YAŞAR

sif.
1.
…yaşında olan,
…yaşı olan (heyvan haqqında).
[Əliqulu xanın] bir ilxısı vardı ki, dünyada olan atların hər rəngindən, hər yaşarından bu ilxıda bir cüt var idi. Koroğlu”.

2. Çox yaşayan, çox ömür sürən; ölməz.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YAŞAR yaşar bax diri
YAŞAMAQ
YAŞARMA
OBASTAN VİKİ
Ebru Yaşar
Ebru Yaşar (8 avqust 1978, Ankara)— Türkiyə müğənnisi. == Həyatı == Türkiyənin tanınmış müğənnisi Ebru Yaşar 8 avqust 1977-ci il tarixində Ankarada anadan olub. Musiqiyə qarşı olan boyük sevgisindən kiçik yaşlarından səhnəyə addımlarını atıb. Vaxt keçdikcə səsinin dəyərini daha gözəl bilən sənətçi yaxın dostlarının da məsləhəti ilə albom çıxarmaq istəyini reallaşdırıb. 1995-ci ildə "Bu sahildə" adlı albomunu çıxardıb. Albomun adını daşıyan mahnı hər kəs tərəfindən çox sevilib. Az müddətdə əldə etdiyi nailiyyətə görə eyni ildə Maqazin Qəzetləri Dərnəyi tərəfindən "İlin qadın sənətçisi" mükafatına layiq görülüb. Gün keçdikcə ulduzu parlayan sənətçi 3 il fasilədən sonra — 1998-ci ildə "İdobay" adlı musiqi şirkətiylə işləməyə başlayıb. 1999-cu ildə "Səni anan mənim için doğurmuş" adlı albomunu satışa çıxarıb. Albomuyla fırtınalar əsdirən sənətçi əsasən də albomun adını daşıyan mahnısı sayəsində kiçikdən-böyüyə hər kəsin məhəbbətini qazanıb.
Yaşar Aksoy
Yaşar Aksoy (1 avqust 1947) Türk şair, tarixçi və yazıçısı. Yaşar Aksoy İzmir aşiqi olaraq tanınmaqdadır.Anası izmirli tarix müəllimi Zəhra Aksoy,atası Uşaklıdan olan əkinçi Camal Aksoydur. Y.Aksoy 1965-ci ildən etibarən növbə ilə Axşam qəzeti,Türk yolu dərgisi,Demokrat İzmir qəzeti (1971-1979), Yeni əsr qəzeti (1982-2001), Star qəzeti və Hürriyyət qəzetində mədəniyyət müxbiri, mədəniyyət sahəsinin rejissoru, araşdırmaçı və köşə yazarı olmuşdur. Bundan əlavə Aksoy Yeni Tv televiziya kanalında Kultura, Ege Tv televiziya kanalında isə Egedə zaman adlı televiziya proqramlarını hazırlayaraq təqdim etmişdir. Aksoy Beynəlxalq İzmir Araşdırmalar Mərkəzi ilə Çeşmə Sənət Dostları qrupunun qurucusudur. İzmir eli üçün etdiyi mədəni qatqılar səbəbi ilə Qarşıqaya mahalında doğulub böyüdüyü və uşaqlıq illərini keçirdiyi küçəyə və Asansör (Qaradaş) səmtində bir parka yazıçının adı verilmişdir. Yaşar Aksoy İstanbul Texnik Universiteti və Ege Universitetindən mühəndis kimi məzun olmuşdur.Doqquz sentyabr Universitetinin Atatürk qanunu və İnqilab tarixi İnstitunda İnqilab tarixi dərslərini verən Yaşar Aksoy 20 ilə yaxın müddətini Çeşmə tarixi və mədəniyyətini araşdırmağa həsr etmişdir.Çeşmə mahalının arxivini qurmaq üçün çalışmaqdadır. Y.Aksoy 1984 və 1990-cı illər ərzində Çeşmə Beynəlxalq Festival qəzetlərini nəşr etdirmişdir.
Yaşar Abbasov
Yaşar Abbasov (1 avqust 1980-ci il, Tovuz, Azərbaycan SSR, SSRİ) — FİFA kateqoriyalı azərbaycanlı futbol hakimi. Hakimin köməkçisi kimi 2012-ci ildən beynəlxalq oyunları idarə edir. 1980-ci ildə Tovuzda anadan olan Yaşar Abbasov, 2012-ci ildən beynəlxalq dərəcəli hakimdir (FİFA referinin assistenti). 2001-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin iqtisadiyyat fakultəsini bitirmişdir. 2006-cı ildən hakimlik etməyə başlayıb. Azərbaycan çempionatlarında həm Premyer-Liqada, həm də Birinci Divizion və əvəzedici heyətlərin oyunlarında hakimlik edib və hal – hazırda AFFA hakimlər komitəsində mütəxəssis vəzifəsində çalışır. 2014-cü ildə Macaristanda keçirilən U19 Avropa Çempionatının final mərhələsində, 2015 Gənclər komandaları arasında Avropa çempionatının seçmə mərhələsinin bir neçə oyunu idarə etmişdir. UEFA Avropa Liqasının təsnifat mərhələlərinin oyunlarını idarə etmişdir.
