Həyatı == Hümay bəy Vəlibəyov 1862-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Rusca təhsil görmüşdü. Humay bəy Cavanşir qəzasında tərcüməçi işləmişdi. Onun haqqında Mir Möhsün Nəvvab yazır: "Şuşa qalasının sakini Gəray bəyin oğlu Humay bəy ermənilərlə vuruşan dəstənin başçısı idi. Humay bəy mahir döyüşçü olduğundan camaata müharibə aparmağın üsullarını təlim edirdi. Bir gün beləcə təlim keçərkən oraya bir kazak gəlib çıxdı. O, əlini yuxarı qaldıraraq Humay bəyə təzim edib irəli gəldi.
Həmid Vəliyev
Həmid Vəliyev (15 iyul 1939, Sadaxlı, Marneuli rayonu) — professor. == Həyatı == Həmid Vəliyev 15 iyul 1939-cu ildə Borçalı mahalının Sadaxlı kəndində anadan olmuş, ADU-nun Filologiya fakültəsinin Jurnalistika şöbəsini (1966), Moskvada Sov. İKP MK yanında Ali Partiya Məktəbinin jurnalistika fakültəsini (1978) bitirmiş, Marneuli rayon qəzetində əmək fəaliyyətinə başlamış (1958), Tbilisidə "Sovet Gürcüstanı" qəzetində korrektor, baş korrektor (1960–1968), şöbə müdiri (1968–1972), redaktor müavini (1973–1991) vəzifələrində çalışmış, Azərbaycan Prezidentinin himayəsi ilə nəşr olunan "Yurd" jurnalının Azərbaycan buraxılışına rəhbərlik etmiş (1991–1995), "El qəzeti"nin, "Mübarizə" və "Şəfqət" qəzetlərinin, "Borçalı" jurnalının baş redaktoru olmuşdur. Gürcüstan SSR-in əməkdar jurnalisti (1988), Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi fəxri adlarına (2009), "Əməkdə fərqlənməyə görə" (1970) və "Tərəqqi" (2005) medallarına, Gürcüstan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanına (1972), Azərbaycan mətbuat şurasının diplomuna (2013) və digər mükafatlara layiq görülmüşdür. Tbilisidə və Bakıda çap olunmuş bir neçə kitabın, 400-ə yaxın elmi və elmi-publisistik məqalənin, "Azərbaycan folkloru və ədəbiyyatı gürcü mənbələrində" monoqrafiyasının (B.,1984), "Dünya informasiya agentlikləri" (B.,2003), "Beynəlxalq jurnalist təşkilatları" (B.,2005) adlı dərs vəsaitlərinin, "Xarici ölkələrin jurnalistikası tarixi" (B.,2012;B.,2014) dərsliyinin, "Mark Tven jurnalist kimi" (B.,2014) kitabının müəllifidir. Elmi əsərləri Türkiyədə, Moskvada, Tbilisidə, Kiyevdə, Alma-Atıda, Daşkənddə və digər yerlərdə çap olunmuşdur. Dünya publisistikasının incilərindən sayılan Amerika yazıçısı Deyl Karneginin "Dost qazanmaq və adamlara təsir göstərmək sənəti" əsərini Azərbaycan dilinə ilk dəfə tərcümə etmiş və kitab 1993-cü ildə "İşıq" nəşriyyatı tərəfindən kütləvi tirajla çap olunmuşdu. Həmin kitabın təkrar nəşri 2014-cü ildə olmuşdu. 1992-ci ildən BDU-da elmi-pedaqoji fəaliyyətlə məşğuldur. Azərbaycanda beynəlxalq jurnalistika üzrə ilk dosent kimi rəhbəliyi altında 20-dən çox magistr dissertasiyası yerinə yetirilmişdir; 3 nəfər doktorantın elmi rəhbəri, Jurnalistika fakültəsinin elmi şurasının üzvüdür.
