AZAN

is. [ ər. ] Müsəlmanları namaza çağırmaq üçün azançının səhər, günorta və axşamüstü minarədən ucadan oxuduğu təkbir.
Şəhəri bir qədər dolaşıb saat 12-də azan səsi eşitdim, bir qoca kişi … azan oxuyurdu. Ə.Haqverdiyev.
Məşədi Əhməd hər səhər tezdən evdən çıxar, bir də axşam azanı qayıdardı. S.Hüseyn.

Etimologiya

  • AZAN Ərəbcə müəzzin sözü ilə kökdaşdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
AZALTMAQ
AZANÇI

Digər lüğətlərdə