Yaşar Qurd
Arşak Yaşar Qurd (erm. Արշակ Յաշար Կուրթ, türk. Arşak Yaşar Kurt; 16 avqust 1968, İstanbul) — erməni əsilli Türkiyə rok musiqiçisi. Kriptoermənilərin nümayəndəsi olan Qurd əsl mənşəyini yalnız qırx yaşında bilmişdir. Yaşar Qurt 1968-ci ildə İstanbulda anadan olmuşdur. 1974–1989-cu illərdə İstanbulda orta məktəblərin birində təhsil almışdır. 1990-cı ildə Əskişəhər Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuş, oranı bitirmədən musiqi təhsili almağa başlamışdır. Yaşar Qurt universiteti tərk etdikdən sonra "Beyaz Yunus" adlı qrup yaratmışdır. 1994-cü ildə Kölndə "Sokak Şarkıları" albomunu çıxardıqdan sonra qrup Türkiyədə populyarlıq qazanmışdır.. 2007-ci ildə qırx yaşında olan Yaşar Qurd atasından əslində milliyyətcə türk deyil, erməni olduğunu öyrənmişdir.
Habil Yaşar
Yaşar Məmmədzadə
Yaşar Abdulov
Yaşar Qaraxan oğlu Abdulov (1 iyul 1946, Yardımlı – 30 noyabr 2012) — Azərbaycan pedaqoqu və dövlət xadimi, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı (2001–2005). Yaşar Qaraxan oğlu Abdulov 1 iyul 1946-cı ildə Yardımlıda anadan olmuşdur. 1968-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Fizika-riyaziyyat fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə 1968-ci ildə riyaziyyat müəllimi kimi başlamış, 1971-ci ilədək Əsədabad kənd səkkizillik və 2 saylı Yardımlı qəsəbə məktəblərində müəllim işləmişdir. 1971–1972-ci illərdə Azərbaycan LKGİ Yardımlı Rayon Komitəsində şöbə müdiri vəzifəsində çalışmışdır. 1972–1973-cü illərdə Sovet Ordusu sıralarında hərbi xidmət keçmiş, ordudan tərxis olunduqdan sonra yenidən pedaqoji fəaliyyətə qayıdaraq 1973-cü ildən 1982-ci ilədək Yardımlı qəsəbə 2 saylı orta məktəbində müəllim işləmişdir. 1982-ci ilin iyun ayından 1990-cı ilin oktyabr ayınadək Yardımlı Qəsəbə Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri işləmiş, 1990-cı ilin oktyabr ayından 1994-cü ilin aprel ayınadək Yardımlı Rayon XDS sədrinin müavini vəzifəsində çalışmışdır. Paralel olaraq 1991–1994-cü illərdə Bakı Dövlət Sosial İdarəetmə və Politologiya İnstitutunda ikinci ali təhsil almışdır. Yaşar Abdulov 1994-cü ilin may ayından 2001-ci ilin fevral ayınadək Yardımlı Rayon İcra Hakimiyyəti başçısının müavini, birinci müavini, 2001-ci ilin fevral ayından 2005-ci ilin may ayınadək isə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində işləmişdir. "Əməkdə fərqlənməyə görə" medalı və "Qabaqcıl maarif xadimi" döş nişanı ilə təltif edilmişdir.
Yaşar Tüzün
Yaşar Tüzün (18 yanvar 1966, Biləcik) — iş adamı və siyasətçi; Biləcik Bələdiyyəsinin sədri (1999—2002), Türkiyə Böyük Millət Məclisinin 22, 23, 25, 26, 27 və 28-ci çağırış deputatı. Yaşar Tüzün 1966-cı ildə Biləcik ilində anadan olub. Ticarət Peşə Liseyini bitirib. Biləcik Gənc İş adamları Dərnəyinin sədri, Biləcik İdman Klubunun sədri, TESK Biləcik İdarə Heyətinin sədr müavini olub. Siyasətə Sosial Xalqçı Partiyasında (SHP) qoşulub, Cümhuriyyət Xalq Partiyasında (CHP) isə davam edib. CHP Biləcik ilçə və il sədri olub. 1994-cü ildə Biləcik Bələdiyyəsinin Məclis üzvü, 1999-cu ildə Biləcik Bələdiyyəsinin sədri seçilib. 2002, 2007, iyun 2015, noyabr 2015, 2018 və 2023-cü illərdə Biləcik ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 2017-2018-ci illərdə parlamentin sədr müavini olub. Daxili işlər Komissiyasının üzvüdür.
