Məmməd Sadıq bəy Ağabəyzadə

Sadıq bəy Ağabəyzadə və ya Məhəmməd Sadıq Ağabəyzadə (15 mart 1865, Göyçay, Şamaxı qəzası9 oktyabr 1944, Lvov) — general-mayor, şərqşünas alim, Azərbaycan polisinin qurucusu və islahatçısı, Azərbaycan Demokratik Respublikasının Daxili işlər nazirinin müavini.[2]

Sadıq bəy Ağabəyov
Məhəmməd Sadıq bəy Hacı İsmayıl oğlu Ağabəyzadə
Sadıq bəy Ağabəyzadə
Sadıq bəy Ağabəyzadə
bayraq
Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirinin müavini
bayraq2
23 oktyabr, 1918 – dekabr, 1919
Şəxsi məlumatlar
Doğum tarixi 15 mart 1865(1865-03-15)
Doğum yeri
Vəfat tarixi 9 oktyabr 1944(1944-10-09) (79 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Lıçakov qəbiristanlığı[d]
Təhsili
  • Mixaylovski Artilleriya Məktəbi[d]
Fəaliyyəti şərqşünas, siyasətçi, hərbi qulluqçu, dilçi, türkoloq
Dini şiəlik[1]
Hərbi xidmət
Mənsubiyyəti Rusiya imperiyası
Döyüşlər
Rütbəsi general-mayor
Elmi fəaliyyəti
Elm sahəsi şərqşünaslıq
Elmi dərəcəsi

Sadıq bəy Ağabəyzadə 1865-ci il mart ayının 15-də Bakı quberniyasının Göyçay şəhərində dünyaya gəlmişdir. 1883-cü ildə Bakı Real Məktəbini bitirmişdir. 1886-cı ildə Peterburq Hərbi Piyada və Artilleriya Məktəbini (II Konstantinov hərbi məktəbi) bitirmişdir. O eyni zamanda Hərbi Nazirliyin Baş qərargahının Şərq dilləri kursunda qiyabi oxumuşdur.

Soldan oturanlar: Mehdi Əliyev, Məmmədtağı Əliyev, Əli bəy Hüseynzadə. Ayaq üstə: Sadıq bəy Ağabəyzadə (Sankt-Peterburq, 1886)

1886-cı ildə, Qafqazda podporuçik (çar ordusunda hərbi rütbə) rütbəsində xidmət etməyə başlamışdır. 10 il keçdikdən sonra, 1896-cı ildə imtahanlarını müvəffəqiyyətlə vermiş, Baş ştab nəzdində, Sankt-Peterburq şəhərində Şərq dilləri institutuna qəbul olunmuşdur. Həmin institutu bitirdikdən sonra, 1899-cu ildə hərbi xidmət keçmək üçün Türküstan vilayətinə göndərilmişdir.[2]

1913-cü ildə xəstəliyinə görə general-mayor rütbəsində təqaüdə çıxaraq, Göyçaya qayıdan Ağabəyzadə Birinci dünya müharibəsi başladıqdan sonra yenidən orduya səfərbər edilmişdir. O, Türkmənistanda, hərbi xidmət keçdiyi müddət ərzində, bir şəqşünas alim kimi xalq rəvayətlərinin, dastanlarının və əfsanələrinin toplanması ilə məşğul olmuşdur. Böyük əmək nəticəsində Sadıq bəy "Türkmən Ləhcəsi" dərsliyini nəşr etdirmişdir. Bu xidmətinə görə Buxara əmiri onu xüsusi fərmanla mükafatlandırmışdır. Təqaüdə çıxdıqdan sonra Sadıq bəy əmin idi ki, onun hərbi karyerası başa çatdı və ömrünün qalan hissəsini doğma Göyçayda keçirmək ona qismət olacaq. Lakin I Dünya Müharibəsi onun həyatını dəyişmişdir. Sadıq bəy andına sadiq qalaraq müharibəyə könüllü yollanmışdır. Qafqaz, sonra isə Ukrayna cəbhəsində döyüşlərdə iştirak etmişdir. 1917-ci ildə çar mütləqiyyətinin süqutundan və bolşeviklər hakimiyyəti ələ aldıqdan sonra Sovet Rusiyasının müharibədən çıxdığını və ordunu buraxdığını elan etməsi ilə əlaqədar olaraq ordudan tərxis olunmuş Sadıq bəy Ağabəyzadə general-mayor rütbəsində Göyçaya qayıtmışdır..[2]

AXC dövründə fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1918-ci ilin 23 oktyabrında, Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə Sadıq bəy Daxili işlər nazirinin müavini vəzifəsinə təyin edilmişdir. Bu vəzifədə o 1919-cu ilin dekabr ayına qədər fəaliyyət göstərmişdir.

Sadıq bəy Ağabəyzadə tərəfindən polis işçi rütbələrinin təsnifat sistemi işlənib hazırlanmışdır. 1919-cu ildə Azərbaycanda polis işçilərinin ümumi sayı 9661 nəfərə çatmışdır, onların 498-i 1-ci rütbəli şəhər polisi, 5089-u 2-ci rütbəli şəhər polisi, 242-i 1-ci rütbəli post polisi, 243-ü isə 2-ci rütbəli post polisi idi.

