Azərbaycan xanlıqları,[1] Qafqaz xanlıqları,[2] Xanlıqlar və ya Xanlıqlar dövrü — XVIII əsrin 40-cı illərində indiki Azərbaycan Respublikası, Ermənistan və Cənubi Azərbaycan ərazisində yaranmış müstəqil feodal dövlətlərinə tarixşünaslıqda verilən ad. Şəki və Quba xanlıqları istisna olmaqla, digər xanlıqlar məhz sırf 1747-ci ildə Nadir şah Əfşarın qətlindən və Əfşar imperiyasının parçalanmasından sonra meydana gəlmişdir. Beləliklə, Azərbaycanın dərin siyasi parçalanma və daxili müharibə şəraitində də olsa, yarıməsrlik müstəqillik dövrü başladı.[2] XIX əsrin əvvəllərində xanlıqlar mərhələ-mərhələ İran dövlətinin və Rusiya imperiyasının işğalına məruz qalmışdırlar.
Nadir şah Əfşarın qəfil sui-qəsd nəticəsində öldürülməsi ilə onun nəhəng Əfşarlar imperiyası dağılmağa başladı.[3] Əfqanıstanda müstəqil dövlət təşəkkül tapdı. İran, Orta Asiya və Qafqazda müstəqil və yarımmüstəqil xanlıqlar meydana çıxdı. Ali hakimiyyət uğrunda mübarizə gücləndi. XVIII əsrin ikinci yarısında İran taxt-tacı üstündə iyirmiyə yaxın sərkərdə mübarizə aparırdı. Hakimiyyət 14 dəfə əldən-ələ keçmiş və dövlətin paytaxtı 6 dəfə dəyişdirilmişdi.
XVIII əsrin gedişatında Nadir şah Əfşarın ölümündən sonra Azərbaycan ərazisində onlarca xanlıq yarandı. Yerli feodallar mövcud vəziyyətdən istifadə edərək Azərbaycanda və Qafqazda özlərini de-fakto müstəqil aparmağa başladılar.
XVII əsrin sonlarından etibarən davam edən təsərrüfat geriləməsi şəraitində gələcək xanlıqların ərazisini əhatə edən bölgələr arasında əlaqələr sıx deyildi.
Üçüncü, beynəlxalq aləmdə qüvvələr nisbətinin dəyişməsi, regionda yeni bir mərkəzləşmiş dövlətin yaranması burada marağı olan İran və Rusiyanın mənafeyinə uyğun gəlmirdi.
Xanlıqların əmələ gəlməsinin ümumi səbəbləri ilə yanaşı, bəzi özümlü tərəfləri də var idi.
Cənubi Azərbaycanda yaranan xanlıqlar arasında Urmiya xanlığı mühüm yer tuturdu. Xanlığın əsasını Nadir şahın Əfşarın əmisi oğlu Fətəli xan Əfşar qoymuşdu.
Təbriz və Xoy xanlıqları Dünbüli tayfasından olan nəslin əlində idi. Çox da böyük ərazi və əhalisi olmayan Qaradağ xanlığının başında Qaradağ tayfalarına başçılıq edən Kazım xan (1747–1752) dayanırdı. Marağa xanlığı hələ Nadir şahın sağlığında burada hakim olan Əliqulu xan Müqəddəmin əlində idi. Ərdəbil xanlığını 1792-ci ilədək, Nəzərəli xan Şahsevən idarə edib. O, Ərdəbil, Xalxal və Muğandakı şahsevən tayfalarını birləşdirmiş, mahalların etibarlı idarəsini təşkil edə bilmişdi. Nəzərəli xandan sonra oğlu Nəsirəli xan taxta çıxdı.
Maku xanlığını Bayat boyundan olan Əhməd Soltan (1747–1778), Sərab xanlığını isə Şəqaqi boyundan olan Əli xan (1747–1786) yaratmışdır.[4]
Cənubi Azərbaycan xanlıqları ictimai-siyasi və mədəniyyət mərkəzləri olan şəhərlər ətrafında yaranmışlar. Xanlar başlıca olaraq el-tayfa başçıları içərisindən çıxırdı.