Yaşar Universiteti
Yaşar Universiteti (türk. Yaşar Üniversitesi) — Türkiyənin İzmir şəhərində yerləşən universitet. Universitetdə dərslər türk və ingilis dillərində keçirilir. Yaşar Universiteti Türkiyədə İngilis Dili Proqramı Akkreditasiya Komissiyası tərəfindən akkreditə olunmuş ilk universitetdir. 1999-cu ildə Səlcuk Yaşar İdman və Təhsil Vəqfi İzmir şəhərində müasir bir universitet olaraq Yaşar Universitetini qurmaq qərarına gəldi. Türkiyə Böyük Millət Məclisi universitetin yaradılması haqqında qanunu 29 mart 2001-ci ildə təsdiqlədi. 2002-ci ildə universitetin Alsancak korpusunda təhsilə başlanıldı. Yaşar Universiteti 25 fərqli akademik proqramı olan 7 bakalavr fakültəsinə bölünür. İngilis dili və ədəbiyyatı Riyaziyyat Statistika Psixologiya Tərcümə Memarlıq Daxili memarlıq Ətraf Mühitin dizaynı Kompüter mühəndisliyi Elektrik və Elektronika mühəndisliyi Enerji Sistemləri mühəndisliyi Sənaye mühəndisliyi Proqram mühəndisliyi İctimaiyyətlə Əlaqələr və Reklam Radio, Kino və Televiziya Vizual kommunikasiya dizaynı Bütün şöbələr üçün tədris dili ingilis dilindədir. Biznesin idarə edilməsi İqtisadiyyat Beynəlxalq Logistika İdarəetməsi Beynəlxalq Ticarət və Maliyyə Səyahətlərin İdarə edilməsi və Turizm rəhbərliyi Beynəlxalq əlaqələr Kino dizaynı Qrafik dizayn Sənaye dizaynı Musiqi Hüquq üzrə LLB (Onlayn dərslər) Yaşar Universitetinin Xarici Dillər fakültəsi ingilis dilini bilməyən tələbələr üçün ingilis dilində hazırlıq kursu təklif edir.
Yaşar Yıldırım
Yaşar Yıldırım (1956, Ankara ili) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. Yaşar Yıldırım 1956-cı ildə Ankara ilinin Kızılcahamam ilçəsində anadan olub. Ankara Universiteti Memarlıq Bölməsindən məzun olub. 12 senytabr 1980-ci il hərbi çevrilişindən sonra MHP üzvü olduğuna görə həbs edilib. 1993-cü ildə Muhsin Yazıcıoğlu ilə birgə BBP qurucularından olub. 1994-cü ildə Kızılcahamam ilçə bələdiyyə sədri seçilib. Geotermal Mənbəli Bələdiyyələr Birliyinin qurucu prezidenti olub. 1998-ci ildə Devlet Bahçelinin MHP sədri seçilməsindən sonra MHP-yə qayıdıb. 1999-2000-ci illərdə MHP sədrinin baş müşaviri, 2000-2022-ci illərdə MHP Ankara il şöbəsinin sədri olub. 2018-ci ildən MHP İdarə Heyətinin üzvü və MHP sədrinin müavinidir.
Yaşar Nəzihə
Yaşar Nəzihə Bükülməz (türk. Yaşar Nezihe; 29 yanvar 1882, Konstantinopol, Osmanlı imperiyası – 5 noyabr 1971) — Osmanlı imperiyası dövrü şairəsi. Yaşar Nəzihə 1896-1953-cü illər arasında dövrünün fəal ədəbi simalarından biri olub. Şeirlərində kasıb və çətin uşaqlığına, evliliklərinə də yer verib. Yaşadığı yoxsul həyatı əsərlərində qabartması, müxtəlif tətil və fəhlə hərəkatlarını dəstəkləməsi onun sosialist şair kimi tanınmasına rəvac verib. O, ədəbi kimliyi ilə yanaşı, həyat hekayəsi ilə də dövrün qadın şairləri arasında özünəməxsus yer tutub. Onun "Aydınlıq" jurnalının 1923-cü il iyun nömrəsində dərc olunan şeiri 1 May Beynəlxalq Əmək Günü ilə bağlı ilk türkcə şeiri hesab olunur. 1882-ci ildə İstanbulun Silivriqapı ilçəsində anadan olan Yaşar Nəzihənin anası tatar əsilli Qaya xanım, atası isə bələdiyyə işçisi Qədir bəy idi. Kasıb bir ailədə böyümüş Yaşar Nəzihə ailənin 5 uşağından üçüncüsü idi. Ailənin digər uşaqlarının hamısı gənc yaşlarında vərəm xəstəliyi və baxımsızlıqdan dünyalarını dəyişiblər.
