AĞLAMAQ

f. 1 Şiddətli ağrı, ruhi sarsıntı və ya başqa bir ağır təəssürat nəticəsində göz yaşı axıtmaq. Sevincdən ağlamaq. Sancıdan ağlamaq. Uşaq ağlayır.
– Gözüm yaşı qəmimdən ağlamaqdan döndü dəryaya; Məni axır həlak eylər bu çeşmi-xunfəşan sənsiz. S.Ə.Şirvani.
Firidun onun [Şəmsiyyənin] ağladığını və ya güldüyünü təyin edə bilmirdi. M.İbrahimov.
Ağca ağlaya-ağlaya (z.) onun [ərinin] dalınca gələrək, yuxusunu nağıl edib dedi… Ə.Əbülhəsən.

□ Acı-acı ağlamaq – yanıqlı-yanıqlı ağlamaq.
2. məc. Yas tutmaq, matəm saxlamaq.
[Mirzə Fətəli:] Ağlayın el üçün, ağlayın millət üçün, qoyun gözləriniz kor olsun! Ə.Haqverdiyev.

3. məc. Həyatından, yaşayışından, vəziyyətindən şikayətlənmək.
4. məc. Yalvarmaq, yalvara-yalvara istəmək.
□ Ağlayıb-sızlamaq (sıtqamaq) – ağlayıb yalvarmaq, yalvarıb-yaxarmaq, ürəkdən ağlayıb yalvarmaq.
5. Bir sıra sözlərə qoşularaq müxtəlif ifadələr düzəldilir; məs.: gününə ağlamaq, qan ağlamaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • AĞLAMAQ AĞLAMAQ Tural üçün qırx qadın ağlayırdı (Anar); BOZLAMAQ (arx.) (yana-yana, uca səslə ağlamaq) ..üç kərə şahnəfiri bozluyub, dağa-daşa səs salıb (M
  • AĞLAMAQ yalvarmaq
  • AĞLAMAQ şikayətlənmək
  • AĞLAMAQ yaslanmaq — matəmlənmək

Antonimlər (əks mənalı sözlər)

  • AĞLAMAQ AĞLAMAQ – GÜLMƏK Ellərin dərdinə könül bağladım; Səninlə bir gülüb birgə ağladım (M.Rahim)

Etimologiya

  • AĞLAMAQ Ağı demək, ağlamaq, sıtqamaq, yağış tipli sözlərin hamısı “su” anlamı ilə bağlıdır. Fonetik dəyişmələr nəticəsində formaca bir-birindən uzaqlaşıb: tar
AĞLAMA
AĞLAMALI

Digər lüğətlərdə

как сле́дует канотье́ копотли́вый озву́чить пересортиро́вывать понасдира́ть туркофи́льство воро́бушек завиру́шка каталогиза́ция редковоло́сый чина́рик Adele committal equableness hydrogenerator shorthorn womenfolk Wonsan восприемник искупление льнотрепалка миграция обгрызать подуть