AXİRZƏMAN
AİDƏ
OBASTAN VİKİ
AiD
Orxan Araz oğlu Zeynallı və ya AiD (5 iyun 1989, Bakı) — azərbaycanlı reper, ssenarist, prodüser, musiqiçi, şair. Orxan Zeynallı 5 iyun 1989-cu ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı Türk Liseyində aldıqdan sonra, 2006-cı ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinə daxil olub. Ali təhsilini bitirdikdən sonra 2010-2011-ci illərdə hərbi xidmətini başa vurmuşdur. 2014-cü ildə, İngiltərənin Lids şəhərində yerləşən eyni adlı universitetinin magistr dərəcəsi üçün MBA fakültəsinə daxil olsa da, şəxsi səbəblərdən dolayı təhsilini davam etdirmir. 2015-ci ildə ailə həyatı qurub və 2016-cı ilin avqustundan etibarən ABŞda yaşayır. Orxan Zeynallı musiqi fəaliyyətinə AiD ləqəbi ilə 2007-ci ildə başlayıb. Dostları ilə yaratdıqları H.O.S.T qrupunun tərkibində 5 il ərzində 100-lərlə mahnının, 50-dən çox konsert və çıxışların həyata keçməsində fəal şəkildə iştirak edib. Qrup üzvləri 2012-ci ildən etibarən solo fəaliyyətə başlayıb. Orxanın ilk solo albomu "Biz İnsan Deyilik" adlanıb və 2010-cu ildə ilk dəfə olaraq görüşlər vasitəsi ilə satılıb.
Adaçayı cinsinə aid növlər
Dendroxilum cinsinə aid növlər
Phytoseiidae fəsiləsinə aid növlər
Malaleuca cinsinə aid növlərin siyahısı
Mürəkkəbçiçəklilər fəsiləsinə aid cinslərin siyahısı
Trebouxiophyceae sinfinə aid cinslərin siyahısı
Excentrosphaera Neglectella Ankistrodesmopsis Picochlorum Microthamniaceae fəsiləsi Microthamnion Phyllosiphonaceae fəsiləsi Mysteriochloris Phyllosiphon Phytophysa Polulichloris Elliptochloris Şablon:Wikispecies Guiry, M.D.; Guiry, G.M. "Trebouxiophyceae". AlgaeBase. World-wide electronic publication, National University of Ireland, Galway. 2024. Trebouxiophyceae sinfinə aid cinslərin siyahısı: ITIS saytındakı taksonomiya 75966 Trebouxiophyceae (ing.) Milli Biotexnoloji Məlumat Mərkəzinin (NCBI) saytında.
Özünə aid bir otaq (roman)
Özünə aid bir otaq — Bu məqalə Virciniya Vulfun ilk dəfə 1929-cu ilin sentyabrında nəşr olunmuş məqaləsidir. Məqalə Kembric Universitetində Vulfun qadınlar tərəfindən qurulan kollecləri haqqındadır. Girton və Newnham kollecində tədris etdiyi iki kursa əsaslanır. Məqaləni feminist prizmadan yazan Vulf ədəbi istehsalda qadınları qeyri-adekvat görən patriarxal düşüncəni də tənqid edib. Bu məşhur məqaləsində Vulf qadınların və xüsusən də qadın sənətçilərinin statusundan bəhz edir, qadının yazmaq üçün pulu və öz otağının olması lazım olduğunu iddia edir. Vulfun fikrincə, əsrlər boyu mövcud olan qərəz, maliyyə və təhsildəki çatışmazlıqlar qadınların yaradıcılığına mane olub.
"İranAir"ə aid mülki təyyarənin vurulması
"İranAir"ə aid mülki təyyarənin vurulması — 3 iyul 1988-ci ildə İran Havayollarına (İranAir) aid 655 uşuş nömrəli Airbus A300B2–203 tipli təyyarənin Tehran-Dubay marşrutu üzrə hərəkəti zamanı Fars körfəzində Amerika Birləşmiş Ştatlarına aid Vinsennes raket gəmisi (USS Vincennes (CG-49)) tərəfindən vurulması hadisəsi. Hadisə nəticəsində təyyarədəki 290 nəfər nəfər həlak olmuşdur. Onlardan 16-sı təyyarə ekipaj üzvləri, 274-ü isə sərnişin olmuşdur. Sərnişinlərdən 66-sı uşaq olmuşdur. Hadisə ilə bağlı ABŞ İrandan üzr istəməmişdir.
Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinə aid abidələrin siyahısı
Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinə aid abidələrin siyahısı — İrəvan xanlığı, indiki Ermənistan ərazisində islam dini VII əsrdən etibarən yayılmışdır. Bu ərazidə yüzlərlə məscid və digər dini ibadət yerləri mövcud olmuşdur. Bu bölgədə mövcud olan dini abidələr haqqında İrəvanda olmuş səyyahların əsərlərində kifayət qədər məlumat əldə etmək mümkündür. Ümumiyyətlə, 1912-ci ilə qədər Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində İrəvan qəzasında 42, Eçmiədzin qəzasında 33, Zəngəzur qəzasında 35 məscid fəaliyyət göstərmişdir Abbas Mirzə məscidi — Tamamən dağıdılmışdır. Əxi Təvəkkül zaviyəsi Ərgəz məscidi Dəmirbulaq məscidi (1909–1990) — Tamamən dağıdılmışdır. Göy məscid (1776) — Ermənilər məscidi "Fars məscidi" kimi təqdim edirlər. Xudabəndə məscidi Hacı Cəfər bəy məscidi (XVIII əsr) — Tamamən dağıdılmışdır. Novruzəli bəy məscidi — Tamamən dağıdılmışdır. Rəcəb Paşa məscidi (1725–1828) — 1930-cu illərdə tamamən dağıdılmışdır. Sərdar məscidi (1510–1918) — Sovet Ermənistanı dövründə Sərdar məscidi hissə-hissə sökülərək onun yerində yaşayış evləri tikimişdir.
Ağcaqayın cinsinə aid növlər
Banksiya cinsinə aid növlər
Bulbofillium cinsinə aid növlər
Anturium cinsinə aid bitki növləri
Chlorophyceae sinfinə aid cinslərin siyahısı
Incertae sedis Chlorosarcina Chlorosarcinopsis Chlorosphaeropsis Desmochloris Neochlorosarcina Fəsilə: Oedogoniaceae Oedocladium Oedogonium Chlorophyceae sinfinə aid cinslərin siyahısı: ITIS saytındakı taksonomiya 3166 Chlorophyceae (ing.) Milli Biotexnoloji Məlumat Mərkəzinin (NCBI) saytında.
Aida
Aida və ya Aidə — Qadın adı. Aida Abdullayeva — musiqiçi, Azərbaycan Respublikasının əməkdar artisti. Aida İmanquliyeva — şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi. Aida Şahmurova — Baş elmi tədqiqatçı, professor. Aida Qasımova — professor, filologiya elmləri doktoru Aida Bağırova — Şərqşünas alim, Yaxın Şərq üzrə ekspert Aida Predele — latviyalı dövlət və siyasi xadim Aida Hüseynova Aida Hüseynova (aktrisa) Aida Hüseynova (musiqişünas) Aidə Şahbazova — Azərbaycan dilçi alimi, professor. Digər Aida (opera) — İtalyan bəstəkar Cüzeppe Verdinin bəstələdiyi opera əsəri. AIDA (marketinq) — hər hansı bir malı almaq qərarını verəndə alıcı reaksiyasının baş verən ardıcıl etaplarıdır.