Kamal Yaşar
Kamal Məmmədov və ya Kamal Yaşar (2 avqust 1984, Kirovabad) – rejissor, aktyor, səs rejissoru, dublyajçı. == Bioqrafiyası == Kamal Yaşar 2 avqust 1984-cü ildə Gəncədə anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq ixtisası üzrə bakalavr və magistr təhsili alıb. Bakı Film İnstitutunun ilk məzunlarındandır. 2011–2017-ci illərdə Region TV-nin Mədəniyyət departamentində, 2015–2016-cı illərdə ANS TV-nin dublyaj redaksiyasında çalışıb. 2017-ci ildən tvseans.com kino platformasının dublyaj redaksiyasıyla əməkdaşlıq edir. Dövri mətbuatda davamlı olaraq yazıları dərc olunur. Film və teatr tamaşaları haqqında çoxsaylı resenziyaların müəllifidir. 2017-ci ildə VII Avropa Filmləri Festivalı Kinoresenziya Müsabiqəsinin qalibi və ali mükafatçı kimi 67-ci Berlin Film Festivalında iştirak edib. Əcnəbi kino mütəxəssislərinin ustad dərslərində prodüserlik kursları (Zeyneb Özbatur Atakan) və ssenari təlimlərinin (Pol Freyzer) iştirakçısı olub.
Yaşar Nəcəfov
Yaşar Nəcəfov (9 iyun 1999) — Azərbaycanı təmsil edən cüdoçu. == Karyerası == Yaşar Nəcəfov 2016-2018-ci illərdə yeniyetmələrin beynəlxalq turnirlərində 3 gümüş və 2 bürünc medala sahib oldu. 2018-ci ildə U21 Azərbaycan Çempionatının qalibi olan Yaşar Nəcəfov 2020-ci ildə Xorvatiyanın Pоreç şəhərində U23 Avropa Çempionatını beşinci pillədə başa vurdu. 2022-ci ildə Təl-Əvivdə (İsrail) IJF Grand Slam turnirinin gümüş medalına sahib olan Yaşar Nəcəfov Zaqrebdə (Xorvatiya) IJF Qran-Pri turnirinin qalibi oldu. Həmin il Azərbaycan çempionu da oldu. 2023-cü ildə isə Yaşar Nəcəfov IJF Grand Slam turnirinin Azərbaycan mərhələsinin qalibi oldu, Monqolustan mərhələsini bürünc medalla başa vurdu, həmçinin Düşənbə şəhərində IJF Qran-Prisinin bürünc medalına sahib oldu. Həmin ilin iyulunda Çinin Çendu şəhərində Universiada Oyunlarını bürünc medalla başa vurdu, noyabrda isə Fransanın Monpelye şəhərində Avropa Çempionatını beşinci pillədə tamamladı. Yaşar Nəcəfov 2024-cü ilin yanvarında Portuqaliyada IJF Qran-Pri turnirinin gümüş medalına, fevralında isə Azərbaycanda IJF Grand Slam turnirinin bürünc medalına sahib oldu. Nəticədə Yaşar Nəcəfov IJF olimpiya reytinq cədvəlində mövqeyini yaxşılaşdırdı və olimpiya lisenziyasına sahib oldu.
Yaşar Yakış
Yaşar Yakış (1 avqust 1938, Akçakoca[d], Düzcə ili – 26 iyun 2024, Ankara) — Türkiyə siyasətçisi, Türkiyənin keçmiş xarici işlər naziri (2002–2003). == Həyatı == 1938-ci ildə Düzcədə laz əsilli ailədə anadan olmuşdur. Laqos, Roma və Dəməşqdəki səfirliklərdə və NATO-nun Brüsseldəki Daimi Nümayəndəliyində müxtəlif vəzifələrdə çalışıb. Yakış 1985-ci ildə İslam Konfransı Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlıq Daimi Komitəsinin sədri kimi Türkiyə Prezidentinə katiblik xidmətləri göstərmək üçün yaradılmış İSEDAK(tr) Koordinasiya Şurasına rəhbərlik edib. 2002–2003-cü illərdə xarici işlər naziri vəzifəsində çalışıb. 26 iyun 2024-cü ildə vəfat edib.
Yaşar Aydəmirov
Yaşar Məhəmməd oğlu Aydəmirov — azərbaycanlı hərbçi, general-leytenant. Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1994-cü il tarixli, 217 nömrəli Fərmanı ilə ona General-mayor hərbi rütbəsi verilmişdir.1991-ci il "Horadiz əməliyyatı" na rəhbərlik edənlərdən biri olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2002-ci il tarixli, 662 nömrəli Fərmanı ilə ona General-leytenant hərbi rütbəsi verilmişdir.