1919-cu il oktyabrın əvvəlində, hökumətin tapşırığı ilə Sadıq bəy Batumi şəhərində ABŞ prezidentinin şəxsi nümayəndəsi general Ceyms Xarbortu qarşılamışdır. Sadıq bəy oktyabrın 4–10-na kimi prezident nümayəndəsini müşayiət etmiş və onu mühafizəçi ilə təmin etmişdir. Bakıya gələrkən general Xarbort Hacı Zeynalabdin Tağıyevin evində qonaq olmuşdur. Deyirlər ki, general Harbord gəlişinə həsr olunmuş ziyafətlərin birində, o, şəxsən müəyyən səbəblərdən ziyafətdə iştirak etməyən Sadıq bəyin sağlığına tost demişdir. O, öz tostunda qeyd etmişdir ki, Sadıq bəy yüksək intelektual imkanlara malik olan bir insandır və o, hərbçilər arasında belə yüksək təhsilli və maraqlı insana rast gəlməmişdir.[2]

Sovet işğalından sonrakı həyatı

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Demokratik Respublikası süquta uğradıqdan sonra Sadıq bəy ailəsi ilə birlikdə 1920-ci ildə Türkiyəyə mühacirət etmiş və İstanbulda qohumları ilə yaşamışdır. Burada əmisi oğlu Əli bəy Hüseynzadə ilə görüşmüşdür. 1921-ci ilin əvvəllərində Parisə köçmüş və iki il Sorbon şəhərində fars və türk dillərini tədris etmişdir.

Parisdə alim-şərqşünas taleyin bir zərbəsinə məruz qalmışdır — istəkli həyat yoldaşı Gülnarəni itirmişdir. O, Parisin müsəlman qəbirstanlığında dəfn olunmuşdur.[3]

Bu hadisədən sonra alimi Parislə heç bir şey bağlamamış və o, 1927-ci ilin fevral ayında Ziqmunt Smoqojevskinin dəvəti ilə Lvov şəhərinə köçmüşdür. O, Lvov universitetinin fəlsəfə fakültəsində işləmiş, lakin az sonra Lvov Ali Ticarət məktəbində türk, fars və ərəb dillərini tədris etmiş, eyni zamanda polyak və ukrayna dillərini öyrənmişdir.

Ziqmunt Smoqojevski, V. Kotviç və Sadıq bəy Ağabəyzadə şərqşünaslıq məktəbinin özəyini təşkil etmişlər. Bu məktəb sonralar Lvovsko-Peterburqskiy adlandırılmışdır.

Lvov universitetində Sadıq bəy bir sıra fənnləri, o cümlədən türk dili (müasir və əski), fars, ərəb dilləri, ərəb qrammatikası, islamşünaslıq, müsəlman paleoqrafiya, kalliqrafiya və epiqrafiyası və s. tədris etmişdir.

1931-ci ildə Sadıq bəy Ağabəyzadə polyak dilində özünün türk dili dərsliyini, 1932-ci ildə elementar ərəb dili qrammatikasını (fonetika və morfologiya), (Ovqusta Peryenin "Yeni ədəb dili qrammatikası" ikinci nəşr əsasında yazılmış) nəşr etdirmişdir. Lvov şəhərində Sadıq bəyin bir sıra tələbələri olmuşdur. Onlardan Teofil Bolodimirski, Maryan Leviski, Omelyan Prisak, Tadeus Leviski, Frantişek Maxalski və başqalarını misal göstərmək olar.[4]

Faşist işğalı zamanı hitlerçilər qocaman alimi öz mənzilindən çıxarmışlar. O, pis qızdırılan yerdə yaşamalı olmuşdur. Sadıq bəy Ağabəyzadə 1943-cü ildə ağır xəstələnmiş və 9 oktyabr 1944-cü ildə Lvov azad ediləndən sonra vəfat etmişdir. Son günlərində tələbəsi Olqa Bak və onun əri alimin qayğısını çəkmişlər.[5]

Sadıq bəy Ağabəyzadə Lvovda, Liçakovski qəbiristanlığının 84-cü sırasında dəfn edilmişdir. Lvov şəhərində onun adını daşıyan küçə vardır. Həmçinin məzarı üzərində büstü vardır.[6]

  • İ. M. Əlyarlı, T. R. Behbudov. Müstəqil Azərbaycan polisinin yaranması və fəaliyyəti (1918–1920-ci illər), Bakı, 1998.
  • Azərbaycan daxili işlər orqanlarının tarixi (ensiklopedik soraq kitabı), Birinci kitab, Bakı, 2003.
  1. http://students.lnu.edu.ua/periodicals/jaroslov/archive/no_5/postati/.
  2. 1 2 3 4 "AXC hökumətinin generalı". Azadlıq. 31 January 2013. 19 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 February 2021.
  3. Fəridə Ağazadə. "Azərbaycan polisinin qurucusu Məhəmməd Sadıq bəy Ağabəyzadə haqqında BİLMƏDİKLƏRİMİZ". 14 March 2020. 19 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 February 2021.
  4. "Azərbaycanın ilk polisi: Məhəmməd Sadıq bəy". yenisabah.az. 2 July 2020. 19 February 2021 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 February 2021.
  5. Vilayət Quliyev. "Sadıq bəy Ağabəyzadənin sahibsiz məzarı". 525-ci qəzet. 23 February 2013. 19 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 February 2021.
  6. "Generalımızın abidəsi Lvovda bərpa edildi". axar.az. 17 January 2017. 19 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 February 2021.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]