Aida (opera)
Aida (it. Aida) — İtalyan bəstəkar Cüzeppe Verdinin bəstələdiyi, Gislançoni Antonionun farnsız misirünası, Mariet Ogüstün bir senarisi üzrə librettosunun yazdığı 4 pərdəli opera əsəri. İlk dəfə 24 dekabr 1871-ci ildə Qahirədə səhnəyə qoyulmuşdur. Hadisə Qədim Misirdə, Memfis və Tebendə firon hökmranlığı dövründə baş verir. Operanın süjet xəttini saray mühafizə rəisi Radames ilə əsir düşdükdən sonra qula çevrilmiş Nubiya hökmdarının qızı Aida arasındakı nakam məhəbbət təşkil edir. XIX əsrin altmışıncı illərində Misir Osmanlı mülki olsa da ölkə vassal hökmdar “Xədivə” tərəfindən idarə olunurdu. İngilislərin gəlməsindən sonra 20 il sonra de fakto hakim Məhəmməd Əli tərəfindən müsəqillik əldə etmiş olur. Məhəmməd Əlinin xələfi Xədivə İsmayıl avropa təhsilli, fransız mədəniyyəti və ədəb ərkanı tərbiyəsi almış bir şəxs idi. Ölkəsində mədəni islahatların əsasını qoymuş Xədivə İsmayıl Qahirədə bir 850 tamaşaçı yerli taxta materialından opera binası inşa etdirir. Dövlət himninin musiqisini bəstələmək Verdidən xahiş olunsa da o, vaxtının olmaması bəhanəsi ilə bundan imtina edir.
Aida Abdullayeva
Abdullayeva Aida Həmdulla qızı (13 aprel 1922, Bakı – 11 aprel 2009, Bakı) – musiqiçi, Azərbaycan SSR əməkdar artisti (1972), Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan arfa ifaçılığı məktəbinin yaradıcısı. Aida Abdullayeva 1922-ci il aprelin 13-də Bakı şəhərində anadan olmuşdur. O, 1940-cı ildə onillik orta məktəbi bitirdikdən sonra Azərbaycan Xalq Komissarları Soveti yanında İncəsənət İşləri İdarəsi tərəfindən ali musiqi təhsili almaq üçün Moskva Dövlət Konservatoriyasına göndərilmişdir. 1941-ci ildə müharibənin başlaması ilə əlaqədar Aidə Abdullayeva Bakıya qayıdır və Opera və Balet Teatrının orkestrində işə qəbul olunur. 1942-ci ilin payızında ailəsi ilə birlikdə repressiyaya məruz qalaraq Qazaxıstana sürgün edildi. 1943-cü ildə Üzeyir Hacıbəyovun vəsadəti əsasında o, Azərbaycana qaytarılıb Bakı Dövlət Konservatoriyasına bərpa olunur və Radiokomitənin Simfonik orkestrində işləməyə göndərilir. 1944-cü ildə Aida Abdullayeva yenidən Moskva Konservatoriyasında professor K.Erdelinin sinfində təhsilini davam etdirir. Bu təhsil ocağını 1949-cu ildə bitirdikdən sonra Aida Abdullayeva o vaxtlar Azərbaycan Dövlət Konservatoriyasının rektoru olmuş Qara Qarayevin rəyi əsasında Konservatoriyada müəllimlik fəaliyyətinə başlayaraq arfa sinfinə rəhbərlik etməyə başlayır. Burada işlədiyi onilliklər ərzində o, respublikamızda, eləcə də xaricdə fəaliyyət göstərən simfonik orkestrlər üçün bir çox arfa ifaçıları hazırlamışdır. Onun təşəbbüsü ilə Asəf Zeynallı adına musiqi məktəbində, Sumqayıt musiqi məktəbində arfa sinfi açılmışdır.
Aida Balayeva
Aida Ğalım qızı Balayeva (qaz. Аида Ғалымқызы Балаева; 4 iyul 1974, Almatı vilayəti) — Qazaxıstan dövlət xadimi. Qazaxıstan Respublikasının İnformasiya və Sosial İnkişaf Naziri (4 may 2020-ci il tarixindən). 2000-ci ildə Abay adına Almatı Dövlət Universitetini rus dili və ədəbiyyatı müəllimi ixtisası ilə, 2007-ci ildə Qazaxıstan Milli Aqrar Universitetini hüquqşünaslıq ixtisası ilə bitirib. 2010-cu ildə sosioloji elmlər namizədi akademik adını müdafiə etdi, tezis mövzusu: "Qazaxıstan gəncliyinin etnik-dini identifikasiyası: sosioloji aspekt". 1994–2004-cü illərdə Qazaxıstan Respublikası İnformasiya və İctimai Saziş Nazirliyinin Almatı regional informasiya və ictimai razılıq şöbəsinin ictimai və siyasi proseslərin təhlili və əlaqələndirilməsi şöbəsinin aparıcı mütəxəssisi, Almatı şəhəri üçün məlumat şöbəsi. 2004–2006-cı illərdə — Almatı şəhərinin Daxili Siyasət Departamenti Direktorunun birinci müavini. 2006–2008-ci illərdə — Almatı şəhərinin Daxili Siyasət Departamentinin direktoru. 2008–2010-cu illərdə — Astana şəhərinin daxili siyasət departamentinin direktoru, daxili siyasət şöbəsinin müdiri. 2010-cu ilin fevralından 2014-cü ilin dekabrına qədər — Astana şəhəri müavini.