Böyük Azərbaycan tarixçisi və etnoqraf olan Abbasqulu Ağa Bakıxanov Şimali Azərbaycan xanlıqlarının yaranması haqqında yazırdı: "İndi də Nadir şahın Əfşarın ölümündən sonra Dağıstan və Şirvanın nə halda olduğunu nəzərdən keçirək. Nadir şah Əfşarın vəfatından sonra İran qoşunu bu ölkədən çıxıb getdi. Hər bir vilayətdə bir həşəmət sahibi baş qaldıraraq istiqlaliyyətdən dəm vurub başqasına tabe olmurdu. Quba və Salyan hakimi Hüseynəli xan Sultan Əhməd xan oğlu Xudat qalasını köçürərək indiki Quba şəhərinin "Qudyal" adlı yerində tikdirməyə başladı. İğtişaş zamanı da bu ölkənin öz-başına qalan bir çox mahallarını itaətə məcbur etdi. Dərbəndlilər İmamqulu xanın oğlu Məhəmmədhəsən bəy Qorçunu xanlığa seçdilər. Nadir şahın yaxın əmirlərindən sayılan bakılı Mirzə Məhəmməd xan Dərgah xan oğlu Bakı ölkəsini müstəqil olaraq ixtiyarına keçirdi. Şamaxı əhalisi sursat təhvildarı olan Hacı Məhəmmədəli Sufi Nobi oğlu Zərnəvaini hökumətə keçirdi. Xançobanı tayfasından olan Əsgər bəy Sərkarın oğulları Şirvan elatı arasında hakimiyyət bayrağı qaldırdılar. Nuxalı Наcı Çələbi Qurban oğlu istiqlaliyyət bayrağı qaldıraraq Şəki, Ərəş və Qəbələ mahallarını özünə tabe etdi".[5]
Azərbaycanın cənub-şərqində Talış dağları, Xəzər dənizi və Muğan düzü arasında Lənkəran xanlığı yerləşirdi. Xanlığın banisi Seyid Abbas idi. Onun ölümündən sonra Qara xan hakimiyyətdə olmuşdu (1747–1786). Qara xan yerli hakim təbəqəni özünə tabe etməyə nail oldu, xanlığın mərkəzi Astaradan Lənkərana köçürüldü.[6]
Əski Qarabağ bəylərbəyliyi ərazisində iki xanlıq – Qarabağ və Gəncə xanlıqları yarandı. Mirzə Camal Cavanşir Qarabaği yazır: "Qarabağ vilayətinin sərhədi belədir: cənub tərəfdən Xudafərin körpüsündən Sınıq körpüyə qədər Araz çayıdır. İndi (Sınıq körpü) Qazax, Şəmsəddin və Dəmirçi-Həsənli camaatı arasındadır… Şərq tərəfdən Kür çayıdır ki, Cavad kəndində Araz çayına qovuşaraq gedib Xəzər dənizinə tökülür. Şimal tərəfdən Qarabağın Yelizavetpolla (Gəncə ilə) sərhədi Kür çayına qədər Goran çayıdır və Kür çayı çox yerdən (keçib) Araz çayına çatır. Qərb tərəfdən Küşbək, Salvartı və Ərikli adlanan uca Qarabağ dağlarıdır".
Qarabağda cavanşir, iyirmi dörd, otuz iki, kəbirli, baharlı və başqa Türk boyları yaşayırdı. Bu vilayətin idarəsi XVI əsrin birinci yarısından qızılbaş Qacar tayfasının Ziyəddin oymağından olan Ziyad oğlu nəslinin əlində idi. Nadir xanın "şah seçkisindən" sonrakı cəza tədbirləri nəticəsində Ziyadoğullarının hakimiyyəti zəiflədi, Xəmsə məlikləri isə güclənməyə başladılar. Qarabağ torpaqları üçün belə bir ağır çağda Pənahəli bəy Cavanşir burada hakimiyyətini bərqərar edərək müstəqil Qarabağ xanlığının yaradılmasına nail oldu.[7]
O, Qarabağın Sarıcalı kəndində anadan olmuşdu. Mirzə Camal yazır: "Mərhum Nadir şah Qarabağ, Gəncə, Tiflis və Şirvan vilayətlərini aldıqdan sonra, ellər və kəndlər arasında görüb tanıdığı hər bir şücaətli və işgüzar adamı yanına çağıraraq öz yaxın qulluqçuları sırasına alar və onu məvacib, ehtiram və mənsəb sahibi edərdi. О cümlədən ellər arasında Pənahəli bəy Sarıcalı Cavanşir adı ilə şöhrət tapmış, hər işdə fərqlənmiş, ad çıxarmış, müharibə və davada tay-tuşuna üstün gələn və xüsusilə mərhum Nadir Rum əhli qoşunları ilə etdiyi müharibələrdə (XVIII əsrin 30-cu illərindəki İran-Türkiyə savaşı nəzərdə tutulur) şücaət göstərmiş Pənah xanı da öz yanına apardı", lakin Muğan qurultayından sonra Nadir şah Əfşar onun hakimiyyətini qəbul etmək istəməyən qarabağlılara divan tutmağa, əhalini Əfqanıstan və Xorasana sürgün etməyə başlamışdı. Bu tədbirə etiraz etdiyinə görə Pənahəli bəyin qardaşı Fəzləli xan edam olunmuşdu. Bunu görən Pənahəli bəy "şah Xorasanda olduğu zaman, fürsət tapıb bir neçə qohumu və yaxın adamı ilə 1737–1738-ci illərdə Qarabağ vilayətinə qaçdı. Şah onun qaçmasından xəbər tutarkən, onu yolda ələ keçirmək üçün ardınca çaparlar göndərdi, lakin mümkün olmadı. Azərbaycan sərdarına, Gəncə, Tiflis və Şirvan hakimlərinə qəti fərmanlar göndərdi ki, Pənah xanı harda tapsalar, tutub şahın hüzuruna göndərsinlər, şahın əmri ilə Pənah xanın ailəsini və qohum-qardaşını çox incidib cərimə etdilərsə də, fayda vermədi".