Həmzə Vəliməmmədov
Həmzə Vəliməmmədov — Azərbaycan Jurnalistlər Birliyinin üzvü, respublikanın Əməkdar jurnalisti. == Həyatı == Vəliməmmədov Həmzə Ruhulla oğlu 1938-ci ildə Lerik rayonunun Təlbəyəq kəndində anadan olmuşdur. 1957-ci ildə orta məktəbi, 1959-cu ildə pedoqoji texnikumu, 1966-cı ildə isə Azərbaycan Pedoqoji İnstitutunu bitirmişdir. Lerik rayonunun kəndlərində müəllim və məktəb direktoru, 1966-cı ildən isə Lerik rayonunda çıxan "Bolluq uğrunda" (indiki "Lerik") qəzetində şöbə müdiri işləmişdir. 1970–1972-ci illərdə Bakı Ali Partiya məktəbinin jurnalistika şöbəsində təhsilini davam etdirmişdir. Sonrakı illərdə Lerik Rayon Partiya Komitəsinin təlimatçısı, rayon qəzetinin redaktoru, təhsil şöbəsinin, mədəniyyət və turizm şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Hazırda təqaüddədir. Rayon ağsaqqallar şurasının sədridir. Publisist yazıları keçmiş İttifaqın və respublikanın nüfuzlu mətbu orqanlarında dərc edilmiş, radioda səslənmişdir. 1983-cü ildə "Qızıl qələm" mükafatına, 1990-cı ildə isə respublikanın Əməkdar jurnalisti fəxri adına layiq görülmüşdür.
Həsənəli bəy Vəlibəyov
Həsənəli bəy Vəli bəy oğlu Vəlibəyov — Qarabağda quberniya katibi, dövlət məmuru. == Həyatı == Həsənəli bəy Vəli bəy oğlu 1836-cı ildə Qarabağın Çiləbörd mahalınin Xocalı kəndində (hazırkı Xankəndi ərazisində) anadan olmuşdur. İbtidai təhsilini molla yanında almışdır. Sonra Şuşa şəhərində qəza məktəbində oxumuşdur. Rus və şərq dillərini bilirdi. Xankəndidəki qəsa idarəsində fəaliyyətə başlamış, II dərəcəli dəftərxana xidmətçisi, dilmanc, polis pristavı vəzifələrində çalışmışdı. Quberniya katibi çini almışdır. XIX əsrin sonlarında vəfat edib. Qəbri Şuşanın Mirzə Həsən qəbiristanlığındadır. == Ailəsi == Həsənəli bəy Bilqeyis xanım Əhməd bəy qızı Haqverdiyeva ilə ailə qurmuşdu.
Kamil Vəli Nərimanoğlu
Kamil Vəli Nərimanoğlu (azərb. Kamil Nəriman oğlu Vəliyev‎; 18 avqust 1946, Cəbrayıl – 16 dekabr 2023) — tənqidçi, ədəbiyyatşünas, türkoloq, filologiya elmləri doktoru (1988), professor (1989), Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1981), Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri. == Həyatı == Kamil Vəli Nərimanoğlu 18 avqust 1946-cı ildə Cəbrayıl rayonu Cəbrayıl qəsəbəsində anadan olmuşdur. 1965-ci ildə burada orta təhsilini başa çatdırmışdır. 1970-ci ildə ADU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Kamil Vəli Nərimanoğlu universiteti fərqlənmə diplomu ilə bitirdiyinə və mətbuatda müntəzəm çıxış etdiyinə görə elə həmin il universitetdə filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasında müəllim saxlanılır. Nərimanoğlu 1989-cu ildə professorluq dərəcəsi almış, 1988–1998-ci illər arasında Bakı Dövlət Universitetində Azərbaycan dilçiliyi kafedrasına rəhbərlik etmiş, Böyük Elmi Şuranın üzvü olmuşdur. Kamil Vəli Nərimanoğlu 1974-cü ildə "Azərbaycan dilində — ki şəkilçisi" mövzusunda namizədlik, 1988-ci ildə isə "Azərbaycan qəhrəmanlıq eposunun poetik sintaksisi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. O, 1977-ci ildən "Azərbaycan" jurnalı redaksiya heyətinin üzvü olmuş, 1983-cü ildən isə Azərbaycan Yazıçılar Birliyində tənqid və ədəbiyyatşünaslıq şurasının sədr müavini kimi fəaliyyət göstərmişdir. Türkiyə Folklor Araşdırmaları Vaqfının nümayəndəsi, 1990-cı ildə Səlcuq Universitetinin fəxri doktoru adını almışdır.