Aida Bağırova
Aida Bağırova (Qəmbər) (d. 22 oktyabr 1955, Kirovabad) — Azərbaycanın tanınmış şərqşünas alimi, Yaxın Şərq üzrə ekspert. Aida Bağırova Kirovabad (indiki Gəncə) şəhərində həkim ailəsində doğulub. 1962-1972-ci illərdə Bakı şəhərində 15 sayli orta məktəbdə oxuyub. 1972-1977-ci illərdə Bakı (Azərbaycan) Dövlət Universitetinin Ərəb tərcüməçiləri, Ərəb filologiyası ixtisası üzrə təhsil alıb və həmin Univertsiteti fərqlənmə diplomu ilə bitirib. 1977-1980-ci illərə İraq Respublikasında ezamiyyətdə olub. 1980-1993-cü illərdə EA Şərqşünaslıq İnsitutunda – kiçik elmi işçi, elmi işçi, baş elmi işçi vəzifələrində çalışıb. İnstitutun Gənc Alimlər Şurasının sədri və Elmi Şuranın üzvü olub. 1980-1984-cü illərdə Moskva şəhərində SSRİ EA Şərqşünaslıq İnstitutunda məqsədli aspiranturada (doktorantura) oxuyub və "İraq BƏƏS partiyası: ideologiya və siyasəti" adlı namizədlik dissertasıyasını müdafiə edərək tarix eımləri namizədi alimlik dərəcəsi alib. 1993-cü ildən indiyə kimi Bakı Dövlət Universitetinin "Asiya və Afrika ölkələri tarixi" kafedrasının baş müəllimi, 1996-cı ildən isə dosenti vəzifələrində çalışır.
Aida Hacıaliç
Aida Hacıaliç (bosn. Aida Hadžialić; d. 21 yanvar 1987) — İsveç Sosial-demokratlarının təmsilçisi olan siyasətçisi. 3 oktyabr 2014-cü ildən İsveçin orta məktəb, yuxarı təhsil və təhsil standartları naziri Aida Hacıaliç 21 yanvar 1987-ci ildə Bosniya və Herseqovinanın Foça şəhərində anadan olmuşdur. 5 yaşında ikən ailəsi sığınacaq alaraq İsveçə köçüblər. O, Lund Universitetində hüquq təhsili almışdır. Peşəsi vəkillikdir. 2010-cu ildə Halmstad bələdiyyə başçısının müavini seçilmişdir. 3 oktyabr 2014-cü ildən Stefan Löfvenin kabinetinin orta məktəb, yuxarı təhsil və təhsil standartları naziridir. İsveç, ingilis, bosniya, xorvat və serb dillərini bilir.
Aida Halzialik
Aida Hacıaliç (bosn. Aida Hadžialić; d. 21 yanvar 1987) — İsveç Sosial-demokratlarının təmsilçisi olan siyasətçisi. 3 oktyabr 2014-cü ildən İsveçin orta məktəb, yuxarı təhsil və təhsil standartları naziri Aida Hacıaliç 21 yanvar 1987-ci ildə Bosniya və Herseqovinanın Foça şəhərində anadan olmuşdur. 5 yaşında ikən ailəsi sığınacaq alaraq İsveçə köçüblər. O, Lund Universitetində hüquq təhsili almışdır. Peşəsi vəkillikdir. 2010-cu ildə Halmstad bələdiyyə başçısının müavini seçilmişdir. 3 oktyabr 2014-cü ildən Stefan Löfvenin kabinetinin orta məktəb, yuxarı təhsil və təhsil standartları naziridir. İsveç, ingilis, bosniya, xorvat və serb dillərini bilir.