Yaşar Babayev
Yaşar Babayev (futbolçu)
Yaşar Baxış
Yaşar Baxış (19 aprel 1966) — Azərbaycanlı rok-musiqiçisi, gitaraçı, səs rejissoru, bəstəkar və aranjimançıdır. Yaşar Baxış 19 aprel 1966-cı ildə Bakı şəhərində xalq şairi Hafiz Baxış və həkim-nevropatoloq Elmira Rəsulovanın ailəsində doğulmuşdur. Ailəsi Yaşar Baxış doğulduqdan bir neçə ay sonra Sumqayıt şəhərinə köçmüşdür. Yaşar Baxış yeddi yaşında orta məktəbdən əlavə musiqi məktəbinin fortepiano şöbəsində oxumağa başlamışdır. 12 yaşında olarkən, tam şəkildə musiqi təhsilini bitirməmiş, onun fortepianoya olan marağını gitara əvəz edir. Məhz gitaraya olan marağı ona əvvəlcə Sumqayıtda, sonralar isə Bakıda uğur gətirir. Yaşar Baxış "Bez Qrima", "Papa Jack" rok-qruplarının yaradıcısıdır. Siyahıda əksiklik var, tamamlamağa kömək edin.
Yaşar Böyükanıt
Mehmet Yaşar Böyükanıt — (1 sentyabr 1940; İstanbul - 21 noyabr 2019; İstanbul) Türkiyə hərbçisi, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi. 1959-cu ildə Ərzincan Hərbi Liseyini və 1961-ci ildə Hərbi Akademiyanı, 1963-cü ildə isə Piyada məktəbini bitirib. 1983-1986-cı illər arasında Kuleli Hərbi Liseyinin komandiri və 1986-1988-ci illər arasında Prezident Qvardiyası Alay Komandanlığı vəzifələrində çalışmışdır. 1992-ci ildə general-mayor rütbəsinə yüksəlmişdir. Bu rütbədə 3 il Baş Qərargahın baş katibi və Türk Hərbi Akademiyasının komandiri kimi çalışmışdır. 1996-cı ildə general-leytenant rütbəsinə, 2000-cı ildə ordu generalı rütbəsinə yüksəldilmişdir. 2004-cü ildə Quru Qoşunları komandiri, 31 iyul 2006-cı ildə isə Baş Qərargah rəisi təyin edildi. 30 avqust 2008-ci ildə təqaüdə çıxmışdır. 9 Noyabr 2005-ci ildə Şemdinli hadisələri zamanı hadisə yerində bomba və silahlarla tutulan gizir Əli Qaya haqqında "onu tanıyırıq, yaxşı oğlandır" demişdi. Onun bu sözləri ilə məhkəməyə təsir etmək istədiyi irəli sürüldü və hadisə ilə əlaqəli prokurorlu iddianaməsində "təşkilat qurmaq, saxta sənədlər vermək və vəzifə səlahiyyətlərindən sui-istifadə etmək" sözləri yer almışdı və Baş qərargah tərəfindən araşdırılmasını istənilirdi.
Yaşar Bünyad
Yaşar Bünyad (tam adı: Əhmədov Yaşar Bünyad oğlu; 10 noyabr 1956, Əngəxaran, Şamaxı rayonu) — azərbaycanlı yazıçı. Şamaxı rayonunun Əngəxaran kəndində anadan olub. Cəmo Cəbrayılbəyli adına 5 saylı orta məktəbi bitirəndən sonra,əmək fəaliyyətinə başlayıb. Gəmi təmiri zavodunda fəhlə, hərbi xidmətdən qayıtdıqdan sonra "Azərbaycanfilm" kinostudiyasında işləmiş, ailə həyatı qurandan sonra qiyabi təhsilini Azərbaycan Kənd Təsərrüfatı institutunda davam etdirmişdir. 1997-ci ildən 2015-ci ilə qədər Rusiyanın Saratov vilayətində yaşayıb.Ailəlidir.3 oğlu var. İlkin yaradıcılığa şeirlə başlayıb. 2010cu ildən hekayələri Azərbaycan mətbuatında yayımlanmağa başlayıb. " İblis busəsi" romanı kitab şəklində geniş oxucu kütləsinə təqdim ediləndən sonra yaradıcılığına önəm verərək daha məhsuldar çalışmağa başlayıb. 9 hekayədən ibarət "Miqrant" kitabı "Çardaq yayımları" tərəfindən nəfis formada nəşr edilib.Daha sonra miqrantların həyatından bəhs edən "Azan gəmilər limanı" povesti Azərbaycan jurnalında ixtisarla çap olandan dərhal sonra kitab kimi oxuculara təqdim olunub və böyük uğur qazanıb. 2020 ci ildə "Bir qələm" nəşriyyat evi "Xoşbəxtlər arasında yaşamaq " adlı hekayələr kitabını çap edərək oxuculara təqdim edib.