Beləliklə, hələ Nadir şah Əfşarın sağlığında Pənahəli bəy şah qulluğundan boyun qaçırıb müxalifətə keçmişdi. Nadir şah Əfşarın ölümündən sonra Qarabağ torpaqlarında müstəqil dövlətin bütün göstəricilərini özündə birləşdirən Qarabağ xanlığı yarandı.
Gəncədən didərgin salınmış Ziyadoğullarının da geri qayıtması üçün yol açıldı. Gəncə xanlığının banisi II Şahverdi xan Ziyadoğlu oldu. O, 1747-ci ildə Gəncəyə gələrək burada hakimiyyətini qurdu. O, Gəncədəki İran qarnizonunu darmadağın etməkdə ona köməklik göstərmiş II İrakliyə 10 min tümən qızıl pul verəcəyini bildirmişdi. Ancaq sözünü yerinə yetirə bilmədi. Onun oğulları Məhəmməd Həsən xan (1760–1778) və sonra onun yerinə keçmiş Məhəmməd xan bu borcu ödəməkdən boyun qaçırmışdır.[8]
Naxçıvan və İrəvan xanlıqları da siyasi həyatda müəyyən yer tuturdu.
Naxçıvan xanlığının əsasını Kəngərli boyunun başçısı Heydərqulu xan qoymuşdu. Nadir şah Əfşar Naxçıvanın idarə olunmasına xüsusi diqqət yetirirdi. Burada idarə işləri hakim-e ölkə ve hakim-e tümənə tapşırılırdı. Nadir şah Əfşarın ölümündən sonra onun məmurları qovuldu və Naxçıvan şəhəri müstəqil xanlıq elan edildi.
İrəvan xanlığı Ağrı düzənliyini, Göyçə gölü ətrafı və onunla Dərələyəz arasındakı torpaqları əhatə edirdi. Xanlığın banisi Mir Mehdi xan Əfşar idi.
Beləliklə, XVIII əsrin 40-cı illərində Azərbaycanın ictimai-siyasi həyatında böyük dəyişiklik baş verdi. İyirmiyədək müxtəlif xanlıq və onlardan asılı olan xırda inzibati-siyasi qurumlar yarandı. Bununla, olduqca mürəkkəb, ziddiyyətli və faciəli bir dönüş başlandı. Bu dönüş 1828-ci ilədək sürdü.
1805-ci ildə İran dövləti ilə bağlanmış sülh müqaviləsinə əsasən, paytaxtı Şuşa olmaqla, Qarabağ, eləcə də Şəki və Şirvan xanlıqları Rusiyaya birləşdirildi. 1806–1813-cü illərdə Rusiya imperiyasının hərbi təcavüzü nəticəsində Bakı xanlığı, Quba xanlığı, Gəncə xanlığı, Talış xanlığı, Dərbənd xanlığı Rusiya İmperiyasına daxil edildilər.[9] Nəhayət, 1827-ci ildə Rusiya Naxçıvan[10] və İrəvan xanlıqlarını da işğal etdi.
İşğal olunmuş xanlıqların ərazisində özünün hakimiyyətini möhkəmləndirməyə çalışan Rusiya İmperiyası ələ keçirdiyi ərazilərdə İranda və Osmanlı imperiyasında yaşayan xristian erməniləri köçürərək yerləşdirməyə başladı. Bu siyasətin nəticəsində təkcə 1828–1830-cu illər aralığında təxminən 130 min erməni köçkünü (bunlardan 50 mini Qarabağ xanlığının ərazisində) Azərbaycan xanlıqlarının ərazilərində məskunlaşdırılmışdır.
The shah's dominions, including the khanates of the Caucasus, included only about 5 to 6 million inhabitants against Russia's 500,000-strong army and estimated 40 million population.