Aida Hüseynova
Aida Hüseynova (aktrisa) — Azərbaycan aktrisası, Azərbaycanın əməkdar artisti (2018). Aida Hüseynova (musiqişünas) — musiqişünas, pedaqoq, sənətşünaslıq üzrə fəlsəfə doktoru (1992), Bakı Musiqi Akademiyasının professoru (2005), İndiana Universitetinin müəllimi (2007).
Dinara Aidarova
Dinara Aidarova (d. 29 iyul 1963) — Azərbaycanı təmsil edən voleybolçu. Dinara Aidarova, Azərbaycan yığmasının heyətində 1994-cü ildə baş tutan Dünya Çempionatına qatılıb və 9-cu yeri tutub. Dinara Aidarova, 1994-cü ildə Azərbaycan yığması ilə birgə Braziliyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışların 1/8 final mərhələsində Azərbaycan yığması, Almaniya yığmasını 1:3 hesabı ilə məğlub oldu və Dünya Çempionatını 9-cu yerdə başa vurdu.
Dipa Nusantara Aidit
Dipa Nusantara Aidit (30 iyul 1923, Belitung – 22 noyabr 1965, İndoneziya) — İndoneziya kommunist siyasətçisi. Dipa Nusantara Aidit 30 iyul 1923-cü ildə anadan olmuşdur. O, İndoneziya mütərəqqi gənclər hərəkatında iştirak etmiş, 1943-cü ildən İndoneziya Kommunist Partiyasının (İKP) üzcü olmuşdur. İstiqlaliyyət uğrunda mübarizədə iştirak etdiyi üçün 1945-ci ildə Yaponiya, sonra isə Birləşmiş Krallıq və Niderland hərbi orqanları tərəfindən həbs edilmişdir. 1947-ci ildən İKP MK-nın, 1948-ci ildən İKP MK Siyasi Bürosunun üzvü, 1951-ci ildən İKP MK katibi, 1954-1959-cu illərdə MK-nın Baş katibi, 1959-cu ildən İKP MK sədri olmuşdur. Aidit 1959-cu ildən Ali Məsləhət Şurasının üzvü, 1961-ci ildən Müvəqqəti Xalq Konqresi sədrinin müavini 1962-ci ildən İndoneziya hökumətində nazir idi. Aiditin başçılıq etdiyi İKP nümayəndə heyəti 1959-cu ilin fevralında Azərbaycanda olmuşdur. Nümayəndə heyəti Bakı və Sumqayıtın bir sıra sənaye müəssisəsində fəhlələrlə görüşmüşdür. 1965-ci ildə "30 sentyabr hadisələri"ndən sonra Aidit hökumət qüvvələri tərəfindən öldürülmüşdür.
Secale ancestrale var. aidinum
Əkin çovdarı (lat. Secale cereale) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin çovdar cinsinə aid bitki növü. Çovdarın ilk dəfə E.ə.6500 illərində Asiyanın cənub-qərbində yetişdirildiyi sanılmaqdadır. Soyuğa ən dayanıqlı taxıl olan çovdar yüksək yerləri, qumlu və zəif torpaqları sevər. Rusiya, İskandinav ölkələri kimi qışları çox sərt keçən bölgələrdə belə yetişdirilər və payızda əkilib ertəsi il yay başlarında biçilər. Üstəlik buğda, arpa, qarğıdalı və düyü əkinçiliyinə əlverişli olmayan ən səmərəsiz torpaqlarda belə o biri taxıllardan daha yaxşı məhsul verər. Ümumiyyətlə 1-2 metr yüksəkliyə çatan çovdarın görünüşü arpaya çox bənzər. Dənələri buğdaya görə daha incə uzundur. Daha çox çörəklik un və heyvan yemi olaraq qiymətləndirilən çovdarın içində karbonhidrat, zülal, kalium və B vitamini tapılar. Secale cereale var.
Aidə İsayeva
Aidə İsayeva (12 sentyabr 1973) — Azərbaycanı təmsil edən yüngül atlet. Aidə İsayeva Azərbaycanı 2000-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib. Amma o, finişə çata bilmədi və olimpiadanı nəticəsiz başa vurdu.
