Ülviyə Sultan

Ülviyyə Sultan (1868, Konstantinopol5 oktyabr 1875, Konstantinopol) — XXXIV Osmanlı sultanı II Əbdülhəmidin qızı.

Ülviyyə Sultan
türk. Ulviye Sultan
Şəxsi məlumatlar
Doğum tarixi 1868
Doğum yeri Dolmabağça sarayı, İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi 5 oktyabr 1875(1875-10-05)
Vəfat yeri Dolmabağça sarayı, İstanbul, Osmanlı imperiyası
Dəfn yeri Validə Turxan Sultan türbəsi, Yeni məscid
Atası II Əbdülhəmid
Anası Nazikəda Qadınəfəndi

II Əbdülhəmidin ilk övladı idi. Atasının şahzadəlik illərində Dolmabağça sarayında dünyaya gələn Ülviyyə Sultanın anası çərkəz əsilli Nazikəda xanım idi. Sarayda baş verən qəza nəticəsində hələ 7 yaşında ikən yanaraq faciəvi şəkildə ölmüşdür. II Əbdülhəmid bu övladını və onun acısını heç vaxt unutmadı. Ayşə Sultanın xatirələrində dediyinə görə, atası II Əbdülhəmid Ülviyyə Sultan haqqında danışarkən "Allah heç birinizin acısını göstərməsin, ancaq Ülviyyəmi heç vaxt unutmayacam, ağrısı qəlbimi yandırır" demişdir. Məzarı Yeni Məsciddə Cədid Havadin türbəsində anasının məzarının yanındadır.[1]

  1. Peirce , Leslie P. (1993) Imperial Harem : Women and Sovereignty in the Ottoman Empire 1993, Oxford University Press, ISBN 0-19-508677-5.