Azerbaijani khanates and the conquest by Russia
In 1747 Nadir Shah, the strong ruler who had established his hold over Persia eleven years earlier, was assassinated in a palace coup, and his empire fell into chaos and anarchy. These circumstances effectively terminated the suzerainty of Persia over Azerbaijan, where local centers of power emerged in the form of indigenous principalities, independent or virtually so, inasmuch as some maintained tenuous links to Persia's weak Zand dynasty.
Thus began a half-century-long period of Azerbaijani independence, albeit in a condition of deep political fragmentation and internal warfare. Most of the principalities were organized as khanates, small replicas of the Persian monarchy, including Karabagh, Sheki, Ganja, Baku, Derbent, Kuba, Nakhichevan, Talysh, and Erivan in northern Azerbaijan and Tabriz, Urmi, Ardabil, Khoi, Maku, Maragin, and Karadagh in its southern part. Many of the khanates were subdivided into mahals (regions), territorial units inhabited by members of the same tribe, reflecting the fact that residue of tribalism was still strong.
Tadeusz Swietochowski. Russia's Transcaucasian Policies and Azerbaijan: Ethnic Conflict and Regional Unity // In a collapsing empire. Feltrinelli Editore, 1993. Стр. 190.
An Armenian oblast' (district) was created on the territory of the former Azerbaijani khanates of Erivan and Nakhichevan, yet remarkably there followed no large scale manifestation of ethnic strife in the countryside.
Firouzeh Mostashari. On the religious frontier: Tsarist Russia and Islam in the Caucasus. I. B. Tauris; New York, 2006. ISBN 1850437718
The Caucasian Campaigns and the Azerbaijani Khanates
The success of the Russian campaigns in annexing the Transcaucasian territories was not solely due to the resolve of the generals and their troops, or even their superiority over the Persian military. The independent khanates, themselves, were disintegrating from within, helplessly weakening one another with their internal rivalries.
Robert Strausz-Hupé, Harry W. Hazard. The idea of colonialism. Praeger, 1958. Стр. 77.
In 1804 Russian troops occupied the khanate of Ganja, and this was followed by the surrender of several other autonomous Azeri khanates in western Azerbaijan.
Alexander Murinson. Turkey's Entente with Israel and Azerbaijan. Routledge, 2009. Стр. 2.
The core territory of modern-day Azerbaijan, i.e. Shirvan, Quba and other Azeri Khanates in the Caucasus, served historically as place of refuge for Persian and later Russian Jews.
Galina M. Yemelianova. Radical Islam in the Former Soviet Union. Routledge, 2009. Стр. 149.
With the fall of the Safawid empire in 1722, a number of independent khanates emerged on the territory of modern Azerbaijan. Among them were the khanates of Bakı, Gəncə, Qarabağ, Quba, Naxçıvan, Şirvan, Şəki, and Şamaxı. By 1805, the khanates of Qarabağ and Şirvan had become protectorates of the Russian Empire. In two wars between Russia and Qajār Persia in 1804–1813 and 1826–1828, the Russians conquered other Azerbaijani khanates.
Henry R. Huttenbach. Soviet Nationality Policies. Mansell, 1990. Стр. 222.
The pattern of the Russian conquest varied: in some cases, notably in the Azerbaijani khanate of Ganja, the emirate of Bukhara, the khanate of Kokand and Turkmenistan, violence and bloodshed were involved.
Bohdan Nahaylo, Victor Swoboda. Soviet Disunion. A History of the Nationalities Problem in the USSR. Simon and Schuster, 1990. Стр. 12.
Its inhabitants being Shiite, the Azerbaijani khanate was more closely linked with Persia than with their Turkish kin. Peter the Great defeated Persia and annexed the Derbent and Baku regions of Azerbaijan in 1724.
Stephen K. Batalden. The Newly Independent States of Eurasia. Greenwood Publishing Group, 1997. Стр. 110.
The 1812 Treaty of Gulistan and the 1828 Treaty of Turkmanchai ended the two Russo-Persian wars and brought Azerbaijani khanates north of the Aras River under Russian control.
Edward Allworth. Muslim Communities Reemerge. Historical Perspectives on Nationality. Duke University Press, 1994. Стр. 47.
One of the first consequences of the conquest was the gradual dismantling of the Azerbaijani khanates, the principalities that had formed the political structure of the country. The khanates of Ganja, Shirvan, Talysh, Baku, Karabagh, Sheki, Nakhichevan, Derbent, and Kuba disappeared, one after the other, for the most part during the 1830s and the 1840s, and the process of breaking up these traditional polities contributed to the weakening of deeply rooted local particularisms
Nəticədə, 1827-ci il iyunun 26-da rus qoşunları Naxçıvana daxil oldular.