Aida İmanquliyeva (film)
Eldar İsgəndərzadənin ssenarisi əsasında rejissor Vasif Məmmədzadənin quruluş verdiyi "Aida İmanquliyeva" sənədli-bədii televiziya filmi 2018-ci ildə İctimai Televiziyada istehsal edilmişdir. Sənədli televiziya filmi Azərbaycan Şərqşünaslıq elminin görkəmli nümayəndəsi, Ərəb məhcər ədəbiyyatının ilk araşdırıcılarından biri, Azərbaycanın ilk qadın Şərqşünas alimi, filologiya elmləri doktoru, dəyərli zayalı kimi xatirələrdə ehtiramla anılan Aida İmanquliyeva haqqındadır. Sənədli televiziya filmi görkəmli şərqşünas alim Aida İmanquliyevanın maraqlı həyat və yaradıcılığına həsr olunub. Aida İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. O,132 saylı orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb şöbəsində təhsil alıb (1957-1962). Moskvada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirib (1966), Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi, sonra baş elmi işçi (1966-1976), ərəb filologiyası şöbəsinin müdiri (1976-1988), elmi işlər üzrə direktor müavini (1988-1991), direktor vəzifələrində çalışıb (1991-ci ildən). Bütün bunlar haqqında ekran əsərində geniş məlumat verilir, alimin çoxşaxəli və zəngin yaradıcılığı işıqlandırılır. Filmdə görkəmli alimi tanıyanlarının, tələbələrinin, davamçılarının, tanımış elm adamlarının, ziyalıların onun mənalı və zəngin elmi yaradıcılığı barədə maraqlı söhbətləri təqdim olunur.
Aidra Foks
Aidra Foks (ing. Aidra Fox; 25 sentyabr 1995[…], Miluoki, Viskonsin, ABŞ) — ABŞ pornoaktrisası və erotik fotomodeli. Aidra Foks 25 sentyabr 1995-ci il tarixində ABŞ-nin Viskonsin ştatının Miluoki şəhərində polyak, alman və çex mənşəli ailədə doğulmuşdur. Üç böyük bacısı, bir kiçik bacısı vardır. Pornoqrafiya sektoruna 2013-cü ilin oktyabrında 18 yaşında olarkən başladı. Evil Angel, Digital Sin, Hard X, New Sensations, Elegant Angel, Pure Taboo, Girlfriends Films, Jules Jordan Video və Tushy kimi şirkətlərin istehsallarında rol almışdır. Həmçinin Brazzers, Twistys, Digital Desire, Reality Kings və Naughty America kimi müxtəlif veb-saytlarda da fəaliyyət göstərmişdir. Karyerası ərzində Lisa Ann, Manuel Ferrara, Dana DeArmond, Brandi Love, Dani Daniels, Mick Blue və Seth Gamble kimi sektorun məşhur simaları ilə birgə çəkilişlərdə iştirak etmişdir. 2014-cü ilin avqust ayında "Twistys Treat", həmin ilin oktyabrında isə "Penthouse" jurnalı tərəfindən "Pet of the Month" seçilmişdir. İlk anal seks səhnəsi 2014-cü ildə "Anal POV Style" filmində olmuşdur.
Aida Hüseyn
Aida Əli qızı Hüseyn (1976) — azərbaycanlı hüquqşünas; Azərbaycan Ali Məhkəməsinin hakimi (2024—h.h). Aida Əli qızı Hüseyn 1976-cı ildə anadan olub. 1997-ci ildə Azərbaycan Universitetinin Beynəlxalq hüquq bölməsindən, 2008-ci ildə isə Bakı Dövlət Universitetinin Hüquq bölməsindən məzun olub. 1998-2002-ci illərdə Ədliyyə Nazirliyinin Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutunun Məhkəmə Xəttşünaslıq Ekspertizası Elmi-Tədqiqat Laboratoriyasında laborant olub. 2002-2005-ci illərdə Ədliyyə Nazirliyinin Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutunun Məhkəmə Xəttşünaslıq Ekspertizası Elmi-Tədqiqat Laboratoriyasında elmi işçi olub.
Bulbofillium cinsinə aid növlər/P-X

Digər lüğətlərdə