ALIŞMAQ

f. Odlanmaq, alovlanmaq, od tutub yanmaq. Ocaq alışdı. Benzin qabı birdən alışdı. Taya ildırımdan alışdı.
// Məc. mənada.
Alışıb, şölə çəkib suz ilə yandım, gördüm; Hicrini atəşi-suzan dedilər, gerçək imiş. S.Ə.Şirvani.
Canım üzülür əldəki qalxanına baxcaq; Qəlbim alışır beldəki patronunu görcək. M.Ə.Sabir.
Arvad, ürəyim od tutub alışır, məni daha artıq yandırma. Ə.Haqverdiyev.

□ Alışıb yanmaq1) od tutub yanmaq, şiddətlə yanmaq, alovlanmaq. Küləş alışıb yandı.
– Belə bir isti torpağa saldı; Alışıb yanmağa çöl az qaldı. A.Səhhət;

// Məc. mənada. [Ağca xanımın] gözü İzzətin yatağına sataşanda ürəyi alışıb yanırdı. Mir Cəlal;
2) alov rəngində parlamaq, alov kimi al-qırmızı rəngə çalıb parıldamaq.
Qızlar bütün bəzəklərini taxmışlar, üst-başları rəngdən-rəngə girərək, alışıb yanır. S.Rüstəm;

3) məc. qızarmaq. Yanaqları çiçək kimi alışıb yanır.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ALIŞMAQ I ALIŞMAQ, YANMAQ, ALOVLANDIRMAQ, ODLANMAQ (od tutub yanmaq) II alışmaq bax öyrəşmək
  • ALIŞMAQ odlanmaq — alovlanmaq — yanmaq
  • ALIŞMAQ qızarmaq — utanmaq
  • ALIŞMAQ öyrənmək — dadanmaq
  • ALIŞMAQ öyrətmək — əhliləşmək — isinişmək

Omonimlər

  • ALIŞMAQ ALIŞMAQ I f. Odlanmaq, alovlanmaq, od tutub yanmaq. Alışsa yerlər də, yansa göylər də; Ölümdən qorxmarıq sən olan yerdə (S

Antonimlər (əks mənalı sözlər)

  • ALIŞMAQ ALIŞMAQ – SÖNMƏK Ümid onun gözündə; Gah alışır, gah da sönür (B.Vahabzadə). ALIŞMAQ – TƏRGİTMƏK Gülsənəm ilə Maro bir-birinə alışırdılar (S
ALIŞMAQ
ALIŞMALIQ

Digər lüğətlərdə