Kamil Vəliyev
Kamil Vəli Nərimanoğlu (azərb. Kamil Nəriman oğlu Vəliyev‎; 18 avqust 1946, Cəbrayıl – 16 dekabr 2023) — tənqidçi, ədəbiyyatşünas, türkoloq, filologiya elmləri doktoru (1988), professor (1989), Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1981), Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri. == Həyatı == Kamil Vəli Nərimanoğlu 18 avqust 1946-cı ildə Cəbrayıl rayonu Cəbrayıl qəsəbəsində anadan olmuşdur. 1965-ci ildə burada orta təhsilini başa çatdırmışdır. 1970-ci ildə ADU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Kamil Vəli Nərimanoğlu universiteti fərqlənmə diplomu ilə bitirdiyinə və mətbuatda müntəzəm çıxış etdiyinə görə elə həmin il universitetdə filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasında müəllim saxlanılır. Nərimanoğlu 1989-cu ildə professorluq dərəcəsi almış, 1988–1998-ci illər arasında Bakı Dövlət Universitetində Azərbaycan dilçiliyi kafedrasına rəhbərlik etmiş, Böyük Elmi Şuranın üzvü olmuşdur. Kamil Vəli Nərimanoğlu 1974-cü ildə "Azərbaycan dilində — ki şəkilçisi" mövzusunda namizədlik, 1988-ci ildə isə "Azərbaycan qəhrəmanlıq eposunun poetik sintaksisi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. O, 1977-ci ildən "Azərbaycan" jurnalı redaksiya heyətinin üzvü olmuş, 1983-cü ildən isə Azərbaycan Yazıçılar Birliyində tənqid və ədəbiyyatşünaslıq şurasının sədr müavini kimi fəaliyyət göstərmişdir. Türkiyə Folklor Araşdırmaları Vaqfının nümayəndəsi, 1990-cı ildə Səlcuq Universitetinin fəxri doktoru adını almışdır.
Kamilə Vəliyeva
Kamilə Abdulla qızı Vəliyeva (9 yanvar 1940, Bakı şəhəri) — dilçi alim, filologiya elmlər doktoru, tətbiqi dilçilik üzrə ilk tədqiqatçı. == Həyatı == Kamilə Abdulla qızı Vəliyeva 1940-cı il yanvarın 9-da Bakı şəhərində anadan olmuşdur. Atası – Vəliyev Abdulla Hüseyn oglu Moskva türkologiya məktəbinin yetirməsi, məşhur dialektoloq idi. Kamilə Vəliyeva Azərbaycanda tətbiqi dilçilik üzrə ilk tədqiqatçıdır. 1963-cü ildə Azərbaycan Dövlər Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir. 1964-cü ildə SSRİ Elmlər Akademiyasının Dilçilik İnstitutunun məqsədli aspiranturasına daxil olmuş, 1971-ci ildə “Формальное описание синтеза азербайджанского языка” adlı namizədlik dissertasiyasını uğurla müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1997-ci ildə filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. O, Respublika Ali Attestasiya Komissiyasının dil və ədəbiyyat üzrə ekspert şurasının üzvü olmuş, Dilçilik İnstitutunun Elmi Şurasının, Müdafiə Şurasının üzvüdür. 120-ə qədər məqalələri çap edilmişdir. O, 1971-81-ci illərdə AMEA-nın Dilçilik İnstitutunda kiçik elmi işçi, 1981-91 illərdə böyük elmi işçi olmuş, 1991-ci ildən tədqiqatı mətnlərin avtomatik işlənməsi problemlərinə həsr edilmişdir.
