Zeynal Əkpərov
Zeynal Əkpərov (Zeynal İba oğlu Əkpərov; d. 28.09.1952, Cəlilabad rayonu, Privolnı kəndi) — genetik, aqronom, seleksiyaçı alim, bioloq, botanik, fizioloq, aqrar elmlər üzrə elmlər doktoru, Genetik Ehtiyatlar İnstitutunun direktoru (2002). AMEA-nın müxbir üzvü (2014).
1952-ci ildə Cəlilabad rayonunun Privolnı kəndində anadan olub. 1971-ci ildə Privolnı kənd orta məktəbini bitirib. 1973-1978-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (Gəncə) “Aqronomluq” fakültəsini fərqlənmə diplomu ilə, 1978-1981-ci illərdə ET Əkinçilik İnstitutunda bitkilərin fiziologiyası ixtisası üzrə əyani aspiranturanı bitirib.
1987-ci ildə Moldova Respublikasının Elmlər Akaemiyasının Fiziologiya və Biokimya İnstitutunda fiziologiya ixtisası üzrə “Soyadan yüksək və keyfiyyətli məhsul alınmasını təmin edən fotosintez fəaliyyəti” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi alıb.
1987-2010-cu illərdə ET Əkinçilik İnstitutunda və AMEA Genetik Ehtiyatlar İnstitutunda bitki genetik müxtəlifliyinin tədqiqi, toplanması, mühafizəsi, seleksiyada səmərəli istifadəsi və idarə olunmasının elmi-nəzəri əsaslarının işlənib hazırlanması istiqamətində apardığı tədqiqatların nəticəsində 2010-cu ildə ET Əkinçilik İnstitutunda seleksiya və toxumçuluq ixtisasında “Azərbaycanın bitki genetik ehtiyatlarının öyrənilməsi və seleksiyada istifadəsi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və aqrar elmlər üzrə elmlər doktoru elmi dərəcəsi almışdır.140-dan çox elmi əsərin (66-i xaricdə), 5 kitabın (2-i xaricdə), o cümlədən 3 monoqrafiyanın, 2 kitabçanın, 2 tövsiyənin müəllifidir.
Bitki genetik müxtəlifliyinin tədqiqi, toplanması, mühafizəsi, seleksiyada səmərəli istifadəsi və yeni sortların yaradılması,Bitkilərin becərilmə texnologiyasının elmi əsasları
1996 - “Seleksiya nailiyyətləri haqqında”,
1998 - “Toxumçuluq haqqında”,
2011 - Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası qanunlarının hazırlanması,
2004-2011 Bitki Genetik Ehtiyatlarının Mühafizəsi üzrə Milli Genbankın yaradılması, Milli toxum genefondunun burada toplanması və mühafizəsinin təşkili,
2004 - Bioloji Müxtəliflik üzrə Konvensiya çərçivəsində Azərbaycan Respublikasında biomüxtəlifliyin vəziyyəti ilə bağlı I Milli Məruzənin hazırlanması,
2006 - Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə qəbul edilmiş “Azərbaycan Respublikasında Biomüxtəlifliyin Qorunması və davamlı İstifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı”nın hazırlanması,
1996-2006 - Ərzaq və Kənd Təsərrüfatı Bitki Genetik Ehtiyatları üzrə I və II Ölkə Hesabatlarının hazırlanması,
2006-2010 - Milli İnformasiya Mübadiləsi Mexanizminin yaradılması,
2009-2010 - Ərzaq və Kənd Təsərrüfatı Bitki Genetik Ehtiyatları üzrə Dünya Hesabatının hazırlanması,
2004-2006 - Respublikanın zəngin bitki müxtəlifliyi olan Şəki və Lerik rayonlarında elmi-tədqiqat bazalarının yaradılması
2010-2011 - Ərzaq və Kənd Təsərrüfatı Bitki Genetik Ehtiyatları üzrə Qlobal Fəaliyyət Planının yeni variantının hazırlanması,
2011 - Bitki Genetik Ehtiyatları üzrə Milli Strategiya və Fəaliyyət Planının hazırlanması
1981-1988 - ET Əkinçilik İnstitutunda kiçik elmi işçi
1988-1992- ET Əkinçilik İnstitutunda böyük elmi işçi
1992-2000- ET Əkinçilik İnstitutunda elmi işlər üzrə direktor müavini, laboratoriya müdiri
2000-2002 - Kənd Təsərrüfatında Özəl Bölmənin İnkişafına Yardım Agentliyində, Dünya Bankının Kənd Təsərrüfatının Kreditləşməsi və İnkişafı layihəsində, Müsabiqəli Qrantlar Proqramında Kənd Təsərrüfatı Tədqiqatları Şurasının icraçı katibliyində müşavir
2002-ci ildən bu günə kimi AMEA Genetik Ehtiyatlar İnstitutunun direktorudur.
1. Əliyev C.Ə., Əkpərov Z.İ., Nəbiyev M.H. Azərbaycanda suvarma şə-raitində soyanın becərilməsi, Azərnəşr, Bakı, 1982, 54 s.