ARABA

is. İki və ya dördtəkərli nəqliyyat vasitəsi. Minik arabası. Yük arabası. Əl arabası (əl ilə sürülən araba). İkitəkərli araba.
– Arabanı at aparmır, arpa aparır. (Məsəl).
Arabanı mindik və yarım saata gəldik çıxdıq Naxçıvana. C.Məmmədquluzadə.
İkitəkərli araba qoşulub qapıya çəkilmişdi. M.Hüseyn.

◊ Araba ilə dovşan tutmaq1) bir şeyi tədbirlə, hiylə və üsul ilə əldə etməyə çalışmaq; baş tutmayacaq bir işə girişmək;
2) çox ləng işləmək, bir işi çox ağır, yavaş görmək.
Buxar arabası köhn. – parovoz.
Saat on iki tamamda buxar arabası acıqlı əjdaha kimi Balaxanı tərəfdən gözlərini ağardaraq, nərə vurmağa başladı. S.M.Qənizadə.

Etimologiya

  • ARABA Arabanı ilk dəfə türklər kəşf edib və adını da qanqılı qoyublar (tayfa adı ilə bağlıdır). Bu, ilk dəfə ikitəkərli olub
ARA-SIRA
ARABABƏND

Digər lüğətlərdə