Kamran Vəlizadə
Kərbəlayi Vəli Mikayılov
Kərbəlayi Vəli Əyyub oğlu Mikayılov (1877, Bakı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 1941, Zəncan, Cənubi Azərbaycan, Pəhləvilər İranı[d]) — Azərbaycan ictimai-siyasi xadimi, şair, jurnalist və tərcüməçi. Müsavat Partiyasının ilk üzvlərindən biri. AXC dövründə Hökumət mətbəəsinin rəhbəri (1918–1920). == Haqqında == Kərbəlayi Vəli Mikayılov 1877-ci ildə Bakıda doğulub. Kərbəlayi Vəlinin ulu babası "Topuz vuran" ləqəbli Eyvaz Bakının Bülbülə kəndindən olub. Vəli ev təhsili almışdır. "Həyat", "İrşad", "Məlumat", "İqbal", "Açıq söz", "Molla Nəsrəddin", "Babayi-Əmir", "Şəhabi-saqib" qəzet və jurnallarda Kərbəlayi Vəli yaxından iştirak edir, "Kərbəlayi Vəli Cəbir Badükubeyi", "K. V. M", "Sabir Badükubə", "Mozalan", "Cırtdan" və s. gizli imzalarla dövrün əksər mətbu nəşrlərində məqalə və şeirlərini çap etdirib. "Müsavat" partiyasının ilk üzvlərindən biri olmuşdur. Zaqafqaziya Seyminin və Azərbaycan Milli Şurasının üzvü, 1918–1920-ci illərdə Hökumət mətbəəsinin müdiri olmuşdur.
Kərim Vəliyev
Kərim Tofiq oğlu Vəliyev (9 fevral 1961, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin general-polkovniki; Azərbaycan Müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi. Azərbaycan Respublikası müdafiə nazirinin şəxsi heyət üzrə sabiq müavini — Şəxsi Heyət Baş İdarəsinin sabiq rəisi (2014–2021). == Həyatı == Vəliyev Kərim Tofiq oğlu 9 fevral 1961-ci ildə Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini fərqlənmə ilə bitirib. 1990–1994-cü illərdə Frunze adına Hərbi Akademiyada qiyabi təhsil alıb. Ailəlidir, iki övladı var. == Hərbi xidməti == 1982–1990-cı illərdə SSRİ Silahlı Qüvvələri tərkibində kursant taqım komandiri, tədris şöbə rəisinin köməkçisi, tədris şöbə rəisinin baş köməkçisi vəzifələrində xidmət edib. 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində tədris şöbə rəisinin müavini, briqada komandiri, cəbhə komandanının müavini, Müdafiə nazirinin döyüş əməliyyatları üzrə müavini, ordu korpusu komandiri, Hərbi Elmi Mərkəzin rəisi, Müdafiənin Planlaşdırılmasının Hərbi Strategiyası İdarəsinin rəisi vəzifələrində xidmət edib. Azərbaycan Respublikası Prezidentinin 14.05.2014 tarixli Sərəncamı ilə Müdafiə nazirinin şəxsi heyət üzrə müavini — Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 23 iyul 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini — Azərbaycan Ordusunun Baş Qərargah rəisi vəzifəsinə təyin edilib.
Lamiyə Vəliyeva
Lamiyə Rövşən qızı Vəliyeva (5 aprel 2002) — T13 kateqoriyasında (görmə pozğunluğu) çıxış edən Azərbaycan paraatleti. 2020-ci ildə Yaponiyanın Tokio şəhərində baş tutan XVI Yay Paralimpiya Oyunlarında qızıl və gümüş medallara, XVII Yay Paralimpiya Oyunlarında isə ikinci dəfə qızıl medala sahib olub. == Həyatı == Lamiyə Vəliyeva 2002-ci il aprelin 5-də anadan olub. 2015-ci ildən idmanla məşğul olur. Şəxsi məşqçisi Tofiq Əliyev, yığmada məşqçisi isə Oleq Panyutindir. == Karyerası == Lamiyə Vəliyeva 2015-ci ildə Konya şəhərində beynəlxalq turnirdə 100 metr məsafəyə qaçışda turnirin qalibi oldu. 2016-cı ildə Belarusda beynəlxalq turnirdə 60 metr məsafəyə qaçışda beşinci pillənin sahibi olan Lamiyə Vəliyeva, 2017-ci ildə isə Macarıstanda XIV Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalında mübarizə apardı. 2018-ci ilin yanvar ayında 400 metr məsafəyə qaçışda şəhər çempionatının qalibi oldu, fevral ayında isə Belarusda beynəlxalq turnirdə bürünc medal qazandı. 2018-ci ildə U-18 Avropa Çempionatında mübarizə aparan Lamiyə Vəliyeva, 2019-cu ildə növbəti dəfə şəhər çempionatının qalibi oldu. 2019-cu ilin iyun ayında o, 200 və 400 metr məsafələrə qaçışda U-18 Azərbaycan Çempionatının qalibi oldu.
