AŞI

is.
1. tib. Yoluxucu xəstəliyə qarşı qoruyucu maddə kimi tətbiq edilən maddə; peyvənd (yoluxucu xəstəliklərin zəiflədilmiş, yaxud öldürülmüş mikroblarından ibarət olan tibbi preparat). Çiçək aşısı. Difteritə qarşı aşı. Aşı maddəsi Aşı vurmaq.
2. xüs. Dərini, gönü aşılayıb hazırlamaq üçün maddə. Aşıya qoymaq (gönü, dərini tükdən təmizləmək üçün xüsusi məhlulun içinə salmaq).
– Evkaliptin yarpaqlarında 5-16 faiz, qabığında isə 7-dən 45 faizə qədər aşı maddələri vardır ki, bunlar gönlərin dabbağlanması üçün işlənir. İ.Axundzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ASİ asi bax 1. üsyançı; 2. günahkar 1

Etimologiya

  • ASİ Ərəbcə üsyan sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
AŞXANAÇILIQ
AŞIB-DAŞMA

Digər lüğətlərdə