Yaşar Büyükanıt
Mehmet Yaşar Böyükanıt — (1 sentyabr 1940; İstanbul - 21 noyabr 2019; İstanbul) Türkiyə hərbçisi, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi. 1959-cu ildə Ərzincan Hərbi Liseyini və 1961-ci ildə Hərbi Akademiyanı, 1963-cü ildə isə Piyada məktəbini bitirib. 1983-1986-cı illər arasında Kuleli Hərbi Liseyinin komandiri və 1986-1988-ci illər arasında Prezident Qvardiyası Alay Komandanlığı vəzifələrində çalışmışdır. 1992-ci ildə general-mayor rütbəsinə yüksəlmişdir. Bu rütbədə 3 il Baş Qərargahın baş katibi və Türk Hərbi Akademiyasının komandiri kimi çalışmışdır. 1996-cı ildə general-leytenant rütbəsinə, 2000-cı ildə ordu generalı rütbəsinə yüksəldilmişdir. 2004-cü ildə Quru Qoşunları komandiri, 31 iyul 2006-cı ildə isə Baş Qərargah rəisi təyin edildi. 30 avqust 2008-ci ildə təqaüdə çıxmışdır. 9 Noyabr 2005-ci ildə Şemdinli hadisələri zamanı hadisə yerində bomba və silahlarla tutulan gizir Əli Qaya haqqında "onu tanıyırıq, yaxşı oğlandır" demişdi. Onun bu sözləri ilə məhkəməyə təsir etmək istədiyi irəli sürüldü və hadisə ilə əlaqəli prokurorlu iddianaməsində "təşkilat qurmaq, saxta sənədlər vermək və vəzifə səlahiyyətlərindən sui-istifadə etmək" sözləri yer almışdı və Baş qərargah tərəfindən araşdırılmasını istənilirdi.
Yaşar Bəşirov
Yaşar Bəşirov — Azərbaycan Karate Federasiyası idarə heyətinin üzvü (2023–h.h.); Azərbaycan Milli Karate Federasiyasının sabiq prezidenti (–2023); Dünya və Avropa çempionu, əməkdar idman ustası; "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi", Milli Olimpiya Komitəsinin üzvü, 8-ci dan qara kəmər sahibi; biologiya elmləri namizədi. Eyyub Bəşirovun oğlu, Xanlar Bəşirovun qardaşıdır.
Yaşar Cəlilov
Yaşar Rəftar oğlu Cəlilov (1 may 1955, Şuşa, DQMV) — Azərbaycan Travmatoloqlar və Ortopedlər Assosiasiyasının prezidenti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun şöbə müdiri, tibb elmləri doktoru, professor. Yaşar Cəlilov 1978-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə fakültəsini bitirib. Yaşar Cəlilov 1978–84-cü illərdə Dağlıq Qarabağ vilayət xəstəxanasında (Xankəndi şəhəri) travmatoloq vəzifəsində işləmişdir. 1984-cü ildə Mərkəzi Travmatologiya və Ortopediya İnstitutunda (Moskva) aspiranturaya daxil olmuş və 1987-ci ildə "Сравнительная оценка методов хирургического лечения остеохондроза поясничного отдела позвоночника" ("Onurğanın bel şöbəsinin osteoxondrozunun cərrahi müalicə metodlarının müqayisəli qiymətləndirilməsi") mövzusunda tibb elmləri namizədlik dissertasiyası müdafiə etmişdir. Yaşar Cəlilov 1987-ci ildən Elmi-Tədqqiat Travmatologiya və Ortopediya İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi və 2001-ci ildən elmi bölmə rəhbəri vəzifəsində çalışır. 2005-ci ildə Rusiya Federasiyasının Mərkəzi Travmatologiya və Ortopediya İnstitutunda (Moskva) "Комплексное консервативное и оперативное лечение сколиоза" ("Skoliozun kompleks konservativ və operativ müalicəsi") mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Y. R. Cəlilovun Elmi və kliniki tədqiqatlarının əsas istiqamətləri: Onurğanın degenerativ xəstəliklərinin ortopedik və cərrahi müalicəsi; onurğa sütununun deformasiyalarının diaqnostikası, ortopedik və cərrahi müalicəsi; ətrafların müxtəlif etiologiyalı travmatik və ortopedik patologiyasının müalicəsinə həsr edilmişdir. Onun elmi-kliniki fəaliyyəti 121 elmi məqalə və 1 metodiki tövsiyədə işıqlandırılmışdır. Y. R. Cəlilov SSRİİ və Azərbaycan Respublikasının 5 Patentinin və 18 səmərrələşdirici təklifin müəllifidir. Elmi məqalələrinin 30-u xarici dövlətlərin aparıcı elmi jurnallarında dərc edilmişdir.