Leyli Vəliyeva
Leyli Vəliyeva (tam adı: Leyli Fətulla qızı Vəliyeva; 17 iyul 1969, Seyidlər, Zəngilan rayonu) — Azərbaycanın teatr və kino aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2002). == Həyatı == Leyli Vəliyeva 1969-cu ildə Azərbaycan Respublikası Zəngilan rayonunun Seyidlər kəndində doğulub. 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsini bitirib. 1991-ci ildən Bakı Kamera Teatrının, 2009-cu il oktyabr ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisasıdır. O, bir neçə bədii və telefilmlərdə çəkilmişdir. Respublika və Beynəlxalq Teatr Festivalları laureatıdır. Aktyor Nofəl Vəliyev ilə evlidir. Aktisa Güşvər Şərifovanın bacısıdır. == Mükafatları == Azərbaycan Respublikasının əməkdar artisti — 24 dekabr 2002 Prezident mükafatı — 6 may 2016, 1 may 2017, 6 may 2023, 9 may 2024 == Əsas rolları == Şölə, Ziba – ("Sərgüzəşti-vəziri-xani Lənkəran", M. F. Axundov) Zalxa – ("Hekayəti-xırsi-quldurbasan", M. F. Axundov) Xumar – ("Şeyx Sənan", H. Cavid) Nastenka – ("Ağ gecələr", F. Dostoyevski) Ranevskaya – ("Albalı bağı", A. P. Çexov) Dezdemona – ("Otello", V. Şekspir) Kleya – ("Ezop", Q. Fiqeyredo) Luiza – ("Məkr və məhəbbət", F. Şiller) Qedda – ("Qedda Qabler", H. İbsen) Fru Alvinq – ("Kabuslar", H.İbsen) Başeva – ("Mavi yuxular", Ş. Aleyxem) İokasta – ("Şah Edip", Sofokl) Zeynəb ("Məkkəyə gedən yol" C.Məmmədquluzadə) Nabat xala ("İfritin kələyi" Y.Şvarts) İnsan ("Axırıncı qatar, yaxud itlər" İ.Fəhmi, O Kazımi) Missis Mann ("Oliver Tvistin macəraları" Ç.Dikkens) Sabah müəllimə ("Mən səni sevirəm" Ə.Əmirli) Ledi Kapuletti — ("Romeo və Cülyetta" U.Şekspir) Şəhrəbanu,Şərəfnisə ("Müsyö Jordan və dərviş Məstəli şah" M.F.Axundzadə) Pəricahan xanım – ("Qaraca qız" S.S.Axundov) Knyaginya – ("İtalyansayağı xoşbəxtlik" D.Fo, p.Filippo) Nazlı – ("Danışan gəlincik" A.Şaiq) Yelizaveta, Kraliça - (“III Riçard”, U.Şekspir) Ana ördək - (“Çirkin ördək balası” H.X.Andersen) Mirandolina - mehmanxana sahibəsi - (“Mehmanxana sahibəsi” K.Qoldoni) Fərmanın anası - (“Xortdanın cəhənnəm məktubları” Ə.Haqverdiyev) Leylinin anası - (“Leyli və Məcnun”, M.Füzuli) Səriyyə - (“Ünvansız qatar”, Ə.Əmirli) Ana - (“Yarımçıq qalmış”, Y.Abramov, L.Bəyim) Matilda Fon Tsand - (“Dəlixanada qətl”, Fridrix Düremat) 2385 Ceyran Bayramova - “Kod adı V.X.A” (M.Ələkbərzadə) == Filmoqrafiya == Biz qayıdacağıq (film, 2007) — Leyli Həyat varsa-Sevda Səndən sonra-Nəzakət 2 ömür (film, 2016-2017) (bədii serial) (rol: Mirvari) İkinci güllə (film, 2017) Lal yuxu (teleserial, 2017) Mən burdayam, İlahi!
Mahmud bəy Vəlibəyov
Mahmud bəy Həsənəli bəy oğlu Vəlibəyov (1884, Xocalı – 1946) — Sankt-Peterburq Universitetinin məzunu, notarius. == Həyatı == Mahmud bəy Həsənəli bəy oğlu Vəlibəyov 1884-cü ildə Cavanşir qəzasının Xocalı kəndində anadan olmuşdu. Şuşa şəhər real məktəbini, sonra gimnaziyanı bitirmişdi. 1908-ci ildə Sankt-Peterburq Universitetinin hüquq fakultəsinə daxil olmuşdu. 1914-cü ildə buranı tamamladiqdan sonra, Azərbaycana qayıtmış və Bakı şəhərində notarius vəzifəsində iş fəaliyyəyinə başlamışdı. Azərbaycanın ilk notariusudur. Mahmud bəy 1946-cı ildə vəfat edib. == Ailəsi == Mahmud bəy Məhbubə xanım Mirzə Kərim bəy qızı Hacıyeva ilə ailə qurmuşdu. Həsənəli bəy, Hüseyn bəy, Vəli bəy, Rüstəm bəy adlı oğulları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Vəlibəyovlar, "Soy" elmi-kütləvi dərgi, 2011, №2, səh.
Mehriban Vəliyeva
Mehriban Hidayət qızı Vəliyeva (1964, Bakı) — Azərbaycanlı ictimai-siyasi xadim, Azərbaycan Respublikasının Milli Məclisi VII çağırış deputatı, Azərbaycan Respublikasının "Əməkdar müəllimi" == Həyatı == Mehriban Vəliyeva 1964-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1987-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. Filologiya üzrə fəlsəfə doktorudur. Rus, türk dillərini bilir. Ailəlidir, 3 övladı var. == İş fəaliyyəti == 1989-cu ildən Bakı şəhəri 278 nömrəli məktəbdə müəllim kimi başlamış, 2001–2008-ci illərdə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində, 2008–2014-cü illər ərzində Akademik Zərifə Əliyeva adına liseydə pedaqoji fəaliyyətini davam etdirmşdir. 2014-cü ildə Akademik Zərifə Əliyeva adına liseyə direktor, 2020-ci ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müdir, 2023-cü ildə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavini təyin edilmişdir. 1996–2016-cı illərdə TQDK-da (hal-hazırda DİM) ekspert kimi fəaliyyət göstərmişdir. 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Kommisiyasına üzv seçilmişdir. Azərbaycan, Amerika, İsrail, Cənubi Koreya, Niderland və digər ölkələrdə ixtisasartırma kursları keçib.
Molla Pənah Vaqif və Molla Vəli Vidadi xatirə muzeyi
Molla Pənah Vaqif və Molla Vəli Vidadinin xatirə muzeyi — Qazax rayonunda fəaliyyət göstərən muzey. Qazax M.P.Vaqif xatirə Muzeyi 1970-ci il 20 noyabrda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən verilmiş sərəncama əsasən yaradılıb. 1983-cü ildə muzeydə ikinci tərtibat işləri aparılıb. 2002-ci ildə Nazirlər kabinetinin qərarı ilə muzeyin adı dəyişdirilərək M.P.Vaqif və M.V.Vidadinin xatirə muzeyi adlandırılıb. == Tarixi == Məşhur Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin xatirə muzeyi 1970-ci ilin noyabr ayının 20-də açılmışdır. Cəmi on bir otaqdan ibarət muzeyin ekspozisiyası Vaqifin həyat və yaradıcılığına, dövlət fəaliyyətinə, müasirlərinə, tədqiqatçılarına həsr olunmuşdur. 2002-ci il 2 avqustdan Nazirlər Kabinetinin xüsusi qərarı ilə muzeyin adı dəyişdirilərək M.P.Vaqif və M.V.Vidadi xatirə muzeyi adlandırıldı. 1982-ci ildən hər il respublikamızda "Vaqif" poeziya günləri keçirilir. Bu münasibət ilə iyul ayında muzeydə yerli şair və yazıçıların toplantısı keçirilir, yeni çıxan kitablar haqqında müzakirələr gedir. == Muzeyin ekspozisiyası == Muzey 9 ekspozisiya, 1 fond, 1 kabinetdən ibarətdir.