Yaşar Fərmayıloğlu
Yaşar Fərmayıloğlu (4 sentyabr 1969, Arıqıran, Gədəbəy rayonu) – ifaçı və yaradıcı aşıq. Yaşar Fərmayıl oğlu Həsənov 4 sentyabr 1969-cu ildə Gədəbəy rayonunun Arıqıran kəndində müəllim ailəsində doğulub. O, ulu mənəvi sərvətimiz olan aşıq1ıq sənətinə hələ 5 yaşında ikən, Seyfəddin Xəliloğlunun həzin ifalarının təsiri ilə gəlib. Yaşar Fərmayıloğlu orta təhsilini 1976-1986-cı illərdə doğma Arqıranda alıb. Orta təhsil aldığı vaxt məktəbin bütün tədbirlərində sazla çıxışlar edib. 1987-1989-cu illərdə hərbi xidmətdə olan Yaşar Fərmayıloğlu, hərbi xidməti bitirdikdən sonra aşıqlıq sənətini peşəkar düzeydə davam etdirib. 2008-ci ildə onun “Sarıtel laylası” adlı audio-kaset və diski işıq üzü görüb. Yaşar Fərmayıloğlu hazırda Bakıda yaşayır və paytaxtda düzənlənən əksər aşıq tədbirlərində çıxış edir. Onun ən çox sevdiyi hava (və özünün “şah ifas”sı) “Sarıtel”dir. Yaşar Fərmayıloğlu yaradıcı aşıqdır, Ailəlidir, iki oğul atasıdır.
Yaşar Gülər
Yaşar Gülər (18 sentyabr 1954, Ərdəhan) — Türkiyənin milli müdafiə naziri, Türkiyə Silahlı Qüvvələrinin generalı, Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının 30-cu rəisi (2018–2023). Yaşar Gülər 1954-cü il yanvarın 1-də Ərdahanda anadan olub. 1972-ci ildə Türkiyə Quru Qoşunları Hərbi Məktəbində təhsil almağa başlayıb. 1974-cü ildə akademiyanı bitirərək hərbi karyerasını qurmağa yönəlib. İlk olaraq, Türkiyə Quru Qoşunlarında xidmətə daxil olub. Yaşar Gülər 10 il ərzində müxtəlif piyada və rabitə birliklərində xidmət etmiş, sonra onlardan birinin komandirliyinə yüksəlmişdir. 1986-cı ildə o, Türkiyənin Hərbi Ordu Kollecini fərqlənmə diplomu ilə bitirərək heyət zabiti rütbəsini aldı. Yaşar Gülər 2001-ci ildə briqada generalı, 10-cu Piyada Briqadasının komandanı, həmçinin Baş Qərargahın Planlaşdırma və Koordinasiya şöbəsinin rəisi vəzifəsinə yüksəlmişdir. 2005-ci ildə diviziya generalı rütbəsinə layiq görülmüşdür. Yaşar Gülərhəmən il Baş Qərargahda xidmət etməyə başlamışdır.
Yaşar Hüseynov
Yaşar Əhəd oğlu Hüseynov (12 mart 1981, Abdal, Ağdam rayonu) — Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrin baş giziri; Vətən Müharibəsi Qəhrəmanı. Yaşar Əhəd oğlu Hüseynov 12 mart 1981-ci ildə Ağdam rayonunun Abdal qəsəbəsində anadan olub. 1987-ci ildə Abdal qəsəbə orta məкtəbinin birinci sinfinə gedib. 4 sentyabr 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı Abdalın işğal edilməsindən sonra ailəsi ilə birgə Bərdə rayonunda qaçqın həyatı yaşayıb. Orta təhsilini 1999-cu ildə Bərdə rayonunda başa vurdu. Evlidir. Bir oğlu və bir qızı var. Birinci Qarabağ müharibəsi zamanı üç qardaşı Ağdamın müdafiəsi uğrunda gedən döyüşlərə qatılıb. Qardaşları Sadiq Hüseynov və Fərman Hüseynov müharibə veteranıdır. Digər qardaşı Füzuli Hüseynov isə 1994-cü il aprelin 16-da Yusifcanlı (Ağdam rayonu) istiqamətində şəhid olub.
Adem Yaşari
Adem Yaşari (albanca Adem Jashari, serb-xorvatca Adem Jašari/Адем Jaшари; 28 noyabr 1955 – 7 mart 1998, Kosovo) — Kosovo Alban millətçisi, Kosovo müharibəsinin ən məşhur hərbi xadimlərindən biridir. 1998 ildə Drenitsa rayonundakı Prekaz kəndidə öz ailəsi ilə Serb (o zamankı Yuqoslaviya Federativ Respublikası) polisi tərəfindən qətlə yetirilmişdir. Albaniya və Alban əhalisi əksəriyyəti olan Kosovoda milli qəhrəman, Serbiyada isə terrorçu və quldur kimi tanınır.
Erdil Yaşaroğlu
Erdil Yaşaroğlu (1971, Ardeşen[d], Rizə ili) — türkiyəli karikaturaçı. == Həyatı == Ailəsi əslən Rizənin Ardeşen rayonundandır. Hələ 9 yaşında ikən karikatura çəkməyə başlayan Erdil Yaşaroğlunun ilk peşəkar karikaturaları 1989-cu ildə "Günəş" qəzetində dərc olunub.
Qırx Yaşar (Xoy)
Qırx Yaşar (fars. قرخ ياشار‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 233 nəfər yaşayır (47 ailə).