Molla Pənah Vaqif və Molla Vəli Vidadinin xatirə muzeyi
Molla Pənah Vaqif və Molla Vəli Vidadinin xatirə muzeyi — Qazax rayonunda fəaliyyət göstərən muzey. Qazax M.P.Vaqif xatirə Muzeyi 1970-ci il 20 noyabrda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən verilmiş sərəncama əsasən yaradılıb. 1983-cü ildə muzeydə ikinci tərtibat işləri aparılıb. 2002-ci ildə Nazirlər kabinetinin qərarı ilə muzeyin adı dəyişdirilərək M.P.Vaqif və M.V.Vidadinin xatirə muzeyi adlandırılıb. == Tarixi == Məşhur Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin xatirə muzeyi 1970-ci ilin noyabr ayının 20-də açılmışdır. Cəmi on bir otaqdan ibarət muzeyin ekspozisiyası Vaqifin həyat və yaradıcılığına, dövlət fəaliyyətinə, müasirlərinə, tədqiqatçılarına həsr olunmuşdur. 2002-ci il 2 avqustdan Nazirlər Kabinetinin xüsusi qərarı ilə muzeyin adı dəyişdirilərək M.P.Vaqif və M.V.Vidadi xatirə muzeyi adlandırıldı. 1982-ci ildən hər il respublikamızda "Vaqif" poeziya günləri keçirilir. Bu münasibət ilə iyul ayında muzeydə yerli şair və yazıçıların toplantısı keçirilir, yeni çıxan kitablar haqqında müzakirələr gedir. == Muzeyin ekspozisiyası == Muzey 9 ekspozisiya, 1 fond, 1 kabinetdən ibarətdir.
Molla Pənah Vaqifin və Molla Vəli Vidadinin xatirə muzeyi
Molla Pənah Vaqif və Molla Vəli Vidadinin xatirə muzeyi — Qazax rayonunda fəaliyyət göstərən muzey. Qazax M.P.Vaqif xatirə Muzeyi 1970-ci il 20 noyabrda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən verilmiş sərəncama əsasən yaradılıb. 1983-cü ildə muzeydə ikinci tərtibat işləri aparılıb. 2002-ci ildə Nazirlər kabinetinin qərarı ilə muzeyin adı dəyişdirilərək M.P.Vaqif və M.V.Vidadinin xatirə muzeyi adlandırılıb. == Tarixi == Məşhur Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin xatirə muzeyi 1970-ci ilin noyabr ayının 20-də açılmışdır. Cəmi on bir otaqdan ibarət muzeyin ekspozisiyası Vaqifin həyat və yaradıcılığına, dövlət fəaliyyətinə, müasirlərinə, tədqiqatçılarına həsr olunmuşdur. 2002-ci il 2 avqustdan Nazirlər Kabinetinin xüsusi qərarı ilə muzeyin adı dəyişdirilərək M.P.Vaqif və M.V.Vidadi xatirə muzeyi adlandırıldı. 1982-ci ildən hər il respublikamızda "Vaqif" poeziya günləri keçirilir. Bu münasibət ilə iyul ayında muzeydə yerli şair və yazıçıların toplantısı keçirilir, yeni çıxan kitablar haqqında müzakirələr gedir. == Muzeyin ekspozisiyası == Muzey 9 ekspozisiya, 1 fond, 1 kabinetdən ibarətdir.
Molla Vəli Vidadi
Molla Vəli Vidadi (17 mart 1709, Şəmkir, Qarabağ bəylərbəyliyi – 13 may 1809, İkinci Şıxlı, Gürcüstan quberniyası) — XVIII əsr Azərbaycan şairi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Molla Vəli Vidadi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. XVIII əsr Azərbaycan ədəbiyyatı tarixində məhəbbət və insanpərvərlik lirikası, tarixi mövzuda yazdığı "Müsibətnamə" əsəri ideya məzmunu və bədii gözəlliklərinə görə fərqlənir. == Həyatı == Molla Vəli Vidadi 1709-cu ildə Şəmkirdə anadan olmuşdur. Şairin uşaqlığı və ilk gəncliyi də orda keçmişdir. Atası Məhəmməd ağa zəmanəsinin qabaqcıl və savadlı adamlarından biri idi. Məhəmməd ağa Səfəvilər dövründə İranda yaşayan Həmzə sultanın nəslindəndir. Belə bir ailədə böyüyən Vidadi də uşaqlıqdan mükəmməl təlim-tərbiyə almışdır. Atasının ölümündən sonra Şəmkiri tərk edib, Qazaxa köçmüşdür. O, ilk təhsilini Şəmkirdə almış, oxumağı davam etdirmək üçün Poyluya gəlmişdir.

Digər lüğətlərdə