Tərlan Nur Yaşar
Tərlan Yaşar oğlu Fərzullayev — aktyor. Əksər tamaşaçılar onu "Bacanaqlar" teleserialından tanıyır. ", "Qonşular", "Aramızda qalsın","Üç Bacı","Qız Atası" teleseriallarında çəkilmişdir. Tərlan Fərzullayev 20 iyul 1979-cu ildə Bakıda anadan olmuşdur. Azərbaycan Dövlət Texniki Universitetinin məzunudur. Evlidir. O, 28 aprel 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir.
Yaşadan, yaşayan Yaşar (film, 2012)
Yaşar Abbasov (futbol hakimi)
Yaşar Abbasov (1 avqust 1980-ci il, Tovuz, Azərbaycan SSR, SSRİ) — FİFA kateqoriyalı azərbaycanlı futbol hakimi. Hakimin köməkçisi kimi 2012-ci ildən beynəlxalq oyunları idarə edir. 1980-ci ildə Tovuzda anadan olan Yaşar Abbasov, 2012-ci ildən beynəlxalq dərəcəli hakimdir (FİFA referinin assistenti). 2001-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin iqtisadiyyat fakultəsini bitirmişdir. 2006-cı ildən hakimlik etməyə başlayıb. Azərbaycan çempionatlarında həm Premyer-Liqada, həm də Birinci Divizion və əvəzedici heyətlərin oyunlarında hakimlik edib və hal – hazırda AFFA hakimlər komitəsində mütəxəssis vəzifəsində çalışır. 2014-cü ildə Macaristanda keçirilən U19 Avropa Çempionatının final mərhələsində, 2015 Gənclər komandaları arasında Avropa çempionatının seçmə mərhələsinin bir neçə oyunu idarə etmişdir. UEFA Avropa Liqasının təsnifat mərhələlərinin oyunlarını idarə etmişdir.
Gazi Yaşargil
Mahmud Gazi Yaşargil (türk. Mahmut Gazi Yaşargil; 6 iyul 1925, Lice[d], Diyarbəkir ili) — Türk alim və neyrocərrah. Müasir mikroneyrocərrahiyyənin qurucularından biri. Yaşargil epilepsiya və beyin şişlərini öz ixtirası alətləri ilə müalicə edirdi. 1953–1993-cü illərdə Sürix Universitetində professor və Neyrocərrahiyyə kafedrasının müdiri olub. 1999-cu ildə Neyrocərrahların illik Konqresində o, "1950–1999-cu illərdə Əsrin Ən Yaxşı Neyrocərrahı" seçilmişdir == Şəxsi həyat == O, 1973-cü ildən onun tibb bacısı köməkçisi olan və hələ də ona cərrahiyyə əməliyyatlarında kömək edən Dayan Bader-Gibson Yaşargil ilə evlidir. == Təhsil və karyera == 1931–1943-cü illərdə Atatürk Liseyini və Türkiyənin Ankara Universitetini bitirdikdən sonra Almaniyaya, Yena Fridrix Şiller Universitetində tibb təhsili almaq üçün gedir. Serebrovaskulyar neyrocərrahiyyədə istifadə üçün mikrocərrahi üsulların qurulmasında onun dühası əvvəllər əməliyyat olunmayan xəstələrin müalicəsində nəticələr əldə etməyə kömək etmişdir. 1969-cu ildə Yaşargil müəllimi professor Kraienbühlün rəhbərliyi ilə Sürix Universitetində dosent, 1973-cü ildə professor və neyrocərrahiyyə kafedrasının müdiri vəzifələrində çalışıb. Sonrakı 20 il ərzində o, 1993-cü ildə təqaüdə çıxana qədər 7500 neyrocərrahiyyə əməliyyatı həyata keçirərək mikrometodların laboratoriya təcrübələri və klinik tədqiqatları aparıb.
Yaşadan, yaşayan Yaşar
Yaşar Əhmədov (gizir)
Yaşar Əhmədov (kapitan)
Yaşar Əliyev (general-leytenant)
Yaşar Ədilxan oğlu Əliyev (8 sentyabr 1960, Bakı) — general-leytenant. Yaşar Ədilxan oğlu Əliyev 8 sentyabr 1960-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1981-ci ildə Daxili İşlər Nazirliyinin Ali Siyasi Məktəbini bitirmişdir. 1981-ci ildə SSR daxili qoşun hissələrində, Tbilisi şəhərində yerləşən 69-cu diviziyada, daha sonra Bakı şəhərin DİO-da müxtəlif məsul vəzifələrdə işləmişdir. 2011-ci ilin may ayınadək Bakı Şəhər Baş Polis İdarəsi rəisinin müavini vəzifəsində çalışmışdır. 2011-ci ildən 2020-ci ilə kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi işləyib. 15 may 2020-ci ildə Prezident Aparatının Hərbi məsələlər şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib, həqiqi hərbi xidmətə çağırılaraq rütbəsi general-leytenanta qaldırılıb. Ailəlidir, bir övladı var.

Digər lüğətlərdə